Məhkəmə qərarları › İş №2(014)-13/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-13/2022

12.01.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-13/2022 12.01.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı və onun vəkili Vəkil iştirakı ilə İddiaçı X21 cavabdeh X16 qarşı “Mənzilə görə ödənilmiş və çəkilmiş xərcin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə 12 yanvar 2022-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X21 cavabdeh X16 qarşı “Mənzilə görə ödənilmiş və çəkilmiş xərcin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzilin alınmasına görə nəğd olaraq ödədiyim 2400 ABŞ dollarının ödəniş gününə manata olan məzənnə ilə, 11000 manat mənzilin təmiri və həyətin abadlaşdırılmasına çəkilmiş xərcin, həmçinin mənzilin hazırkı real dəyəri olan 25000 manatın, eləcə də dövlət rüsumu hesabına ödəmiş olduğum 30 (otuz) manatın cavabdehdən alınaraq mənə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X35 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, 28 avqust 2002-ci il tarixdə X36 ilə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşdur. Əri 31 may 2008-ci il tarixdə “beyin ödemi” xəstəliyindən ölmüşdür. Ərim X1 onunla birlikdə Ağdaş şəhəri sakini cavabdeh X23 məxsus olub, ünvan 1 ünvanda yerləşən mənzilini ailə üzvlərinin razılığı ilə qarşılıqlı razılaşma yolu ilə ondan satın almışlar. X34, arvadı Əbdürəhimova (Səfərova) və Anar və Ramin adlı oğlanları mənzilin ərinə satılmasına razı olmaları, gələcəkdə heç bir bir şikayətləri olmayacağı, gələcəkdə evin ərinin adına sənədləşdirməyə lazımi köməklik edəcəyi, arvadının və uşaqlarının isə evin satılmasına etirazları olmamaları barədə 02 avqust 2002-ci il tarixdə hər biri qəbz yazaraq imzalamışlar. Onlar həmin mənzili cavabdehdən 2100 ABŞ dollara almışdır və sonradan sənədləşdirmə adı ilə cavabdeh ondan 300 ABŞ dolları əlavə pul almışdır. Bundan sonra əri evin pulunu X23, o isə evin sənədlərini, yəni 12 saylı, 05 dekabr 1984-cü il tarixli örderini və ona əlavə edilmiş sənədləri mərhum ərinə verərək özləri əmlakları ilə birlikdə mənzildən çıxaraq mənzili onlara təhvil vermişlər. Həmin vaxtdan onlar faktiki olaraq həmin mənzildə yaşamağa başlamışlar və əri öləndən sonra mənzilə görə bütün kommunal xərcləri özü ödəmişdir. Bütün kommunal xərclərə görə müqavilələr onunla bağlanmışdır. O həmin mənzili cavabdehdən aldıqdan sonra həmin mənzildə əsaslı təmir işləri aparmış, bəzi artırma işləri aparmaqla mənzildə genişləndirmə işləri görmüşdür. Belə ki, mənzili alanda mənzil 2 otaqdan ibarət və təmirsiz idi. O sonradan mənzilə zal artırmış, mətbəxi otaq etdirmişdir. Onlar evi alanda hər tərəfi qara suvaq idi, həmçinin həyətin ətrafı açıq vəziyyətdə idi. Həyətin bir yanını mişar daşı ilə təxminən 5 metr uzunluğunda hasar çıkib bağlamış, digər yanını 17-18 metr dəmir şiferlə bağlamışdır. Dəmir şiferin arasında 2x3 metr ölçüdə dəmir köşk qoymuşdur. Həyətə 4 maşın torpaq və 1 maşın şebel tökdürmüşdür. Evin giriş qapısı köhnə olduğundan və örtülmədiyindən 160 manata yeni qapı ilə dəyişdirmişdir. Evin arxasından həyətə düşən hissəyə yeni qapı qoydurmuşdur. 160 manat dəyərində bir ədəd plastik pəncərəni zal ilə evin arasına qoymuşdur. Evin bütün pəncərələrinin şüşəsi yox idi, şüşə əvəzinə taxta–çürük dik vurulmuşdu, bütün şüşələri dəyişdirmişdir. O mənzili alanda 25,3 kv.metr idi, hazırda isə 60 kv.m təşkil edir. Zal və mətbəxi özü tikdirmişdir. Mənzildə hamam və tualet tikdirmiş, 1,5x1,5 metr ölçüdə hamam tikilisi olmasına baxmayaraq içində heç bir tikinti aparılmamışdı, ancaq tikilisi vardı. Ona görə hamama su qızdırmaq üçün kalonka qoydurmuş, kafel-metlax vurdurmuşdur. Mənzili alanda mənzilə su gəlmirdi, su çəkdirmiş, elektrik sistemi yararsız vəziyyətdə idi. Bütün elektrik sistemini dəyişmiş, qaz sistemi nasaz olduğuna görə tamamilə yenidən çəkdirmişdir. Qeyd etdiyi işlər 2002-ci ildən 2018-ci ilə qədər hissə-hissə davam edib. Bütün yenidənqurma və təmir işlərinə 11000 manat xərc çəkmişdir. Qeyd etdiyi faktları məhkəməyə dəvət etdiyi şahidlər təsdiq edə bilərlər. Lakin sonradan cavabdeh dəfələrlə tərəfindən edilmiş xahiş və tələbinə baxmayaraq mənzilin satılmasını etiraf etsə də, mənzilin alqı-satqısını rəsmiləşdirməkdən dolayısı ilə boyun qaçırmışdır. Hazırda isə onun həmin mənzildən çıxarılmağına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə qətnaməsi ilə onun həmin evdən çıxarılmağı qət edilmişdir. Ona görə də o cavabdehdən həmin mənzilə görə ödədiyi və mənzilin yenidən qurulmasına və təmirinə çəkilmiş xərci ondan tələb etmək məcburiyyətində qalmışdır. Hazırda eyni tipli və şəraitli mənzilin real bazar qiyməti 25000 manat təşkil edir. O həmin mənzilə görə cavabdehə nəğd olaraq ödədiyi 2400 ABŞ dollarını və təmirinə çəkdiyi 11000 manatdan artıq xərci, həmçinin evin hazırkı real dəyəri 25000 manatı cavabdeh X8 tələb edir. Ona görə də iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı X21 vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddiaçının cavabdehə əvvəldən verdiyi 1600 ABŞ dolları qəbzlə və 1000 ABŞ dolları isə əlbəəl ödədiyi pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini və ekspert rəyində olan bəzi məqamların yenidən araşdırılması üçün məhkəmə iclasına dəvət etdikləri şahidlərin dindirilməsini, iddianın təmin edilməsini və bu barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X31 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh X12 nümayəndəsi Nümayəndə verdiyi izahatında və X31 isə məhkəməyə ünvanladığı iddia tələbinə etirazda göstərmişdir ki, İddiaçı ərizəsi əsassızdır. Belə ki, iddiaçı qanunsuz evə soxulmuş və evdən çıxmaq istəmir. İddiaçı neçə illərdi onu və ailəsini evindən didərgin salıb, neçə ildir ki evdə heç bir haqq ödəmədən yaşayıb və onu məhkəmələrdə süründürüb. Ona qarşı “əqdin etibarlı hesab edilməsinə dair” iddiası təmin edilməyib. Bu barədə Ağdaş Rayon Məhkəməsinin 30.01.2017-ci il tarixli 2(014)-03/2017 saylı qətnaməsi və sonda qanuni qüvvəsini alınmış Şəki Apelyasiya Məhkəməsinin 13.07.2017-ci il tarixli 2(107)-1189/2017 saylı qətnaməsi var. Yəni sübut olunur ki, heç bir əqd bağlanılmayıb və bu barədə heç bir zaman iddia qaldıra bilməz çünki qətnamə qanuni qüvvəsin alıb, qaldırsa da belə artıq bundan əvvəl iddia qaldıraraq baxıldığına və qətnamə qanuni qüvvəsin aldığına görə işə baxılmaması barədə qərardad ya qətnamə qəbul olunacaq. Bundan başqa iddiaçının orderin ləğv edilməsi barədə iddiasının da rədd edilməsi barədə Ali Məhkəmənin 03.04.2019-cu il tarixli 2-1(102)-992/2019 saylı qərarı və Şəki Apelyasiya Məhkəməsinin qanuni qüvvəsin almış 30.07.2019-cu il tarixli 2-1(107)-389/2019 saylı qərarı var. İddiaçının həmin mənzilə mülkiyyət hüququ olması barədə heç bir əsaslı dəlili olmadığına görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün heç bir hüququ əsasları yoxdur. nsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında konvensiyanın tələbinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ toxunulmazdır və yalnız mülkiyyətçinin razılığı əsasında mülkdə hər hansı hərəkətlər ola bilər. İddiaçı bu işdə iddia edərək ondan icazəsi olmadan yaşadığı evdə və razılığı olmadan hər hansı guya ki təmir tikinti işlərinə görə ondan pul istəyir Ona görədə bu iddia hər tərəfli əsassız və ədalətsizdir. Əksinə iddiaçı ona təzminat ödəməlidir ki, o evini kirayə verib qazanc əldə edə bilərdi,iddiaçı öncədən gəlmişlik edərək ona qarşı əsassız iddianı qaldırıb. Ona görə də iddia ərizəsini təmin edilməyərək rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçı və vəkilinin izahatlarını, cavabdehin nümayəndəsinin izahat və etirazlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, iddiaçı X25 əvvələr qonşusu olmuşdur. Özü santexnik və elektrik ustasıdır. İddiaçı evini təmir etdirəndə mənzilin eketrik və santexnik işlərini ö görüb. Belə ki, Məhluqət xanımgilin hamam və tualetini yığıb, mətbəxə su xətti çəkib. Bu işlərə 1500 manat xərc çəkilib. Sonradan Məhluqat xanım həyətə kaçalka vurdurub, mator və nasos alıb, o quraşdırıb. Evin elektrik sistemini də o yığıb. Bu işə 400 manat xərc çəkilib. Sonra evin polunu o başqa usta ilə birlikdə təmir edib. Hal-hazırda həmin usta Yetenburkda işləyir. Döşəmənin hazırlanmasına 1000 manat xərc çəkilib. Sonuncu dəfədə bir il bundan qabaq həmin mənzildə Məhluqat xanımın xahişi ilə santexnik işi görüb 30 manat zəhmət haqqı alıb. X14 ifadəsində göstərdi ki, iddiaçı X37 ilə heç bir qohumluq münasibəti yoxdur. Məhluqət xanımın mənzilində X38 ilə birlikdə malyar ustası kimi malyar işlərini görüb. Onlar mənzildə təmirə başlayan zaman ev çox yararsız vəziyyətdə olub. Həmin vaxt evin divarlarında köhnə oboylar var idi, onlar divarı həmin oboylardan təmizləyib divarlara yenidən üzlük çəkib, kraska, lepka və döşəməyə kraskası vurublar. X10 ifadəsində X14nun ifadəsinə uyğun ifadə verdi. X15 ifadəsində göstərdi ki, iddiaçı X37 ilə heç bir qohumluq münasibəti yoxdur, onu 2003-cü ildən tanıyır. Həmin vaxtdan Məhluqat xanımla qonşu olub. Məhluqat xanım evi alanda mənzil, istifadəyə yararsız vəziyyətdə olub. Mənzili Məhluqat xanım və əri təmir etdiriblər. Mənzildə əvvəllər su xətti olmayıb, su xəttini sonradan Məhluqat xanım çəkdirib. X11 ifadəsində göstərdi ki, iddiaçı X37 onun baldızıdır. Məhluqat mərhum əri ilə birlikdə cavabdehdən və onun ailə üzvlərindən mübahisəli mənzili satın almışlar. Mənzil alındıqdan sonra Məhluqatın baldızı ilə bitrlikdə mənzilin təmizliyində iştirak edib. Mənzil yaşayış üçün yararsız vəziyyətdə olub. Şahid X7 Əsbət Əliyusib qızının ifadəsinə uyğun ifadə verərək bildirdi ki, mənzil yaşayış üçün yararsız olub. Polu çürümüşdü, aboylar cırıq-cırıq idi. Mənzilin pəncərələri var idi, ancaq aynaları yox idi. Mənzildə hamam yeri var idi, orada kolnka görməyib. Hamam boş və yararsız idi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X12 tərəfindən yazılaraq imzalanmış qəbzin surətindən məlum olur ki, X4 şəhəri, Y.Nəbiyev küçəsi 4/12 saylı ünvanda olan yaşayış evini 02 avqust 2002-ci ildə X6 nəqdi pulunu almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X17 tərəfindən 02 avqust 2002-ci ildə yazılaraq imzalanmış qəbzin surətindən məlum olur ki, əri X31 ilə birgə nikah dövründə əldə etdikləri ünvan 2 ünvanda yerləşən evlərinin X2 tam razılığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 02 avqust 2002-ci il tarixdə Nümayəndə, X27 və X33 tərəfindən yazılaraq imzalanmış qəbzlərin surətlərindən məlum olur ki, onlar Ağdaş şəhəri, Y.Nəbiyev küçəsi 4/4 saylı binanın 12-ci mənzilinin ata və anası tərəfindən X2 öz razılıqlarını bildirmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən nikahın bağlanması haqqında şəhadətnamənin surətindən məlum olur ki, X36 ilə X50 28 avqust 2002-ci ildə evlənmişlər və nikah bağlanandan sonra arvada Qurbanova soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X36 31 may 2008-ci il tarixdə Ağdaş şəhərində ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 12 oktyabr 2002-ci il tarixli qəbzdən məlum olur ki, X28 evini satan zaman Qurbanov İnqilabdan 1600 (bir min altı yüz) ABŞ dolları almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən abonent saldolarından məlum olur ki, mənzildə istifadə olunan təbii qaza, elektrik enerjisinə və suya görə müqavilələr İddiaçı ilə bağlanmışdır və onun adınadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 12 saylı 05 dekabr 1984-cü il tarixli Orderin surətindən məlum olur ki, Ağdaş Təsərrüfatlararası tikinti idarəsinin ümumi yığıncağının 20 oktyabr 1982-ci il tarixli qərarı və Ağdaş XDS İcraiyyə komitəsinin 31 mart 1983-cü il tarixli, 8 nömrəli qərarı və 05 dekabr 1984-cü il tarixli, 19/237/ nömrəli məktubuna əsasən ünvan 3 ünvanda yerləşən iki otaqdan ibarət 5 saylı mənzil Abdurəhimov Fazil nazim oğluna və onun 3 nəfər ailə üzvlərinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1189/2017 saylı 13 iyul 2017-ci il tarixli qətnaməsindən məlum olur ki, İddiaçı Cavabdeh və qeyrilərinə qarşı əqdin etibarlı hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-03/2017 saylı 30 yanvar 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh və qeyrilərinə qarşı əqdin etibarlı hesab edilməsinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Ağdaş Rayon Məhkəməsinin iş üzrə qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1189/2017 saylı 13 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının Ali Məhkəmənin İnzibati-İqtisadi Məhkəməsinin 03.04.2019-cu il tarixli 2- 1(102)-992/2019 saylı qərarından məlum olur ki, İddiaçı cavabdeh Ağdaş rayon İcra Hakimiyyətinə qarşı Ağdaş şəhəri, X.R.Ulutürk küçəsi ev 2, mənzil 12-yə X9 adına verilmiş 12 saylı 05 dekabr 1984-cü il tarixli orderin ləğv edilməsi vəzifəsinin cavabdeh Ağdaş Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş etmişdir. Şəki İnzibat-İqtisadi Məhkəməsinin 13 iyul 2018-ci il tarixli 2-1(84)-696/2018 saylı qərarı ilə iddia təmin edilmişdir. Şəki İnzibat-İqtisadi Məhkəməsinin 13 iyul 2018-ci il tarixli qərarından iş üzrə üçüncü şəxs X29 apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-389/2019 saylı 30 iyul 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 13 iyul 2018-ci il tarixli 2-1(84)-696/2018 saylı qərarı ləğv edilmiş İddiaçı cavabdeh Ağdaş rayon İcra Hakimiyyətinə qarşı Ağdaş şəhəri, X.R.Ulutürk küçəsi ev 2, mənzil 12-yə X9 adına verilmiş 12 saylı 05 dekabr 1984-cü il tarixli orderin ləğv edilməsi vəzifəsinin cavabdeh Ağdaş Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır.Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)- 389/2019 saylı 30 iyul 2019-cu il tarixli qərarından iş üzrə iddiaçı və vəkili kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəmənin İnzibati-İqtisadi Məhkəməsinin 03.04.2019-cu il tarixli 2-1(102)-992/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(107)-389/2019 saylı 30 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3976/2020 saylı 22 sentyabr 2020-ci il tarixli qərarından məlum olur ki, İddiaçı Cavabdeh, üçüncü şəxslər X17 və Nümayəndə cavabdeh İddiaçı qarşı “ mənzildən çıxarmaq yolu ilə kənar şəxsin yaşayış sahəsindən qeyri-qanuni istifadəsinə son qoyaraq, kirayəçi (icarədarı) və onun ailə üzvlərinin mənzilin istifadəsində yaranan süni maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Ağdaş şəhəri, X71 küçəsinin 2 nömrəli evində yerləşən 13 nömrəli mənzildən (keçmiş Q.Oktyabr küçəsi 4-cü dalan, 4 nömrəli evin 5 nömrəli mənzili, keçmiş Y.Nəbiyev küçəsi, 4-cü dalan, 4 saylı evin 12 saylı mənzili) çıxarılmaq yolu ilə onun yaşayış sahəsindən qeyri-qanuni istifadəsinə son qoyulmasını, X18 və onun ailə üzvlərinin həmin mənzilin istifadəsində yaranan süni maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(014)-38/2019 saylı qətnaməsi ilə iddia əsassız olduğundan rədd edilmişdir. Ağdaş Rayon Məhkəməsinin qətnaməsindən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-405/2020 saylı 04 mart 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edərək iddia təmin edilmiş, cavabdeh İddiaçı Ağdaş şəhəri, X71 küçəsinin 2 nömrəli evində yerləşən 13 nömrəli mənzildən (keçmiş Q.Oktyabr küçəsi 4-cü dalan, 4 nömrəli evin 5 nömrəli mənzili, keçmiş Y.Nəbiyev küçəsi, 4-cü dalan, 4 saylı evin 12 saylı mənzili) çıxarılmaq yolu ilə onun yaşayış sahəsindən qeyri-qanuni istifadəsinə son qoyulmasını, X18 və onun ailə üzvlərinin həmin mənzilin istifadəsində yaranan süni maneələrin aradan qaldırılması qət edilmişdir. Cavabdeh İddiaçı və vəkili Vəkil Şəki Apellyasiya Məhkəməsinin 2(107)-405/2020 saylı 04 mart 2020-ci il tarixli qətnaməsimdən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3976/2020 saylı 22 sentyabr 2020-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-405/2020 saylı 04 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya şöbəsinin 04.06.2021-ci il tarixli aktından məlum olur ki, İddiaçı 04.06.2021-ci il tarixdə ünvan 4 ünvanında yerləşən mənzildən çıxarılmış və mənzil cavabdeh X30 təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 10/1350 nömrəli 08 sentyabr 2021-ci il tarixli ekspert rəyindən məkum olur ki, ünvan 4 ünvanında yerləşən İddiaçı istifadəsində olan mənzildə aparılmış təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq dəyəri 6475.4 manat məbləğində müəyyən olunub. İşin məhkəmə tədqiqatından aydın oldu ki, iddiaçı əri X1 onunla birlikdə Ağdaş şəhər sakini X23 məxsus olub, ünvan 1 ünvanda yerləşən mənzilini ailə üzvlərinin razılığı ilə qarşılıqlı razılaşma yolu ilə 1600 ABŞ dolları əvəzini ödəməklə ondan satın almışlar. Bu barədə cavabdehdən və ailə üzvlərindən iltizam (qəbz) almışdır. Cavabdehin İddiaçı keçən müddətdə həmin mənzili qanunda nəzərdə tutulmuş qaydada alqı-satqını müvafiq icra orqanında rəsmiləşdirməmiş və öz adına qeydə aldırmamışdır. Məhkəmə qətnamə və qərarları ilə iddiaçının cavabdehə qarşı Əqdin etibarlı hesab edilməsi tələbinə, rayon İcra Hakimiyyətinə qarşı cavabdehin adına verilmiş orderin ləğv edilməsinə dair iddiaları təmin edilməmiş, cavabdehin ona qarşı mənzildən çıxarılması tələbinə dair iddiası isə təmin edilmişdir. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 157.5 – 157.7-ci maddələrinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə çağırış vərəqəsini aldığı vaxtdan götürdüyü və ya götürülməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə isə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.6-cı maddəsinə görə istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. AR Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh və ailə üzvləri həmin mənzili iddiaçıya təhvil verərək özlərinə məxsus əmlaklarını götürüb ailəsi ilə birlikdə həmin mənzili iddiaçıya təhvil verib mənzildən çıxmışlar. Həmin vaxtdan iddiaçı həmin mənzildə yaşamağa başlamışdır. Mənzil təmirsiz olduğundan iddiaçı həmin mənzildə müəyyən təmir və yenidənqurma işləri aparmışdır və ekspert rəyinə istanadən o həmin mənzilə ümumilikdə 6475.4 manat məbləğində xərc çəkmişdir. Cavabdeh mənzili iddiaçının istifadəsinə verən zaman mənzilin hazırki vəziyyətdə təmir olmasını, iddiaçı tərəfindən həmin mənzilin təmir olunmadığını bildirmişdir. Halbuki, evin təmir olunması iş üzrə dindirilmiş şahid ifadələri və təyin edilmiş ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh iddiaçının həmin mənzildən çıxarılması tələbinə dair iddia ərizəsində onun həmin mənzildən istifadə etdiyi müddətə görə iddiaçıdan hər hansı məbləğdə haqq tələb etməmişdir. Göründüyü kimi iddiaçı mübahisəli mənzili özbaşına zəbt etməmiş, əksinə cavabdeh özü həmin mənzili iddiaçıya gələcəkdə mənzildə hər hansı tikinti və ya təmir işlərinin aparılmaması şərti barədə sözləşmə olmadan təhvil vermiş və hətta bunun müqavilində iddiaçıdan haqq da almışdır. Hazırda cavabdehin belə hərəkəti iddiaçının yaratdığı şəraitdən istifadə edib cavabdeh tərəfindən istifadəsinə verilmiş mənzildə icra etdiyi müəyyən tikinti və abadlıq işlərinə sərf etdiyi vəsaitdən mərhum edilməsi xarakteri daşıyır. Göründüyü kimi cavabdeh mənzili 2002-ci ildən iddiaçıya vermiş və həmin vaxtdan iddiaçının istifadəsində olmuşdur. İddiaçı tərəfindən təmir tikinti işləri aparıldığı vaxtdan cavabdeh təmirə və digər tikinti işlərinə və kommunal xidmətlərə görə müqavilələrin iddiaçı ilə bağlanmasına etiraz etməmiş, əksinə mənzili iddiaçının istifadəsinə vermiş, əmlakın vəziyyəti ilə maraqlanmamış, nəticədə iddiaçının mənzil barəsində öz mülahizələrinə əsasən hərəkət etməsinə şərait yaratmışdır. İddiaçı da cavabdehin bu münasibətindən yararlanaraq mənzilin təmirini və digər tikililəri həyata keçirmişdir. Belə olan halda iddiaçının mənzilin təmirinə cəkdiyi xərci cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə rəyi vermiş ekspertin qiymətləndirmə sahəsində xüsusi biliyi olduğunu nəzərə alaraq iddiaçının mübahisəli mənzldə 6475.4 manat məbləğində təmir-tikinti işlərini aparmasını işin hallarına uyğun sayır. Ona görə məhkəmə belə qənaətə gəlir ki, iddia mənzilə çəkilmiş xərcə dair hissədə təmin edilməlidir. İddiaçı iddia ərizəsində həmin mənzilə görə cavabdehə ümumilikdə cəmi 2400 ABŞ dolları məbləğində pul verdiyini iddia etsə də, bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Ağdaş Rayon Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli qətnaməsi ilə həmin məbləğ 1600 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Cavabdeh mənzilə görə iddiaçı və mərhum ərindən mənzilə görə 1600 ABŞ dolları məbləğində pul almasını etiraf etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən 1600 ABŞ dolları məbləğində təmin edilməlidir. İddiaçının həmin mənzilə görə cavabdehdən 25000 manat pul tələb etməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının eyni mənzilə görə eyni vaxtda həm ödədiyi pulu, həm də hazırkı mənzilin dəyərinə görə müəyyən məbləğdə pul istəməsi üçün heç bir hüquqi əsası yoxdur. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddia mənzilə görə ödənilən pul məbləği hissəsində qismən təmin edildiyindən, mənzilin dəyərinin cavabdehdən tutularaq ona ödənilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün birçox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı) bunu belə ifadə etmişdir. “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Аzərbаycаn Rеspublikаsının MPM-nin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəllilər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara qərəzsiz, obyektiv, məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh X13 mənzilə görə 1600 ABŞ dolları ödəniş gününə məzənnə üzrə manatla, mənzilə çəkilmiş xərcə görə 6475.4 manat və dövlət rüsumu hesabına ödəmiş olduğu 30 manat pulun 10 manatı alınaraq İddiaçı verilməli, iddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri cəmi 120 (bir yüz iyirmi) manat X13 tutularaq aşağıdakı hesaba köçürülməlidir: Büdcə təsnifatının kodu, 142319.Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X20, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X13 mənzilə görə 1600 (bir min altı yüz) ABŞ dolları (ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla), mənzilə çəkilmiş xərcə görə 6475 (altı min dörd yüz yetmiş beş) manat 40 (qırx) qəpik və dövlət rüsumu hesabına ödənilmiş 30 (otuz) manat pulun 10 manatı alınaraq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri cəmi 100 (bir yüz) manat X13 tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təsnifatının kodu, 142319.Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X20, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar