Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1048/2020 26.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi İclas katibi Qarayeva Mələk Məhəmməd qızının katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Fazil oğluna qarşı “evdən çıxarma və qanunsuz hərəkətlərə son qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Fazil oğluna qarşı “evdən çıxarma və qanunsuz hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Fazil oğlunun onun evinə quraşdırdığı qaz, işıq sistemi və darvazası öz hesabına sökülməklə RX seriyalı, ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarışa əsasən onun mülkiyyətində olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, evdən və torpaqdan istifadə ilə əlaqədar qanunsuz hərəkətlərə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdaş rayonu, Yuxarı Ləki kəndində 0.20 ha torpaq sahəsi və üzərində olan sahəsi 79.4 kv.m fərdi yaşayış evi RX seriyalı, ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarışa əsasən onun mülkiyyətindədir. Cavabdeh Fazil oğlu evi alacağına vəd verərək, həmçinin atası Faxrət Sənhanovun müvəqqəti həmin evə köçməsini deyərək evin açarını 1 ildən artıqdır ki, ondan almış, Faxərt Sənahnov özü həmin evdə yaşamaqdan imtina etməyinə baxmayaraq Faxrət Sənhanovu bəhanə edərək evə işıq və qaz sistemi çəkib, dəmir darvaza qoymuşdur. Bu hərəkətlərini kənddə xeyirxah insan kimi tanınmaq üçün edib. Hazırda isə evi guya ondan satın aldığını deyərək evi boşaltmaq istəmir. Bu səbəbdən də o, yaşayış evinin yeganə mülkiyyətçisi olduğundan mülkiyyətçi kimi, həmin evdə yaşamaq, torpaq və ev üzərində idarə, istifadə və sərəncam hüquqlarını öz istəyinə uyğun həyata keçirə bilmir. Ona görə də, cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Fazil oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında gəlməmiş, gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh Fazil oğlu məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiada qaldırılan evi o, 1 il 2 ay bundan qabaq 13000 manata almışdır. O, pulun 10000 manatını bir dəfəyə ödəmiş, 3000 manatını isə 3 aydan sonra vermişdir. Razılaşmaqlarına əsasən o, iddiaçıya pulu verəcəkdi iddiaçı isə notariusa gedib sənədlərə qol çəkəçəkdi. İddiaçı sözündə durmadı, pulu alandan sonra sənədlərə qol çəkmədi. Sözü də o oldu ki, ona pul verilməyibdir. O həyəti almaq istəyən zaman, ona göstərilən sənədlərdə ev yiyəsi olan, hal-hazırda onun himayəsində yaşayan X2 adı yox, başqa bir həmkəndlisi olan Malik adlı bir şəxsin oğlu və bir tərəfdə isə X2 oğlulluğu olan, əvvəllər X4, indi isə İddiaçı Fərhad oğlu adlandırılan şəxsin şəkilləri var idi. Savadsız olan Sənhanov Fərhadın oğulluğu olan Vüqar sosial yardım almaq adı ilə aldadaraq evi Malik adlı şəxsə alqı-satqı eləmiş və atalığı olan Fərhad himayəyə götürmüşdür. Vüqar heç bir vaxt evdə yaşamamış, sadəcə bibisi öləndən sonra evi sənədləşdirib satmaq istəyibdir. Sənədləşmə düzgün aparılmayıb, qanunsuz hərəkətlərə yol verilib. O, həyəti və evi alandan sonra sökülüb aparılmış dəmir darvaza, evdə olan işıq sistemini və qaz sistemini bərpa eləmişdir. Məhkəmə iddiaçını izahatını dinləyib, cavabdehin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli aktın surətindən məlum olur ki, Ağdaş rayon Məhkəməsinin 2(014)-145/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən X1 rayon, Yuxarı Ləki kəndində yerləşən cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan iki otaqlı fərdi yaşayış evinə köçürülməlidir. İddiaçının həyətyanı torpaq sahəsindən və yaşayış evindən sərbəst istifadə etməsinə cavabdeh tərəfindən törədilən özbaşına hərəkətlərinə son qoyulmalıdır. Qətnamənin icrası ilə əlaqədar olaraq Ağdaş rayonu Yuxarı Ləki kəndində olunmuş, tələbkar X3 qətnamədə göstərilən Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürülməkdən imtina etmiş, yaşayış evinə köçməməsinin səbəbini isə evi satıldıqdan sonra ona veriləcək olan pulla əlaqələndirmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* saylı çıxarışın surətindən məlum olur ki, Ağdaş rayon Yuxarı Ləki kəndində yerləşən 0.20 hektar torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İşə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən verilmiş **********42-10301 nömrəli Texniki Pasportunun surətindən məlum olur ki,Ağdaş rayon Yuxarı Ləki kəndində yerləşən fərdi yaşayış evi İddiaçı adınadır. İşə əlavə edilmiş Ege Hospital tərəfindən verilmiş epikrizdən məlum olur ki, Cavabdeh Fazil oğluna qırtlaq xərçəngi, sağtərəfli boyun metastazı diaqnozu qoyulmuşdur. Beləliklə məhkəmədə aydın oldu ki, Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRXnin hüquqların dövlət qeydiyyat haqqında Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, qeydiyyat tarixi xx.xx.2017-ci il olan çıxarışa əsasən Ağdaş rayon, Yuxarı Ləki kəndində yerləşən 0.20 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 79.4 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur, həmin ünvanda hazırda müvəqqəti olaraq məskunlaşmış ünvan 1 olan Cavabdeh Fazil oğlu onun ailə üzvüləri və yaxın qohumlarının sırasına daxil deyildir, həmin şəxs göstərilən ünvanda daimi və ya müvəqqəti qeydiyyatda olmamaqla həmin mənzildə qanunusuz yaşamaqla oradan özbaşına istifadə edir, iddiaçının mülkiyyətində olan həmin evdə onun yaşamasına hər hansı formada razılıq verilməmiş, iddiaçının xüsusi mülkiyyətində olan yaşayış evindən və torpaq sahəsindən qanunsuz istifadə etməklə və orada yaşamağa davam etməklə mülkiyyətçi kimi iddiaçının hüquqularını kobud şəkildə pozmuşlardır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 181.4-ci maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı,dəyişdirmə,bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.[206] Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Eyni Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsində göstərilir ki, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq notrmalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlim olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İddiaçı dövlət rüsumunun qaytarılmasını tələb etmədiyindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213,216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Ağdaş rayon, Yuxarı Ləki kəndində yerləşən RX seriyalı, ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olan ümumi sahəsi 79.4 kv.m olan fərdi yaşayış evindən və 0.20 ha torpaq sahəsindən Cavabdeh Fazil oğlu məcburi qaydada çıxarılsın. Həmin fərdi yaşayış evinə quraşdırılmış qaz, işıq sistemi və darvaza cavabdehin hesabına sökülsün. Cavabdehin qeyd edilən fərdi yaşayış evindən və torpaq sahəsindən istifadə ilə əlaqədar qanunsuz hərəkətlərinə son qoyulsun. Qətnamədən 1(bir)ay müddətinə Ağdaş rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakimi: NizamƏliyev
Məhkəmə qərarları › İş №2(014)-1048/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1048/2020
26.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver