Məhkəmə qərarları › İş №2(014)-1100/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1100/2022

26.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1100/2022 26.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Kərimova Hicran Mayıl qızı, X1, X22 və X9 (eyni zamanda X10 nümayəndəsi) iştirakları ilə İddiaçı Cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Ağdaş Rayon Notariat Ofisi, X11 və qeyrilərinə qarşı vərəsəlik hüququnun tanınması və paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Ağdaş Rayon Notariat Ofisi, X11 və qeyrilərinə qarşı vərəsəlik hüququnun tanınması və paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atam X24 və anası X12 rəsmi ailə quraraq evlənmişlər. Onların birgə nikahlarından o, bacı-qardaşları X11, Kərimova Hicran Mayıl qızı, X1, X22, X25, X26, X27, X28 və Cavabdeh1 anadan olmuşlur. X3 xx.xx.2015-ci il tarixdə, anası X12 xx.xx.2018-ci il tarixdə Ağdaş rayonunun Qolqəti kəndində yerləşən yaşadıqları evlərində vəfat etmişlər. Mərhum valideynlərinin adına Ağdaş rayon Aqrar İslahat Komissiyasının 02 dekabr 1997-ci il tarixli 14 nömrəli qərarı ilə 1,63 hektar ölçüdə kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Mərhum valideynləri ölən günə kimi ondan və cavabdehlər X11, Kərimova Hicran Mayıl qızı, X1, X22, X25, X26, X27, X28 və Cavabdeh1 ibarət qanun üzrə birinci növbəli vərəsələri qalmışdır. Valideynlərinin ölümündən sonra onların dəfn mərasimini təşkil etməklə və miras qalmış kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsində müəyyən işlər görməklə vərəsəlik açıldığı vaxtdan mirası faktiki qəbul etməyini şərtsiz nümayiş etdirmişdir. Mərhum valideynlərinin ölümündən sonra vərəsəliyin açılması ilə əlaqədar Ağdaş rayon Notaiat ofisinə müraciət etmiş, lakin Cavabdeh1 ilə aralarında mübahisə olduğuna görə miras əmlakda payların müəyyən edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Qanun üzrə birinci növbəli vərəsə kimi mirasın açılmasından sonra miras kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsindən pay istəməyi ilə əlaqədar ötən müddət ərzində mövqeyini ortaya qoysa da, mübahisəni məhkəmədən kənar, yəni notariat kontorunda həll etmək mümkün olmadığından mübahisəyə məhkəmə qaydasında baxılıb həll edilməsi üçün müraciət etmişdir. Mərhum valideynlərinin ölümündən sonra miras qalmış əmlakın kütləsi 1,63 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsindən onlara çatası pay təşkil edir. Mərhum valideynlərinin ölümündən sonra qanun üzrə vərəsələr 10 nəfər olduqlarına görə mərhum valideynlərindən miras qalmış əmlakda payları hər birinə 1/10 hissədə müəyyən edilməlidir. Lakin qardaşı Cavabdeh1 başqa digər bacı-qardaşları onlara çatası miras paydan onun xeyrinə imtina etmişlər. Ona görə də hazırda miras qalmış əmlakda payları onun xeyrinə 9/10 hissədə, Cavabdeh1 xeyrinə 1/10 hissədə müəyyən edilməlidir. Mərhum valideynlərinin o və maraqlı şəxslər olan bacı-qardaşları X11, Kərimova Hicran Mayıl qızı, X1, X22, X25, X26, X27, X28 və Cavabdeh1 başqa vərəsələri olmamışdır. Göstərilənlərə əsasən mərhum valideynlərinin, yəni xx.xx.2015-ci il tarixdə vəfat etmiş X16 və xx.xx.2018-ci il tarixdə vəfat etmiş X2 onlara çatası paylarına, yəni Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,63 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsinə o və maraqlı şəxslər olan bacıqardaşları X11, Kərimova Hicran Mayıl qızı, X1, X22, X25, X26, X27, X28 və Cavabdeh1 vərəsəlik hüquqlarının tanınması, miras qalmış Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,63 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsində paylarının ona 9/10 hissədə, Cavabdeh1 1/10-də hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, mərhum valideynlərinin, yəni xx.xx.2015-ci il tarixdə vəfat etmiş X13 və xx.xx.2018-ci il tarixdə vəfat etmiş X2 onlara çatası paylarına, yəni Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,63 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsinə o və maraqlı şəxslər olan bacı-qardaşları X11, Kərimova Hicran Mayıl qızı, X1, X22, X25, X26, X28 və Cavabdeh1 vərəsəlik hüquqlarının tanınması, miras qalmış Ağdaş rayonunun Qolqəti kəndində yerləşən 1,63 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsində paylarının ona 8/10 hissədə, Cavabdeh1 1/10-də hissədə, X17 1/10-də hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Kərimova Hicran Mayıl qızı, X1, X22 və X26 iddia tələbinin təmin olunmasını xahiş etdilər. Eyni zamanda, məhkəmə iclasında X26 təmsil etdiyi digər qardaşı X10 iddia tələbi ilə razı olmadığını və onun iddianın təmin olunmamasını xahiş etdiyini bildirdi. Digər müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11, X25, X27, X28 və Ağdaş Rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar və ya nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə digər müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11, X25, X27 və X14 və Ağdaş Rayon Notariat Ofisinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan X22 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli teleqramnan görünür ki, X22 ata-anasından qalmış çöl torpaq payını bacısı İddiaçı adına keçirilməsinə etiraz etmir. İşin materiallarında olan Kərimova Hicran Mayıl qızı tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Kərimova Hicran Mayıl qızı ata-anasından qalmış çöl torpaq payının bacısı İddiaçı verilməsinə etiraz etmir. İşin materiallarında olan X11 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, X11 ata-anasından qalmış çöl torpaq payının bacısı İddiaçı verilməsinə etiraz etmir. İşin materiallarında olan X25 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, X25 ata-anasından qalmış çöl torpaq payının bacısı İddiaçı verilməsinə etiraz etmir. İşin materiallarında olan X26 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, X26 ata-anasından qalmış çöl torpaq payının bacısı İddiaçı verilməsinə etiraz etmir. İşin materiallarında olan X28 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, X28 ata-anasından qalmış çöl torpaq payının bacısı İddiaçı verilməsinə etiraz etmir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli, AR-İİ seriyalı, № 662596 saylı etibarnamədən görünür ki, X25 vərəsəlik işi ilə əlaqədar bütün təşkilatlarda onun adından müraciət etmək, sərəncam vermək və s. İddiaçı etibar etmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş № 586 saylı doğum haqqında arayışdan görünür ki, X28 01 may 1961-ci il tarixdə Ağdaş rayonunun Qolqəti kəndində anadan olmuş, X3, anası isə X4r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş № 585 saylı doğum haqqında arayışdan görünür ki, X27 16 may 1969-cu il tarixdə Ağdaş rayonunun Qolqəti kəndində anadan olmuş, X3, anası isə X4r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş № 587 saylı doğum haqqında arayışdan görünür ki, X6 10 noyabr 1967-ci il tarixdə Ağdaş rayonunun Qolqəti kəndində anadan olmuş, X3, anası isə X4r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş № 589 saylı ölüm haqqında arayışdan görünür ki, X24 25 fevral 20115-ci il tarixdə Ağdaş rayonunun Qolqəti kəndində ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş № 645 saylı nikah haqqında arayışdan görünür ki, X29 ilə X18 xx.xx.1990-cı il tarixdə 146 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş № 588 saylı nikah haqqında arayışdan görünür ki, X30 ilə X6 xx.xx.1990-cı il tarixdə 30 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Mayılova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş № 529 saylı arayışdan görünür ki, azərbaycan Respublikasının vətəndaşı xx.xx.1936-cı il tarixdə Ağdaş şəhərində anadan olmuş, X2 nikah haqqında akt qeydinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilədək “Vətəndaşlıq vəziyyəti Aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə yoxlama aparılmış X2 nikah haqqında akt qeydi aşkar edilməmişdir. İşin materiallarında olan Qədələ rayonu Bum kənd soveti tərəfindən xx.xx.1993-cü il tarixdə verilmiş Vİ-JQ seriyalı, № 330381 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X23 ilə X19 xx.xx.1993-cü il tarixdə 17 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İşin materiallarında olan Qədələ rayon Bum kənd soveti tərəfindən xx.xx.1993-cü il tarixdə verilmiş Vİ-JQ seriyalı, № 330381 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X23 ilə X19 xx.xx.1993-cü il tarixdə 17 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qolqəti kənd soveti tərəfindən xx.xx.1975-ci il tarixdə verilmiş İİİ-JQ seriyalı, № 353509 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X19 xx.xx.1975-ci il tarixdə Ağdaş rayonunun Qolqəti kəndində anadan olmuş, X3, anası isə X4r. İşin materiallarında olan Ağdaş rayon Qolqəti kənd soveti tərəfindən xx.xx.1978-ci il tarixdə verilmiş İ-JQ seriyalı, № 417249 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X35 ilə X15 xx.xx.1978-ci il tarixdə 19 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Qasımova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qolqəti kənd soveti tərəfindən xx.xx.1983-cü il tarixdə verilmiş İİ-JQ seriyalı, № 483820 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X31 ilə Mayılova Hicran Mayıl qızı xx.xx.1983-cü il tarixdə 4 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Kərimova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN- 178 nömrəli (kod ********) olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X24, X12, Cavabdeh1, X7, X32 və X8 Ağdaş rayonunun Qolqəti kəndindən 0,25 ha torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 30 mart 2022-ci il tarixli, № 166 saylı məktubdan görünür ki, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın bölüşdürülməsi barədə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qolqəti kənd soveti tərəfindən xx.xx.1964-cü il tarixdə verilmiş AZ seriyalı, № 686428 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X18 xx.xx.1964-cü il tarixdə Ağdaş rayonunun Qolqəti kəndində anadan olmuş, X3, anası isə X4r. İşin materiallarında olan Ağdaş rayon Qolqəti kənd soveti tərəfindən xx.xx.1963-cü il tarixdə verilmiş AZ seriyalı, № 209235 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X26 xx.xx.1963-cü il tarixdə Ağdaş rayonunun Qolqəti kəndində anadan olmuş, X3, anası isə X4r. İşin materiallarında olan Ağdaş rayon Qolqəti kənd soveti tərəfindən xx.xx.1958-ci il tarixdə verilmiş İ-İE seriyalı, № 339011 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X15 xx.xx.1958-ci il tarixdə Ağdaş rayonunun Qolqəti kəndində anadan olmuş, X3, anası isə X4r. İşin materiallarında olan Ağdaş rayon Qolqəti kənd soveti tərəfindən xx.xx.1959-cu il tarixdə verilmiş İ-İE seriyalı, № 798183 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Mayılova Hicran Mayıl qızı xx.xx.1959-cu il tarixdə Ağdaş rayonunun Qolqəti kəndində anadan olmuş, X3, anası isə X4r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 mart 2022-ci il tarixli, 530 saylı arayışdan görünür ki, yaşayış yeri Ağdaş rayonu, Qolqəti kəndi olmuş mərhum X13 xx.xx.2022-ci il tarixə aşağıdakı ailə üzvləri müəyyən edilmişdir. Həyat yoldaşı: X12 (vəfat edib), oğlu: X25, qızı: X11, qızı: Kərimova Hicran Mayıl qızı, oğlu: X28, oğlu: X26, qızı: X18, oğlu: Cavabdeh1, qızı: X6, oğlu: X27, qızı: X22. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 mart 2022-ci il tarixli, 528 saylı arayışdan görünür ki, yaşayış yeri Ağdaş rayonu, Qolqəti kəndi olmuş mərhum X2 xx.xx.2022-ci il tarixə aşağıdakı ailə üzvləri müəyyən edilmişdir. Həyat yoldaşı: X24 (vəfat edib), oğlu: X25, qızı: X11, qızı: Kərimova Hicran Mayıl qızı, oğlu: X28, oğlu: X26, qızı: X18, oğlu: Cavabdeh1, qızı: X6, oğlu: X27, qızı: X22. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN- 178 nömrəli (kod ********) olan torpağa mülkiyyət huququna dair Dövlət Aktının təsdiqlənmiş surətindən görünür ki, X24 və X5 Ağdaş rayonu, Qolqəti kəndindən 1,63 ha kənd təsərrüfatə məhsullarının istehsalı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Tümen vilayəti, Tobalsk şəhərinin notariusu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ** AA ***4450 saylı etibarnamədən görünür ki, X27 onun bütün əmlakını idarə etmək və onun üzərində sərəncam vermək, mülkiyyət hüququnun qeydiyyatı haqqında şəhadətnamələrin, dövlət reyestrindən çıxarışın və bütün lazımı qeydiyyatdan keçmiş sənədlərin alınması hüququ, Azərbaycan Respublikasının bütün səlahiyyətli təşkilatlar və müəssisələrinsə onun nümayəndəsi olmağı X20 etibar etmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 aprel 2018-ci il tarixli, AZ-İ seriyalı № 934232 saylı ölüm haqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X12 xx.xx.1918-ci il tarixdə vəfat etmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli, AR-İİ seriyalı, № 612589 saylı etibarnamədən görünür ki, X22, X11, X1 və Kərimova Hicran Mayıl qızı vərəsəlik işi ilə əlaqədar bütün təşkilatlarda onun adından müraciət etmək, sərəncam vermək və s. İddiaçı etibar etmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş № 05/Q-789/09 saylı doğum haqqında arayışdan görünür ki, X25 23 avqust 1955-ci il tarixdə Ağdaş rayonunun Qolqəti kəndində anadan olmuş, X3, anası isə X4r. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X24 xx.xx.2015-ci il tarixdə, X12 isə xx.xx.2018-ci il tarixdə vəfat etmişlər. Onların ölümündən sonra 10 (on) nəfər birinci dərəcəli vərəsələri İddiaçı, X11, Kərimova Hicran Mayıl qızı, X1, X22, X25, X26, X27, X28 və Cavabdeh1 qalmışdır. Onlardan altı nəfəri X22, Kərimova Hicran Mayıl qızı, X11, X25, X26 və X28 miras paylarını İddiaçı vermişlər. Həmçinin, İddiaçı valideynlərinin vəfatından sonra onlara məxsus evdə yaşamış və hazırda da yaşamağa davam edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Eyni Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göstərilən Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Eyni Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, X13 xx.xx.2015-ci il tarixdə, X2 isə xx.xx.2018-ci il tarixdə Ağdaş rayonunun Qolqəti kəndində ölümündən sonra miras qalmış Ağdaş rayonunun Qolqəti kəndində yerləşən 1,63 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsindən İddiaçı 7/10 hissədə payı müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. X13 xx.xx.2015-ci il tarixdə, X2 isə xx.xx.2018-ci il tarixdə Ağdaş rayonunun Qolqəti kəndində ölümündən sonra miras qalmış Ağdaş rayonunun Qolqəti kəndində yerləşən 1,63 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsindən İddiaçı 7/10 hissədə payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar