Məhkəmə qərarları › İş №2(014)-1212/2021

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1212/2021

29.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1212/2021 29.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi İddiaçı1 Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin boşaldılması, əvvəlki vəziyyətinə qaytarılması, təhvil verilməsi, torpaq sahəsinə yenidən daxil olmağa qadağa qoyulması və dəymiş zərərin ödənilməsi tələbi barədə iddasına dair mülki iş üzrə verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin boşaldılması, əvvəlki vəziyyətinə qaytarılması, təhvil verilməsi, torpaq sahəsinə yenidən daxil olmağa qadağa qoyulması və dəymiş zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətlərində olan və Ağdaş rayonu Aralbir kəndində yerləşən 0,27 ha həyətyanı torpaq sahəsinin üzərindəki evin arxa tərəfinə cavabdehlər tərəfindən tökülmüş tikinti materiallarının boşaldılması, əvvəlki vəziyyətinə qaytarılıb onlara təhvil verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpaq sahəsinə yenidən daxil olub istifadə etmələrini qadağa qoyulması, vurduqları maddi ziyana görə 2500 (iki min beş yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mülki işə məhkəmə iclasında baxılarkən iş üzrə İddiaçı1 məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmiş, iş üzrə cavabdehlər isə işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iş üzrə iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin boşaldılması, əvvəlki vəziyyətinə qaytarılması, təhvil verilməsi, torpaq sahəsinə yenidən daxil olmağa qadağa qoyulması və dəymiş zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iş üzrə İddiaçı1 qaytarılsın. Qərardad tərəfə qəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar