Məhkəmə qərarları › İş №2(014)-1177/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1177/2023

02.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1177/2023 02.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı, eyni zamanda digər İddiaçı1 nümayəndəsi İddiaçı2, Cavabdeh2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qeydiyyatda olduğu yaşayış evinə köçürülmə, həmin yaşayış evi və yaşayış sahəsindən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qeydiyyatda olduğu yaşayış evinə köçürülmə, həmin yaşayış evi və yaşayış sahəsindən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı doğulduğuı vaxtdan mərhum analarına məxsus Ağdaş şəhəri, Nizami küçəsi 2/3 ünvanında yerləşən 2 mərtəbəli, 4 otaq və 1 mətbəxdən ibarət yaşayış evində yaşayır. Bugünədək də həmin mərhum anasına məxsus həmin yaşayış evində və ünvanda qeydiyyatdadır. Xeyli müddətdir ki, cavabdehlər onun mərhum anasına məxsus və qeydiyyatda olduğu yaşayış evlərində dinc yaşamaqlarına imkan vermir. Müxtəlif yollarla onlara maneələr törədirlər. İşıq və qaz xəttlərini kəsir, onları döyür, söyür, qonşuların yanında nalayiq ifadələr işlədərək onları təhqir edirlər. İstifadəsində olan otaqların əşyalarını talayırlar. Cavabdehlər tərəfindən onların qeydiyyatda olduqları və illərlə yaşadıqları evlərində yaşamaqlarına imkan verilmir. Hazırda onlar növbə ilə qohumlarının evində və himayəsində qalırlar. Ancaq havalar soyuduqca onların qalacaq ümid yerləri olmayacaq. Artıq qohumlarının evində belə qalmağa utanırlar. Onların bütün ev və gündəlik tələbat əşyaları evlərindədir. Hesab edirlər ki, mərhum analarına məxsus və illərlə qeydiyyatda olduqları Ağdaş şəhəri, Nizami küçəsi 2/3 ünvanındakı yaşayış evində yaşamaqları, qeydiyyatlarının həmin evdə olmasını, həmçinin illərlə Ağdaş şəhəri, ünvan 1 ünvanda olduğunu nəzərə alaraq onların yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməlidir. Onların illərlə yaşadıqları və qeydiyyatda olduqları ünvanda, həmin evdə yaşamaq və istifadə etmək hüquqları olsa da, cavabdehlər yaşayış sahəsindən istifadə hüquqlarını pozaraq, evə girməyi onlara qadağan etmişdir. Onların bütün əşyaları da yaşayış evində qalıb və hal-hazırda biz evsiz-eşiksiz və əşyasız demək olarki çöllərdə qalmışlar. Göstərilənlərə əsasən iddiaçıların illərlə yaşadıqları və qeydiyyatda olduqları yaşayış evi və yaşayış sahəsindən istifadə hüquqları tanınmaqla, qeydiyyatda olduqları Ağdaş şəhəri, Nizami küçəsi 2/3 ünvanındakı yaşayış evi və yaşayış sahəsinə köçürülmələri və həmin yaşayış evinnin bugünədək istifadələrində olan 1 qonaq otağı, 1 yataq otağı, 1 mətbəxindən sanitar qovşaq və yaşayış sahəsindən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, ev balacadır. Hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. Bacıları əgər həmin evə köçərlərsə, onun özünün həmin evdə ailəsi ilə birlikdə yaşaması mümkün olmayacaqdır. Buna görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin olunmalıdır. Belə ki, işin materiallarında olan Bakı-Nəsimi RPİ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı2 xx.xx.1962-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1964-cü il tarixdə ünvan 4 ünvanında qeydiyyatdadır. İşin materialalrında olan 02 fevral 1996-cı il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Ağdaş şəhəri, Nizami küçəsi 2/3 ünvanında yaşayan X1 öldüyü günə kimi özünə məxsus olan Ağdaş şəhəri, Nizami küçəsi 2/3 ünvanında yerləşən iki otaqlı evi və bütün əmlaklarını qızı İddiaçı2 vəsiyyət etmişdir. İşin materiallarında olan Ağdaş rayon Polis şöbəsi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ağdaş rayon Polis şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun kartotekasına əsasən atalarına məxsus olan ünvan 7 ünvanında yerləşən evində Cavabdeh2, X3, X4 qeydiyyatdadırlar. İşin materiallarında olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Texniki Pasportortunun surətindən görünür ki, ünvan 7 ünvanında yaşayış evi var. Məhkəmə qeyd edir ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçılar köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdehlər Konstitusiyanın 43-cü maddəsində nəzərdə tutulmuş qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçılar məhrum edildiyi evə köçürülməlidir. Beləliklə, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 bacılarıdır. İddiaçı1 və Cavabdeh2 Ağdaş şəhəri, Nizami küçəsi 2/3 ünvanında qeydiyyatdadırlar. Cavabdehlər İddiaçı1 qeydiyyatda olduğu evdə yaşamasına və istifadə etməsinə maneə törədirlər. İddiaçılar qeydiyyatda olduqları yaşayış evində və yaşayış sahəsinə köçürülməsini və yaşaması üçün yaradılan maneələrin aradan qaldırılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164-cü maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etməklə haqlı olmuş və onların iddiası bu hissədə təmin olunmaqla, İddiaçı1 və İddiaçı2 Ağdaş şəhəri, Nizami küçəsi 2/3 ünvanında yerləşən yaşayış evinə köçürülməli, 1 yataq otağı və ümumi istifadədə olan digər sahələrindən istifadə qaydaları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qeydiyyatda olduğu yaşayış evinə köçürülmə, həmin yaşayış evi və yaşayış sahəsindən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. İddiaçı1 və İddiaçı2 Ağdaş şəhəri, Nizami küçəsi 2/3 ünvanında yerləşən yaşayış evinə köçürülsün. İddiaçı1 və İddiaçı2 Ağdaş şəhəri, Nizami küçəsi 2/3 ünvanında yerləşən yaşayış evində 1 yataq otağı və ümumi istifadədə olan digər sahələrindən istifadə qaydaları müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar