Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1075/2022 01.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz oğlunun sədrliyi X4 kаtibliyi ilə, Ərizəçilər X3, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi4 maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti, Maraqlı şəxs3, "xxxx" ASC və Maraqlı şəxs5nə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər X3, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi4 maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti, Maraqlı şəxs3, "xxxx" ASC və Maraqlı şəxs5nə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayonu X7 küçəsinin 2 nömrəli evində yerləşən 12 nömrəli mənzilin (keçmiş Q.Oktyabr küçəsi 4-cü dalan, 4 nömrəli evin 5 nömrəli mənzili, keçmiş Y.Nəbiyev küçəsi 4cü dalan, 4 saylı evin 12 saylı mənzili)-nin X2 (xx.xx.1957, AZE 0*******, fin xxxxxxx) məxsus olması, sahiblik, istifadə və sərəncam vermə faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X3 iddia tələbini onunla əsaslandırmışdır ki, O, (keçmiş Q.Oktyabr küçəsi 4cü dalan, 4 nömrəli evin 5 nömrəli mənzili, keçmiş Y.Nəbiyev küçəsi 4-cü dalan, 4 saylı evin 12 saylı mənzili) sahibi yəni mülkiyyətçisidir. Həmçinin 12 saylı xx.xx.1984 tarixli orderi də, vardır. Orderin verilməsinin əsasını Ağdaş Təsərrüfatlararası Tikinti İdarəsinin yığıncağının xx.xx.1982-ci il tarixli qərarı XDS (XDSİK) xx.xx.1983 tarixli 8 nömrəli qərarı və xx.xx.1984-cü il tarixli 19/2371 nömrəli məktubu təşkil edir. Orderin əslini itirdiyi üçün polisə müraciət etsədə heç bir nəticə əldə olunmamışdır. Daha sonra order barədə arxiv arayışı əldə etmək üçün lazımi qurumlara müraciət etmiş lakin arayışı almaq mümkün olmamışdır. Orderin əslini itirməzdən əvvəl DƏDRX qeyd edib çıxarış təqdim edirdi. Orderin əslini Ağdaş rayon Məhkəməsinə və ya Şəki İnzibati Məhkəməsinə vermişdir (ancaq hansına təqdim etdiyini bilmir) lakin onlar orderin əslini itirib və Ağdaş Rayon Məhkəməsi saxta order verib ki, guya bunu vermişdir, o da əsli olmadığı üçün qəbul etməmişdir. Lakin məhkəmə onu poçt vasitəsilə ünvanına göndərmişdir. DƏDRX orderin saxta olduğunu bildirmiş, arayış təqdim olunmasını xahiş etsə də arayışı təqdim etmək mümkün olmamışdır. O və oğlu Anar neçə ildir ki, həmin mənzildə qeydiyyatdadırlar. O, Maraqlı şəxs5nə, Kənd Təsərrüfatı Nazirliyinə, Həmkarlar İttifaqı Konfederasiyasına, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinə, X1 Təşkili üzrə Dövlət Agentliyinə, Maraqlı şəxs3nə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə sorğu göndərmişdir. Ərizəçilərə və maraqlı şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmiş və mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə ərizəçilərin və digər maraqlı şəxslərin iştirakı olmadan mülki işə baxılmasını Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən mümkün hesab edir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizəyə məhkəmədə baxılmalı olmaması əsası ilə mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, AR MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15-ci bəndində göstərilir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 7-ci bəndində göstərilir ki, . Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Həmin qərarın 13-cü bəndində qeyd edilir ki, Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir.Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. AR İnzibati Prosessual Məcəlləsinin 34-cü maddəsində göstərirlir ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin məqsədi mübahisəli mənzilə dair çıxarış almaq olduğundan, bunun üçün müraciət etdiyi orqan isə mənzil üzərində mülkiyyət hüquqlarını həmin sənədlərin mötəbərliyini mübahisələndirməklə imtina etdiyindən, yuxarıda adı çəkilən plenum qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən ərizəçi həmin orqanlara qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. "İnzibati icraat" haqqında Azərbaycan Respublikasının qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin qanunun ikinci maddəsinə əsasən 2.0.1-ci maddəsinə əssaən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; Həmin qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs; İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, mübahisə edilən daşınmaz əmlak xüsusi mülkiyyət kimi ərizəçilərin adına qeydiyyata alınmamış, dövlət orqanın imtinasının əsasını təqdim edilmiş sənədlərin mötəbərliyi ilə bağlı şübhələr olmuşdur. Bundan əlavə iş materiallarına əlavə edilmiş sərəncamdan görünür ki, Ərizəçi1 cavabdeh Maraqlı şəxs3 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Ağdaş rayonu X7 küçəsinin 2 nömrəli evində yerləşən 12 nömrəli mənzilə (keçmiş Q.Oktyabr küçəsi 4-cü dalan, 4№-li evin 5№-li mənzili, keçmiş Y.Nəbiyev küçəsi 4-cü dalan, 4 saylı evin 12 saylı mənzili) özünün adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi ümumi məhkəmələrdə baxılmalı deyildir, buna görə də iş üz icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.1. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə; 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə; 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə; 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; 114.1.6. bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Belə ki, dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu həmin qanunun 5.1.3-cü maddəsinə əsasən geri qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, hazırki tələbə ümumi məhkəmələrdə baxılmalı deyil əsası ilə xitam verildiyindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 260.0.1, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Ərizəçilər X3, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi4 maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti, Əmlak Məsələləri Dövlər Xidməti, "xxxx" ASC və Maraqlı şəxs5nə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata ümumi məhkəmələrdə baxılmalı olmaması əsası ilə xitam verilsin. Ərizəçilərə izah edilsin ki, qeyd edilən tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət edə bilər. İş üzrə ödənilmiş 10 (on) manat (Qəbz № 7********) dövlət rüsumü X2 geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-1075/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1075/2022
01.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver