Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1344/2020 10.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayeva Mələk Məhəmməd qızının katibliyi ilə, İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2,X2 cavabdehlər Cavabdeh2 Əlihəsən oğluna və Cavabdeh1 Əlihəsən oğluna və maraqlı orqan ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestir Xidmətinin 17saylı X7rşı Ümumi paylı mülkiyyətdən payın müəyyən edilməsi və naturadan ayrılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçiriərək Müəyyən etdi: İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, X3 cavabdehlər Cavabdeh2 Əlihəsən oğluna və Cavabdeh1 Əlihəsən oğluna və maraqlı orqan ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestir Xidmətinin 17saylı X7rşı ümumi paylı mülkiyyətdən payın müəyyən edilməsi və naturadan ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Azərbaycan Respublikası Torpağın Mülkiyyət Hüququna dair JN-0143 (kod 90317018)saylı dövlət aktına əsasən bizə, Cavabdeh2,Cavabdeh1, X5 və X1 təsərrüfatı malları istehsalı üçün verilmiş 3.02 hektar ölçüdə torpaq sahəsindən biz iddiaçılara düşən payın müəyyən edilməsinə və naturadan ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsinə məhkəmədən kənar qaydadada cavabdehlərlə razılaşdırmaqla torpaq sahəsinə payının müəyyən edilməsi və naturada bölünməsinə dair razılığa gələ bilməməsinə dair hər hansı sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Göründüyü kimi birgə mülkiyyətdə olan paylar tərəflərin razılığı ilə müəyyənləşdirilməli, yalnız həmin paylar müəyyən olunduqdan sonra onların naturada ayrılması paylı mülkiyyətçilərdən hər hansı birinin tələbi ilə qarşılıqlı razılıq əsasında, bu razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilməldir. Sadalanan qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, idda ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iddiaçıya izah olunmalıdır ki, ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1 -ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq Qərara aldı: İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2,X2 cavabdehlər Cavabdeh2 Əlihəsən oğluna və Cavabdeh1 Əlihəsən oğluna və maraqlı orqan ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestir Xidmətinin 17 saylı X7rşı ümumi paylı mülkiyyətdən payın müəyyən edilməsi və naturadan ayrılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: NİZAM ƏLİYEV.
Məhkəmə qərarları › İş №2(014)-1344/2020
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1344/2020
10.08.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver