Məhkəmə qərarları › İş №2(014)-1203/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1203/2024

27.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1203/2024 27.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətində Ağdaş rayonu Şəmsabad kəndində yerləşən 1 mərtəbəli, 4 otaqdan və 1 zaldan ibarət fərdi yaşayış evdən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılması, tərəfindən məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətində verilmiş Ağdaş rayonu Şəmsabad kəndində yerləşən 0.16 torpaq sahəsinin üzərində inşa edilmiş 1 mərtəbəli, 4 otaqdan və 1 zaldan ibarət fərdi yaşayış evi var. Həmin evdə hal-hazırda o, arvadı, oğlu Şöhrət və ailəsi yaşayırlar. Belə ki, oğlu Cavabdeh2 aralarında uzun müddətdir ki, narazıçılıqlar var. Cavabdeh2 Ağdaş rayon Şəmsabad kəndində yerləşən özünə məxsus evdə yaşayır. Digər oğlu Cavabdeh1 2004-cü ildən Bakı şəhərində yaşayıb. Təxminən 2017-ci ildən Abşeron rayonu Qobu qəsəbəsində özünə məxsus evdə yaşayır. 2020-ci ildə evlənərək Bakı şəhərinə getmişdir. 2022-ci ilin avqust ayından Ağdaş rayonu Şəmsabad kəndində yaşayır. Son zamanlar oğlu Cavabdeh1 heç bir əsas olmadan ailə üzvləri ilə əsassız davadalaş edir. Bu səbəbdən də məcbur qalıb qızı X6 məxsus evdə yaşayır. Cavabdehlərlə birgə yaşamaq mümkün deyildir. Bu da onun mülkiyyət hüquqlarını pozur. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun tam mülkiyyətində Ağdaş rayonu Şəmsabad kəndində yerləşən 1 mərtəbəli, 4 otaqdan və 1 zaldan ibarət fərdi yaşayış evindən çıxarılmalıdırlar. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək bildirdi ki, oğlu Cavabdeh2 uşaq vaxtlarından nənə-babası ilə birlikdə yaşamış, hazırda onun özünə məxsus fərdi yaşayış evi var və Eldost ailəsi ilə birlikdə həmin evdə yaşayır. Cavabdeh1 əvvəllər onunla yaşamış, təxminən 2017-ci ildən Abşeron rayonu Qobu qəsəbəsində özü üçün ev tikdirib həmin evə köçmüşdür. Hazırda Abşeron rayonunda işləyir və ailəsi ilə birlikdə Abşeron rayonu Qobu qəsəbəsində yaşayır. Şöhrətin evinin tikilməsinə özü də xeyli köməklik göstərmişdir. Sonradan övladları ilə münasibətləri korlanmış və Şöhrət ona özünə məxsus evdə yaşamağa imkan verməmişdir. Ona və həyat yoldaşına nalayiq sözlər deyərək, onları təhqir etmişdir. Hazırda məcbur qalıb arvadı ilə birlikdə qızının evində yaşayır. İddiasının təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, o, uşaqlıqdan atasından ayrı yaşayır, onun ayrı evi və dolanışığı var. Hazırda ailəsi ilə birlikdə öz evində yaşayır. Şöhrətin Abşeron rayonunda özünün ayrı evi var və ailəsi ilə birlikdə həmin evdə yaşayır. Onların atalarının evində yaşamaq hüquqları vardır. Lakin o, həmin hüquqdan imtina edərək atasının evindən çıxa bilər, onun həmin evə ehtiyacı yoxdur. Qardaşı Şöhrət xəstədirş atasının evindən çıxmaq istəmir, Ağdaşa qayıdacağı təqdirdə burada evi olsun istəyir. İddianın rədd olunmasını xahş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında ümumi sahəsi 160.9 kvmetr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı xüsusi mülkiyyətindədir. İşə əlavə edilmiş Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2(014)-196/2024 saylı qətnamənin surətindən görünür ki, İddiaçı, X1, Cavabdeh2, X9, Cavabdeh1 və X5 ümumi birgə mülkiyyətində olan xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Ağdaş rayonunun Şəmsabad kəndində yerləşən 0.16 torpaq sahəsinin mülkiyyətçilərə münasibətdə 1/6 hissədə payları müəyyən edilməsi qət edilmişdir. İşə əlavə edilmiş Ağdaş rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 19/31362/2-22531/2024 saylı məktubdan görünür ki, Ağdaş RPŞ-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun kartotekası ilə xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh1 xx.xx.2004-cü il tarixdən, xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh2 xx.xx.2004-cü il tarixdən Ağdaş rayon Şəmsabad kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli 3-21-3-35/2-4640/2024 saylı məktubdan görünür ki, Ağdaş rayonu, Şəmsabad kəndində yerləşən 2.2017 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, X11, X7, X3 və İddiaçı ümumi birgə mülkiyyət hüququ xx.xx.2015-ci il tarixində ********** nömərsi ilə qeydiyyata alınmışdır. Ağdaş rayonu, Şəmsabad kəndində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ tam, evin yerləşdiyi torpaq sahəsi üzərində Cavabdeh1, Cavabdeh2, X11, X7, X3 və İddiaçı ümumi birgə mülkiyyət hüququ xx.xx.2023-cü il tarixində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Ağdaş rayonu, Şəmsabad kəndində yerləşən 1.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Ağdaş rayonu, Şəmsabad kəndində yerləşən 0.12 ha həyətyanı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Ağdaş rayonu, Şəmsabad kəndində yerləşən 0.7865 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2018-ci il tarixində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İşə əlavə edilmiş AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 20 noyabr 2024-cü il tarixli 3-21-3-35/2-4779/2024 saylı məktubdan görünür ki, Ağdaş rayonu, Şəmsabad kəndində yerləşən 2.2017 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 ümumi birgə mülkiyyət hüququ (ümumi birgə mülkiyyət üzrə 6 nəfər) xx.xx.2015-ci il tarixində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Ağdaş rayonu, Şəmsabad kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.16 ha torpaq sahəsi üzərində Cavabdeh1 ümumi birgə mülkiyyət hüququ (ümumi birgə mülkiyyət üzrə 6 nəfər) xx.xx.2023-cü il tarixində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Ağdaş RİHB-nın Şəmsabad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 noyabr 2024-cü il tarixli 5-32-12/2-346/2024 saylı məktubdan görünür ki, Ağdaş rayonu, Şəmsabad kənd sakini İddiaçı övladları Cavabdeh1 və Cavabdeh2 Ağdaş rayon Şəmsabad kəndində qeydiyyatdadırlar. Məmmədov X2 qeydiyyatda olmasına baxmayaraq hal-hazırda Bakı şəhərində yaşayır və Cavabdeh2da Şəmsabad kəndində özünə məxsus təsərrüfatda və həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birgə yaşayır. Beləliklə məhkəmədə aydın oldu ki, xx.xx.2023-cü il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən Ağdaş rayonu Şəmsabad kəndində yerləşən 0.16 torpaq sahəsinin üzərində inşa edilmiş 1 mərtəbəli, 4 otaqdan və 1 zaldan ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətinə verilmişdir. Həmin ünvanda hazırda iddiaçının övladları Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda olsalar da, hər biri özlərinə məxsus təsərrüfatda yaşayırlar. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. İddiaçı iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, o, ailə üzvü olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüqununa kompensasiya ödənilməməklə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bununla əlaqədar məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdehlər iddiaçının oğlanlarıdır və uzun müddətdir ki, mübahisələndirilən ünvanda daimi yaşamırlar, hər biri özünə məxsus evdə yaşayırlar. Cavabdehlərin iddiaçının mülkiyyətində olan daşınmaz əmlakda pasport qeydiyyatında qalması sonuncunun mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin irəli sürdüyü yuxarıda qeyd olunan hüquqi mövqeyinə əsasən iddiaçının hazırki iddia tələbi əsaslıdır və təmin olunmalıdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213,216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Ağdaş rayonu Şəmsabad kəndində yerləşən 1 mərtəbəli, 4 otaqdan və 1 zaldan ibarət fərdi yaşayış evindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılsınlar. İddiaçının dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə ( Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar