Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1133/2020 09.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi F.Kərimovanın katibliyi İddiaçı və vəkili E.Abdullayevin Cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 Kəmaləddin oğlu,Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Kəmaləddin oğluna qarşı Yaşayış evinə köçürmə tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Kəmaləddin oğlu,Cavabdeh2,Cavabdeh3 və Cavabdeh4 Kəmaləddin oğluna qarşı yaşayış evinə köçürmə tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və övladları xx xxxx 2004-cü il təvəllüdlü X10 və xx xxxxxx 2005-ci il təvəllüdlü X16 ilə birlikdə mərhum X2 məxsus olub Ağdaş rayonu Tofiqi kəndində yerləşən, hazırda cavabdehin də yaşadığı iki mərtəbəli 6 otaqlı fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək bildirdi ki, Cavabdeh1 Kəmaləddin oğlu ilə xx xxxxxxx 2003-cü ildə rəsmi nikah qeyd etdirməklə ailə quraraq evlənmişdir. O, cavabdehin valideynlərinə məxsus yaşayış evinə gəlin köçmüş və orada 3 il birgə yaşamışlar. Cavabdeh1 Kəmaləddin oğlu toyları ərəfəsində ona bildirmişdir ki, atasına məxsus başqa həyətyanı torpaq sahəsində iki mərtəbəli 6 otaqdan ibarət fərdi ev tikdirir. Həqiqətən də o, evləndəndən sonra deyilən həyətyanı torpaq sahəsində yalnız üstü örtülmüş iki mərtəbəli evin olduğunu görmüşdür. O, cavabdehlə yaşadığı 3 il müddətdə aralarında mübahisə yarandığından uşaqlarını da götürüb öz atası evinə getmiş və bir ay orada yaşamışdır. Bir ay ərzində Cavabdeh1 Kəmaləddin oğlu ailə üzvlərinin və qohumlarının dəstəyi ilə iki mərtəbəli evin bir otağını tam təmir etdirəndən sonra gəlib onu uşaqları ilə birlikdə həmin evə aparmışdır. Bundan sonra o, özünə məxsus olub cavabdehin atasına məxsus yaşayış evində olan cehiz əşyalarını və digər əmlaklarını həmin evə yerləşdirmişdir. İki mərtəbəli həmin evin ikinci mərtəbəsində iki otaq bir zal və mətbəxt yaşayış üçün tam hazırdır. İkinci mərtəbədə bir otaq və 1-ci mərtəbə tam təmirsizdir. Həmin evdə cavabdehlə birlikdə yaşamışlar. Digər cavabdehlər isə toyları zamanı onun gəlin köçdüyü evdə yaşayırlar. Yaşadığı yaşayış sahəsinin sahibi qayınatası X4 2014-cü ildə vəfat etmişdir. Cavabdeh1 Kəmaləddin oğlu ilə ailə münasibətləri pisləşdiyindən onlar xx xxxxxx 2019-cu ildən faktiki ayrılmışlar və aralarında qeyd olunmuş nikah məhkəmə qaydasında pozulmuşdur. Birgə nikahlarından anadan olmuş iki nəfər uşaqları onun himayəsində saxlanılmışdır. Onlar Cavabdeh1 Kəmaləddin oğlu ilə ayrılsalar da, o, iki uşağı ilə birlikdə həmin evdə yaşamağa davam edirdi. Cavabdeh1 Kəmaləddin oğlu ilə ayrıldığına görə cavabdeh iki uşağı ilə birlikdə onu həmin evdən çıxarmaq istəyirdi. O, həmin evdə yaşamasın deyə 2019-cu ilin noyabr ayından evin işığını, qazını və suyunu müvafiq orqanlara ərizə verib tamamilə kəsdirmişdir. 8 aydan artıq qaranlıqda və odun-ocaq istifadə etməklə həmin evdə yaşamağa davam etmişdir, lakin Elmanın işığı və qazı bərpa etmədiyini görüb 2020-ci ilin iyun ayının 1-də məcbur evdən çıxarılmışdır və Ağdaş şəhərinə kirayə evə gəlmişdir. Kirayədə yaşamaq ona və uşaqlara çətindir, heç bir yerdə işləyə bilmir, evinə köçüb orada yaşamaq istəyir, Elman isə buna etiraz edir. Cavabdeh1 Kəmaləddin oğlu şəxsən mərhum atasının razılığı ilə heç bir qeyd-şərt olmadan onu mübahisəli yaşayış evinə özü köçürmüşdür və onunla faktiki ayrılan vaxta kimi həmin təsərrüfatı birgə idarə etmişlər. Bununla da o və uşaqları həmin yaşayış evindən istifadə hüququ qazanmışdır. Bildirir ki, cavabdeh Elman və o, cavabdehin valideynlərinə məxsus evdə yaşadığı vaxt həmin tikintisi tamamlanmamış yaşayış evinin bir otağının döşəmə və tavanını düzəldərək 2006-cı ilin iyun ayında həmin evə köçmüşlər. Otaqların hətta suvağı belə yox idi. Təzə evlərində yaşaya-yaşaya 2006-cı ildən 2015-ci ilə qədər mətbəxt, zal və hamam əlavə edib, iki otağının təmirini, zal, mətbəx və hamamı istifadə üçün hazırlayıb 2015-ci ildə başa çatdırmışlar. Otaqlara, mətbəxə, zala və hamama ümumilikdə 6 ədəd qapı və 9 ədəd pəncərə almışlar. Bundan başqa 2013-cü ildə 3 maşın mişar daşı, qum, sement və çınqıl alaraq həyətin hər tərəfinə divar çəkdirmişlər. Elə həmin dövrdə həyətə 1 ədəd dəmir darvaza, 2 ədəd dəmir əl qapısı alaraq quraşdırmışlar.Maldarlıqla məşğul olmaq məqsədi ilə 2017-ci ildə tövlə tikdirmişlər. Həmin vaxta qədər qarğıdan olan və üstü palçıqla suvanmış tövlədən istifadə etmişlər. Yaşayış evi və həyət yarımçıq tikili vəziyyətdə olarkən 2006-cı ilin iyun ayında həmin həyətə köçən zaman özünə məxsus cehiz əşyalarını həmin evə aparmış və orada yerləşdirmişdir. Məlumat üçün bildirir ki, mübahisəli fərdi yaşayış evi DƏDRX-də mülkiyyət hüququ üzrə 2020-ci ilin fevral ayında qayınanasının adına qeydə alınmışdır, həmin evdə təsərrüfat yalnız kənd icra nümayəndəliyinin təsərrüfatbaşına kitabında qeydə alınmışdır. Göründüyü kimi onun iki uşağı ilə birlikdə cavabdehlə yanaşı tikdirdikləri həmin evdən istifadə hüququ yaranmışdır. Qayınanasıgil ilə onun iddia irəli sürdüyü evə dair təsərrüfatlar ayrı olaraq göstərilsə də,faktik olaraq ayrılmamışdır. Hesab edir ki, iddia əsaslıdır, odur ki, iddiasının təmin edilməsini xahiş etdi. Cavabdeh1 Kəmaləddin oğlu məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, iş üzrə iddiaçı ilə xx xxxxxxx 2003-cü ildə rəsmi nikah qeyd etdirməklə ailə quraraq evlənmişdir. İddiaçı onun valideynlərinə məxsus yaşayış evinə gəlin köçmüş və orada bir neçə il birgə yaşamışlar. Daha sonra valideynlərinə məxsus hazırda tələb edilən evdə müvəqqəti olaraq yaşamağa başlamışlar. Qeyd edir ki, iddiaçı gəlin gələrkən hazırda mübahisə predmeti olan ev tikili olmuşdur, sadəcə olaraq daha sonra atasının vəsaiti hesabına ev təmir olunmuşdur. Hazırda həmin ev anasının xüsusi mülkiyyətindədir, o da anasına məxsus evdə yaşayır. Onun adına pay torpaq sahəsindən başqa heç bir torpaq sahəsi və ev yoxdur. Anasıgil ilə iddiaçının tələb irəli sürdüyü evə dair təsərrüfatlar ayrı olaraq göstərilsə də,faktik olaraq ayrılmamışdır. Hesab edir ki, iddia əsassızdır. Buna görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı 2003-cü ildə onların evinə gəlin gəlmiş, üç ildən sonra isə müvəqqəti olaraq onun və mərhum ərinin mülkiyyətində olan hazırda mübahisə predmeti olan fərdi yaşayış evinə köçmüşlər. İddiaçı ilə nə mərhum əri, nə də ki,onun arasında yazılı razılaşma olmamışdır. Belə ki, o və mərhum əri iddiaçıya oğlu ilə evli olduğu üçün müvəqqəti olaraq mübahisəli evdə yaşamağa icazə vermişdir. Lakin tərəflər boşandıqdan sonra iddiaçı uşaqları da götürüb onların evini tərk etmiş və əmlak tələbi haqqında iddia qaldırmışdır.Hazırda mübahisəli ev onun tam xüsusi mülkiyyətindədir. Hesab edir ki, iddia əsassızdır,odur ki,iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh3 və Cavabdeh4 Kəmaləddin oğlu məhkəmə iclasında iddianı qəbul etməyərək Cavabdeh2 izahatına uyğun izahat verdilər və iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2016-cı il tarixli AZ- İİİ 723908 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X10xx xxxx 2004-cü il tarixdə Ağdaş şəhərində doğulmuşdur. Atası Cavabdeh1, anası X7r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2016-cı il tarixli AZ- İİİ 723952 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X16 xx xxxxxx 2005-ci il tarixdə Ağdaş şəhərində doğulmuşdur. Atası Cavabdeh1, anası X7r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçi X12 ilə Cavabdeh1 arasında bağlanılaraq Ağdaş rayon Tofiqi kənd icra nümayəndəliyində xx xxxxxx 2007-ci il tarixdə 03 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx xxxx 2004-cü ildə anadan olmuş X10 və xx xxxxxx 2005-ci ildə anadan olmuş X8 anaları X5 yanında saxlanılmaları, Cavabdeh1 xx xxxx 2019-cu il tarixdən başlayaraq xx xxxx 2004-cü ildə anadan olmuş X10 və xx xxxxxx 2005-ci ildə anadan olmuş X16 18 yaşına çatana qədər onların saxlanılmaları üçün X5 xeyrinə hər ay hər uşaq üçün 100 manat, cəmi 200 (iki yüz)manat aliment tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(014)-1951/2019 saylı qətnamənin surətindən məlum olur ki, iddia təmin edilmiş, JN-027B saylı torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən Ağdaş rayonu, Tofiqi kəndində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müəyyən inventarlaşdırma işlərinin aparılması üçün X12 tərəfindən törədilən süni maneələrə son qoyulması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli AZ-İ 341540 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh1 Kəmaləddin oğlu ilə X12 arasında nikah xx xxxxxx 2020-ci il tarixli 09 saylı qeyd ilə pozulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilənAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışının surətindən məlum olur ki, Ağdaş rayonu Tofiqi kəndində 0.7248 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh2 adına xüsusi mülkiyyəti hüququ əsasında xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsi Cavabdeh3, Cavabdeh4 Kəmaləddin oğlu, Cavabdeh2 və Cavabdeh1 Kəmaləddin oğlunun ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 Kəmaləddin oğluna qarşı «yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsinə» dair iddia tələbi rədd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışının surətindən məlum olur ki, Ağdaş rayonu Tofiqi kəndində 0,2367 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi X1 adına xüsusi mülkiyyəti hüququ əsasında xx xxxx 2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsi Cavabdeh3, Cavabdeh4 Kəmaləddin oğlu, Cavabdeh2 və X1 ümumi birgə mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-in Tofiqi kənd İƏD üzrə nümayəndəliyinin xx xxxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 Kəmaləddin oğlunun keçmiş arvadı X13 uşaqları ilə birgə təsərrüfatbaşına uçot kitabının 109 nömrəli şəxsi hesabında qeydiyyatdadır.Cavabdeh1 0,18 ha həyətyanı torpaq sahəsində anası Cavabdeh2 məxsus fərdi yaşayış evində yaşayır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-in Tofiqi kənd İƏD üzrə nümayəndəliyinin xx xxxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, X13 uşaqları ilə birgə Cavabdeh1 Kəmaləddin oğluna məxsus təsərrüfatbaşına uçot kitabının 109 nömrəli şəxsi hesabında qeydiyyatdadır. Təsərrüfatbaşına uçot kitabına əsasən 0,18 ha həyətyanı torpaq sahəsi,anası Cavabdeh2 məxsus fərdi yaşayış evi və mal qara tövləsi vardır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-in Tofiqi kənd İƏD üzrə nümayəndəliyinin xx xxxxxxxx 2020-ci il tarixli Ağdaş Rayon Məhkəməsinin sorğusuna cavab məktubundan görünür ki, X4 vəfat etdiyi üçün 2 saylı təsərrüfatbaşına uçot kitabının 108 saylı şəxsi hesab həyat yoldaşı Cavabdeh2 adına işlənmişdir. Cavabdeh2 təsərrüfatında oğlu Cavabdeh4 Kəmaləddin oğlu,gəlini X11,nəvələri X3,X19,X14,oğlu X6 və nəvəsi X20 qeydiyyatdadırlar.Cavabdeh1 Kəmaləddin oğlu 2 saylı təsərrüfatbaşına uçot kitabının 109 saylı şəxsi hesabında aşağıdakı ailə üzvləri ilə qeydiyyatdadır. İddiaçı keçmiş həyat yoldaşı, övladları X10 və X16.Xəlilova X9 rayonu,Məlikballı kəndində ərdədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X21 məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, Ağdaş rayonu,Tofiqi kəndində 0,7180 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə və JN-027 B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh2,X4, Cavabdeh3, Cavabdeh4 Kəmaləddin oğlunun ümumbirgə mülkiyyət hüququ xx xxxxxx 2020-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ağdaş rayonu,Tofiqi kəndində 0,2367 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi JN-027 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə və noyabr 1988-ci il tarixli 186 inventar nömrəli texniki pasporta əsasən yaşayış evi X1 adına xüsusi mülkiyyəti hüququ əsasında xx xxxx 2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsi Cavabdeh3, Cavabdeh4 Kəmaləddin oğlu, Cavabdeh2 və X1 ümumi birgə mülkiyyətindədir.Sonradan həmin fərdi yaşayış evi Ağdaş rayon Notariat kontorunun xx xxxxxx 2020-ci il tarixli 2V-369 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh3ın (torpaq sahəsi ¼ hissə), Cavabdeh4 Kəmaləddin oğlunun (torpaq sahəsi ¼ hissə) və Cavabdeh2 (yaşayış evi tam,torpaq sahəsi 2/4 hissə) mülkiyyət hüququ xx xxxxxxxx 2020-ci il tarixli,********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Dövlət Arxivinin arayışından görünür ki,Ağdaş Rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Şəmsabad kənd nümayəndəliyinin Tofiqi kəndinə aid olan 1996-2000-ci illərin 10 nömrəli təsərrüfatbaşına kitabının 768 nömrəli təsərrüfatı Cavabdeh1 Kəmaləddin oğlunun olması və adına heç bir torpaq sahəsi olamaması göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X21 xx xxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Ağdaş rayonu,Tofiqi kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,68 ha torpaq sahəsi JN-103 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Cavabdeh1 Kəmaləddin oğluna məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından və tərəflərin izahatlarından məlum olur ki, tərəflər 2003-cü il tarixdə ailə qursa da, iddiaçı mübahisəli fərdi yaşayış evinə 2006-cı ildə köçmüşdür. Mübahisə predmeti olan fərdi yaşayış evi 2006-cı il tarixdən xx.xx.2020-ci il tarixədək özbaşına tikili olmuş, yalnız xx.xx.2020-ci il tarixdə Cavabdeh2 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin xx xxxxxxx 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, x xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasmda həmin yaşayış sahəsindən istifadə qaydalarmı tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfındən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. ( AR Mənzil Məcəlləsi 29.1; 29.2-ci maddələri) AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə isə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının müqavilə bağlamaqla mübahisəli fərdi yaşayış evinə istifadə hüququ əldə etməsi xx.xx.2020-ci il tarixədək mümkün deyildir. Belə ki, müqavilənin bağlanması üçün iddiaçı oferta göndərməlidir, lakin ofertanı qəbul etməyə səlahiyyəti olan şəxs - akseptant mövcud deyilidir. Akseptant o şəxs ola bilər ki, ev üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış olsun. Yalnız həmin şəxs başqa şəxsin evə istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında müqavilə bağlaya bilər. Göründüyü kimi, iddiaçının oferta göndərməsi mümkün deyildir. Bu isə o deməkdir ki, onun Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin göstərişinə əməl etməsi də mümkün deyildir. Odur ki, məhkəmə iddiaçının yaşayış evinə köçürmə barədə iddiasını həmin maddələrin göstərişinə istinad etməklə rədd edə bilməz. İşin faktiki hallarından göründüyü kimi, tərəflərin faktik olaraq xx xxxxxxx 2003-cü ildə nikaha daxil olmaları, iddiaçının mübahisəli fərdi yaşayış evinə 2006-cı ildə köçməsinə baxmayaraq, mübahisəli yaşayış evi 2020-ci ilə kimi özbaşına tikili olduğunda nə iddiaçının, nə də cavabdehin həmin tikili bağlı hər hansı subyektiv hüquqları olmamışdır. Həmin tikili xx xxxxxx 2020-ci il tarixdə daşınmaz əmlak kimi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının qayınansının adına qeydə alındığından mövcud mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. İş materialarından tərəflər arasında həmin yaşayış sahəsindən istifadə ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada hər hansı razılaşmanın olmadığı müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, mövcud münasibətlərin həlli zamanı Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə istinadən məhkəmə hesab edir ki, iddiaçı mübahisə predmeti olan evə köçməklə cavabdehlərin ailə üzvü kimi həmin yaşayış sahəsindən istifadə etmiş, lakin hazırda tərəflər arasında ailə münsibətlərinə rəsmi xitam verildiyindən iddiaçı həmin əmlakdan istifadə hüququnu itirmişdir. Belə ki, mübahisəli fərdi yaşayış evi iddiaçının qayınanası olan Cavabdeh2 xüsusi mülkiyyətindədir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Konstitutsiya məhkəməsinin Plenum qərarlarında formalaşan hüquqi mövqeyə görə mənzilə köçürülmə ilə bağlı iddialar mahiyyət etibarı ilə mülkiyyət hüququnun əhəmiyyəti və yaşayış sahəsindən istifadə etmək hüququnun mövcudluğunun müəyyənləşdirilməsi ilə bağlıdır.Bu baxımdan iddiaçının mübahisə predmeti olan əmlaka istifadə hüququ olmadığından həmin evə köçürülmə ilə bağlı tələbi əsassızdır. İddiaçının himayəsində olan azyaşlı uşaqların mübahisəli yaşayış evinə köçürlmə məsələsinə gəldikdə isə on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Uşaqların iddiaçının himayəsində olması,onların yaşayış yerinin analarının yaşayış yeri olması əsas götürülməlidir.Həmçinin məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 Kəmaləddin oğluna qarşı yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsinə dair iddia tələbi rədd edilmişdir. Həmin iddia tələbi üzrə mübahisə predmeti də hazırda mübahisə predmeti olan fərdi yaşayış evi olmuşdur. Sözügedən qətnamə qanuni qüvvəyə minmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.Belə ki, sözügedən qətnamədə iddiaçının mübahisə predmeti olan fərdi yaşayış evində yaşasa da, qeyd edilən yaşayış evinə istifadə hüququ olmadığından iddia ərizəsində qeyd edilən yaşayış sahələrindən istifadə qaydalarının müəyyən edilməsini tələb etməsinə dair subyektiv hüququ olmaması qeyd edilmişdir. Bütün bu göstərilən hallara görə məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Kəmaləddin oğlu,Cavabdeh2,Cavabdeh3 və Cavabdeh4 Kəmaləddin oğluna qarşı yaşayış evinə köçürmə tələbi haqqında iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1133/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1133/2020
09.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver