Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1256/2025 08.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi maraqlı şəxs Ağdaş rayon Notariat ofisinə qarşı şəxsin qohumluq münasibətində olma faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Ağdaş rayon Notariat ofisinə qarşı şəxsin qohumluq münasibətlərində olma faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 onun yəni Ərizəçi əmisi olmağı faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əmisi X3 adına Ağdaş rayon Pirəyir kəndində 0.28 ha torpaq sahəsi vardır. Əmisi 29 aprel 1995-ci il tarixdə vəfat etmişdir. Əmisinin başqa vərəsəsi yoxdur. Qeyd olunan torpaq sahəsini vərəsəlik qaydasında qəbul etmək istəsə də, lakin vətəndaşlıq vəziyyəti aktkarında onun doğum akt qeydi aşkar edilmədiyindən bu mümkün olmamışdır. Belə ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Ağdaş rayon Notariat Ofisinə müraciət etsə də, 26 aprel 2025-ci il tarixli məktubla ona imtina verilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Hazırda Ağdaş rayon Pirəyir kəndində 0.28 ha torpaq sahəsinin vərəsəlik qaydasında qəbul edilməsi üçün X3 onun-yəni Ərizəçi Abdurrahman qızının əmisi olmağı faktının müəyyən edilməsinə zərurət vardır. Belə ki, miras qoyan X9 onun əmisidir, lakin hüquqmüəyyənedici sənədlərin tam əldə edilməməsi üzündən o qohumluq faktının məhkəmə qaydasında müəyyən edilməsini məqsədəuyğun bilir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə bildirdi ki, X3 onun əmisidir. Əmisi Zakirə onun anası baxmışdır. İddia tələbinin təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Ağdaş rayon Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 izahatında bildirdi ki, Ərizəçi qonşularıdır. X9 veteran idi. Ərizəçi ona baxmışdır. X5 dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X15 izahatında bildirdi ki, Tamella xalanı tanıyır, onun oğlu ilə biryerdə işləyir. X12 xalanın əmisi olmuşdur. 1995-ci il tarixdə rəhmətə getmişdir. X6 əmisi olmasını təsdiq edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş RİHB-nın Nehrəxəlil kənd iƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 oktyabr 2024-cü il tarixli 5-32-12/2-303/2024 saylı arayışn surətindən görünür ki, Ərizəçi 1938-ci ildə anadan olub, Ağdaş rayonu Nehrəxəlil kəndində yaşayır, qeydiyyatdadır. Ağdaş RİH Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 159 saylı arxiv arayışının surətindən görünür ki, Ağdaş rayon Dövlət Arsivində saxlanılan Ağdaş rayon Qeydiyyat şöbəsinin (VVAQ) doğum-bərpa sənədlərinə baxış zamanı vətəndaş X2 doğumuna rast gəlinməmişdir. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 sentyabr 2024-cü il tarixli 3- 16-5/8-A-69-1116-1/2024 saylı arayışın surətindən görünür ki, X7 01 dekabr 1988-ci ildə ölmüşdür. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 noyabr 2024-cü il tarixli 3-16- 5/8--69-1408/2024 saylı arayışın surətindən görünür ki, 1937-ci ildə Ağdaş rayonunda anadan olmuş X1 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 noyabr 2024-cü il tarixli 3-16- 5/8--69-1409/2024 saylı arayışın surətindən görünür ki, 1910-cu ildə Ağdaş rayonunda anadan olmuş X3 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 sentyabr 2024-cü il tarixli 3- 16-5/8-A-69-1116/2024 saylı arayışdan görünür ki, X9 21 aprel 1995-ci il tarixdə ölmüşdür. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 noyabr 2024-cü il tarixli 3-16- 5/8-M-69-1407/2024 saylı arayışdan görünür ki, X7 15 dekabr 1913-cü il tarixdə Ağdaş rayonu Pirəyir kəndində anadan olmuşdur. X4, anası X10r. Ağdaş rayon icra hakimiyyəti Ağdaş Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 119 saylı arxiv arayışının surətindən görünür ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Maşad kənd nümayəndəliyinin Pirəyir kəndinə aid olan 1991-1192-1993-1994-1995-ci illərin təsərrüfatbaşına kitabının 473/154 saylı təsərrüfatı X3 adına olmaqla təsərrüfatında 1. X9 (ailə başçısı)-nın olması üstündən xətt çəkilib xx.xx.1995-ci ildə vəfat etməsi göstərilmiş və adına 0.28 ha torpaq sahəsinin olmasını göstərilmişdir. Ağdaş rayon Notariat ofisinin xx.xx.2025-ci il tarixli, 285 saylı məktubundan görünür ki, Ərizəçi X9 ilə qohumluq münasibəti faktının və mirasın qəbulu faktının təsdiq edilməsi ilə bağlı müvafiq ərizə ilə müraciət etmək hüququ ərizəçiyə izah olunmuşdur. Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 158 saylı arxiv arayışından görünür ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Qeydiyyat şöbəsinin (VVAQ) 1937-ci illərin doğum-bərpa sənədlərinə baxış zamanı vətəndaş X1 doğumuna rast gəlinmədi. Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 157 saylı arxiv arayışından görünür ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Qeydiyyat şöbəsinin (VVAQ) doğum-bərpa sənədlərinə baxış zamanı vətəndaş X3 doğumuna rast gəlinmədi. Məhkəmə ərizəçinin nümayəndəsini, şahidlərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 1910-cu il tarixdə doğulmuş, 29 aprel 1995-ci il tarixdə ölmüş X3 1937-ci il tarixdə doğulmuş Ərizəçi əmisi olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Ağdaş rayon Notariat ofisinə qarşı şəxsin qohumluq münasibətlərində olma faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilsin. 1910-cu il tarixdə doğulmuş, 29 aprel 1995-ci il tarixdə ölmüş X3 1937-ci il tarixdə doğulmuş Ərizəçi əmisi olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-1256/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1256/2025
08.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver