Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1099/2022 09.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC və Cavabdeh2 qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC və Cavabdeh2 qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 ASC-nin Ağdaş filialında bağlanılmış xx.xx.2019-cu il tarixli, 111.LN.1676.251219.00002 saylı zaminlik müqaviləsinə xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd edilən iddia ərizəsi və ona əlavə edilən sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, iddia ərizəsi ərazi aidiyyətinə riayət edilmədən Ağdaş Rayon Məhkəməsinə verilmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ünvanı ünvan 1ublikası Mülki-Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, hazırki iddia tələbi ilə Cavabdeh1 ASC-nin qeydə alındığı yer üzrə Rayon Məhkəməsinə müraciət edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC və Cavabdeh2 qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-1099/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1099/2022
09.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver