Məhkəmə qərarları › İş №2(014)-1116/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1116/2022

16.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1116/2022 16.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, Cavabdeh* iştrakı ilə İddiaçı Cavabdeh* və 3-cü şəxs Cavabdeh2nə qarşı «nikah etibarsız hesab edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh* və 3-cü şəxs Cavabdeh2nə qarşı «nikah aktının etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh* arasında Ağdaş rayon Dəhnəxəlil kənd İƏD üzrə nümayəndəliyində bağlanmış 23 avqust 20*0-cu il tarixli, ** saylı nikah akt qeydinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh* ilə 23.08.20*0-cu ildə rəsmi nikaha daxil olmuşlar. Bununla bağlı Ağdaş rayon Dəhnəxəlil kənd İƏD üzrə nümayəndəliyində nikahları 23 avqust 20*0-cu il tarixli, ** saylı nikah akt qeydi ilə qeydə alınmışdır. Həmin dövrdə onların nikah akt qeydləri Ağdaş rayon Dəhnəxəlil kənd İƏD üzrə nümayəndəliyində kəndin İƏD üzrə nümayəndəsi X8 tərəfindən tərtib və təşkil olunmuş, həmçinin onun və X2 iştirakı olmadan qeydə alınmışdır. İştirakı olmadığı üçün də 23 avqust 20*0-cu il tarixli, ** saylı nikah akt qeydi onun və Cavabdeh* imzası olmadan bağlanmışdır. Həmin nikah akt qeydi Dəhnəxəlil kənd İƏD üzrə nümayəndəsi X8 tərəfindən tərtib və təşkil edilməyi ilə yanaşı, həmçinin də şəxsən özü tərəfindən hər ikisinin yerinə imzalar atılmaqla qeydə alınmışdır. Dəhnəxəlil kənd İƏD üzrə nümayəndəsi X8, birgə nikaha daxil olduğu X2 öz atası olmuş, bu səbəbdən də onun xəbəri olmadan onun və öz qızının yerinə saxta imzalar atılmasına rahatlıqla şərait yaranmışdır. O nikah akt qeydinin qeydə alınması və bağlanması tarixindən həm xəbərsiz olmuş, həm də heç bir akt qeydinə imza atmamışdır. Nikahın bağlanılması ilə bağlı tam məlumat sahibi olmadığı üçün də X8 tərəfindən nikah şəhadətnamələri ona verilərkən şəhadətnamənin o şəkildə İƏD üzrə nümayəndəsi Mahmudov Əlican tərəfindən evdə verildiyi qənaətinə gəlinmişdir. İƏD üzrə nümayəndəsi X5 İƏD üzrə nümayəndəsi olduğu dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək saxtakarlıq yolu ilə bir sıra qanunsuz əməlləri ona məlum olmuş, bu minvalla araşdırma nəticəsində X5 onun və öz qızının nikah akt qeydində və nikahın bağlanmasında da səlahiyyətlərindən sui-istifadə edərək bir sıra saxtakarlılar etmişdir. X8 bugünədək də bununla bağlı ona heç bir kəlmə də deməmişdir. Nəticə olaraq da X8 tərəfindən ona olan etibarından və məlumatınıın olmadığından suiistifadə edilərək, onun ilə öz qızı arasından saxta nikah akt qeydə alınaraq saxta nikah kəsilmişdir. X5 törətdikləri həmçinin cinayət əməlləridir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştrak edə bilməyəcəyini, iddia tələbini müdafiə etdiyini, məhkəmə iclasının onun iştrakı olmadan keçilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxaılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.4-cü maddəsinə əsasən iddiaçının məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Cavabdeh* məhkəmə iclasında iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı ilə aralarında olan nikah məhkəmə qaydasında pozulmuş, məhkəmə qətnaməsi ilə nikah dövründə əldə etdikləri birgə əmlakın bölünməsi qət edilmişdir. İddiaçı nikahın saxtalığını bu müddət ərzində heç vaxt mübahisələndirməmiş, normal ər-arvad münasibətləri olmuş, birgə nikahlarından övladları dünyaya gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 hazırkı iş üzrə iddiaçının keçmiş qayınatası, cavabdehin isə atası olduğunu, nikah akt qeydi tərtib edilərkən Ağdaş rayon Dəhnəxəlil kənd İƏD üzrə nümayəndəliyində kənd icra nümayəndəsi kimi çalışdığını, hər zaman qanunlara və qaydalara hörmət etdiyini, üstündən uzun zaman keçsə də hadisələri təfsilatı ilə xatırlamadığını, lakin işini hər zaman qanunvericiliyin tələblərinə uyğun qurduğunu, heç kimin, hətta qızının və kürəkənin də yerinə qol çəkmədiyini, akt qeydləri kitablarında vəzifəli şəxs kimi qeydləri imzası ilə təsdiq etdiyini bildirmişdir. İş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh2nə və Cavabdeh* məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs Cavabdeh2 nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə Cavabdeh2 nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasının mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia tələbi rədd edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Cavabdeh2 tərəfindən verilmiş 3* may 2022-ci il tarixli *079 saylı arayışdan məlum olur ki, İddiaçı ilə X7 arasında nikah haqqında 23 avqust 20*0-cu il tarixdə ** saylı nikah qeydi tərtib olunmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Cavabdeh2 tərəfindən verilmiş 25 may 2022-ci il tarixli 05/Q-*054 saylı məktubdan məlum olur ki, Ağdaş rayon İcra Hakimiyyəti başçısının Dəhnəxəlil inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən qeydə alınmış 23.08.20*0-cu il tarixli ** saylı nikah haqqında akt qeydinin təsdiq olunmuş surətinin istənməsi barədə ərizənizə Cavabdeh2ndə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.*5-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin surətləri yalnız qeydiyyat şöbəsi, konsulluq idarəsi, məhkəmə, prokurorluq, Dövlət təhlükəsizliyi və xarici kəşfiyyat daxili işlər orqanlarınının, Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, notariusların sorğuları üzrə göndərilir. Həmin qaydanın 9.*6-cı bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin və ya onların surətlərinin vətəndaşlara və bu qaydanın 9.*5-ci bəndində göstərilən orqanlar istisna olmaqla, digər təşkilatlara verilməsi qadağandır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 avqust 20*0-cu il tarixli AZ-İ 580452 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, İddiaçı ilə X7 arasında 23 avqust 20*0-cu il tarixli ** saylı nikah qeydi bağlanmışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 avqust 20*0-cu il tarixli nikah haqqında akt qeydinin surətindən məlum olur ki, tərəflər arasında 23 avqust 20*0-cu il tarixdə Ağdaş RİHB-nın Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində ** nömrəli aktı qeydi tərtib edilməklə rəsmi nikah qeydə alınmışdır. Bu barədə AZ-İ 580452 nömrəli şəhadətnamə verilmişdir.Evlənəndən sonra arvad “Məhərrəmova” soyadını götürmüş, tərtib edilmiş akt hər iki şəxs tərəfindən imzalanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının rəsmi nikahda olması barədə akt qeydi – 23 avqust 20*0-cu il tarixdə Ağdaş RİHB-nin Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş, iddiaçının Cavabdeh* ilə nikahını təsdiq edən ** nömrəli nikah akt qeydi ilə qeydiyyata alınmışdır.Tərəflər arasında nikah Ağdaş Rayon Məhkəməsinin 25.0*.2022-ci il tarixli 2(0*4)-47/22 saylı qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş 0* mart 20**-ci il təvəllüdlü X4 və 29 avqust 20*2-ci il təvəllüdlü X* Cavabdeh* yanında saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 2.3-cü maddəsinin tələbinə görə, nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqdır. 9.*-ci maddəsinin tələbinə görə, nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən * ay sonra onların iştirakı ilə bağlanır. **.*-ci maddəsinin tələbinə görə, nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir. 25.*-ci *0-*2-ci maddələrində və *3.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2-ci maddəsinin tələbinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.3-cü maddəsinə əsasən məhkəmə nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş qətnamədən çıxarışı 3 gün müddətində nikahın bağlandığı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur. 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. 27.3. Saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz. 27.4. Ər-arvad arasında nikah bağlanması üçün qanunla qadağan olunmuş qohumluq halları və ya nikah bağlanarkən onlardan birinin başqa şəxslə pozulmamış nikahda olduğu hallar istisna olmaqla, əvvəllər pozulmuş nikah sonradan etibarsız sayıla bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 20*6-cı il 8-2 nömrəli qərarında göstərilir ki, nikahın etibarsız hesab olunması haqqında iddia ərizəsi icraata qəbul edilərkən nikahın həqiqiliyinin hansı əsasa görə mübahisələndirildiyi, iddiaçının bu əsas üzrə məhkəmədə iddia qaldırmaq hüququna malik şəxslər kateqoriyasına (Ailə Məcəlləsinin 26.*-ci maddəsi) aid olub-olmaması məhkəmə tərəfindən aydınlaşdırılmalıdır. Nikahın etibarsız sayılması üçün Ailə Məcəlləsinin 25.*-ci maddəsində nəzərdə tutulmuş əsasların siyahısı qətidir və genişləndirilə bilməz. Bu əsaslar aşağıdakılardır:nikahın bağlanması üçün qanunla müəyyən olunmuş şərtlərin pozulması (Ailə Məcəlləsinin *0, **-ci maddələri); nikahın bağlanmasına mane olan halların mövcudluğu (Ailə Məcəlləsinin *2-ci maddəsi); nikaha daxil olan şəxslərdən birinin özündə dəri- zöhrəvi xəstəliyin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını digərindən gizlətməsi (Ailə Məcəlləsinin *3.7-ci maddəsi); nikahın saxtalığı (Ailə Məcəlləsinin 25.*-ci maddəsi). Nikah istər məhkəmə qaydasında, istərsə də müvafiq icra hakimiyyəti orqanında pozulduqdan sonra ər-arvad onun etibarsızlığı barədə iddia qaldıra bilməzlər. Lakin bu zaman nikahın qanunla qadağan olunmuş qohumlar arasında və ya ikisindən birinin başqası ilə pozulmamış nikahda olduğu şəxslə bağlanması halı istisnalıq təşkil edir (Ailə Məcəlləsinin 27.4-cü maddəsi). Göstərilən iki halda nikah məhkəmə qaydasında pozulmuşdursa onun etibarsızlığı məsələsinə baxıla bilər. Əgər nikah müvafiq icra hakimiyyəti orqanında pozulmuşdursa və bundan sonra nikahın pozulması barədə akt qeydinin ləğvi və nikahın etibarsızlığı barədə məsələ qaldırılmışdırsa, məhkəmə bu iki tələbə bir icraatda baxa bilər (qeyd edilən qərarın **.*;**.2;**.3-cü bəndləri ) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *9*.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Yuxarıda sadalanmış maddi və prosessual hüquq normalarını iş faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçı nikahın bağlanmasında onun iştirak etmədiyini, imzanın ona məxsus olmadığını qeyd etsə də, bu hallarını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, cavabdehlə nikahda olduqları müddət ərzində bu məsələni qaldırmamış, yalnız tərəflər arasında nikaha xitam verildikdən və əmlak bölgüsü ilə bağlı iddiaçı müvafiq iddia ilə məhkəməyə müraciət etdikdən sonra göstərilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nikahın saxtalığı ilə bağlı iddia qaldırsa da, onun saxtalığını təsdiq edən sübutları işə əlavə etməmişdir. Əksinə məhkəmənin təşəbbüsü ilə əldə edilmiş akt qeydləri kitabından çıxarışdan da göründüyü kimi akt qeydlərində iddiaçının və cavabdehin imzaları olmuşdur. Həmin imzaların iddiaçıya məxsus olmamasını isə həmin şəxsin məhkəmə iclasında iştirak etməməsi səbəbindən müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə iddiaçı cavabdehlə nikah münasibətlərinə xitam verilənədək faktiki ər-arvad münasibətlərində olmuş, birgə nikahlarından övladları dünyaya gəlmiş, Ağdaş Rayon Məhkəməsinin 25.0*.2022-ci il tarixli 2(0*4)-47/22 saylı qətnaməsi ilə İddiaçı ilə X6 arasında ** saylı nikah akt qeyd ilə 23 avqust 20*0-cu il tarixdə bağlanmış nikah pozulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinin tələblərinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Həmin Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş i hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 2*3, 2*6- 220-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı Cavabdeh* qarşı Cavabdeh* ilə 23.08.20*0-cu il tarixdə Ağdaş RİHB-nın Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində ** nömrə ilə qeydə alınmış nikah aktının etibarsız hesab edilməsinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: N.M.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar