Məhkəmə qərarları › İş №2(014)-1085/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1085/2020

09.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1085/2020 09.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi F.Kərimovanın katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsofisinə qarşı mirasın qəbulu faktının təsdiq edilməsi tələbi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsofisinə qarşı mirasın qəbulu faktının təsdiq edilməsi tələbi haqqında ərizəsi ilə məhkəməyə müraciət edərək mirasın kütləsinə daxil olan DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən xx xxx 2020-ci ildə reyestr nömrəsi **********79-10301, qeydiyyat nömrəsi ********** olan X26 verilmiş ünvan 1 ünvanında yerləşən içərisində 56.30 kvadratmetr yaşayış evi olan 0.2361 ha. yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsini miras əmlak kimi faktiki olaraq qəbul etməyini təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, mərhum atası X32 xx xxxx 2004-cü ildə vəfat etmişdir. Ancaq mərhumun vəfatından sonra mirasın qəbuluna dair heç bir vərəsəlik işi açılmamışdır. Hazırda X14 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.2361 ha. torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 56.30 kvadratmetr yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı 2020-ci ilin iyun ayında ərizə ilə Maraqlı şəxsofisinə müraciət etmişdir. Lakin nəzərdə tutulmuş mirasın qəbul edilməsi faktının müəyyən edilməsi üçün Notariat ofisi tərəfindən xx xxxx 2020-cil də 217 saylı məktubla ərizəsinə imtina cavabı verilmişdir.DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən xx.xx.2020-ci ildə reyestr nömrəsi **********79-10301, qeydiyyat nömrəsi ********** olan içərisində 56.30 kvadratmetr yaşayış evi olan 0.2361 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ayrılmışdır. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli 2041 saylı arayışa əsasən mərhum X18 aşağıdakı vərəsəli vardır. Həyat yoldaşı X29, X46, X33, X40, və Ərizəçi. X29 xx xxxx 2001-ci ildə, X46 xx xxxxxx 2015-ci ildə, X33 xx xxxx 2004–cü ildə X40 xx xxxx 1990–cı ildə vəfat etmişdir. X46, X33 və X40 vəfat etdikləri zaman subay olaraq vəfat etmişlər. Ağdaş şəhəri, İHB-nın Ağdaş şəhəri, İƏD üzrə dairəsindən alınmış arayışa əsasən də mərhumun yeganə varisi odur. Hazırda bütün vərəsələr vəfat etmişdir. Sözügedən miras mərhumun ölümündən bugünədək onun tərəfindən istifadə edilmişdir. Torpaq vergiləri də onun tərəfindən ödənilmişdir. Odur ki,hesab edir ki,ərizəsi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Maraqlı şəxsofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Şahid X4 məhkəmə iclasında ifadə verərək bildirdi ki, mərhum X32 ərizəçinin atasıdır. Mərhumun ölümündən sonra ondan miras qalmış torpaq sahəsini və fərdi yaşayış evini yeganə vərəsəsi kimi Ərizəçi qəbul etmişdir. Torpaq sahəsinə ərizəçi sahiblik etmiş,ondan istifadə etmişdir,bildiyinə görə Ərizəçi başqa mərhum Musa İsayevin hər hansı bir vərəsəsi yoxdur. Həmçinin qeyd etmək istəyir ki, torpaqla və evlə bağlı vergilər ərizəçi tərəfindən ödənilmişdir. Şahid X9 məhkəmə iclasında X3 ifadəsinə uyğun ifadə verərək bildirdi ki, mərhum Musa İsayevin vəfatından sonra ondan miras qalmış torpaq sahəsini və fərdi yaşayış evini qızı Ərizəçi qəbul etmiş və həmin torpaq üzərində Ərizəçi sahiblik edərək həmin torpaq sahəsindən istifadə etmişdir. Həmçinin bildiyinə görə miras qalmış torpaqla və evlə əlaqədar vergilər Ərizəçi tərəfindən ödənilmişdir İş materialında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-in Ağdaş şəhər İƏD üzrə nümayəndəliyinin xx xxxxxxx 2019-cu il tarixli arayışından görünür ki, mərhum X29 mərhum X32 ilə birgə Ağdaş şəhəri,S.Səlimoğlu küçəsi 24A-da yaşamışdır. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-in Ağdaş şəhər İƏD üzrə nümayəndəliyinin xx xxxxxxx 2019-cu il tarixli arayışından görünür ki, Ərizəçi atası X32 xx xxxxx 1995-ci ildə vəfat etmişdir.Mərhumun Ərizəçi ibarət vərəsəsi qalmışdır. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-in Ağdaş şəhər İƏD üzrə nümayəndəliyinin xx xxxxxxx 2019-cu il tarixli arayışından görünür ki, X32 vəfat etdiyi günədək Ağdaş şəhəri,S.Səlimoğlu küçəsi 22A-da yaşamışdır. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsinin xx xxxxxxx 2019-cu il tarixli arayışından görünür ki, X18 bu tərkibdə ailə üzvləri olmuşdur. Həyat yoldaşı X29 vəfat etmişdir,oğlu X46 vəfat etmişdir,oğlu X33 vəfat etmişdir,oğlu X40 vəfat etmişdir,qızı Ərizəçi. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxsofisinin imtina məktubundan görünür ki, Ərizəçi vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilərək məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Ağdaş şəhəri,S.Səlimoğlu küçəsi ev 20-də 0,2361 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış evi X18 xüsusi mülkiyyətindədir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, Ağdaş şəhəri,S.Səlimoğlu küçəsi ev 20-də 0,2361 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış evinin xx xxx 2020-ci il tarixə real bazar dəyəri 25500 manat təşkil edir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti fərdi yaşayış evinə dair texniki pasportdan görünür ki, Ağdaş şəhəri,S.Səlimoğlu küçəsi ev 20-də yerləşən fərdi yaşayış evi X18 adınadır. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamədən görünür ki, X18 valideynləri X37 və X11r. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən nikah haqqında şəhadətnamədən görünür ki, X5 Şura İsmayıl qızı ilə xx xxxx 1965-ci ildə rəsmi nikah qeydindən keçməklə evlənib ailə qurmuşlar,evləndikdən sonra qadına İsayeva soyadı verilmişdir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamədən görünür ki,X38 valideynləri X8 Şura İsmayıl qızıdır. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamədən görünür ki, X30 valideynləri X8 Şura İsmayıl qızıdır. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamədən görünür ki, X34 valideynləri X8 Şura İsmayıl qızıdır. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamədən görünür ki, X20 valideynləri X8 Şura İsmayıl qızıdır. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamədən görünür ki, X13 valideynləri X2 Sariyə Allahverdi qızıdır. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən nikah haqqında şəhadətnamədən görünür ki, X1 Vəfa Musa qızı ilə xx xxxx 1989-cu ildə rəsmi nikah qeydindən keçməklə evlənib ailə qurmuşlar,evləndikdən sonra qadına Umarova soyadı verilmişdir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, X38 nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, X20 nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, X30 nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında şəhadətnamədən görünür ki, X32 xx xxxxx 1995-ci ildə vəfat etmişdir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında şəhadətnamədən görünür ki, X40 xx xxxx 1990-cı ildə vəfat etmişdir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında şəhadətnamədən görünür ki, X33 xx xxxx 2004-cü ildə vəfat etmişdir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında şəhadətnamədən görünür ki, X21xx xxxxxxxx 1987-ci ildə vəfat etmişdir İş materialında olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında şəhadətnamədən görünür ki, X42 xx xxxxxx 2015-ci ildə vəfat etmişdir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında şəhadətnamədən görünür ki, X31 xx xxxx 1942-ci ildə vəfat etmişdir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki,X29 xx xxxxxx 2001-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci məddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, mərhum Musa İsayevin vəfatından sonra ondan miras əmlak olaraq Ağdaş şəhəri,S.Səlimoğlu küçəsi 20-də 0,2361 ha torpaq sahəsi və üzərində yerləşən sahəsi 56,30 kvadratmetr olan fərdi yaşayış evi qalmışdır. Musa İsayevin vəfatından sonra ondan birinci növbə vərəsə olaraq Ərizəçi qalmışdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, miras əmlak olan torpaq sahəsi və fərdi yaşayış evi ərizəçi tərəfindən faktik olaraq qəbul edilmiş, ərizəçi tərəfindən sahiblik və istifadə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki,ərizə əsaslıdır və təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. xx xxxx 2014-cü il tarixdə vəfat etmiş X18 vəfatından sonra ondan miras qalmış ünvan 2 ünvanında 0,2361 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 56,30 kvadratmetr olan fərdi yaşayış evinin qızı Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar