Məhkəmə qərarları › İş №2(014)-1209/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1209/2022

29.08.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1209/2022 29.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Cavabdehnə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Cavabdehnə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh, Zərdab Rayon Mədəniyyət Mərkəzinin direktoru E.Məmmədovanın 17 yanvar 2022-ci il tarixli, 02 №-li əmri ilə Zərdab rayon X3 kənd diyarşünaslıq klubunun mədəni-təşkilatçısı vəzifəsindən azad edilmişdir. İşdən azad edilməyinə dair əmri qanunsuz və əsassız sayır. Belə ki, Zərdab rayon X3 kənd diyarşünaslıq klubunun mədəni-təşkilatçısı vəzifəsinə təyin olunmuş və onunla əmək müqaviləsi bağlanmışdır. Zərdab Rayon Mədəniyyət Mərkəzinin 17 yanvar 2022-ci il tarixli, 02 №-li əmri ləğv edilməli, işə bərpa edilməyinə, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Bundan başqa əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir. O, həyat yoldaşının vəfatı ilə əlaqədar, əmlak hüquqlarını qəbul etmək üçün vəfat edənin varisi kimi hazırda Rusiya Federasiyası ilə Ukrayna Respublikası arasında mübahisəli zona hesab edilən Donetsk vilayətinə getmək məcburiyyətində qalmışdır. Gedərkən 07 noyabr-07 dekabr tarixlərində 1 aylıq öz hesabına məzuniyyət götürmüş, gedərkən ona Mərkəzin rəhbərliyi tərəfindən söz verilmişdir ki, ona köməklik göstəriləcək, ləngiyərsə bu nəzərə alınacaq və məzuniyyətin müddəti uzadılacaq. O, Donetskdə bəzi sənədləşmə işlərinin səbəbindən ləngiməli olmuş, bundan sonra o, həm X8 İdsarəsinin elektron ünvanına (mailto:agdash.mct@gmail.comElektron ünvan 1), həm də Zərdab Rayon Mədəniyyət Mərkəzinin elektron ünvanına (mailto:zerdabmedeniyyetmerkezi@mail.ruElektron ünvan 2) elektron məktublarla ərizə göndərmiş, öz hesabına məzuniyyətin müddətinin uzadılmasını xahiş etmiş, dəfələrlə telefonla danışmış, whatsap sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamışdır. Mərkəz rəhbərliyinin teleqram vurmaqla bağlı tapşırığını isə olduğu regionun beynəlxalq səviyyədə tanınmaması səbəbindən, beynəlxalq poçt-teleqram sisteminin olmaması üzündən yerinə yetirə bilməmiş və bunu rəhbərliyə bildirmişdir. Bundan başqa gələn şəxslər vasitəsilə öz xətti ilə ərizə belə yazıb göndərmişdir. Lakin Zərdab Rayon Mədəniyyət Mərkəzinin rəhbərliyi bütün bunları nəzərə alacağına dair söz versə də, elan olunmadan onu işdən çıxarmışlar. İşdən azad edildikdən sonra sorğu əsasında əmək kitabçası ona qaytarılarkən işə qəbul olarkən əvvəlki iş yerlərinin qeyd olunduğu əmək kitabçası itirildiyi üçün ona yeni yazılıb hazırlanmış əmək kitabçası verilmişdir. O, mediasiya prosessindən keçmiş və bu barədə ona mediator X6 tərəfindən xx.xx.2022-ci il tarixli, X/O-296 saylı, “İlkin mediasiya sessiyasında iştirak edilməsi barədə” arayış verilmişdir. Odur ki, cavabdeh Zərdab Rayon Mədəniyyət Mərkəzinin direktoru E.Məmmədovanın 17 yanvar 2022-ci il tarixli, 02 №-li əmrini ləğv edib Zərdab Rayon X3 kənd diyarşünaslıq klubunun mədəni-təkilatçısı vəzifəsinə bərpa olunmağına, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, işdən çıxarılmağı barədə əmr və əmək kitabçası ona 2022-ci ilin mart ayının sonunda verilmişdir, mərhum əri ilə birgə nikahlarında iki yetkinlik yaşına çatmış oğlan uşaqları vardır, onlardan biri Ukrayna vətəndaşıdır, hər iki uşağın soyadı atalarının soyadından fərqli olduğu üçün mirasla bağlı sənədləşmə aparılması üçün özü Ukrayna Respublikasına getmək məcburiyyətində qalmışdır. Cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Cavabdeh nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı 2006-cı ildən Zərdab rayon Məmmədqasımlı kənd diyarşünaslıq evində mədəni təşkilatçı vəzifəsində çalışmış, 07 noyabr 2021-ci il tarixdən 07 dekabr 2021-ci il tarixə qədər haqqı ödənilmədən məzuniyyətə çıxmış, lakin 08 dekabr 2021-ci il tarixdən iş yerinə gəlməmiş, əmək intizamını kobud surətdə pozmuşdur. Sonrakı günlərdə də o, işə gəlməmiş və bu barədə müvafiq olaraq aktlar tərtib edilmişdir. 25 dekabr 2021-ci il tarixdə İddiaçı teleqramla işə gəlməməsinin səbəbini bildirməsi barədə müraciət olunmuşdur. İddiaçı telefonla Ukrayna Respublikasının Donetsk şəhərində olduğunu bildirmiş, guya gələ bilmədiyini bəhanə gətirərək yenə də əmək intizamını kobud şəkildə pozaraq işə gəlməmişdir. Hər dəfə ona müəyyən müddət verilərək işə gəlməsi tələb olunmuş, lakin o, yenə də işə gəlməməkdə davam etmiş, buna görə də 13 yanvar 2022-ci ildə MİHİ-nin Zərdab rayon komitəsinin mədəniyət evləri və klublarının ilk təşkilatında İddiaçı barədə məsələnin müzakirə olunması qərarı qəbul edilmişdir. Bu barədə 07 yanvar 2022-ci il tarixdə İddiaçı ünvanına teleqram vurularaq məlumat verilmişdir. Lakin Müzəffərova iclasa da gəlməmiş və onun iştirakı olmadan məsələ müzakirə olunaraq işdə qalmasının məqsədə uyğun olmaması barədə qərar qəbul olunmuşdur. Nəticədə İddiaçı 17 yanvar 2022-ci il tarixdə Zərdab rayon Mədəniyyət Mərkəzinin direktoru Elyura Məmmədova tərəfindən 02 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən vəzifəsindən azad edilmişdir. İddiaçının işdən azad edilməsi barədə əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi əvəzinə «c» bəndi yazılması texniki səhv olmuş və sonradan bu səhv düzəldilmişdir. İddiaçı ilə o özü dəfələrlə əlaqə saxlamış, işə gəlməsini tələb etmiş, lakin iddiaçı müxtəlif bəhanələr gətirərək işə çıxmamışdır. Buna görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İş materiallarında olan MŞİH-16760 saylı, 15 aprel 2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı və cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin prosessin davam etdirilməsi barədə qərar qəbul etməmişlər. İş materiallarında olan V-JQ № 347440 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 24 iyun 1990-cı ildə İddiaçı ilə rəsmi nikaha girmişlər. İş materiallarında olan DHP № 255304 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə Donetsk Xalq Respublikasında ölmüşdür. İş materiallarında olan Cavabdeh Zərdab rayon nümayəndəsi U.Əhmədova ünvanlanmış əl yazmanın surətindən görünür ki, İddiaçı ərizə ilə müraciət edərək yoldaşının vəfatı ilə bağlı işinin alınmadığına görə ona bir ay müddətinə öz hesabına icazə verilməsini bildirmişdir. İş materiallarında olan İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh Zərdab rayon Mədəniyyət Mərkəzinin direktoru E.Məmmədovaya ünvanlanmış ərizənin surətindən görünür ki, həyat yoldaşı Donetsk şəhərində vəfat etmiş, Donetsk şəhərinə gedəcəyi üçün ona xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək öz hesabına icazə verilməsini xahiş etmişdir. İş materiallarında olan AZE C03685933 seriyalı ümumvətəndaş pasportunun surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhədini keçərək ölkədən çıxış etmiş, xx.xx.2022-ci il tarixdə isə Azərbaycan Respublikası Dövlət Sərhədini keçərək ölkəyə giriş etmişdir. İş materiallarında olan X5 İttifaqı Zərdab rayon komitəsinin Diyarşünaslıq evləri və klubları ilk təşkilat komitəsinin 13 yanvar 2022-ci il tarixli iclasın protokolunun surətindən görünür ki, Zərdab rayon Mədəniyyət Mərkəzinin direktoru X1 kənd Diyarşünaslıq klubunun mədəni-təşkilatçısı İddiaçı üzürsüz səbəbdən işdə olmaması barədə məlumatın nəzərə alınması, Məmmədqasımlı kənd Diyarşünaslıq klubunun mədəni-təşkilatçısı İddiaçı üzürsüz səbəbdən əmək intizamını pozduğu nəzərə alınmaqla vəzifəsindən azad olunması məqsədə uyğun hesab olunması, MİHİ-nin Zərdab rayon komitəsinin Diyarşünaslıq evləri və klubları ilk təşkilatının 01 saylı protokolunun qərarından çıxarışın Zərdab rayonu Mədəniyyət Mərkəzinin direktoru Elyura Məmmədovaya təqdim olunması barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 07 yanvar 2022-ci il tarixli təqdimatlardan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən üzürsüz səbəbdən mütəmadi olaraq iş yerinə gəlməmişdir. 25 dekabr 2021-ci il tarixdə İddiaçı teleqramla müraciət olunaraq 06 yanvar 2022-ci ilə qədər işə gəlməməsinin səbəbini bildirməsi xahiş olunmuşdur. Lakin İddiaçı bu günə qədər heç bir məlumat verməmişdir. Cavabdeh rəisi cənab Səxavət Məmmədovun dərkənarına əsasən Zərdab rayon Məmmədqasımlı kənd Diyarşünaslıq klubun mədəni təşkilatçısı İddiaçı intizam tənbehi barədə məsələ “Diyarşünaslıq evləri, klublar” ilk təşkilat Komitəsinin rəyasət heyətində müzakirə edilməsi üçün X5 İttifaqı Zərdab rayon Komitəsi “Diyarşünaslıq evləri, klublar” ilk təşkilat Komitəsinə göndərilmişdir. İş materiallarında olan 06 noyabr 2021-ci il tarixli, 14 saylı əmrdən görünür ki, Zərdab rayon Məmmədqasımlı kənd Diyarşünaslıq klubunun mədəni-təşkilatçısı, həyat yoldaşının vəfatı ilə əlaqədar başqa şəhərə getdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 128-ci maddəsinə uyğun olaraq 06 noyabr 2021-ci il tarixdən 04 dekabr 2021-ci il tarixədək 1 ay müddətinə öz hesabına məzuniyyətə buraxılmışdır. İş materaillarında olan xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.22021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli aktların surətlərindən görünür ki, klubun mədəni-təşkilatçısı İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işdə olmamışdır. İş materiallarında olan ******* saylı əmək kitabçasının surətindən və 17 yanvar 2022-ci il tarixli 2 №-li əmrin surətindən görünür ki, İddiaçı 07 dekabr 2021-ci il tarixdən 17 yanvar 2022-ci il tarixədək üzürsüz səbəbdən işə gəlməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir səbəb göstərməmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən Zərdab Rayon Məmmədqasımlı kənd diyarşünaslıq klubunun mədəni-təşkilatçısıZərdab rayon MİHİ-nin Zərdab rayon komitəsinin Mədəniyyət evləri və klublarının ilk təşkilatının razılığı əsasında, MİHİ-nin Zərdab rayon komitəsinin mədəniyyət evləri və klublarının ilk təşkilatının 13 yanvar 01 tarixli iclasının protokoluna əsasən tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.Həmin maddədə əmək müqaviləsinə xitam verilməsinin əsasları kimi tərəflərdən birinin təşəbbüs göstərməsi müəyyən edilmişdir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulmsı hesab edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadn həll etmək, təhsil almaq, yaradıcı, elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Həmin Məcəllənin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Həmin Məcəllənin 130-cu maddəsinə əsasən işçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir: a)həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə- uşaq dörd yaşına çatanadək; b)arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə-14 təqvim gününədək; c)16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara-14 təqvim gününədək; ç) orqanizmin funksiyalarının pozulması faizindən və səbəbindən asılı olmayaraq əlilliyi olan işçilərə-bir təqvim ayınadək; d)müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə-14 təqvim gününədək; e)Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə-14 təqvim gününədək; https://eqanun.az/framework/46943 - _edn189 ə) insanın immunçatışmazlığı virusu ilə yaşayan uşaq böyüdən, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan valideynlərə-14 təqvim gününədək; https://eqanun.az/framework/46943 - _edn190 f) doktoranturada (adyunkturada), təhsil alan işçilərə-1 təqvim ayınadək; g)ali təhsil müəssisələrində qəbul imtahanlarına buraxılan işçilərə-14 təqvim günü, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə-7 təqvim günü; ğ)ixtirasının və ya səmərələşdirici təklifinin işlədiyi müəssisədən kənar yerdə ilkin tətbiqi zamanı müəllifə-14 təqvim gününədək; h)ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə-tibb müəssisəsinin rəyi ilə 14 təqvim gününədək; x)18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqları olan işçilərə-14 təqvim gününədək; i) ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə-7 təqvim gününədək. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Cavabdeh Zərdab Rayon X3 kənd diyarşünaslıq klubunun mədənitəşkilatçısı İddiaçı 06 noyabr 2021-ci il tarixdən 04 dekabr 2021-ci il tarixədək 1 ay müddətinə öz hesabına məzuniyyətə buraxılmış, lakin İddiaçı məzuniyyət müddəti bitdikdən sonra üzürsüz səbəbdən işə gəlməmiş, gəlməməsinin səbəbi barədə işlədiyi təşkilata heç bir məlumat verməmiş, dəfələrlə İddiaçı ilə əlaqə saxlanılmış, işə gəlməsi tələb edilmiş, bütün bunlara baxmayaraq İddiaçı heç bir əsaslı səbəb olmadan xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək işdə olmamışdır, İddiaçı işdən çıxarılma qaydalarına tam əməl olunmuşdur, iddianın təmin edilməsi üçün heç bir əsas yoxdur, buna görə də iddia rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Cavabdehnə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbi haqqında iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar