Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-12/2024 17.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakimi Sultanov Cavid Rizvan oğlunun, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh2 və 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh illərdir ona məxsus ümumilikdə 9 kv.m torpaq sahəsini zəbt etmiş, həmin zəbt olunmuş, torpaq sahəsində qanunsuz tikinti tikmiş və həmin sahədə dəmir konstruktor quraşdırmışdır. Buna baxmayaraq cavabdeh 2021-ci ildə əsassız olaraq onu məhkəməyə vermiş, rayon, Apellyasiya və Ali məhkəmə orqanlarında incitmiş, əsassız əlavə ekspetiza xərci olaraq 500 manat maddi ziyanlıq vurmuşdur. Ekspertiza zamanı cavabdehin ona məxsus 9 kv.m torpaq sahəsini zəbt etməsi müəyyənləşdirilmiş, özünə xəbərdarlıq edilməsinə baxmayaraq buna məhəl qoymamış və torpaq sahəsindən istifadəni davam etdirmişdir. Dəfələrlə cavabdehdən qanunsuz tikintini sökməyi, torpaq sahəsini geri qaytarmağı tələb etsədə cavabdeh qanunsuz hərkətlərinə son qoymamış və torpaq sahəsindən istifadəni dayandırmamışdır. Göstərilənlərə əsasən Cavabdeh2 ona məxsus Ağdaş şəhəri, Nizami küçəsi 3/3 ünvanında qanunsuz zəbt etdiyi, mülkiyyətində olan ümumilikdə 9 kv.m torpaq sahəsindən çıxarılması, zəbt olunmuş torpaq sahəsində tikilmiş qanunsuz tikintinin və quraşdırılmış dəmir konstruktorun sökülməsi, tərəfindən ödənilmiş 500 manat ekspertiza xərcinin və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona qaytarılmasına, həmçinin torpaq sahəsinin zəbtdən azad edilərək ona qaytarılmasına dair qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh2 bacısı, eyni zamanda nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq onun mübahisə predmeti olan torpaq sahəsində tikilmiş evdə yaşadığını, iddiaçı ilə cavabdehin qonşu olduqlarını, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinin hər hansı bir hisssənin zəbt edilmədiyini, cavabdehin iddiaçının torpaq sahəsində hər hansı tikinti və dəmir konstruktor quraşdırmadığını qeyd etmişdir. Bundan başqa cavabdehin və onun ailə üzvlərinin istifadəsində olan torpaq sahəsinin cavabdehə qanunla verilmiş torpaq sahəsi olduğunu, iddiaçının tələbinin tamamilə əsassız olduğunu qeyd etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin torpaq sahəsi 2006-cı ildə bələdiyyə və mütəxəssislər tərəfindən naturada ayrılaraq cavabdehə tanıdılmış və təhvil verilmişdir. Torpağın sxematik planına akt, rəy tələblərinə əməl edilməklə Ağdaş RİH-nin Tikinti və Memarlıq Şöbəsi ilə rəsmi razılaşdırılma olduqdan sonra tikinti işləri aparılmışdır. Həmin torpaq sahəsinin 0.05 hektar həyətyanı torpaq sahəsində qanunvericiliyin tələblərinə uyğun olaraq fərdi yaşayış evi tikilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin əsassız olduğunu və rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, cavabdeh tərəfindən ona məxsus ümumilikdə 9 kv.m torpaq sahəsi zəbt edilmiş və qanunsuz tikinti işləri aparılmış və həmin sahədə dəmir konstruktor quraşdırılmışdır. Dəfələrlə cavabdehdən ona məxsus torpaq sahəsindən çıxmasını, tikilinin sökülməsini tələb etsə də cavabdeh onun sözlərinə məhəl qoymadan öz qanunsuz hərəkətlərinə davam etmişdir. Hətta cavabdeh onu məhkəməyə verməklə ona 500 manat məbləğində ziyan vurmuşdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, o, mübahisə predmeti olan torpaq sahəsində tikilmiş evdə yaşayır. İddiaçı ilə qonşudurlar, onlar tərəfindən tərəfindən iddiaçının torpaq sahəsinin hər hansı bir hisssəsi zəbt edilməmişdir. Cavabdeh2 və onun ailə üzvlərinin istifadəsində olan torpaq sahəsi qanunla verilmiş torpaq sahəsidir. İddiaçı həmin torpaq sahəsinin özünə məxsus olduğunu iddia etsə də, məhkəmə qətnaməsi əsasında həmin torpaq sahəsinin onlara məxsus olduğu bildirilmişdir. Hazırda iddiaçının iddiası tam əsassızdır. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq olunmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmsinin səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmiş və mülki nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-371/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilərək, Ağdaş şəhəri, Azadlıq küçəsi 42-ci məhəllədə iddiaçının istifadəsində olan həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yaxınılığında cavabdeh İddiaçı tərəfindən ara məsafəsi gözlənilmədən qanunsuz olaraq inşa etdiyi quraqlıq (talvar) və tualetin cavabdehin öz hesabına sökülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi və aparılmış ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manat ekspertiza xərcinin cavabdeh İddiaçı alınıb X2nə ödənilməsi qət edilmişdir. İşin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-447/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qətnaməsindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-371/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-75/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-447/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, **********11 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,05 hektar torpaq İddiaçı mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində 24 aprel 2014-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 01 noyabr 2023-cü il tarixli, 3-21-3-35/2-4261/2023 saylı rəyindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(014)-709/2023 nömrəli Qərardadında mütəxəssis qarşınında qoyulmuş sualların cavabları: İddiaçı xx.xx.2014-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsinin 0,00915 ha (30,5 sm x 30 m) hissəsi naturada Cavabdeh2 tərəfindən istifadə edilir. İddiaçının mülkiyyətinə aid olan və cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının faktiki istifadəsində 0,1093 ha torpaq sahəsi, cavabdehin faktiki istifadəsində 0,0616 ha torpaq sahəsi vardır. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MəhkəmEkspertiza Mərkəzi tərəfindən verilmiş 02 may 2024-cü il tarixli, 3-16-16/2- 10/2895 nömrəli ekpsert rəyindən görünür ki, İddiaçı xx.xx.2014-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsinin 0,00915 ha (30,5 sm x 30 m) hissəsi naturada Cavabdeh2 tərəfindən istifadə olunur. İddiaçının mülkiyyətinə aid olan və cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının faktiki istifadəsində 0,1093 ha torpaq sahəsi, cavabdehin faktiki istifadəsində 0,0616 ha torpaq sahəsi vardır. İşin materiallarında olan Ağdaş rayonu Ağdaş Bələdiyyəsi tərəfindən verilmiş 23 noyabr 2020-ci il tarixli, 311 nömrəli məktubun surətindən görünür ki, Ağdaş şəhəri, Nizami küçəsi 3/3 saylı ünvanda yaşayan Cavabdeh2 Ağdaş Bələdiyyəsinin 04 iyul 2006-cı il tarixli 240 saylı sərəncamı ilə şəhərin 42-ci məhəlləsində, fərdi həyətyanı məqsədi üçün 500 kv metr ölçüdə torpaq sahəsi ayrılmışdır. Ağdaş şəhər Bələdiyyəsinin şəxsi təsərrüfat kitabında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş rayonu Ağdaş Bələdiyyəsi sədrinin 04 iyul 2006-cı il tarixli qərarının surətindən görünür ki, Ağdaş şəhəri. Nizami küçəsi 3/3 saylı evin sakini Cavabdeh2 ərizəsi nəzərə alınaraq şəhərin 42-ci məhəlləsində, Bakı – Qazax avtomaşın yolunun şimalındskı boş, istifadəsiz 16,7 m x 30,0 m = 500,0 kv metr ölçüdə (2 saylı əlavə yer) torpaq sahəsi ev tikintisi üçün onun adına ayrılmışdır. İşin materiallarında olan Ağdaş Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş 03 sentyabr 2021-ci il tarixli 1114 saylı məktubdan məlum olur ki, müraciətlə əlaqədar 03 sentyabr 2021-ci il tarixdə nümayəndələri tərəfindən hər iki həyətyanı sahədə araşdırılma aparılmışdır. Müşahidələrdə şikayətçi X1 irəli sürdüyü faktlar öz təsdiqini tapmışdır. Belə ki, vətəndaş F.Ə.Hüseynovun yaşayış mənzilinin ən yaxın pəncərələri ilə ayaqyolunun arasındakı məsafə 11.50m olmuşdur. Bu da ki, Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları (Az.DTN2.6-1) 4.20 bəndinin pozulması deməkdir. Bu normaya əsasən ara məsafə minimum 15 metr nəzərdə tutulmalıdır. Eyni zamanda vətəndaş İddiaçı məxsus ayaqyolu tikilisindən insan ifrazat məhsullarının vətəndaş F.Ə.Hüseynovun həyətyanı sahəsinə sızmaları müşahidə olunmuşdur. Bu da ki, ətrafa kəskin iy-qoxu yaymaqla yanaşı sakinlər arasında infeksion yoluxucu bağırsaq xəstəliklərinin başvermə təhlükəsi doğurur. Bütün bunları nəzərə alaraq tərəflərindən ayaqyolunun söklüərək Dövlət Tikinti Normativlərinin uyğun məsafəyə köçürülməsi qərarı verilmişdir. Hər hansı bir normativə uyğun olmayan tikililərin sökülməsi məhkəmə Orqanları tərəfindən həyata keçirilir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı adına Ağdaş şəhəri, Nizami küçəsi 3/3 saylı ünvanda yerləşən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən 0,05 ha torpaq sahəsi var. Hazırda iddiaçı həmin torpaq sahəsinin 9 kv.m hissəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia edir. Eyni zamanda mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,00915 ha (30,5 sm x 30 m) hissəsi Cavabdeh2 tərəfindən naturada istifadə edilir. Eyni zamanda, məhkəmə tərəfindən 27 iyun 2024-cü il tarixdə ünvan 3 ünvanına baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, iddia olunan ərazi həqiqətən cavabdeh tərəfindən zəbt edilib. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı tərəfindən 500 manat ekspertiza xərcinin ödənildiyini iddia etsə də, bununla əlaqədar məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsinin 0.00915 ha (30.5 sm x 30 m) hissəsindən Cavabdeh2 çıxarılmalı, Cavabdeh2 tərəfindən inşa edilmiş tikilinin iddiaçıya məxsus torpaq sahəsinə düşən hissəsi sökülməli, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat pulun 50 (əlli) manatı Cavabdeh2 alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaiti cavabdhdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsinin 0,00915 ha (30.5 sm x 30 m) hissəsindən Cavabdeh2 çıxarılsın. Cavabdeh2 tərəfindən inşa edilmiş tikilinin iddiaçıya məxsus torpaq sahəsinə düşən hissəsi sökülsün. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat pulun 50 (əlli) manatı Cavabdeh2 alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaiti cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-12/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-12/2024
17.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver