Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1251/2021 14.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi X13 Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 maraqlı orqan Maraqlı şəxsnə qarşı «doğumun qeyd edilmə faktının müəyyən edilməsi» haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 maraqlı orqan Maraqlı şəxsnə qarşı «doğumun qeyd edilmə faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 X9nun 01 iyul 1942-ci il tarixdə Ağdaş şəhərində anadan olması faktının, yəni doğumun qeyd edilmə faktının müəyyən edilməsinə, adına doğum haqqında şəhadətnamə verilməsinə və həmin şəhadətnamədə valideyinləri kimi atasının X22, anasının Ərizəçi3 Mehdi qızı qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 ərizəni onunla əsaslandırmışdır ki, valideynləri X21 ilə X5 1993-cü ildə rəsmi nikah qeyd etdirmədən evlənərək ailə qurmuşlar. Onların faktiki nikahlarından -xx xxxx 1994-cü ildə Məmmədova (İbrahimova) Günel Vaqif qızı, xx xxxx 1995-ci ildə Ərizəçi3, xx xxxx 1997-ci ildə Ərizəçi1 və 23 avqust 1998-ci ildə Ərizəçi2 anadan olmuşdur. Ərizəçi4 11 mart 2013-cü il tarixdə Yevlax rayonunun Aran qəsəbəsi sakini X10 ilə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşlar. Nikah bağlandıqdan sonra “İbrahimova” soyadını qəbul etmişdir. X1 05 sentyabr 2008-ci ildə vəfat etmişdir və Ağdaş rayonunun Mürsəl kənd qəbristanlığında dəfn edilmişdir. X6 30 yanvar 2015-ci ildə Ağdaş şəhərində vəfat etmişlər və Maşad kənd qəbirstanlığında dəfn edilmişdir. Valideynlərinin vəfatından sonra onlardan ünvan 1 ünvanında 0.29 hektar həyətyanı torpaq sahəsi və onun üzərində tikilmiş bir mərtəbəli iki otaqdan ibarət yaşayış evi miras qalmışdır. Valideynlərinin ölümündən sonra qanun üzrə birinci növbə vərəsələr kimi mirasdan irs almaq məqsədi ilə vərəsəlik işi açdıran zaman məlum olmuşdur ki, mərhum ataları 01.07.1942-ci il təvəllüdlü X14 adına verilmiş doğum haqqında şəhadətnaməni əldə edə bilməmişdir. Ona görə də mərhum ataları barədə doğum haqqında akt qeydi barədə arayış verilməsi xahişi ilə Maraqlı şəxsnə müraciət edəndə orada atasının adına doğum haqqında akt qeydi aşkar olunmamışdır. Mərhum ataları adına doğum aktı qeydi olmadığına görə onun qanun üzrə vərəsələri hesab edilən valideynləri barədə dəqiq məlumatı əldə edə bilmirlər. Mərhum atasının validenləri, yəni babaları 1885-ci ildə anadan olmuş X22, nənələri 1889-cu ildə anadan olmuş Ərizəçi3 Mehdi qızı olmuşdur. X8 1983-cü ildə, nənələri Ərizəçi3 Mehdi qızı isə 14 dekabr 1987-ci ildə Ağdaş rayonunda vəfat etmişdir. Mərhum babasının ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Hazırda mərhum X9nun 01 iyul 1942-ci il tarixdə Ağdaş şəhərində anadan olmasını təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından doğum haqqında şəhadətnaməni almaq mümkün deyildir. Ona görə də, X9nun 01 iyul 1942-ci il tarixdə Ağdaş şəhərində anadan olması faktının, yəni doğumun qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Ərizəçi1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçilər Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 nümayəndəsi Ərizəçi1 məhkəmə iclasında iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı orqan Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı orqanın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı orqan Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında ərizəçinin təşəbbüsü ilə iştirak edən şahid X18 ifadə verərək bildirdi ki, ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 onun qonşusudur. Ərizəçilərin X9 01.07.1942-ci il tarixdə anadan olmuşdur. Anası Ərizəçi3 Mehdi qızı ilə birlikdə Ağdaş rayon 20 yanvar küçəsi ev 19-da yaşamışdırlar. X14 anası 14 dekabr 1987-ci ildə Ağdaş şəhəri 20 yanvar küçəsində vəfat etmişdir. X21 20 yanvar 2015-ci il tarixdə Ağdaş şəhəri 20 yanvar küçəsi ev 19-da vəfat etmişdir. Məhkəmə iclasında ərizəçinin təşəbbüsü ilə iştirak edən şahid X23 ifadə verərək bildirdi ki, ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 ilə uzun müddət qonşuluq münasibətləri olmuşdur. Ərizəçi1 X9 20 yanvar 2015-ci il tarixdə Ağdaş şəhəri 20 yanvar küçəsi ev 19-da vəfat etmiş, anası X5 25 avqust 2008-ci ildə vəfat etmişdir. Ərizəçilər vəfat etmişdir. Yuxarıda göstərilən şəxsləri ərizəçilərin valideynləri kimi tanıyır. Məhkəmə iclasında ərizəçinin təşəbbüsü ilə iştirak edən şahid X7 ifadə verərək bildirdi ki, ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 onun qonşusudur. Ərizəçilərin X9 01.07.1942-ci il tarixdə anadan olmuşdur. Anası Ərizəçi3 Mehdi qızı ilə birlikdə Ağdaş rayon 20 yanvar küçəsi ev 19-da yaşamışdırlar. X14 anası 14 dekabr 1987-ci ildə Ağdaş şəhəri 20 yanvar küçəsində vəfat etmişdir. X21 20 yanvar 2015-ci il tarixdə Ağdaş şəhəri 20 yanvar küçəsi ev 19-da vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını nəzərə alaraq, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən verilmiş 23 dekabr 2016-cı il tarixli № 1991 saylı ölüm haqqında arayışın surətindən məlum olur ki, Ərizəçi3 Mehdi qızı 14.12.1987-ci il tarixdə ölmüşdür. Bu barədə akt qeydləri kitabında 01.02.1988-ci il tarixli 17 saylı qeyd aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən verilmiş məktubdan məlum olur ki, Maraqlı şəxs atanız X21 ilə ananız X2 arasında bağlanmış nikah haqqında təkrar şəhadətnaməsinin istənməsi barədə ərizənizə cavab olaraq bildirilir ki, nikah haqqında akt qeydi avtomatlaşdırılmış sistem üzrə yoxlama aparılmış və Maraqlı şəxs arxivində aşkar olunmamışdır. Nikah haqqında akt qeydinin bərpa edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən verilmiş məktubdan məlum olur ki, Maraqlı şəxs nənəniz Ərizəçi3 Mehdi qızının doğum haqqında təkrar şəhadətnaməsinin istənməsi barədə ərizənizə cavab olaraq bildirilir ki, doğum haqqında akt qeydi avtomatlaşdırılmış sistem üzrə yoxlama aparılmış və Maraqlı şəxs arxivində aşkar olunmamışdır. Doğum haqqında akt qeydinin bərpa edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən verilmiş məktubdan məlum olur ki, Maraqlı şəxs babanız X22 ilə nənəniz Ərizəçi3 Mehdi qızının arasında bağlanmış nikah haqqında təkrar şəhadətnaməsinin istənməsi barədə ərizənizə cavab olaraq bildirilir ki, nikah haqqında akt qeydi avtomatlaşdırılmış sistem üzrə yoxlama aparılmış və Maraqlı şəxs arxivində aşkar olunmamışdır. Nikah haqqında akt qeydinin bərpa edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən verilmiş 04 may 2021-ci il tarixli 1790 saylı məktubdan məlum olur ki, Maraqlı şəxs tərəfindən 04.05.2021-ci il tarixli ərizənizə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. X4 ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, Qeydiyyat Şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aiddiyatı üzrə məhkəmə müraciət etməyi tövsiyyə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 fevral 2021-ci il tarixli 317 saylı doğum haqqında arayışdan məlum olur ki, Ərizəçi3 xx xxxx 1995-ci il tarixdə anadan olmuşdur. X9, anası X3r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Dövlət arxivi tərəfindən verilmiş 08.02.2021-ci il tarixli 24 saylı arxiv arayışından məlum olur ki, Ağdaş rayon Dövlət arxivində saxlanılan Qeydiyyat şöbəsinin 1942-ci illəri əhatə edən sənədlərinə baxış zamanı X14 adına rast gəlinmədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş 14.04 2021-ci il tarixli 997 saylı arayışdan məlum olur ki, Maraqlı şəxsndə Ağdaş sakini X21 və X2 nikah haqqında akt qeydi avtomatlaşdırılmış sistem üzrə yoxlama aparılmış və Maraqlı şəxs arxivində aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən verilmiş 14 aprel 2021-ci il tarxili № 998 saylı ölüm haqqında arayışdan məlum olur ki, X5 25 avqust 2008-ci il tarixdə ölmüşdür. Bu barədə akt qeydləri kitabında 05.09.2008-ci il tarixli 144 saylı qeyd aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 dekabr 2016-cı il tarixli 1190 saylı doğum haqqında arayışdan məlum olur ki, Ərizəçi1 xx xxxx 1997-ci il tarixdə anadan olmuşdur. X9, anası X3r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 aprel 2021-cı il tarixli 996 saylı doğum haqqında arayışdan məlum olur ki, Ərizəçi2 23 avqust 1998-ci il tarixdə anadan olmuşdur. X9, anası X3r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 aprel 2021-cı il tarixli 994 saylı doğum haqqında şəhadətnamədən məlum olur ki, X19 xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. X9, anası X3r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən verilmiş 25 fevral 2015-ci il tarixli № AZ-İ 719835 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X21 30.01.2015-ci il tarixdə ölmüşdür. Bu barədə akt qeydləri kitabında 25 fevral 2015-ci il tarixli 55 saylı qeyd aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 may 2021-ci il tarixli 1474 saylı arayışdan məlum olur ki, X21 vəfat etdiyi günədək (25.02.2015-ci il AZ-İ № 719835 ölüm haqda şəhadətnamə) Ağdaş şəhəri indiki 20 yanvar küçəsi 19 saylı evdə yaşamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 may 2021-ci il tarixli 1475 saylı arayışdan məlum olur ki, Ərizəçi3 Mehdi qızı vəfat etdiyi günədək (23.12.2016-cı il № 1991 ölüm haqda şəhadətnamə) Ağdaş şəhəri indiki 20 yanvar küçəsi 19 saylı evdə yaşamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 17 oktyabr 2018-ci il tarixli **********73 saylı məktubdan məlum olur ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair sənədlərin surətinin verilməsi ilə bağlı 12.10.2018-ci il tarixlu müraciətinizə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə 28.07.1962-ci il tarixli 786 inventar nömrəsi ilə mərhum Ərizəçi3 Mehdi qızının adına texniki pasport tərtib edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçilərin X9 01 iyul 1942-ci il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. Lakin Maraqlı şəxsndə onun anadan olmağı ilə bağlı hər hansı bir qeydiyyat aşkar edilməmişdir. Məhkəmə belə hesab edir ki, ərizə təmin edilməli, X21 01.07.1942-ci ildə Ağdaş şəhərində anadan olmağı faktı müəyyən edilməli, ata qrafasında- X22, ana qrafasında – Ərizəçi3 Mehdi qızı yazılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 307.2.11, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X14 01 iyul 1942-ci ildə Ağdaş şəhərində anadan olmağı faktı müəyyən edilsin. X17 doğum haqqında şəhadətnamə verilərkən soyadı, adı və atasının adı “X21”, «Atası» qrafasında X22, «Anası» qrafasında Ərizəçi3 Mehdi qızı qeyd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə аid еdilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Hakim: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-1251/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1251/2021
14.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver