Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1299/2020 05.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rаyоn Məhkəməsinin hаkimi Əliyev Nizam Mübariz oğlu, Ərizəçi maraqlı orqan Ağdaş Rayon Qeydiyyat şöbəsinə qarşı akt qeydinin düzgün olmamasının müəyyən edilməsinə dair ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən kеçirərək, MÜƏYYƏN ЕTDİ : Ərizəçi maraqlı orqan Ağdaş Rayon Qeydiyyat şöbəsinə qarşı akt qeydinin düzgün olmamasının müəyyən edilməsinə dair ilə ərizə ilə məhkəməyə müraciət edərək, onun Ağdaş rayon Nehrəxəlil kəndində ölməsinə dair maraqlı oran Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən adına vurulmuş xx xxxxxxx 1973-cü il tarixli, 15 saylı ölüm haqqında akt qeydinin düzgün olmamasının müəyyən olunması barədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, AR MPM-nin 307.1-ci maddəsinə əsasən Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. AR MPM-nin 305.1.7-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında məhkəmədə baxılır. AR MPM-nin 339.1-ci maddəsinə əsasə müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. AR MPM-nin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin tələbindən də göründüyü kimi, akt qeydinin düzgün olmaması haqqında işlərə mülki mühakimə icraatı qaydasında o vaxt baxıla bilər ki, hüquq haqqında mübahisə olduğuna görə müvafiq icra hakimiyyəti orqanı edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etsin. Hazırkı halda iş materiallarında müvafiq icra hakimiyyətinin əsaslandırılmış imtina qərarı yoxdur. AR MPM-nin 306.1-ci maddəsinə əsasən Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. AR MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Buna görə də məhkəmə hesab edir ki, ərizənin bu məcəllə ilə müəyyən edilmiş forma və məzmununa riayət edilmədiyindən ərizə geri qaytarılmalıdır. Şərh оlunаnlаrа əsаsən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 152.1.1, 268-269-cu mаddələrini rəhbər tutаrаq, QƏRАRА АLDİ: Ərizəçi maraqlı orqan Ağdaş Rayon Qeydiyyat şöbəsinə qarşı akt qeydinin düzgün olmamasının müəyyən edilməsinə dair ərizəsi geri qaytarılsın. Qərаrdаddаn 10 gün müddətində Ağdaş rаyоn Məhkəməsinə şikаyət vеrilə bilər. HАKİM: NİZAM ƏLİYEV
Məhkəmə qərarları › İş №2(014)-1299/2020
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1299/2020
05.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver