Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-13/2023 30.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi, İddiaçı1 (eyni zamanda digər iddiaçıların nümayəndəsinin), Cavabdehlər Cavabdeh1 və X3 iştirakları ilə İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və X4 qarşı torpaq sahəsindən məcburi çıxarma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və qeyriləri cavabdehlər Cavabdeh1 və X4 qarşı torpaq sahəsindən məcburi çıxarma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ailə üzvləri ilə birlikdə Ağdaş rayonunun Eymur kəndində yaşayır. Onun və ailə üzvlərinin adına Ağdaş rayon Aqrar İslahat Komissiyasının 04 noyabr 1998-ci il tarixcli 19 nömrəli qərarı ilə 0,29 hektar ölçüdə həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-006B KOD 90320018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən rəsmiləşdirilmişdir. Halhazırda həmkəndliləri Cavabdeh1 və X5 onlara məxsus torpaq sahəsini zəbt eləmişlər. Dəfələrlə onlara həmin torpaq sahəsindən çıxmalarını xahiş və tələb etsə də, cavabdehlər xahişinə və tələbinə məhəl qoymayaraq qanunsuz hərəkətlərini davam etdirirlər. Ona görə də cavabdehlər Cavabdeh1 və X4 qarşı JN-006B kod 90320018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,29 hektar torpaq sahəsindən məcburi çıxarılmaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında İddiaçı1 (eyni zamanda digər iddiaçıların nümayəndəsi) iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və X5 iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-006B nömrəli (kod ********) olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı1, İddiaçı2, X9 və İddiaçı4 Ağdaş rayonu, Eynur kəndindən 0,29 ha fərdi yaşayış evi, həyətyanı sahə üçün torpaq sahəsi verilmişdir. İşin materiallarına olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2022-ci il tarixli, № 10/7653 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və X10 Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, iddiaçılar İddiaçı1 və qeyrilərinə məxsus olan Ağdaş rayonu, Eymur kəndində yerləşən 0.29 hektar torpaq sahəsinin 0,1902 ha hissəsi cavabdehlər Cavabdeh1 və X5 tərəfindən naturada istifadə edilir. Cavabdehlər Cavabdeh1 və X5 tərəfindən iddiaçılara məxsus olan naturada istifadə edilən torpaq sahəsi 0,1902 hektardır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş Rayon Aqrar İslahat Komissiyasının JN-006B nömrəli (kod ********) olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi əsasında İddiaçı1, İddiaçı2, X9 və İddiaçı4 Ağdaş rayonu, Eynur kəndindən 0,29 ha fərdi yaşayış evi, həyətyanı sahə üçün torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinin 0,1902 ha hissəsi cavabdehlər Cavabdeh1 və X5 tərəfindən zəbt edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və X1 rayonunun Eynur kəndində yerləşən JN-006B saylı (kod ********) olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi əsasında İddiaçı1, İddiaçı2, X9 və İddiaçı4 məxsus 0,29 ha torpaq sahəsinin zəbt etmiş olduqları 0,1902 ha hissəsindən məcburi qaydada çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X1 rayonunun Eynur kəndində yerləşən JN-006B saylı (kod ********) olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi əsasında İddiaçı1, İddiaçı2, X9 və İddiaçı4 məxsus 0,29 ha torpaq sahəsinin zəbt etmiş olduqları 0,1902 ha hissəsindən məcburi qaydada çıxarılsınlar. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-13/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-13/2023
30.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver