Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1128/2020 31.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi F.Kərimovanın katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət X9 Ağdaş rayon Şöbəsinə qarşı Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət X9 Ağdaş rayon Şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək 1982-1987-ci illərə aid olan “1 may” kolxozunun əmək günü uçotu və staj kitablarında xx.xx.1955-ci ildə anadan olmuş X5 aid 1982-1987-ci illərdə əmək haqqı qazanmasına dair qeydlərin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, o, yəni Ərizəçi xx.xx.1955-ci ildə Ağdaş rayonu, Ləki kəndində anadan olmuşdur. xx.xx.1982-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır, müxtəlif işlərdə çalışmışdır. Sənədlər üzrə adının “Göyərçin” olmasına baxmayaraq onu kənddə həm də “Misir” kimi çağırırlar. Yuxarıda göstərdiyi kimi xx.xx.1982-ci ildə Ağdaş rayonu “1 may” kolxozuna qaz işçisi qəbul edilmişlər və Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Arxiv Arayışında göstərilir ki, 1982-1987-ci illərə aid olan “1 may” kolxozunun əmək günü uçotu və staj kitablarında adı, soyadı, ata adı və doğum tarixi xx.xx.1955-ci ildə anadan olmuş X1 qeyd olunmuş və həmin illərdə əmək haqqı qazanmağına dair qeydlər vardır. Göründüyü kimi, həmin sənədlərdə doğum tarixi, soyadı və ata adı düzgün göstərilsə də adı səhvən “Misir” kimi qeyd olunmuşdur. xx.xx.1987-ci ildə “1 may” kolxozuna pambıqçılıq üzrə briqadir təyin edilmişdir, artıq 1988-ci ildən əmək günü uçotu və staj kitablarında adını rəsmi sənəddə olduğu kimi Ərizəçi olaraq qeyd etdirmişdir. Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Arxiv Arayışı da təsdiq edir ki, 1988- 1996-cı illərə dair staj kitablarında adı, soyadı və ata adı Ərizəçi kimi göstərilmişdir. Rəsmi adının “Göyərçin” olmasına baxmayaraq həm də “Misir” kimi tanınmağını məhkəməyə dəvət edəcəyi şahidlər təsdiq edə bilərlər. Onu da qeyd edir ki, onun rəsmi əmək kitabçası vardır, 1982-ci ildən başlayan əmək stajları həmin əmək kitabçasında qeyd edilmişdir və həmin əmək kitabçası dövlət orqanları tərəfindən tanınır, lakin 1982-1987-ci illərə aid olan kitablarda adının səhvən “Misir” kimi qeyd olunması həmin stajların ona məxsus olmasını məhkəmədə müəyyən etməyi zəruri edir. 1982-1987-ci illərə aid olan “1 may” kolxozunun əmək günü uçotu və staj kitablarında adının səhv göstərilməsi ilə əlaqədar elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə müraciət etmişdir, ona tövsiyyə olunmuşdur ki, Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş sənəddə göstərilən adı ilə düz gəlmədiyi üçün hüquq müəyyən edici sənədin ona məxsus olması faktının müəyyən edilməsi tələbi ilə bağlı yaşadığı yerin məhkəməsində iddia qaldırmışdır. Odur ki, 1982-1987-ci illərə aid olan “1 may” kolxozunun əmək günü uçotu və staj kitablarında xx.xx.1955-ci ildə anadan olmuş X5 aid 1982-1987-ci illərdə əmək haqqı qazanmasına dair qeydlərin ona Ərizəçi məxsusluğu faktının məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmışdır. Həmin hüquqi əhəmiyyəti olan fakt ona pensiyaya çıxmaqla əlaqədar stajlarının hesablanması üçün lazımdır. Ona görədə hazırki ərizə ilə məhkəməyə müraciət edir.Odur ki,ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə maraqlı orqan Azərbaycan Respublikası Dövlət X9 Ağdaş rayon Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş üzrə şahid X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi onların həmkəndlisidir. Ərizəçini hamı kənddə Misir kimi tanımışlar.Belə ki,ərizəçinin əsl adı Göyərçin olsa da,babasının adı Misir oğluğu üçün hamı ona kənddə Misir deyə müraciət ediblər və hələ də ərizəçiyə Misir deyə müraciət edirlər.Odur ki, X4 Ərizəçi olmasını təsdiq etdi. İş üzrə şahid X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi 20 ildir ki,tanıyır. Göyərçini hər kəs kənddə Misir kimi tanıyır.Göyərçinin ailəsində başqa Misir adlı adam yoxdur. Odur ki, X4 Ərizəçi olmasını təsdiq etdi. Azərbaycan Respublikası Ağdaş rayonu Dövlət Arxivi tərəfindən verilmiş xx xxx 2020-cı il tarixli 50 saylı arxiv arayışından görünür ki, X7 1982-1987-ci illər ərzində Ağdaş rayon Orta Ləki kənd sabiq “1 May” kolxozunda kolxozçu kimi işləmişdir. Azərbaycan Respublikası Ağdaş rayonu Dövlət Arxivi tərəfindən verilmiş xx xxx 2020-cı il tarixli 50 saylı arxiv arayışından görünür ki, X7 1988-1996-cı illər ərzində Ağdaş rayon Orta Ləki kənd sabiq “1 May” kolxozunda kolxozçu kimi işləmişdir. 0245084 saylı Əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi 1982-ci ildə Ağdaş rayon 1 May kolxozuna qaz işçisi qəbul edilmiş,1987-ci ildə Ağdaş rayon 1 May kolxozuna pambıqçılıq üzrə briqadair təyin edilmişdir.xx xxxxxx 1999-cu ildə isə Aqrar islahatla əlaqədar kolxoz ləğv olunduğu üçün işdən azad edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1982-1987-ci illərə aid olan “1 may” kolxozunun əmək günü uçotu və staj kitablarında xx.xx.1955-ci ildə anadan olmuş X5 aid 1982-1987-ci illərdə əmək haqqı qazanmasına dair qeydlərin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi göndən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1128/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1128/2020
31.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver