Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1247/2023 06.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Ağdaş rayon Notariat ofisinə qarşı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Ağdaş rayon Notariat ofisinə qarşı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi mərhum X3 ilə anası X18 1952-ci ildə rəsmi nikah qeyd etdirmədən faktiki olaraq evlənmişlər. Mərhum atası ilə anası evləndikdən sonra Ağdaş rayonu, Qoşaqovaq kəndində özlərinə məxsus həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikdirərək orada yaşamışlar. Onların birgə nikahlarından üç uşaqları - 10 avqust 1954-cü ildə X5, 01 noyabr 1958-ci ildə X7, 05 yanvar 1962-ci ildə X8 və xx xxx 1965-ci ildə ərizəçi, yəni Ərizəçi doğulmuşdur. Torpaq islahatı zamanı Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 avqust 1998-ci il tarixli 15 saylı qərarı ilə mərhum atası və anasının ümumi birgə mülkiyyətinə Ağdaş rayonu, Qoşaqovaq kəndi ərazisindən 1,55 hektar kənd təsərrüfatı təyinatlı, 0,30 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə adlarına müvafiq olaraq Dövlət Aktı qeydiyyat kitabında 10 mart 1999-cu il tarixdə 333 nömrə ilə qeydiyyata alınmış JN-225, kod 90310018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və 22 iyul 2005-ci il tarixdə 4/609 nömrə ilə qeydiyyata alınmış JN-073A, kod 90310018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şşəhadətnamə verilmişdir. X3 17 sentyabr 1999-cu ildə, anası X18 isə 20 aprel 2011-ci ildə Ağdaş rayonu, Qoşaqovaq kəndində ölmüşdür. X1 və X12 ölümündən sonra Ağdaş rayonu, Qoşaqovaq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı və həyətyanı torpaq sahəsindən onlara çatası paylarını və fərdi yaşayış evini faktiki olaraq həmin evdə yaşadığından və torpaq sahələrindən yalnız özü istifadə etdiyindən faktiki olaraq ərizəçi özü qəbul etmişdir. Digər bacı və qardaşları qanun üzrə birinci növbə vərəsə kimi həmin əmlaklarla maraqlanmamışlar, faktiki qəbul etməmişlər və miras əmlakla bağlı müvafiq icra orqanlarına müraciət etməmişlər. Ərizəçi qeyd etdiyi miras əmlakların qəbulu ilə əlaqədar vərəsəlik işinin açılması və adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün ərizə ilə maraqlı orqan Ağdaş rayon Notariat ofisinə müraciət etmiş, lakin təqdim etdiyi sənədlərdə, yəni adına verilmiş doğum haqqında şəhadətnamədə mərhumun soyadı “Həmidova” kimi qeyd edildiyindən, yəni ərizəçinin mərhum anasının doğma oğlu olmağını təsdiq edən hüquqi əhəmiyyəti olan sənədlər qaydasında olmadığına görə maraqlı şəxs Ağdaş rayon Notariat ofisi tərəfindən vərəsəlik işinin açılması mümkün olmamışdır. Valideynləri arasında nikah haqqında akt aşkar olunmadığından mərhum anasının doğma oğlu olmağını təsdiq edən sənədləri başqa formada əldə edə bilmədiyindən maraqlı orqan tərəfindən qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi ilə bağlı aidiyyati üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçinin mərhum anasının doğma oğlu olmağı məhkəməyə dəvət edəcəyi şahidlərin ifadələri ilə təsdiq olunacaq. Mərhum anasının dogma oğlu olmasını təsdiqləyən sənədləri başqa qaydada əldə edə bilmədiyinə görə hazırki ərizə ilə məhkəməyə müraciət edir. Qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ona vərəsəlik hüququnun əmələ gəlməsi ilə əlaqədar lazımdır. Göstərilənlərə əsasən Ərizəçi 20 aprel 2011-ci ildə Ağdaş rayonu, Qoşaqovaq kəndində ölmüş anası X12 dogma oğlu olması barədə qohumluq münasibətləri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Ağdaş rayon Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs Ağdaş rayon Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək göstərdi ki, ərizəçi onun qardaşıdır. X2, anaları X14r. Atası ilə anası evləndikdən sonar anası Eyubova soyadında qalmışdır. Valideynləri öldükdən sonra qardaşı Vaqif vərəsəlik işi açdırmaq istəyərkən məlum olmuşdur ki, Vaqifin doğum haqqında şəhadətnaməsində ana qrafasında anaları Güllünün soyadları “Həmidova” kimi qeyd edildiyindən qardaşı vərəsəliyi qəbul edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 özündən əvvəl ifadə vermiş şahid X9 ilə eyni məzmunlu izahat vermişdir. İşin materiallarında olan 11 iyul 2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 576 saylı arayışdan görünür ki, X8 05 yanvar 1962-ci il tarixdə Ağdaş rayonu, Qoşaqovaq kəndində doğulmuşdur. X3, anası X13r. İşin materiallarında olan 10 fevral 2021-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 397 saylı arayışdan görünür ki, X7 01 noyabr 1958-ci il tarixdə Ağdaş rayonu, Qoşaqovaq kəndində doğulmuşdur. Atası ---, anası X13r. İşin materiallarında olan 11 iyul 2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 574 saylı arayışdan görünür ki, X10 10 avqust 1954-cü il tarixdə Ağdaş rayonu, Qoşaqovaq kəndində doğulmuşdur. X3, anası X14r. İşin materiallarında olan 18 yanvar 2020-ci il tarixdə Ağdaş rayon Qoşaqovaq kənd icra nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X15 xx xxx 1965-ci il tarixdə Ağdaş rayonu, Qoşaqovaq kəndində doğulmuşdur. X3, anası X13r. İşin materiallarında olan 22 sentyabr 1999-cu il tarixdə Ağdaş rayon Qoşaqovaq kənd icra nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında arayışdan görünür ki, X11 17 sentyabr 1999-cu il tarixdə ölmüşdür. İşin materiallarında olan 29 aprel 2011-ci il tarixdə Ağdaş rayon Qoşaqovaq kənd icra nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X18 20 aprel 2011-ci il tarixdə ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon Notariat ofisinin 24 iyun 2023-cü il tarixli, 469 saylı məktubundan görünür ki, Ərizəçi X18 ilə qohumluq münasibəti faktının və mirasın qəbulu faktının təsdiq edilməsi ilə bağlı müvafiq ərizə ilə müraciət etmək hüququ ərizəçiyə izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X12 Ərizəçi anası olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Ağdaş rayon Notariat ofisinə qarşı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilsin. X12 Ərizəçi anası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1247/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1247/2023
06.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver