Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1136/2020 25.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayeva Mələk Məhəmməd qızının katibliyi İddiaçı Cavabdeh Hacıyeva (Əhmədova) Aytac Rais qızının iştirakı ilə, İddiaçı cavabdeh Hacıyeva (Əhmədova) Aytac Rais qızına qarşı «mənzildə olan əşyaların boşaldılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Hacıyeva (Əhmədova) Aytac Rais qızına qarşı «mənzildə olan əşyaların boşaldılması»tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Ağdaş şəhəri, İstiqlal küçəsindəki evlərində cavabdehə məxsus cehiz əşyalarının boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, cavabdehlə X2 xx xxxx 2019-cu il tarixdə AZ-T N 025224 saylı, 203 nömrəli qeydlə Ağdaş rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuşlar. X2 və Cavabdeh ailə qurduqdan sonra yaşamaq üçün evləri olmadığından mülkiyyətçisi olduğu Ağdaş şəhəri, İstiqlal küçəsindəki evinə müvəqqəti köçmələrinə və Cavabdeh cehiz əşyalarının evinə yerləşdirilməsinə müəyyən müddətə razılıq vermişdir. Hazırda Cavabdeh bir aydır ki, Ağdaş rayonu, Bulaqotağı kəndində öz ata evindədir, X2 ilə ailə münasibətlərini dağıtmışdır və aliment iddiası qaldırmışdır.Aşağıda adları sadalanan cehiz əşyaları onun mülkiyyətində olan Ağdaş şəhəri, İstiqlal küçəsindəki evindədir.Yataq dəsti-700 manat, xalça-100 manat, kiçik ayaq altı 2 ədəd-25 manat, lüstur 1 ədəd-50 manat, pərdə-kamiz-80 manat, veşelka-5 manat, divar saatı 1 ədəd-20 manat, yorğan-döşək taxtı üç 1 dəst-20 manat, yorğan 2 ədəd( 1 ədəd yay yorğanı)- 30 manat, döşək 2 ədəd-20 manat, baiınc 6 ədəd,döşəkcə 2 ədəd-30 manat, adyal 3 ədəd-45 manat, çarpayı(köhnə dəmir çarpayı 1 ədəd)-5 manat, ütü 1 ədəd-12 manat, paltaryuyan maşın-300 manat, vanna, vedrə 2 ədəd-10 manat, pol ağacı, oxlov, dördayaq zibil qabı, ləyən, süzgəc-20 manat, televizor(zimmer)-200 manat, televizor altı-30 manat, pərdə(kamiz)-50 manat, ventilyator-15 manat, sandıq-20 manat, tozsoran-30 manat, lüstur 1 ədəd-30 manat, nahar, çay, kofe servisləri-100 manat, böyük güldan 2 ədəd-25 manat, stolüstü güldan 2 ədəd-10 manat, kompot qabı və bakalları 4 dəst-60 manat, meyvə qabı 7 böyük, 2 balaca- 45 manat, çaşka nəlbəki 6 ədəd-7 manat, rumka 6 ədəd uzun, 6 ədəd kiçik-10 manat, şirniyyat qabı 1 ədəd məıtəbəli-5 manat, qətdan 3 ədəd, salfetka qabı 2 ədəd-10 manat, çörək qabı 1 ədəd-3 manat, soğan doğrayan 1 ədəd-5 manat, qablama dəsti(tuj)-20 manat, bıçaq dəsti 2 ədəd-15 manat, tort qabı 1 ədəd-5 manat, düşbərə qabı 1 ədəd-2 manat, hamam setkası 1 ədəd-1 manat, şiş 6 ədəd- 1 manat, boşqab dəsti-20 manat, ləmpə 1 ədəd-5 manat, suvenirlər-5 manat, duxovka 1 ədəd-30 manat, xəmir qabı-4 manat, tefal çaydan 1 ədəd, əlavə çaydan -15 manat, çaynik 1 ədəd-5 manat, qazan dəsti-20 manat, kaliçuk ləyən 3 ədəd-3 manat, mürəbbə qabı 6 ədəd, vaz 2 ədəd, rumka 6 ədəd-10 manat, bəzəkli rumka 5 ədəd-3 manat, şirniyyat qabı 2 ədəd, çayka nəlbəki-10 manat, qətdan 4 ədəd, rumka ağrəngli 6 ədəd-10 manat, qırmızı rumka 6 ədəd-5 manat, şaçka 2 ədəd-1 manat, salfetka qabı-1 manat, xörək qaşığı 6 ədəd-3 manat, çay qaşığı 6 ədəd-3 manat, meyvə bıçağı 1 dəst-2 manat, çəngəl 6 ədəd-3 manat, bulud qaşığı 2 ədəd- 1 manat, çömçə 1 ədəd,əlavə taxta çömçə-2 manat, kəfkir 1 ədəd-2 manat, balon açan,bıçaq,şotka-2 manat, stekan 12 ədəd- 6 manat, nəlbəki şüşə 6 ədəd-2 manat, razetka 6 ədəd-2 manat. Şüşə çaynik 1 ədəd-3 manat, qrafınka 1 ədəd-2 manat, 6 ədəd çaşkası, nəlbəki 6 ədəd-2 manat, meyvə qabı-3 manat, salat qabı 1 ədəd-2 manat, şirniyyat qabı-2 manat, kaliçuk qab 2 ədəd-2 manat, şüşə banka 2 ədəd-1 manat, şüşə çaşka, nəlbəki 6 ədəd-5 manat, qaşıq-bıçaq, çəngəl, çamadan-25 manat, çaşka, nəİbəki-5 manat, mürəbbə qabı 6 ədəd-3 manat, qətdan qabı 6 ədəd- 3 manat, şirniyyat qabı 3 ədəd-5 manat, armudu stəkan 6 ədəd-3 manat, salat qabı 6 ədəd-3 manat, qozçəkən-5 manat. Bütün bunları nəzərə alaraq bildirmək istəyir ki, həmin əşyalar mülkiyyət hüququ ilə ona məxsus olan yuxarıda qeyd edilən ünvanda yerləşən yaşayış evindən istifadə hüququmu tam məhdudlaşdırır. Belə ki, həmin əşyaların yerləşdiyi otaqlardan əşyaların zədələnməməsi və dəyərinin azalmaması üçün istifadə edə bilmir. Bu isə mülkiyyət hüququnun üçlü prinsiplərinə aid olan sahiblik və istifadə hüququnun tam məhdudlaşdırılması deməkdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini və bu barədə qətnamə çxarılmasını xahiş etmişdir. Cavabdeh Hacıyeva (Əhmədova) Aytac Rais qızı məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, X6 ilə xx xxxx 2019-cu il tarixdə 203 nömrəli nikah akt qeydi ilə Ağdaş rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuşlar. X6 ilə ailə qurduqdan sonra yaşamaq üçün evləri olmadığından iddiaçının mülkiyyətində olduğu Ağdaş şəhəri, İstiqlal küçəsindəki evinə köçmüş və ona məxsus cehiz əşyalarını həmin evə yerləşdirmişdir. Hazırda o, bir aydır ki X6 ilə ailə münasibətləri pozulduğundan Ağdaş rayonu, Bulaqotağı kəndində ata evindədir. X3 ilə boşanmaq istəmir ona görə də cehiz əmlakımın evdən çıxarılmasına razı deyil. Cavabdeh Hacıyeva (Əhmədova) Aytac Rais qızı məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli AZ-T 025224 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 ilə X8 arasında xx xxxx 2019-cu il tarixli nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydi kitabında xx xxxx 2019-cu il tarixli 203 saylı qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün surətindən məlum olur ki, İddiaçı adına ünvan 1 ünvanında 0.0392 hektar torpaq sahəsi vardır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2017ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın Alqı-satqı müqaviləsindən məlum olur ki, X1 şəhər, İstiqlal küçəsi 11-ci dalan, 37 ünvanında yerləşən ümumi sahəsi 1000 kv/m olan torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən tam hissə 392 kv/m hissəsini İddiaçı mülkiyyətinə verir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə məhkəmədə müəyyən edildi ki, X7 ilə Hacıyeva (Əhmədova) Aytac Rais qızı xx xxxx 2019-cu il tarixdə rəsmi nikah qeydindən keçməklə Ağdaş rayon Qeydiyyat Şöbəsindəevlənmişlər. Evləndikdən sonra Hacıyeva (Əhmədova) Aytac Rais qızı özünə məxsus cehiz əşyaları ilə birlikdə X5 valideyini İddiaçı məxsus Ağdaş şəhəri, İstiqlal küçəsindəyerləşən fərdi yaşayış evinə köçmüşdür. X7 ilə Hacıyeva (Əhmədova) Aytac Rais qızı arasında mübahisə yarandığından cavabdeh atası evinə getmişdir. Hacıyeva (Əhmədova) Aytac Rais qızının əmlakları İddiaçı məxsus evdə qalmış və cavabdeh həmin əmlakları könüllü olaraq çıxarmaqdan imtina etmişdir. Məhkəmə toplanmış sübutlara qərəzsiz, obyektiv hüququ qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Hacıyeva (Əhmədova) Aytac Rais qızına məxsus və Ağdaş şəhəri, İstiqlal küçəsində İddiaçı məxsus fərdi yaşayış evində yerləşən Yataq dəsti-700 manat, xalça-100 manat, kiçik ayaq altı 2 ədəd-25 manat, liistur 1 ədəd-50 manat, pərdəkamiz-80 manat, veşelka-5 manat, divar saatı 1 ədəd-20 manat, yorğan-döşək taxtı üç 1 dəst-20 manat, yorğan 2 ədəd( 1 ədəd yay yorğanı)- 30 manat, döşək 2 ədəd-20 manat, baiınc 6 ədəd,döşəkcə 2 ədəd-30 manat, adyal 3 ədəd-45 manat, çarpayı(köhnə dəmir çarpayı 1 ədəd)-5 manat, ütü 1 ədəd-12 manat, paltaryuyan maşın-300 manat, vanna, vedrə 2 ədəd-10 manat, pol ağacı, oxlov, dördayaq zibil qabı, ləyən, süzgəc-20 manat, televizor(zimmer)-200 manat, televizor altı-30 manat, pərdə(kamiz)-50 manat, ventilyator- 15 manat, sandıq-20 manat, tozsoran-30 manat, lüstur 1 ədəd-30 manat, nahar, çay, kofe servisləri-100 manat, böyük güldan 2 ədəd-25 manat, stolüstü güldan 2 ədəd-10 manat, kompot qabı və bakalları 4 dəst-60 manat, meyvə qabı 7 böyük, 2 balaca- 45 manat, çaşka nəlbəki 6 ədəd-7 manat, rumka 6 ədəd uzun, 6 ədəd kiçik-10 manat, şirniyyat qabı 1 ədəd məıtəbəli-5 manat, qətdan 3 ədəd, salfetka qabı 2 ədəd-10 manat, çörək qabı 1 ədəd-3 manat, soğan doğrayan 1 ədəd-5 manat, qablama dəsti(tuj)-20 manat, bıçaq dəsti 2 ədəd-15 manat, tort qabı 1 ədəd-5 manat, düşbərə qabı 1 ədəd-2 manat, hamam setkası 1 ədəd-1 manat, şiş 6 ədəd- 1 manat, boşqab dəsti-20 manat, ləmpə 1 ədəd-5 manat, suvenirlər-5 manat, duxovka 1 ədəd-30 manat, xəmir qabı-4 manat, tefal çaydan 1 ədəd, əlavə çaydan -15 manat, çaynik 1 ədəd-5 manat, qazan dəsti-20 manat, kaliçuk ləyən 3 ədəd-3 manat, mürəbbə qabı 6 ədəd, vaz 2 ədəd, rumka 6 ədəd-10 manat, bəzəkli rumka 5 ədəd-3 manat, şirniyyat qabı 2 ədəd, çayka nəlbəki-10 manat, qətdan 4 ədəd, rumka ağrəngli 6 ədəd-10 manat, qırmızı rumka 6 ədəd-5 manat, şaçka 2 ədəd-1 manat, salfetka qabı-1 manat, xörək qaşığı 6 ədəd-3 manat, çay qaşığı 6 ədəd-3 manat, meyvə bıçağı 1 dəst-2 manat, çəngəl 6 ədəd-3 manat, bulud qaşığı 2 ədəd- 1 manat, çömçə 1 ədəd,əlavə taxta çömçə-2 manat, kəfkir 1 ədəd-2 manat, balon açan,bıçaq,şotka-2 manat, stekan 12 ədəd-6 manat, nəlbəki şüşə 6 ədəd-2 manat, razetka 6 ədəd-2 manat. Şüşə çaynik 1 ədəd-3 manat, qrafınka 1 ədəd-2 manat, 6 ədəd çaşkası, nəlbəki 6 ədəd-2 manat, meyvə qabı-3 manat, salat qabı 1 ədəd-2 manat, şirniyyat qabı-2 manat, kaliçuk qab 2 ədəd-2 manat, şüşə banka 2 ədəd-1 manat, şüşə çaşka, nəlbəki 6 ədəd-5 manat, qaşıq-bıçaq, çəngəl, çamadan-25 manat, çaşka, nəİbəki-5 manat, mürəbbə qabı 6 ədəd-3 manat, qətdan qabı 6 ədəd- 3 manat, şirniyyat qabı 3 ədəd-5 manat, armudu stəkan 6 ədəd-3 manat, salat qabı 6 ədəd-3 manat, qozçəkən-5 manat.adlı əşyaları həmin evdən çıxarılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Ağdaş şəhəri, İstiqlal küçəsində İddiaçı məxsus fərdi yaşayış evində yerləşən Hacıyeva (Əhmədova) Aytac Rais qızına məxsus Yataq dəsti-700 manat, xalça-100 manat, kiçik ayaq altı 2 ədəd-25 manat, liistur 1 ədəd-50 manat, pərdə-kamiz-80 manat, veşelka-5 manat, divar saatı 1 ədəd-20 manat, yorğan-döşək taxtı üç 1 dəst-20 manat, yorğan 2 ədəd( 1 ədəd yay yorğanı)- 30 manat, döşək 2 ədəd-20 manat, baiınc 6 ədəd,döşəkcə 2 ədəd-30 manat, adyal 3 ədəd-45 manat, çarpayı(köhnə dəmir çarpayı 1 ədəd)-5 manat, ütü 1 ədəd-12 manat, paltaryuyan maşın-300 manat, vanna, vedrə 2 ədəd-10 manat, pol ağacı, oxlov, dördayaq zibil qabı, ləyən, süzgəc-20 manat, televizor(zimmer)-200 manat, televizor altı-30 manat, pərdə(kamiz)-50 manat, ventilyator- 15 manat, sandıq-20 manat, tozsoran-30 manat, lüstur 1 ədəd-30 manat, nahar, çay, kofe servisləri-100 manat, böyük güldan 2 ədəd-25 manat, stolüstü güldan 2 ədəd-10 manat, kompot qabı və bakalları 4 dəst-60 manat, meyvə qabı 7 böyük, 2 balaca- 45 manat, çaşka nəlbəki 6 ədəd-7 manat, rumka 6 ədəd uzun, 6 ədəd kiçik-10 manat, şirniyyat qabı 1 ədəd məıtəbəli-5 manat, qətdan 3 ədəd, salfetka qabı 2 ədəd-10 manat, çörək qabı 1 ədəd-3 manat, soğan doğrayan 1 ədəd-5 manat, qablama dəsti(tuj)-20 manat, bıçaq dəsti 2 ədəd-15 manat, tort qabı 1 ədəd-5 manat, düşbərə qabı 1 ədəd-2 manat, hamam setkası 1 ədəd-1 manat, şiş 6 ədəd- 1 manat, boşqab dəsti-20 manat, ləmpə 1 ədəd-5 manat, suvenirlər-5 manat, duxovka 1 ədəd-30 manat, xəmir qabı-4 manat, tefal çaydan 1 ədəd, əlavə çaydan -15 manat, çaynik 1 ədəd-5 manat, qazan dəsti-20 manat, kaliçuk ləyən 3 ədəd-3 manat, mürəbbə qabı 6 ədəd, vaz 2 ədəd, rumka 6 ədəd-10 manat, bəzəkli rumka 5 ədəd-3 manat, şirniyyat qabı 2 ədəd, çayka nəlbəki-10 manat, qətdan 4 ədəd, rumka ağrəngli 6 ədəd-10 manat, qırmızı rumka 6 ədəd-5 manat, şaçka 2 ədəd-1 manat, salfetka qabı-1 manat, xörək qaşığı 6 ədəd-3 manat, çay qaşığı 6 ədəd-3 manat, meyvə bıçağı 1 dəst-2 manat, çəngəl 6 ədəd-3 manat, bulud qaşığı 2 ədəd- 1 manat, çömçə 1 ədəd,əlavə taxta çömçə-2 manat, kəfkir 1 ədəd-2 manat, balon açan,bıçaq,şotka-2 manat, stekan 12 ədəd-6 manat, nəlbəki şüşə 6 ədəd-2 manat, razetka 6 ədəd-2 manat. Şüşə çaynik 1 ədəd-3 manat, qrafınka 1 ədəd-2 manat, 6 ədəd çaşkası, nəlbəki 6 ədəd-2 manat, meyvə qabı-3 manat, salat qabı 1 ədəd-2 manat, şirniyyat qabı-2 manat, kaliçuk qab 2 ədəd-2 manat, şüşə banka 2 ədəd-1 manat, şüşə çaşka, nəlbəki 6 ədəd-5 manat, qaşıq-bıçaq, çəngəl, çamadan-25 manat, çaşka, nəİbəki-5 manat, mürəbbə qabı 6 ədəd-3 manat, qətdan qabı 6 ədəd- 3 manat, şirniyyat qabı 3 ədəd-5 manat, armudu stəkan 6 ədəd-3 manat, salat qabı 6 ədəd-3 manat, qozçəkən-5 manat.adlı əşyaları həmin evdən çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-1136/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1136/2020
25.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver