Məhkəmə qərarları › İş №2(014)-1101/2020

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1101/2020

11.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1101/2020 11.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Qarayeva Mələk Məhəmməd qızının katibliyi Ərizəçi Maraqlı şəxs X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Ağdaş rayon Dövlət Notariat Kontoruna qarşı «mirasın qəbul edilməsi vaxtının (müddətinin)uzadılması» tələbinə dair işə Ağdaş rayon məhkəməsinin binasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Ağdaş rayon Dövlət Notariat Kontoruna qarşı «mirasın qəbul edilməsi vaxtının (müddətinin) uzadılması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon X1 xx xxxxxx 1998-ci il tarixli, 16 saylı qərarı ilə JN-104A saylı şəhadətnamə üzrə atası X6 və nənəsi X3 ümumbirgə mülkiyyətində olmuş 0,3426 ha. torpaq sahəsinin yarısına, həmçinin Torpağa Mülkiyyət hüququna dair JN-116 saylı 90304028 Dövlət AKTİ ilə X4 və atası X5 mülkiyyətinə verilmiş 0,55 ha pay torpağının yarısına mirası qəbul etdiyi üçün bu barədə Dövlət Notariat Kontoruna qanunla müəyyən olunmuş müddətdə müraciət etmədikləri, ancaq həmin mirası miras açıldığı gündən idarə etdikləri nəzərə alaraq mirasın qəbul edilməsi vaxtının (müddətinin) uzadılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin məhkəmə hazırlıq iclası x xxxx 2020-ci il tarixə saat 10:55-ə, məhkəmə baxışı isə xx xxxxxx 2020-ci il tarixə saat 15:00 təyin edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Əliyev Əlican oğlu ərizəyə etiraz edərək təmin edilməməsini xahiş etdi. Etirazını onunla əsaslandırılmışdır ki, miras əmlak ərizəçi tərəfindən vaxtında qəbul edilməmiş, miras qoyan sağlığından onu vərəsə kimi qəbul etməmiş, miras qoyan öldükdən sonra da bir vərəsə kimi onunla maraqlanmamışdır. Bu faktı təsdiq edən bircə o hal kifayətdir ki, ərizəçi miras qoyanın dəfn edildiyi yer kimi, Malay qəbirstanlığını qeyd etsə də, əslində mərhumun dəfn edildiyi məkan Əmirarx qəbirstanlığıdır. Məhkəmə ərizəni, ona verilən etirazı və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsində qeyd edilir ki, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 259.0.10-ci maddəsində qeyd edilir ki, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə ərizənin baxılmamış saxlanmasına əsas ola bilər. Məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Ağdaş rayon Dövlət Notariat Kontoruna qarşı «mirasın qəbul edilməsi vaxtının (müddətinin) uzadılması» tələbinə dair ərizəsi baxılmamış saxlanılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçi ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquq izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259.0, 259.0.12, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Ərizəçi maraqlı şəxs Ağdaş rayon Dövlət Notariat Kontoruna qarşı «mirasın qəbul edilməsi vaxtının (müddətinin) uzadılması» tələbinə dair iş üzrə ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Ağdaş rayon məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: NİZAM ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar