Məhkəmə qərarları › İş №2(014)-1092/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1092/2021

13.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1092/2021 13.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmənin iclas katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı Nümayəndə və onun etibarnamə üzrə nümayəndəsi və vəkili – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X3, Cavabdeh2 və onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı və Nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «zəbt olunmuş mənzildən çıxarılma» tələbinə dair və Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər (ilkin iddia üzrə iddiaçılar) İddiaçı və Nümayəndə qarşı “Mənzilə görə ödənilmiş pulun, çəkilmiş xərcin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçılar İddiaçı və Nümayəndə iddia ərizəsi ilə Ağdaş rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Ağdaş şəhəri Y.Nəbiyev küçəsi, 1-ci dalanda istifadədə olan 0.119 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində, 77.9 kv.m ümumi, 55.2 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 9 nömrəli onlara məxsus mənzildən çıxarılması, mülkiyyətlərinin qanunsuz zəbtdən azad edilərək onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh2 qaşılıqlı iddia ərizəsi ilə Ağdaş rayon Məhkəməsinə müraciət edərək, İddiaçı X4, Cavabdeh2 və Cavabdeh3 qarşı «zəbt olunmuş mənzildən çıxarılma tələbinə dair» iddia ilk iddia əsassız olduğundan rədd edilməsinə, onun, yəni Cavabdeh2 İddiaçı qarşı “Mənzilə görə ödənilmiş pulun, çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia tələbi əsaslı olduğundan təmin edilməsinə, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Nümayəndə Ağdaş şəhəri, Y.Nəbiyev küçəsi, 1-ci dalanda istifadə olunan 0.119 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində, ümumi sahəsi 77,9 kv.metr, yaşayış sahəsi 55.2 kv.metr olan 4 otaqdan ibarət 9 nömrəli mənzilə görə ödəmiş olduğu 18000 (on səkkiz min) ABŞ dolları, 5000 (beş min) manat həmin mənzili yaşayış üçün istifadə ilə bağlı təmirinə çəkilmiş xərcin əvəzinin və dövlət rüsumu hesabına ödəmiş olduğu 30 manat, cəmi 18000 (on səkkiz min) ABŞ dolları və 5030 (beş min otuz) manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf iddia ərizəsini belə əsaslandırmışdır ki, DƏDRX-in 17 saylı Yevlax rayon ərazi idarəsi tərəfindən seriya nömrəsi 0012060, reyestr nömrəsi **********45-05101- 093002 qeydiyyat nömrəsi ********** olan 03.04.2009-cu il tarixli çıxarışla Ağdaş şəhəri, Y.Nəbiyev küçəsi, 1-ci dalanda istifadədə olan 0.119 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində, 77.9 kv.m ümumi, 55.2 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 9 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 177 nömrəli vərəqində qeydiyyata alınmışdır və tam olaraq da mülkiyyətinə verilmişdir. Cavabdehlər 2014-cü ildə yaşayış evini almaq niyyəti ilə onlar ilə razılaşmış, bundan sonra ilkin olaraq onlara 13000 manat ilkin ödəniş ödəyərək qalan məbləği də 1 ay ərzində ödəyəcəklərinə söz vermişlər. Sonradan cavabdehlər mənzili almaq üçün imkanlarının çatmadığını, ödədikləri məbləğin əvəzində də kirayə qalacaqlarını bildirdirlər. Bundan sonra cavabdehlər həmin məbləğin 700 mantına soyuducu aldılar. Yerdə qalan 12300 manat manatın əvəzinə də 2021-ci ilədək onların evində kirayə qalacaqlarına dair razılaşdılar. 2021-ci il başlayandan cavabdehlərə dəfələrlə evi boşaltmalarını, onlara təhvil vermələrini bildirsələr də, cavabdehlər evlərindən çıxmır, onlara məxsus mülkiyyətlərinə zəbt edərək qanunsuz əməllərinə davam edirlər. Bu günədək yaxın ünsiyyətləri olduğu üçün dəfələrlə qanunsuz əməllərinə son vermələri barədə xəbərdarlıq etsələr də, hər dəfəsində qanunsuz hərəkətlərinə davam edirlər. Hazırda onlar öz mülkiyyətlərindən istifadə edə və evlərinə girə bilmirlər, cavabdehlər isə onların mülkiyyətlərinə sahiblənməkdədirlər. Odur ki, məhkəmədən ilk iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddianın rədd edilməsini xahiş edirlər. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) X5 qarşılıqlı iddia ərizəni belə əsaslandırmışdır ki, İddiaçı X4, Cavabdeh2 və Cavabdeh3 qarşı «zəbt olunmuş mənzildən çıxarılma tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Ağdaş şəhəri Y.Nəbiyev küçəsi, 1-ci dalanda istifadədə olan 0.119 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində, 77.9 kv.m ümumi, 55.2 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 9 nömrəli onlara məxsus mənzildən çıxarılması, mülkiyyətlərinin qanunsuz zəbtdən azad edilərək onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi tam əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 2014-cü ilin may ayında o və əri Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X6 ilə razılaşaraq mübahisə predmeti olan mənzili 40000 (qırx min) ABŞ dolları məbləğində pula almağı qərarlaşdırdılar. Razılaşma belə oldu ki, o və əri Cavabdeh1 həmin mənzilə görə həmin puldan onlara nəğd olaraq 18000 ABŞ dolları məbləğində verirlər, qalan 22000 ABŞ dollarını isə bir il müddətinə onlara verirlər. Qarşılıqlı iddia ərizəsi üzrə cavabdehlər onunla razılaşaraq 18000 ABŞ dollarını onlardan qəbul edəndən sonra evin açarlarını onlara verdilər. Mənzil yaşayış üçün tam yararsız və təmirsiz, işıq, su və təbii qaz xətləri, eləcə də mənzilin balkonu təhlükəli vəziyyətdə olduğuna görə onlar həmin mənzili 5000 manat vəsait xərcləməklə orta səviyyədə təmir etdirib, qaz, elektrik və su xətlərini qaydasına salandan sonra həmin mənzilə köçərək orada yaşamağa başlamışlar. Qarşılıqlı iddia üzrə cavabdehlərlə aralarında mübahisə predmeti olan mənzilin onlara satılması ilə bağlı razılaşma və ya beh müqaviləsi bağlanmamış və rəsmiləşməmişdir. 2015-ci ilin fevral ayında dolların manata nisbətən dəyəri qalxdığından və mənzilə görə qarşılıqlı iddia üzrə cavabdehlərə borclu olduqları 22000 ABŞ dollarını vermək imkanları olmadığına görə o əri ilə qarşılıqlı iddia üzrə cavabdehlərlə görüşərək vəziyyəti onların nəzərlərinə çatdırdılar və dolların qiymətinin onlardan asılı olmayan səbəblərdən qəflətən bahalaşdığından onlara güzəşt etmələrini onlardan xahiş etdilər. Lakin onlar onlara heç bir güzəşt etməyəcəklərini bildirəndə, onlar onlardan verdikləri 18000 ABŞ dolları pullarından həmin mənzildə yaşadıqları dövr üçün kirayə haqqını çıxaraq qalan məbləği qaytarılmasını və mənzildən çıxmaq istədiklərini bildirəndə cavabdehlər dedilər ki, hazırda həmin məbləğdə pulları yoxdur, pulu düzəldən kimi onlara xəbər edəcəklər. Onlar onlardan evin təmirinə çəkdikləri xərcin əvəzini də istəmədiklərini onların nəzərinə çatdırmışlar. Cavabdehlər pulu düzəldənə qədər onların orada yaşamaqlarına razı olduqlarını söylədilər. Bundan sonra onlar hər il qarşılıqlı iddia üzrə cavabdehlərdən pullarının qaytarılmasını onların nəzərinə çatdıranda hər dəfə deyiblər ki, hələlik pulu düzəldənə kimi yaşasınlar və heç nədən narahat olmasınlar. Lakin sonradan qaşılıqlı iddia üzrə cavabdehlər ona və ailə üzvləri olan digər cavabdehlərə qarşı məlum iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Qarşılıqlı iddia üzrə cavabdeh və əri ilə aralarında yaranmış mübahisənin səbəbləri yuxarıda qeyd etdiyi kimi olduğu halda onlar iddia ərizəsində göstərmişlər ki, onlardan mənzili onlara satmaları ilə bağlı cəmi 13000 manat pul almış, sonradan guya onlar mənzilə görə onlara borclu qaldıqları pulu verə bilmədiklərinə görə ödədikləri məbləğin əvəzində 2021-ci ilə kimi mənzildə kirayə qalacaqlarını bildirmişlər. Bütün bunların hamısı yalandır. İşin həqiqi halları məhz yuxarıda göstərdikləridir. Ona görə də o və ailə üzvləri həmin mənzili qarşılıqlı iddiası üzrə cavabdehlər Cavabdeh2 və Nümayəndə oğlu tərəfindən 18000 ABŞ dolları məbləğində pulun həmin mənzili təmir etdirərək tam istifadəyə yararlı vəziyyətə salınması üçün çəkdiyi 5000 manat xərcin əvəzi ona tam ödənildikdən sonra onlara qaytara bilmir. Həqiqətən iddiaçıdan soyuducu almışlar. Odur ki, məhkəmədən ilkin iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Sonradan ilkin iddia üzrə iddiaçı tərəfin etibarnamə üzrə nümayəndəsi və vəkili X7 məhkəməyə “Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən” ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Ağdaş şəhəri Y.Nəbiyev küçəsi 1-ci dalanda istifadədə olan 0.119 ha torpaq sahəsində yerləşən 8 nömrəli 2 mərtəbəli binanın 2-ci girişində 2-ci mərtəbəsində 77.9 kv.m ümumi, 55.2 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 9 nömrəli mənzildən çıxarılması, mənzilin boşaldılması, ödənilmiş 12300 manat vəsaitin kirayə haqqı kimi hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 məhkəməyə “iddia tələbinin həcminin arıtırılmasına dair” ərizə verərək, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Nümayəndə Ağdaş şəhəri Nəbiyev küçəsi 1-ci dalanda istifadədə olan 0.119 ha torpaq sahəsində yerləşən 8 nömrəli 2 mərtəbəli binanın 2-ci girişində 2-ci mərtəbəsində ümumi sahəsi 77.9 kv.m, yaşayış sahəsi 55.2 kv.m olan 4 otaqdan ibarət 9 nömrəli mənzilə görə ödəmiş olduğu 18000 (on səkkiz min) ABŞ dolları, həmin vəsaitin 7 il üzrə illik 5 (beş) faizi 6300 (altı min üç yüz) ABŞ dolları məbləğində, 5000 (beş min) manat həmin yaşayış üçün istifadə ilə bağlı təmirinə çəkilmiş xərcin əvəzinin və dövlət rüsumu hesabına ödəmiş olduğu 30 manat, cəmi 24300 (iyirmi dörd min üç yüz) ABŞ dolları və 5030 (beş min otuz) manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı tərəfin etibarnamə üzrə nümayəndəsi və vəkili X7 məhkəmədən ilkin iddia tələbinin təmin və qarşılıqlı iddia tələbinin isə iddia müddəti tətbiq edilməklə rədd edilməsni xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh2 məhkəmədən ilkin iddia tələbinin rədd və qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etmişdir. İşə əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Ağdaş şəhəri, Y.Nəbiyev küçəsi, 1-ci dalanda istifadədə olan 0.119 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində 77,9 kv.m ümumi, 55.2 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 9 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı qızının adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 177 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş 10.09.2021-ci il tarixli İddiaçı və Nümayəndə tərəfindən verilmiş ərizədən məlum olur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzildən çıxartma tələbinə dair iddia qaldırmışlar. Qarşılıqlı olaraq da cavabdehlər onlara qarşı pul tələbinə dair iddia qaldırmışlar. İddiaçılar iddia ərizələrində mənzil almağa razılaşdıqları, 2015-ci ildə pulun kursu öldüyündən həmin razılaşmanın pozulmasını bildirmişlər. Qeyd edir ki, həmin pulu ondan cavabdehlər kirayə haqqı kimi saxlanmış və evdə yaşamağa başlamışlar. Ancaq cavabdehlər onların həmin pulu qaytarmalı olduqları bildirdiklərindən hesab edir ki, bununla bağlı onlar 3 illik iddia müddətini ötürmüşlər. Cavabdehlər həmin pulun onlarda mənzilin dəyəri kimi qalmadığını bildirdiklərindən 2015ci ildən hazırki müddətə qədər mülkiyyətlərində olan mənzildə yaşamaqda davam etdiklərini də bildirmişlər. Yuxarıda göstərilənlərə əsas tutub, məhkəmədən iddia müddətinin tətbiq edərək iddia müddəti ötdüyündən qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, ilkin iddia tələbi əsaslı və qarşılıqlı iddia tələbi isə əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim başqa məsələlərlə yanaşı tərəflərin hansı hüquqi münasibətdə olmalarını müəyyən edir. Məhkəmədə müəyyən olunmuşdur ki, ilkin iddia üzrə iddiaçı tərəf iddia predmeti olan mənzilin özlərinə məxsus olduğuna əsaslanaraq cavabdehlərin həmin mənzildən çıxarılmasını, məznilin boşaldılmasını və onlara ödənilmiş 12300 manat məbləğində vəsaitin kirayə haqqı kimi hesablanmasını tələb edir. Ona görə də məhkəmə hesab edir ki, hazırki mübahisə özgənin sahibliyində olan əmlakın alınması üzrə yaranan mübahisədir. İddianın hüquqi əsaslarından biri olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin mülkiyyətçi olmayan şəxslərin hüquqlarından bəhs edən 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da mülkiyyət hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinin mənasına görə, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını ətraflı şəkildə araşdıraraq hesab edir ki, iddiaçı və cavabdeh tərəf öz aralarında şifahi əqd bağlayaraq hazırda mübahisə predmeti olan mənzili cavabdeh tərəfin ilkin ödəniş kimi 13000 manat ödəməsində və mənzilin satış məbləğinin 1 ay müddətinə ödənilməsi qarşılığında mənzili cavabdeh tərəfə satmağa razı olmuşlar. Cavabdeh tərəfə iddiaçı tərəfə 13000 manat məbləğində pulu ödəmiş, lakin qalan məbləği ödəyə bilməmişdir. Maddi imkanı zəif olduğundan cavabdeh tərəf iddiaçı tərəfə verdikləri pulun müqabilində 2014-2021-ci illəri ərzində qalmalarını bildirmiş və iddiaçı tərəfdə buna razı olmuşdur. Hazırda isə həmin müddət tamam olmuşdur, lakin cavabdeh tərəf iddiaçı tərəfə məxsus mənzili könüllü tərk etməkdən imtina edir. İş materialları arasında olan çıxarışdan da tam aydın olur ki, mübahisə predmeti olan mənzil İddiaçı məxsusdur. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, mübahisə predmeti olan mənziliə görə ödənmiş məbləğ və “mənzilin təmirinə çəkilmiş xərc” olduğu iddia edilən məbləğlə bağlı Mülki Məcəllənin 373-cü maddəsində göstərilmiş iddia müddətini ötürmüşdür. Belə ki, tərəflər arasında hər iki tərəfində etiraf etdiyi kimi şifahi müqavilə (əqd) 2014-cü ildə bağlanmışdır. Həmin müddətdən hazırki müddətə qədər isə qarşılıqlı iddia üzrə iddiaçı həmin pulları ilkin iddia üzrə iddiaçı tərəfdən tələb etməmiş və bu hərəkətsizliyi nəticəsində də həmin məbləğin evin kirayə pulu kimi verildiyini bir növ etiraf etmişdir. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Qarşılıqlı iddianın 18000 (on səkkiz min) ABŞ dolları, həmin vəsaitin 7 il üzrə illik 5 (beş) faizi 6300 (altı min üç yüz) ABŞ dolları məbləğində pul tələbi ilə bağlı hissə ilə bağlı qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında cavabdehlərin, qarşılıqlı iddia üzrə iddiaçıların mənzilin dəyəri kimi 18000 ABŞ dolları məbləğində vəsait ödəmələri öz təsdiqini tapmamışdır. Həmçinin hər iki tərəf təsdiq etmişlər ki, bu münasibət iddiaçıların mənzillərini satması, cavabdehlərin isə mənzil almaq istəklərindən yaranmışdır. Mənzillərin alqı-satqısında isə Azərbaycan Respublikasında manat ekvivalenti istifadə oluna bilərdi. Hazırda dolların kursu qalxdığından cavabdehlərin pulun dəyərinin artırılması məqsədilə 13000 manat ödədikləri vəsaiti dollar ekvivalenti ilə tələb etdikləri aşkardır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 5000 (beş min) manat həmin yaşayış üçün istifadə ilə bağlı təmirinə çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Hazırda təmir olunduğu göstərilən mənzildə iddiaçılar deyil, cavabdehlər yaşayır. Həmçinin 7 ildən artıq müddətdir ki, həmin təmirdən yararlanmışlar. Həmin təmir işlərinin 2014-2015-ci ildə aparıldığını cavabdeh Cavabdeh2 məhkəmə iclasında təsdiq etmişdir. İddiaçlar İddiaçı və Nümayəndə mənzilin təmiri ilə bağlı tapşırıq vermələri də öz təsdiqini tapmamışdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sadalanan prosessual hüquq normalarına görə iddia ərizəsində göstərilən mənzilin iddiaçı tərəfə məxsus olduğunu və bu mənzilin cavabdeh tərəfin qanunsuz istifadəsində olduğunu sübuta yetirmə yükü iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf məhkəməyə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı təqdim etməklə mübahisəli mənzilin onun mülkiyyətində olduğunu tam sübuta yetirmişdir. Mənzilin dəyəri kimi 18000 (on səkkiz min) ABŞ dolları məbləğində pulun ödənilməsini, həmin yaşayış üçün istifadə ilə bağlı təmirinə çəkilmiş 5000 (beş min) manat xərcin olduğunu sübua yetirmə yükü cavabdehin (qarşılılıqlı iddia üzrə iddiaçının) üzərinə düşür. Cavabdeh (qarşılılıqlı iddia üzrə iddiaçı) tərəf ilk iddia üzrə iddiaçılara 8000 ABŞ dolları pul ödədiklərini və iddiaçıların varlandığını sübuta yetirə bilməmişlər. Ödənilmiş 13000 manat vəsaiti isə 2015-ci ildən qaytarılması ilə bağlı iddia qaldırmaq hüquqları olsada, belə bir iddia qaldırmayaraq iddiaçılarla razılaşdıqları kimi kirayəçi kimi yaşamaqda davam etmişlər. Kirayə müddəti bitdikdən sonra iddiaçılar mənzildən çıxarma tələbi qaldırdıqdan sonra, pul tələbi ilə qarşılıqlı iddia vermişlər. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sərəncam hüququ - əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Baxılan iş üzrə, torpaq sahəsinin mülkiyyətçisinin torpaq sahəsinə sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçi cavabdehin mənzilindən istifadə hüququna razılıq verməyə borclu olsun. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, üz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Akimovanın Azərbaycan Respublikasına qarşı işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsi 27 sentyabr 2007-ci il tarixli Qərarında göstərmişdir ki, «İnsan Hüquqlarının və X2 Haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin mahiyyəti 3 hissədən ibarətdir: 1) əmlakdan dinc qaydada istifadə etmək hüququ; 2) müəyyən müstəsna hallarda əmlakdan məhrum etmə hallarının mövcudluğu; 3) üzv dövlətlər əmlak hüququnun müdafiəsi üçün tədbirlər görməlidir. Odur ki, məhkəmə Akimovanın mənzilindən məcburi köçkünün çıxarılması haqqında məhkəmə qərarının Ağdam şəhəri işğaldan azad edilənədək təxirə salmasını fiziki şəxsin əmlak hüquqlarına, Azərbaycan Respublikasının qanunlarının pozulması ilə həyata keçirilmiş müdaxilə kimi qiymət vermişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət e t d i: İlkin iddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Ağdaş şəhəri Y.Nəbiyev küçəsi, 1-ci dalanda istifadədə olan 0.119 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində, 77.9 kv.m ümumi, 55.2 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 9 nömrəli onlara məxsus mənzildən çıxarılsınlar. Mənzil boşaldılsın. Ödənilmiş 12300 manat cavabdeh tərəfin 2014-2021-ci illər ərzindəki kirayə haqqı kimi hesablansın. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər (ilkin iddia üzrə iddiaçılar) İddiaçı və Nümayəndə qarşı “Mənzilə görə ödənilmiş pulun, çəkilmiş xərcin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar