Məhkəmə qərarları › İş №2(014)-13/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-13/2025

30.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-13/2025 30.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Mürsəlova Aygün Mayıl qızının sədrliyi Məhkəmə iclas katibi X2, İddiаçı İddiaçı, Cavabdeh, Mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirаkları ilə, İddiаçı İddiaçı Cavabdeh və mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki işə Ağdaş Rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, Müəyyən еtdi: İddiаçı İddiaçı Cavabdeh və mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Ağdaş rayonu Bulaqotağı kəndində yerləşən 1.3957 hektar torpaq sahəsindən Cavabdeh çıxarılması və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayonu Bulaqotağı kəndində ona məxsus 1.3957 ha kənd təsərüfatı təyinatlı torpaq vardır. Həmin torpaq sahəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşçınmaz əmlkaın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi İdarəsindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarış almışdır. Belə ki, həmin torpaq sahəsinə çıxarış aldıqdan sonra həmin sahəni ölçdürmüş və ona məlum olmuşdur ki, həmin torpaq sahəsinin Ağdaş rayonu Bulaqotağı kənd sakini olan Cavabdeh tərəfindən zəbt olunaraq qanunsuz istifadə edilir. Cavabdehdən ona məxsus olan torpaq sahəsini tərk etməsini bildirsə də, cavabdeh ona həmin torpaq sahəsinin onun mülkiyyətində olmasına baxmayaraq istifadə edəcəyini bildirmişdir. Belə ki, cavabdeh özünün də torpaq sahəsinin digər kənd sakini tərəfindən zəbt olunduğunu bildirərək, ona məxsus torpaq sahəsindən çıxmaq istəmir. Onun qanunsuz hərəkətləri nəticəsində həm mülkiyyətindən olmuş, həm də ona külli miqdarda maddi ziyanlıq dəymişdir. Cavabdeh belə hərəkətləri nəticəsində onun qanunla qorunan torpaq üzərində olan mülkiyyət hüquqlarını pozur. Cavabdehə həmin zəbt olunmuş torpaq sahəsini boşaltmasını tələb etsə də, buna məhəl qoymayaraq istifadə etməkdə davam edir. Nəticədə cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Ağdaş rayonu Bulaqotağı kəndində yerləşən və Cavabdeh tərəfindən zəbt edilmiş 1.3957 hektar torpaq sahəsindən çıxarılmalıdır. İddiаçı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, o, ona məxsus torpaq sahəsinin zəbt olunmuş hissəsinin boşaldılmasını tələb edir, onun cavabdehlə və ya üçüncü şəxslə düşmənçiliyi yoxdur. Hazırki iş üzrə ekspertiza keçirilmiş və cavabdeh tərəfindən onun torpağının zəbt olunması qeyd olunmuşdur. O, torpağının sərhədlərini bilmək istəyir. 2020-ci ildən torpaq sahəsi onun mülkiyyətindədir. Cavabdehin torpaq sahəsindən çıxarılmasını və iddiasının təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, mütəxəssis gəlib ölçü işləri apardıqda orada olmuşdur. Həmin torpaq sahəsi onlara islahatlar zamanı verilmişdir. O gündən bugünədək həmin torpaqdan istifadə edir. Əgər o, iddiaçının torpaq sahəsindən çıxarılsa o, da Tehran hacıyevin torpaq sahəsinə daxil olmalıdır. Tehranın torpaq sahəsi isə arxa dirənir, o zaman Tehranın da torpağı azalır və onun hüquqları pozulur. Torpağın ölçülərinin mövcud vəziyyətdə saxlanılmasını və sürüşdürülməməsini xahiş edir. Mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 məhkəmə iclasında izahat verərək bildirdi ki, həmin torpaqlar onlara dövlət tərəfindən verilmiş, verilərkən də ölçüləri və koordinatları təsdiq olunmuşdur. Yenidən xəritə dəyişibsə ona heç bir əlaqəsi yoxdur. Köhnədən sənədlər vardır, necə olur ki, təzə sənədlər çıxır. Onların kəndində adildən başqa heç kimin torpaqla bağlı problemi olmamışdır. Adilin torpaq sahəsini 10 metrlik iplə ölçmüşdür, onun torpaq sahəsi öz yerindədir. Adilin bu iddianı qaldırmasının səbəbini bilmir. Əgər Fəqan öz torpaq sahəsini Adilə verərsə, bu dəfə də onun torpaq sahəsinə keçəcək, onun da yeri kanala dirənir, torpağını sürüşdürməyə yer yoxdu. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş mаtеriаllаrını araşdıraraq hеsаb еdir ki, iddia qismən təmin edilməlidir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən ümumi sahəsi 1.3957 kv.m olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan AR Ağdaş RİHB-nın Qəsil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 26 fevral 2024-cü il tarixli 5-32-12/2-94/2024 saylı arayışdan görünür ki, Qəsil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən Bulaqotağı kənd sakini xx.xx.1988-ci il təvəllüdlü İddiaçı hal-hazırda həmin kənddə yaşayır və təsərrüfatbaşına kitabda qeydiyyatdadır. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-A-0012-39 saylı məktubdan görünür ki, 17 saylı Yevlax ərazi İdarəsinin mütəxəssisi X21 20 fevral 2024-cü il tarixdə ünvan 1i ərazisində yerləşən **********02 reyestr nömrəli çıxarışla mülkiyyətlərinə verilmiş 1.3957 ha torpaq sahəsinə onların iştirakları naturada baxış keçirilmiş, torpaq sahəsinin sərhədlərinin döngə nöqtələrinin koordinatları elektron uçot xəritəsinə əsasən göstərilmişdir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.5913 kv.m olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 mülkiyyətinə verilmişdir. Hüquq sahibləri X12, X6, X3, X18, X19 və X5 ümumi birgə mülkiyyətindədir. İşin materiallarında olan 13 mart 2021-ci il tarixli AN-İ0844636 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar X10, X13 və X1 rayonu, Bulaqotağı kəndi ünvanında yerləşən ümumi sahəsi 1.0632 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə özlərinə məxsus olan hissələrindən 0.950201 ha. hissəsini alıcı Cavabdeh mülkiyyətinə verilmişdir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən ümumi sahəsi 0.9502 kv.m olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir. Hüquq sahibləri Cavabdeh mülkiyyətindədir. İşin materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsi tərəfindən verilmiş, mütəxəssis rəyindən görünür ki, Cavabdeh məxsus **********08 reyestr nömrəli çıxarışla verilmiş torpaq sahəsi (JN-0051 nömrəli dövlət aktı əsasında) DWJ (torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) xəritə məlumatlarına əsasən özəlləşdirilmişdir. İddiaçı tərəfə məxsus **********02 reyestr nömrəli çıxarışla verilmiş torpaq sahəsi isə (JN- 0053 nömrəli dövlət aktı əsasında) AR Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “azərbaycan Respublikasında X7 X15nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında hazırlanmış (“X7 X15”) xəritə məlumatlarına əsasən özəlləşdirilmişdir. 2018-2019-cu illər ərzində ərazidə elektron uçot (çöl-ölçmə) işləri aparılan zaman hal-hazırki faktiki istifadəçilikdən fərqli olmuşdur. Çöl-ölçmə işləri aparılan zaman istifadəçilik vəziyyəti tam təsbit edilmiş və X7 X8 qeydə alınmışdır. İddiaçı tərəfindən istifadəsində olan torpaq sahəsinin ara mərz nişanlarını (sərhədlərini) tam bilmədiyindən cavabdeh tərəf iddiaçıya məxsus torpaq sahəsindən istifadə etmişdir. X7 X8 qeydə alınmış məlumatlara əsasən iddiaçının torpaq sahəsinin 0.29 ha hissəsi naturada cavabdeh tərəfindən istifadə edilir. İddiaçıya məxsus olan cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsi yerquruluşu planında göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli 3-16-16/2-10/8088 saylı ekspert rəyindən görünür ki, qərardadın 1-ci sualı üzrə: AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin kadastr üzrə mütəxəssisi L.Məhərrəmovanın mütəxəssis rəyində qeyd edilir ki, Cavabdeh məxsus **********08 reyestr nömrəli çıxarışla verilmiş torpaq sahəsi (JN-0051 nömrəli dövlət aktı əsasında) DWJ (torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) xəritə məlumatlarına əsasən özəlləşdirilmişdir. İddiaçı tərəfə məxsus **********02 reyestr nömrəli çıxarışla verilmiş torpaq sahəsi isə (JN-0053 nömrəli dövlət aktı əsasında) AR Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “azərbaycan Respublikasında X7 X15nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında hazırlanmış (“X7 X15”) xəritə məlumatlarına əsasən özəlləşdirilmişdir. 2018-2019-cu illər ərzində ərazidə elektron uçot (çöl-ölçmə) işləri aparılan zaman hal-hazırki faktiki istifadəçilikdən fərqli olmuşdur. Çölölçmə işləri aparılan zaman istifadəçilik vəziyyəti tam təsbit edilmiş və X7 X8 qeydə alınmışdır. İddiaçı tərəfindən istifadəsində olan torpaq sahəsinin ara mərz nişanlarını (sərhədlərini) tam bilmədiyindən cavabdeh tərəf iddiaçıya məxsus torpaq sahəsindən istifadə etmişdir. X7 X8 qeydə alınmış məlumatlara əsasən iddiaçının torpaq sahəsinin 0.29 ha hissəsi naturada cavabdeh tərəfindən istifadə edilir. Qərardadın 2-ci sualı üzrə AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin kadastr üzrə mütəxəssisi L.Məhərrəmovanın mütəxəssis rəyində qeyd edilir ki, iddiaçıya məxsus olan cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsi yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Ağdaş rayonu Bulaqotağı kəndində ona məxsus 1.3957 ha kənd təsərüfatı təyinatlı torpaq vardır. Həmin torpaq sahəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşçınmaz əmlkaın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi İdarəsindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarış almışdır. Belə ki, həmin torpaq sahəsinə çıxarış aldıqdan sonra həmin sahəni ölçdürmüş və ona məlum olmuşdur ki, həmin torpaq sahəsinin Ağdaş rayonu Bulaqotağı kənd sakini olan Cavabdeh tərəfindən zəbt olunaraq qanunsuz istifadə edilir. Cavabdehə həmin zəbt olunmuş torpaq sahəsini boşaltmasını tələb etsə də, buna məhəl qoymayaraq istifadə etməkdə davam edir. İşə əlavə edilmiş ekspert və mütəxəssis rəyindən də məlum olur ki, X7 X8 qeydə alınmış məlumatlara əsasən iddiaçının torpaq sahəsinin 0.29 ha hissəsi naturada cavabdeh tərəfindən istifadə edilir. İddiaçıya məxsus olan cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsi yerquruluşu planında göstərilmişdir. Nəticədə iddiaçı öz mülkiyyətlərindən faktiki olaraq məhrum edilmiş, yəni cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının hüquqları və qanuni maraqları pozulmuşdur. Ona görə də məhkəmə, tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Ağdaş rayonu Bulaqotağı kəndində yerləşən 1.3957 hektar torpaq sahəsinin 0,29 ha hissəsindən Cavabdeh çıxarılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaitinin 50 manat məbləği İddiaçı və 50 manat məbləği Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilməlidir. Eləcə də məhkəmə hesab edir ki, 100 (yüz) manat dövlət rüsumunun 50 manat məbləği iddiaçıya aid edilməli, 50 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələb və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. ********** qeydiyyat nömrəli, 04 dekabr 2023-cü il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Ağdaş rayonu Bulaqotağı kəndində yerləşən 1.3957 hektar torpaq sahəsinin 0,29 ha hissəsindən Cavabdeh çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun 50 manat məbləği iddiaçıya aid edilsin, 50 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaitinin 50 manat məbləği İddiaçı və 50 manat məbləği Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş Rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar