Məhkəmə qərarları › İş №2(014)-1149/2021

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1149/2021

27.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1149/2021 27.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rаyоn Məhkəməsinin hаkimi Əliyev Nizam Mübariz oğlu, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı orqan Maraqlı şəxsnə qızına qarşı «doğum faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamə verilməsi və.s » tələbinə dаir ərizəsini və оnа əlаvə еdilmiş sənədləri nəzərdən kеçirərək, МÜƏYYƏN ETDİM : Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı orqan Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamə verilməsi və.s» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, doğum haqqında şəhadətnamə verilməsinə və həmin şəhadətnamədə valideynləri kimi atasının X1, anasının Ərizəçi2 Mehdi qızı kimi qeyd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, sözügedən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərində uyğun, forma və məzmuna riayət edilmədən tərtib edilmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı orqan Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamə verilməsi və.s » tələbinə dair ərizə ilə məhkəməyə müraciət etsə də, ərizə Ərizəçi3 tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası MPM-nin 305.1.7-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.2-ci maddələrində göstərilir ki, ərizə imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiаçıya izah edilməlidir ki, göstərilən nöqsanları aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.2, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrinin rəhbər tutaraq, мəhkəmə QƏRARA ALDİM Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı orqan Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamə verilməsi və.s» tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiаçıya izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Ağdaş rayon məhkəməsinə şikayət verilə bilər. HАKİM: NİZAM ƏLİYEV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar