Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1077/2021 06.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi İddiaçılar İddiaçı1, İddiaçı5, iddiaçılar İddiaçı4, İddiaçı3 və İddiaçı2 nümayəndəsi İddiaçı1, cavabdehlər X7 və Cavabdeh9 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh4, X12, X13, Cavabdeh2, Cavabdeh3, Cavabdeh9, Cavabdeh5, X10, Cavabdeh6 və Cavabdeh7 qarşı torpaq sahəsindən məcburi çıxarılma və qanunsuz hərəkətlərə birdəfəlik son qoyulması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı5, X5, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh4 və Cavabdeh9 qarşı torpaq sahəsindən məcburi çıxarılma və qanunsuz hərəkətlərə birdəfəlik son qoyulması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin təşəbbüsü, iddiaçıların razılığı ilə X12, X13, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, X10, Cavabdeh6 və Cavabdeh7 cavabdeh kimi cəlb edilmişlər. İddiaçılar iddialarını onunla əsaslandırmışlar ki, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 12 nömrəli qərarı ilə Ağdaş rayonu Xınalı kəndi ərazisində İddiaçı1, İddiaçı5, X5, X8 (dövlət aktında İlhamə kimi göstərilmişdir) və İddiaçı2 ümumi birgə mülkiyyətinə 4.44 hektar və İddiaçı1 mərhum atası X1 mülkiyyətinə 0.78 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə adlarına müvafiq olaraq CN-0066 saylı kod 90309028 və CN-0066 saylı kod 90309028 torpağa mülkiyyət hüququna dair dövlət aktları işlənmişdir. Mülkiyyətlərinə verilmiş torpaq sahəsi Zərdab rayonunun Seyidlər kəndi ərazisi ilə sərhədə yaxın ərazidə yerləşir. İddiaçı1 atası X2 30 iyun 1998-ci ildə Ağdaş rayonu Xınalı kəndində vəfat etmişdir. O, öləndən sonra həmin torpaq sahəsinə görə hər il üzrə hesablanmış torpaq vergisini İddiaçı1 ödəyir. X8 06 sentyabr 2012-ci il tarixdə Ağdaş rayonu, Kotavan kənd sakini X14 ilə rəsmi nikah qeyd etdirərək ailə qurmuşdur. Nikah bağlandıqdan sonra Mamedova soyadını qəbul etmişdir. X6 17 sentyabr 2012-ci il tarixdə Göyçay rayonu, Xəlitli kənd sakini X15 ilə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşdur və nikah bağlandıqdan sonra Mikayılova soyadını qəbul etmişdir. Onların qeyd olunan torpaq sahələri ilə sərhəddə cavabdehlər X12 və Cavabdeh9 mülkiyyətlərində və ya istifadələrində torpaq sahələri var. Cavabdehlər X12 və Cavabdeh9 onların və mərhum X1 mülkiyyətində olan torpaq sahələrini Zərdab rayonunun torpaq sahələrinə aid olduğunu bəhanə edərək özbaşına zəbt edərək özləri istifadə edirlər. Torpaq sahələrinə görə torpaq vergisini hər il ödəyirlər. Lakin buna baxmayaraq həmin torpaq sahələrinin mülkiyətçiləri kimi həmin torpaq sahələrindən təyinatı üzrə istifadə edə bilmirlər. Belə ki, cavabdehlər onları həmin torpaq sahəsinə buraxmırlar və özləri əkibbecərirlər. Bununla da, cavabdehlər qanunsuz hərəkətləri ilə onları mülkiyyətlərində olan torpaq sahəsindən istifadələrinə süni maneələr yaradırlar. Cavabdehlərlə dəfələrlə özbaşına zəbt edərək istifadə etdikləri torpaq sahələrindən könüllü çıxmaları barədə və torpaq sahələrindən istəklərinə uyğun istifadəyə törətdikləri qanunsuz hərəkətlərinə son qoyulmasını xahiş və tələb etsələr də, onlar, torpaq sahələrindən könüllü çıxmaq istəmirlər. Cavabdehlər mülkiyyətlərində olan həmin torpaq sahələrini özbaşına tutaraq (zəbt edərək) istifadə etməklə mülkiyyətçi kimi qanunla qorunan hüquqlarını pozur, qeyd etdikləri özbaşına və qanunsuz hərəkətlərini bu gün də davam etdirirlər. Ona görə də onlara qarşı hazırki iddia tələbi ilə məhkəməyə müarciət etmək məcburiyyətində qalmışlar. Odur ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixl 12 nömrəli qərarına və CN-0065 saylı kod 90309028 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Ağdaş rayonu, Xınaləı kəndi ərazisində iddiaçılar İddiaçı1, İddiaçı5, X5, İddiaçı3 (dövlət aktında İlhamə kimi göstərilmişdir) və İddiaçı2 ümumi birgə mülkiyyətinə verilmiş 4.44 hektar və İddiaçı1 30 iyun 1998-ci ildə vəfat etmiş mərhum atası X1 mülkiyyətinə verilmiş 0.78 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən cavabdehlər X12 və Cavabdeh9 məcburi qaydada çıxarılmalarına, həmin torpaq sahəsindən istifadələrinə yaradılan süni maneələrin aradan qaldırılmasına və həmin torpaq sahəsi ilə əlaqədar qanunsuz (özbaşına) hərəkətlərinə birdəfəlik son qoyulmasına dair qətnamə çıxarılması xahiş edilir. İddiaçı1 məhkəmə iclasında həm iddiaçı, həm də iddiaçılar İddiaçı4, İddiaçı3 və İddiaçı2 nümayəndəsi kimi iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iş üzrə cavabdehlərin mülkiyyətlərində olan torpaq sahələrindən çıxarılması və onların qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulması haqqında qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı5 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iş üzrə cavabdehlərin mülkiyyətlərində olan torpaq sahələrindən çıxarılması və onların qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulması haqqında qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X12 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, Zərdab rayonu Aqrar İslahat Komissiyasının 21 yanvar 1998-ci il tarixli qərarı ilə və torpağın mülkiyyətə verilməsinə dair CN-0002 kod 90504028 №-li dövlət aktı əsasında Zərdab rayonu, Yuxarı Seyidlər kəndində yerləşən 5.86 hektar torpaq sahəsi əri X9 və ailə üzvlərinin mülkiyyətinə verilmiş, sonradan onun və ailə üzvlərinin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən ******* №-li və ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Torpaq sahəsinin koordinatları müəyyən edilərək onlara təhvil verilmişdir, torpaq sahəsindən onun koordinatlarına uyğun istifadə edirlər, istər iddiaçılara, istərsə də başqa şəxslərə məxsus torpaq sahəsini tutmamışlar. İddiaçıların tələbi əsassızdır, buna görə də iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh9 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, Zərdab rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 21 yanvar tarixli qərarı ilə və CN-0004 kod 90504028 №-li torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında ona Zərdab rayonu, Yuxarı Seyidlər kəndində 0.75 ha torpaq sahəsi, Zərdab rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 21 yanvar tarixli qərarı ilə və CN-0003 kod 90504028 №-li torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında ona və ailə üzvlərinə Zərdab rayonu, Yuxarı Seyidlər kəndində 5.36 ha torpaq sahəsi verilmişdir. Mütəxəssislər tərəfindən torpaq sahəsinin koordinatları müəyyən edilərək onlara təhvil verilmişdir, torpaq sahələrindən onun koordinatlarına uyğun istifadə edirlər, başqa torpaq sahəsi tutmamışlar. İddiaçıların tələbi əsassızdır, buna görə də iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə cavabdehlər Cavabdeh4, X13, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, X10, Cavabdeh6 və Cavabdeh7 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İşdə olan CN-0066 kod 90309028 saylı Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının surətindən görünür ki, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 12 nömrəli qərarı ilə Ağdaş rayonu, Xınaxlı kəndi ərazisində 4.44 hektar torpaq sahəsi İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İşdə olan CN-0065 kod 90309028 saylı Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının surətindən görünür ki, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 12 nömrəli qərarı ilə Ağdaş rayonu, Xınaxlı kəndi ərazisində 0.78 hektar torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. İşdə olan Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 31 mart 2021-ci il tarixli arayışdan görünür ki, X2 30.06.1998-ci ildə ölmüşdür. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 nikah bağlandıqdan sonra ərinin Mikayılova soyadı verilmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 nikah bağlandıqdan sonra ərinin Mamedova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən CN-0002 kod 90504028 saylı Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının surətindən görünür ki, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 21 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə Zərdab rayonu, Yuxarı Seyidlər kəndi ərazisində 5.86 hektar torpaq sahəsi X9 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Zərdab rayonu, Yuxarı Seyidlər kəndində 0.88 hektar torpaq sahəsi X7 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Zərdab rayonu, Yuxarı Seyidlər kəndində 4.98 hektar torpaq sahəsi X7 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 21 sentyabr 2021-cı il tarixli mütəxəssis rəyindən görünür ki, Ağdaş rayonu, Xınaxlı kəndi ərazisində yerləşən mübahisəli torpaq sahəsinə iddiaçıların və cavabdehlərin iştirakı ilə baxış keçirilərək cavabdehlərin istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilmiş, həmin koordinatları Ağdaş rayonu, Xınaxlı kəndi təsərrüfatında aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində yerləşdirildikdə, İddiaçı1 və ailə üzvlərinin “Torpağa mülkiyyət hüququna dair” CN-0066/4.44 nömrəli Dövlət aktının 66 B hissəsində göstərilən 0.95 ha torpaq sahəsinin 0.76 ha hissəsi cavabdehlərin istifadə etdiyi torpaq sahəsi ilə, iddiaçı X1 “Torpağa mülkiyyət hüququna dair” CN-0065/0.78 nömrəli Dövlət Aktının 65 B hissəsində göstərilən 0.36 ha torpaq sahəsinin 0.27 ha hissəsi cavabdehlərin istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir, ekspertiza xərci 311 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki,sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «N.Məmmədovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün 31 yanvar 2006-cı il tarixli qərarında belə qənaətə gəlmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, mütəxəssis rəyi ilə iş üzrə iddiaçılar İddiaçı1 və qeyrilərinin adına olan torpağa mülkiyyət hüququna dair CN-0066/4.44 nömrəli dövlət aktının 66 B hissəsində göstərilən 0.95 ha torpaq sahəsinin 0.76 ha hissəsinin və iş üzrə iddiaçı olmayan mərhum X1 adına olan torpağa mülkiyyət hüququna dair CN-0065/0.78 nömrəli dövlət aktının 65 B hissəsində göstərilən 0.36 ha torpaq sahəsinin 0.27 ha hissəsinin cavabdehlərin istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilsə də, məhkəmə iclasında iştirak edən cavabdehlərin izahatları ilə müəyyən olundu ki, onların qanunsuz istifadələrində hər hansı bir torpaq sahəsi yoxdur, hazırda onların istifadəsində olan torpaq sahələri aqrar islahatı zamanı qanunla müəyyən olunmuş qaydada verilmiş torpaq sahələridir, həm torpağa mülkiyyət hüququna dair dövlət aktı, həm də hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla onlara məxsusdur, digər tərəfdən dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış torpağa mülkiyyət hüququna dair dövlət aktına nisbətən daha yüksək hüquqi qüvvəyə malik olan sənəddir, aşağı hüquqi qüvvəyə malik olan sənədlə müəyyən edilən subyektiv hüquq daha yüksək hüquqi qüvvəyə malik olan sənədlə müəyyən edilən subyektiv hüquqdan üstün ola bilməz, bundan başqa iddiaçılar tərəfindən cavabdehlərin çıxarılması tələb edilən Ağdaş rayonu, Xınaxlı kəndi ərazisində yerləşən 0.78 hektar torpaq sahəsi iş üzrə iddiaçı olmayan, 30.06.1998-ci ildə ölmüş X1 mülkiyyətinə verilmişdir, iş üzrə iddiaçılar onun ailə üzvləri olsalar da həmin torpaq sahəsinə subyektiv hüquqlarının olması, yəni istər vəsiyyət üzrə, istərsə də qanun üzrə vərəsəlik hüququ ilə miras əmlak kimi qəbul etmələri, mülkiyyətçi kimi adlarına hüquqi qeydiyyatdan keçirmələri barədə hər hansı bir sübut təqdim etməmişlər. Buna görə də iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu və mütəxəssis rəyi üçün ödənilmiş xərc iddiaçıların özlərinə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh4, X12, X13, Cavabdeh2, Cavabdeh3, Cavabdeh9, Cavabdeh5, X10, Cavabdeh6 və Cavabdeh7 qarşı torpaq sahəsindən məcburi çıxarılma və qanunsuz hərəkətlərə birdəfəlik son qoyulması tələbi haqqında iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu və mütəxəssis rəyi üçün ödənilmiş xərc iddiaçıların özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-1077/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1077/2021
06.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver