Məhkəmə qərarları › İş №2(014)-118/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-118/2025

31.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-118/2025 31.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı Cavabdehlər Cavabdeh5 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “ümumi paylı mülkiyyətdən payın müəyyən edilməsi və naturada ayrılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “ümumi paylı mülkiyyətdən payın müəyyən edilməsi və naturada ayrılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Ağdaş rayon Hüşün kəndində kənd təsərrüfatı təyinatlı ******* seriya nömrəli çıxarış ilə verilmiş ümumilikdə 2.3756 hektar olan ümumi paylı torpaq mülkiyyətindən ona məxsus torpaq payının müəyyən edilməsinə və naturadan ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Ağdaş rayon Kükəl kəndində həyətyanı təyinatlı ümumilikdə 2.3756 hektar ölçüdə torpaq sahəsi verilmişdir. Bununla bağlı DƏDKR PHŞ-dən onlara ******* seriya nömrəli çıxarış verilmişdir.Həmin vaxt onlar bir təsərrüfatda birgə yaşayırdılar. Hazırda iddiaçı cavabdehlərdən ayrı öz şəxsi ailəsi ilə yaşayır. Həmçinin ailəsi ilə birgə öz şəxsi təsərrüfatları ilə məşğuldurlar və torpaq sahəsinə ehtiyacları var. Ona görə də onların ümumi paylı mülkiyyətdən-torpaqdan onlara məxsus torpaq payının müəyyən edilib ayrılmasına ehtiyacları var. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiasını ərizəsini müdafiə edir, torpaq payının ayrılıb verilməsini tələb edir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razıdır, torpaq payının ayrılıb verilməsinə etirazı yoxdur. Cavabdeh5 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razıdır, torpaq payının ayrılıb verilməsinə etirazı yoxdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehləriin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin materiallarında olan ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh5 adına xx.xx.2012-ci il tarixli ********** nömrəli, hazırda Ağdaş rayon, Hüşün kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2.3756 ha torpaq sahəsini Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, İddiaçı ümumi birgə mülkiyyətindədir. Həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydə alınmışdır. İşin materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri Publik Hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 10 aprel 2025-ci il tarixli 3-21-3-35/2-1190/2025 saylı mütəxəssis rəyindən görünür ki, 1-ci: AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2012-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışla iddiaçı və cavabdehlərin mülkiyyətinə Ağdaş rayonu, Hüşün kəndi ərazisində verilmiş 2.3756 hektar torpaq sahəsinə aid hüquqmüəyyənedici sənədlər Ağdaş rayonu, Hüşün kəndinin DWJ- (torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) məlumatları əsasında hazırlanmışdır. 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq ərazidə aparılmış elektron uçot işləri zamanı faktiki istifadəçilik vəziyyətinə uyğun məlumatlar torpaqların elektron kadastrı uçotu məlumat bazasına yerləşdirilmişdir. Sözügedən torpaq sahəsində azalma qeydə alınmamış və ********** qeydiyyat nömrəli çıxarışla ümumi paylı mülkiyyətə verilmiş 2.3756 ha torpaq sahəsi TEKUİS qeydə alınmışdır. Torpaq sahəsi TEKUİS qeydə alınmış vəziyyətə uyğun olaraq naturada paylara bölünməsi mümkündür. 2-ci: Tərəflərin razılığı əsasında tərtib edilmiş yerquruluşu planında göstərilmiş bölgüyə uyğun bölünməsi mümkündür. İşin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 iyun 2025-ci il tarixli 3-16-16/2-10/3378/2025 saylı ekspert rəyindən görünür ki, 1-ci sual: AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX tabeliyində DƏDK və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Nurlan Eldarlının mütəxəssis rəyində qeyd edilir ki, AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla iddiaçı və cavabdehlərin mülkiyyətinə Ağdaş rayonu, Hüşün kəndi ərazisində verilmiş 2.3756 hektar torpaq sahəsinə aid hüquqmüəyyənedici sənədlər Ağdaş rayonu, Hüşün kəndinin DWJ- (torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) məlumatları əsasında hazırlanmışdır. 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq ərazidə aparılmış elektron uçot işləri zamanı faktiki istifadəçilik vəziyyətinə uyğun məlumatlar torpaqların elektron kadastrı uçotu məlumat bazasına yerləşdirilmişdir. Sözügedən torpaq sahəsində azalma qeydə alınmamış və ********** qeydiyyat nömrəli çıxarışla ümumi paylı mülkiyyətə verilmiş 2.3756 ha torpaq sahəsi TEKUİS qeydə alınmışdır. Torpaq sahəsi TEKUİS qeydə alınmış vəziyyətə uyğun olaraq naturada paylara bölünməsi mümkündür. 2-ci: AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX tabeliyində DƏDK və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Nurlan Eldarlının mütəxəssis rəyində qeyd edilir ki, tərəflərin razılığı əsasında tərtib edilmiş yerquruluşu planlarında göstərilmiş bölgüyə uyğun bölünməsi mümkündür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 iyun 2025-ci il tarixli 3-16-16/2-10/3378/2025 saylı ekspert rəyindən və AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Eldəniz Hacıyevin 10 aprel 2025-ci il tarixli 3-21-3-35/2-1190/2025 saylı mütəxəssis rəyindən də məlum olur ki, Ağdaş rayonu, Hüşün kəndi ərazisində ******* seriyalı çıxarışla iddiaçı və cavabdehlərə məxsus 2.3756 hektar torpaq sahəsinin naturada paylara uyğun bölünməsi və tərəflərin razılığı əsasında tərtib edilmiş yerquruluşu planında göstərilmiş bölgüyə uyğun bölünməsi mümkün hesab edilmişdir. Eyni zamanda, məhkəmə iclasında iştirak etmiş cavabdehlər Cavabdeh5 və Cavabdeh2 torpaq sahəsinin tərəflərin paylarına uyğun istənilən formada bölünməsinə etirazlarının olmadığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, Ağdaş rayonu, Hüşün kəndi ərazisində yerləşən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində çıxarışla verilmiş kənd təsərrüfatı təyinatlı ümumilikdə 2.3756 hektar ölçüdə torpaq sahəsi İddiaçı, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumi birgə mülkiyyətinə verilmişdir və həmin torpaq sahəsində iddiaçının payının müəyyən edilməsinə dair hazırkı iddia əsaslıdır. Qeyd olunan torpaq sahəsin iddiaçı və cavabdehlərinin ümumi birgə mülkiyyətində olduğundan, ümumi birgə mülkiyyətdə olan əşyada paylar müəyyən edilərkən mülkiyyətçilərin payları bərabər sayıldığından, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ******* seriyalı çıxarışla Ağdaş rayonu, Hüşün kəndində yerləşən, daşınmaz əmlakın ********** qeydiyyat nömrəli olan, 2.3756 ha torpaq sahəsi 6 nəfərin (İddiaçı, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4) ümumi birgə mülkiyyətinə verildiyindən, iddiaçının qeyd olunan torpaq sahəsində payı qanunvericiliyin tələbinə uyğun olaraq 1/6 hissədə müəyyən edilməli və İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 10 aprel 2025-ci il tarixli 3-21-3-35/2-1190/2025 saylı mütəxəssis rəyində qeyd edilən, tərəflərin razılığı əsasında tərtib edilmiş yerquluşu planında göstərilmiş bölgüyə uyğun naturada bölünməli, ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ******* seriyalı çıxarışla Ağdaş rayonu, Hüşün kəndində yerləşən, daşınmaz əmlakın ********** qeydiyyat nömrəli olan, 2.3756 ha torpaq sahəsi 6 nəfərin (İddiaçı, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4) ümumi birgə mülkiyyətinə verildiyindən, iddiaçının qeyd olunan torpaq sahəsində payı qanunvericiliyin tələbinə uyğun olaraq 1/6 hissədə müəyyən edilsin. İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 10 aprel 2025-ci il tarixli 3-21-3-35/2-1190/2025 saylı mütəxəssis rəyində qeyd edilən, tərəflərin razılığı əsasında tərtib edilmiş yerquluşu planında göstərilmiş bölgüyə uyğun naturada bölünsün. Ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar