Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1226/2025 12.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, İddiaçı Fərhad qızı, vəkili və nümayəndəsi Nümayəndə Abdulhüseyin oğlu Cavabdeh iştirakları ilə, İddiaçı Fərhad qızının Cavabdeh qarşı "qeydiyyatda olduğu yaşayış evinə köçrülmə, həmin yaşayış ev yaşayış sahəsi və kommunal xidmətlərdən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Fərhad qızının Cavabdeh qarşı "qeydiyyatda olduğu yaşayış evinə köçrülmə, həmin yaşayış ev yaşayış sahəsi və kommunal xidmətlərdən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi" tələbi ilə məhkəməyə müraciət edərək, illərlə yaşadığı və qeydiyyatda olduğu yaşayış evi və yaşayış sahəsindən istifadə hüququnun tanınmaqla, qeydiyyatda olduqları ünvan 1i ünvanındakı 158 saylı təsərrüfata, yaşayış evi və yaşayış sahəsində köçürlməyinin və həmin yaşayış evinin bu günədək istifadələrində olan bir qonaq otağı, iki yataq otağı, bir mətbəx, sanitar qovşaq və kommunal xidmətlərdən, həmiçinin yaşayış sahəsindən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 11 iyul 1997-ci il tarixində ailə həyatı qurmuşlar. 11 iyul 1997-ci ildə Qəbələ rayon Qeydiyyat şöbəsində nikahları 19 saylı akt ilə qeydə aldırmışlar, cavabdehə məxsus və qeydiyyatda olduğu ünvan 1i ünvanında yerləşən 4 otaq 1 zal və 1 mətbəxdən ibarət yaşayış evinə gəlin gəlmişdir. Birgə nikahdan xx.xx.1998-ci ildə X3, xx.xx.2001-ci ildə X5 anadan olmuşdur. Ailə həyatı qurduqdan sonra da həyat yoldaşı və qızları ilə birlikdə həmin vaxtdan da həmin ünvanda yaşamış və həmin ünvanda cavabdehə məxsus 158 saylı təsərüfata qeydiyyata düşmüşdür. Xeyli müddətdir ki, övladları ailə qurmuşlar, bundan sonra cavabdeh ilə ikisi yaşamışdır. Yaşadıqları dövrdə yaşayış evlərinin təmir tikinti işləri görmüş, evlərini və otaq sayısını artırmışlar. Bir necə aydır ki, həyat yoldaşı ilə aralarında səbəbsiz problemlər yaşamışlar. Cavabdeh torpaq sahələrini satdıqdan sonra qeydiyyatda olduğu yaşayış evlərində dinc yaşamağa imkan verməmişdir. Müxtəlif yollarla ona maneələr törətmiş, nəhayət onu evdən qovmağa müvəffəq olmuşdur. Bir neçə aydır ki, cavabdeh birgə tikib qurduqları evdə, birgə təsərrüfatlarında yaşadığı halda onun qeydiyyatda olduğu və illərlə yaşadıqları evlərində cavabdeh onu yaşamağa imkan vermir. Çarəsizlikdən o cavabdeh tərəfindən evdən qovulmuşdur. Hazırda o, növbə ilə qohumlarının evində və himayəsində qalır. Ancaq zaman keçdikcə onun qalmağa yeri olmur. Artıq qohumlarının evində belə qalmağa utanır. Onun bütün cehiz əşyaları gəlin köçdüyü evdədir. O, gəlin köçdüyü və qovulduğu günə kimi iki övladı ilə birlikdə ünvan 2i ünvanındaki yaşayış evində yaşamağı, həmçinin onun qeydiyyatının həmin evdə təsərrüfatda qeydiyyatda olmasını Ağdaş rayonu Qolqəti kəndində ki, yaşayış evində yaşamağının və qeydiyyatının həmin ünvanda olduğunu nəzərə alaraq onun o yaşayış evinə köçürülməyi barədə qətnamə qəbul edilməlidir. Onun 27 il yaşadığı və qeydiyyatda olduğu ünvanda, həmin evdə yaşamaq və istifadə etmək hüquqları olsa da, cavabdeh yaşayış sahəsindən istifadə hüquqlarını pozaraq, evə girməsinə və yaşamağına şərait yaratmamışdır. Qeyd edir ki, onun bütün cehiz əşyaları da yaşayış evində qalıb və hal-hazırda o evsiz eşiksiz və əşyasız demək olarki, çöllərdə qalmışdır.Cavabdehin onun həmin mənzilə köçmə istəklərinin qarşısını alması barədə etdiyi hərəkətlər qanunsuzdur. Məhkəmə iclasında İddiaçı Fərhad qızı izahat verərək bildirdi ki, cavabdehlə evləndikdən sonra həmin mənzilə gəlin köçmüşdür. Cavabdehin atası və anası ilə birlikdə mehriban yaşamışdır. İddia tələbinin təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı Fərhad qızının vəkili və nümayəndəsi Nümayəndə Abdulhüseyin oğlu iddianı müdafiə edərək bildirdi ki, iddiaçı ilə cavabdeh 1997-ci il tarixdə nikaha daxil olmuşlar. İddiaçı Qolqəti kəndində 29 ildir ki, faktiki nikahda olduğundan istifadə hüququ qazanmışdır. Həmin nikahdan 2 övladları anadan olmuş, hazırda hər iki uşaq yetkinlik yaşına çatmışlar. Həmin yaşayış evində iddiaçının istifadə hüququ var, ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etmədiyini, iddiaçının mənzilə köçürüməsinə icazə vermədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 28 fevral 2025-ci tarixli №5-32-12/2-101/2025 saylı Ağdaş RİHB-nın Qolqəti kənd ərazi icra nümayəndəliyi tərəfindən verilmiş arayışın surətindən görünür ki, Ağdaş rayonu Qolqəti kənd sakini 1966-cı ildə anadan olmuş X1 nümayəndəliyin 2021-2025-ci illəri əhatə edən ev təsərrüfatlarının 02 saylı uçot kitabının şəxsi hesab nömrəsi №158 olan təsərrüfatında qeydiyyatdadır. 01 mart 2024-cü il tarixli №3-16-5/7-61/2024 saylı Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ilə X4 arasındakı nikah 11 iyul 1997-ci il tarixdə 19 №-li akt ilə qeydə alınmışdır. ƏMDK yanında DƏDR xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR xx.xx.2021-ci il tarixli **********71 saylı çıxarışın surətindən görünür ki, Cavabdeh Ağdaş rayonu Qolqəti kəndində mülkiyyətində olan 0.15 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyəti hüququ üzrə X2 adına qeydiyyata alınmışdır. Beləliklə, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə Cavabdeh 11 iyul 1997-ci ildə Qəbələ rayon qeydiyyat şöbəsində 19 saylı nikah qeydə aldırmaqla evlənərək ailə qurub birlikdə yaşamağa başlamışlar. Nikaha daxil olduqdan sonra onlar cavabdehə məxsus Ağdaş rayon, Qolqəti kəndində yerləşən mənzilə köçmüşlər. Birgə nikahdan xx.xx.1998-ci ildə X3, xx.xx.2001-ci ildə X5 anadan olmuşdur. Ailə həyatı qurduqdan sonra da həyat yoldaşı və qızları ilə birlikdə həmin vaxtdan da həmin ünvanda yaşamış və həmin ünvanda cavabdehə məxsus 158 saylı təsərüfata qeydiyyata düşmüşdür. İddiaçının məhkəmə iclasında bildirməsinə, həmçinin, Cavabdeh da qəbul etməsinə görə iddiaçı bugünə qədər də həmin ünvanda yaşamış və indiyədək iddiaçının cehiz əmlakları həmin ünvanda yerləşir. Bir necə aydır ki, iddiaçı ilə cavabdeh arasında səbəbsiz problemlər yaşamışlar. Hazırda cavabdeh müxtəlif yollarla ona maneələr törədir. Buna görə də İddiaçı Fərhad qızı məhkəməyə müraciət edərək, illərlə yaşadığı və qeydiyyatda olduğu yaşayış evi və yaşayış sahəsindən istifadə hüququnun tanınmaqla, qeydiyyatda olduqları ünvan 1i ünvanındakı 158 saylı təsərrüfata, yaşayış evi və yaşayış sahəsində köçürlməyinin və həmin yaşayış evinin bu günədək istifadələrində olan bir qonaq otağı, iki yataq otağı, bir mətbəx, sanitar qovşaq və kommunal xidmətlərdən, həmiçinin yaşayış sahəsindən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.3-cü maddəsinə əsasən əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Bundan başqa, ƏMDK-nın yanında DƏDR xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR xx.xx.2021-ci il tarixli **********71 saylı çıxarışa əsasən Ağdaş rayonu Qolqəti kəndində 0.15 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyəti hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. Qeyd olunan mənzildə cavabdeh hansı statusdadırsa, iddiaçı da həmin statusdadır. Ona görə də iddiaçının həmin evdə yaşamaq hüququnun məhdudlaşdırılması qanunvericiliyin tələblərinə ziddir. İddiaçı mübahisəli mənzilə 1997-ci ildə qeyd-şərtsiz köçərək orada cavabdehlərlə ailə üzvü kimi birgə yaşadığından və onlarla ümumi təsərrüfat apardığından, o, mübahisəli evə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.3-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, **********71 qeydiyyat nömrəli çıxarışına əsasən X2 mülkiyyətində olan ünvan 2ində yerləşən 0.15 hektar torpaq sahəsi üzərində inşa edilmiş bir qonaq otağı, iki yataq otağı, bir mətbəx, sanitar qovşaqdan ibarət olan evə, həmçinin həmin evə aid kommunal xidmətlərdən İddiaçı Fərhad qızının istifadə hüququ müəyyən edilsin və İddiaçı Fərhad qızı həmin evə köçürülməli, həmin hissədə evin və həyətin köməkçi, kommunal-məişət sahələrindən ümumi, bərabər istifadə qaydası müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Fərhad qızının Cavabdeh qarşı "qeydiyyatda olduğu yaşayış evinə köçrülmə, həmin yaşayış ev yaşayış sahəsi və kommunal xidmətlərdən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilsin. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, **********71 qeydiyyat nömrəli çıxarışına əsasən Cavabdeh mülkiyyətində olan ünvan 2ində yerləşən 0.15 hektar torpaq sahəsi üzərində inşa edilmiş bir qonaq otağı, iki yataq otağı, bir mətbəx, sanitar qovşaqdan ibarət olan evə, həmçinin həmin evə aid kommunal xidmətlərdən İddiaçı Fərhad qızının istifadə hüququ müəyyən edilsin və İddiaçı Fərhad qızı həmin evə köçürülsün. Həmin hissədə evin və həyətin köməkçi, kommunal-məişət sahələrindən ümumi, bərabər istifadə qaydası müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-1226/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1226/2025
12.08.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver