Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1078/2021 03.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı qızının Cavabdeh qızına qarşı «evdən çıxarılma » tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qızına qarşı «evdən çıxarılma » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 məxsus siyahıda qeyd etdiyi əmlaklarının Ağdaş rayonu, Nehrəxəlil kəndindəki ona məxsus fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmış ki, Cavabdeh ilə faktiki olaraq evlənib ailə qurmuşlar. Birgə yaşayışlarından 14.06.2013-cü il tarixində İddiaçı doğulmuşdur. 2014-cü ildə ayrılmışlar. Ayrıldıqları vaxtdan cavabdeh X6 ondan ayrılıb ayrı yaşayır. Övladları İbrahim də cavabdehlə birlikdə yaşayırlar. Cavabdeh X6 ondan ayrılıb getməsinə baxmayaraq əmlaklarını aparmamışdır. Həmin əşyalar aşağıdakılardır. 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol, 6 ədəd stullar, 1 ədəd termo, 1 ədəd taxt, stenka mebel, 1 ədəd tunba, 1 ədəd uşaq üçün Kravat, 1 ədəd sandıq, 1 ədəd televizor, 1 ədəd televizor altı, 1 ədəd DVD, 1 ədəd uşaq şkafı, 1 ədəd xalça, divan kreslo örtük dəsdi, 2 ədəd yun ədyal, pərdə, 2 ədəd yasdıq, 6 ədəd döşəkcə, 2 ədəd yer döşəyi, 1 ədəd taxt döşəyi, 4 ədəd yorğan, 6 ədəd paduşqa, 1 ədəd paltarasan, 1 ədəd çörək bişirən, 1 ədəd ütü, 1 ədəd venteleyator, 1 ədəd lüstur, 1 ədəd naçinik, 1 ədəd iri güldan, 1 ədəd lampa, 5 əddə balaca güldan, 4 əddə meyvə qabı, 1 dəst nahar servisi, 1 dəst çay servisi, 1 dəsdt kofe servisi, 1 ədə İri ləyən, 2 ədəd vanna, 2 ədəd vedrə, 4 ədəd kapron su qabı, 1 ədəd qaz balonu. Qanusuz olaraq ona məxsus fərdi yaşayış evini zəbt etdiyinə görə hesab edir ki, cavabdehin əmlakları həmin evdən çıxarılmalıdır. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “yaşayış evinə köçürülmə, həmin yaşayış evindən istifadə hüququnun tanınması istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı ilə birlikdə gəlin köçdüyü yaşayış evindən istifadə hüququnun tanınmaqla, övladı ilə birgə Ağdaş şəhəri, Nehrəxəlil kəndindəki cavabdeh və ailə üzvlərinə məxsus 5 otaqlı yaşayış evinə köçürülmələrini və həmin yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə 156.1.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın icraata qəbul edilməsini mümkün hesab etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı ilə 2012-ci ildə ailə həyatı quraraq cavabdehin hazırda qeydiyyatda olduğu ünvana gəlin köçmüşdür. Cavabdeh nikahlarını rəsmi qeydə aldırmamışdır. Birgə nikahlarından 14 iyun 2013-cü ildə X2 anadan olmuşdur. 2014-cü ildən etibarən cavabdehdən ayrılmışlar. Həmin vaxtdan etibarən də cavabdehdən ayrı övladı ilə birgə valideynlərinin evinə sığınmış və valideynlərinin himayəsində yaşayır. Ağdaş rayon Məhkəməsinin 2(014)-586/2021 saylı qərarı ilə birgə nikahdan anadan olmuş X1 18 yaşına çatanadək saxlanması üçün onun xeyrinə hər ay 130 manat aliment ödənilməsi məqsədi ilə qətnamə çıxarılmışdır. Cavabdehdən ayrılana kimi də cavabdeh və övladı ilə birlikdə həmin evdə yaşamışlar. Hazırda həmin evə köçmək və yaşamaq istəməklərinə baxmayaraq, cavabdeh buna mane olur. Hesab edir ki, gəlin köçdüyü gündən ayrıldıqları günə kimi cavabdeh və övladı ilə birlikdə Nehrəxəlil kəndində cavabdehə və ailə üzvlərinə məxsus evdə yaşamaqlarını nəzərə alaraq, həmin mənzilə köçürülməkləri barədə qətnamə qəbul edilməlidir. Onun övladı ilə birlikdə gəlin köçdüyü həmin evdə yaşamaq və istifadə etmək hüququ olsa da, cavabdeh yaşayış sahəsindən istifadə hüquqlarını pozaraq, evə girməyi onlara qadağan etmişdir. Qeyd edir ki, onun bütün əşyaları da illərdir ki, gəlin köçdüyü evdə qalıb və halhazırda o əşyasız demək olar ki çöldə qalmışdır. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmədən ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş 16.02.2021-ci il tarixli 2(014)-586/2021 saylı qətnaməsinin surətindən məlum olur ki, iddia qismən təmin edilmiş, Ağdaş rayon Məhkəməsinin 25 noyabr 2014-cü il tarixli 2(014)-1358/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılması, cavabdeh İddiaçı 14.06.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində aliment iddiaçı Cavabdeh xeyrinə tutulması, İddiaçı iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.5. maddəsinə əsasən Dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Bu müddəa müvafiq icra hakimiyyəti orqanının yaradılmasınadək bağlanmış dini nikahlara və onların təsdiqinə dair sənədlərə, doğum, nikahın bağlanması, nikahın pozulması və ölüm haqqında sənədlərə aid deyildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1.-ci maddəsinə əsasən Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2.-ci maddəsinə əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.3.-ci maddəsinə əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4.-ci maddəsinə əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1.-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlərlə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə məhkəmədə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 2012-ci il tarixdə rəsmi nikah qeyd etdirmədən evlənmişlər. Evləndikdən sonra Cavabdeh qızı özünə məxsus cehiz əşyaları ilə birlikdə İddiaçı özünə məxsus Ağdaş rayon Nehrəxəlil kəndində yerləşən fərdi yaşayış evinə köçmüşdür. İddiaçı ilə Cavabdeh qızı arasında mübahisə yarandığından cavabdeh atası evinə getmişdir. Cavabdeh qızının əmlakları İddiaçı məxsus evdə qalmış və cavabdeh həmin əmlakları könüllü olaraq çıxarmaqdan imtina etmişdir. Məhkəmə toplanmış sübutlara qərəzsiz, obyektiv hüququ qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, Cavabdeh qızına məxsus və Ağdaş rayon Nehrəxəlil kəndində İddiaçı məxsus fərdi yaşayış evində yerləşən 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol, 6 ədəd stullar, 1 ədəd termo, 1 ədəd taxt, stenka mebel, 1 ədəd tunba, 1 ədəd uşaq üçün Kravat, 1 ədəd sandıq, 1 ədəd televizor, 1 ədəd televizor altı, 1 ədəd DVD, 1 ədəd uşaq şkafı, 1 ədəd xalça, divan kreslo örtük dəsdi, 2 ədəd yun ədyal, pərdə, 2 ədəd yasdıq, 6 ədəd döşəkcə, 2 ədəd yer döşəyi, 1 ədəd taxt döşəyi, 4 ədəd yorğan, 6 ədəd paduşqa, 1 ədəd paltarasan, 1 ədəd çörək bişirən, 1 ədəd ütü, 1 ədəd venteleyator, 1 ədəd lüstur, 1 ədəd naçinik, 1 ədəd iri güldan, 1 ədəd lampa, 5 əddə balaca güldan, 4 əddə meyvə qabı, 1 dəst nahar servisi, 1 dəst çay servisi, 1 dəsdt kofe servisi, 1 ədə İri ləyən, 2 ədəd vanna, 2 ədəd vedrə, 4 ədəd kapron su qabı, 1 ədəd qaz balonu adlı əşyaları həmin evdən çıxarılmalıdır. Qarşılıqlı iddia rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Ağdaş rayon, Nehrəxəlil kəndində İddiaçı məxsus fərdi yaşayış evində yerləşən Cavabdeh qızına məxsus 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol, 6 ədəd stullar, 1 ədəd termo, 1 ədəd taxt, stenka mebel, 1 ədəd tunba, 1 ədəd uşaq üçün Kravat, 1 ədəd sandıq, 1 ədəd televizor, 1 ədəd televizor altı, 1 ədəd DVD, 1 ədəd uşaq şkafı, 1 ədəd xalça, divan kreslo örtük dəsti, 2 ədəd yun ədyal, pərdə, 2 ədəd yasdıq, 6 ədəd döşəkcə, 2 ədəd yer döşəyi, 1 ədəd taxt döşəyi, 4 ədəd yorğan, 6 ədəd paduşqa, 1 ədəd paltarasan, 1 ədəd çörək bişirən, 1 ədəd ütü, 1 ədəd venteleyator, 1 ədəd lüstur, 1 ədəd naçinik, 1 ədəd iri güldan, 1 ədəd lampa, 5 ədəd balaca güldan, 4 ədəd meyvə qabı, 1 dəst nahar servisi, 1 dəst çay servisi, 1 dəst kofe servisi, 1 ədəd iri ləyən, 2 ədəd vanna, 2 ədəd vedrə, 4 ədəd kapron su qabı, 1 ədəd qaz balonu həmin evdən çıxarılsın. Qarşılıqlı iddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-1078/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1078/2021
03.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver