Məhkəmə qərarları › İş №2(014)-135/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-135/2025

17.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-135/2025 17.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Ağdaş rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Ağdaş rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 14 mart 2024-cü ildə anadan olmuş oğlu Ardanın atası olması faktının tanınması ata qrafasında Maraqlı şəxs1 ana qrafasında Ərizəçi yazılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Maraqlı şəxs2 ilə 27 sentyabr 2015-ci ildə rəsmi nikaha daxil olmuşlar, xasiyyət və xarakterləri uyğun gəlmədiyi üçün Ağstafa rayon məhkəməsinin 12 iyun 2023-cü il tarixli qərarı ilə nikahları pozulmuşdur. Bununla bağlı Tovuz rayon Qeydiyyat şöbəsində nikahın pozulması haqqında şəhadətnamə almışdır. Cavabdeh Maraqlı şəxs2 ilə nikah münasibətləri 2022-ci ilin dekabr ayında pozulmuş, ayrılmışlar və ayrı yaşamışlar. Bir müddət sonra Maraqlı şəxs2 nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. 2023-cü ilin may ayında cavabdeh Maraqlı şəxs1 ilə faktiki nikah münasibətinə girmişlər. Ağstafa rayon məhkəməsinin 12 iyun 2023-cü tarixli nikahın pozulmasına dair qərarı qanuni qüvvəsini aldıqdan sonra Tovuz rayon Qeydiyyat şöbəsindən nikahın pozulması haqqında şəhadətnamə almışdır. xx.xx.2024-cü ildə cavabdeh Maraqlı şəxs1 ilə nikahları Ağdaş rayon Qeydiyyat şöbəsində 64 saylı nikah qeydi ilə qeydə aldırmışlar. 14 mart 2024-cü ildə cavabdeh Maraqlı şəxs1 ilə birgə nikahlarından Arda adlı oğlu dünyaya gəlmişdir. Lakin qanunvericiliyinin tələbinə əsasən nikahın pozulması ilə uşağın doğulduğu günədək 10 ay müddət keçmədiyi üçün uşağın ata haqqında məlumat qrafasına hazırda nikahda olduğu və uşağın öz doğma atası olan Maraqlı şəxs1 adının yazılması mümkün olmamışdır. Ağdaş rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək atalığın müəyyən edilməsini xahiş etsə də, Qeydiyyat şöbəsinin imtina məktubu ilə ona, cavab olaraq qanunvericiliyin tələbinə əsasən məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək bildirdi ki, iddianı müdafiə edir, onun uşağının bioloji atası Maraqlı şəxs1dur, sadəcə birinci nikahı pozulduqdan 10 ərzində uşağı anadan olmuşdur. Bugünədək uşağının doğum haqqında şəhadətnaməsini ala bilməmişdir. Odur ki, qeyd olunanları nəzərə alıb, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Ağdaş rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Maraqlı şəxs1 16 yanvar 2025-ci il tarixli məhkəmə iclasında izahat verərək bildirdi ki, Ərizəçi ilə rəsmi nikaha daxil olmuşlar. 14 mart 2024-cü il tarixdə anadan olmuş Arda onun doğma oğludur. Ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs2 14 yanvar 2025-ci il tarixdə məhkəmə iclasına ərizə ünvanlayaraq bildirdi ki, Maraqlı şəxs2 və Ərizəçi arasında olan nikah müqaviləsi 12 iyun 2023-cü il tarixdən Tovuz rayon Məhkəməsi vasitəsi ilə pozulmuşdur. Həmin vaxtdan 2 oğlu var, özü saxlayır, Ərizəçi uşaqlardan imtina etdiyinə görə heç bir keçirilmir. O fəhləlik edə-edə 2 uşağını və ailəsini güclə saxlayır. Heç bir məhkəmə iclasına gəlməyəcəkdir. Ərizəçi ilə o vaxtdan heç bir əlaqəsi yoxdur. Onun vəziyyəti barədə ailəsindən soruşulmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən maraqlı şəxslərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin materiallarında olan Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 fevral 2024-cü il tarixli AZ-İ 471940 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs2 ilə X5 arasındakı nikah 06 fevral 2024-cü il tarixdə pozulmuşdur. İşin materiallarında olan doğum haqqında tibbi şəhadətnamədən görünür ki, X6 14 mart 2024-cü il tarixdə Şəki şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs1, anası X4r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30 aprel 2024-cü il tarixli AZ-İİ 585033 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Maraqlı şəxs1 ilə X7 arasındakı nikah 30 aprel 2024-cü il tarixli 64 saylı akt qeydi ilə qeyd edilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 avqust 2024-cü il tarixli 3-16-5/8-15-M-951/24 saylı məktubdan görünür ki, Tovuz rayon qeydiyyat Şöbəsinin 16 fevral 2024-cü il tarixli 36 saylı akt qeydinə əsasən Tovuz rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli 2(062)-819/2023 nömrəli qətnaməsinə əsasən Maraqlı şəxs2 sizin nikahlarınızın pozulması qeydə alınmışdır. Qanunvericiliyin tələbinə əsasən nikahın pozulması ilə uşağın doğulduğu günədək 10 ay müddət keçmədiyi üçün uşağın ata haqqında məlumat qrafasına hazırda nikahda olduqları Maraqlı şəxs1 adının yazılması mümkün deyildir. İşin materiallarında olan Ağdaş Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 20 noyabr 2024-cü il tarixli 3-16-5/7-13-464/24 saylı məktubdan görünür ki, Tovuz rayon qeydiyyat Şöbəsinin 16 fevral 2024-cü il tarixli 36 saylı akt qeydinə əsasən Tovuz rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli 2(062)-819/2023 nömrəli qətnaməsinə əsasən Maraqlı şəxs2 ilə Ərizəçi nikahının pozulması qeydə alınmışdır. Qanunvericiliyin tələbinə əsasən nikahın pozulması ilə uşağın doğulduğu günədək 10 ay müddət keçmədiyi üçün uşağın ata haqqında məlumat qrafasına hazırda nikahda olduqları Maraqlı şəxs1 adının yazılması mümkün deyildir. İşin materiallarında olan Ağdaş Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 dekabr 2024-cü il tarixli 3-16-5/7-13-536/24 saylı məktubdan görünür ki, Tovuz rayon qeydiyyat Şöbəsinin 16 fevral 2024-cü il tarixli 36 saylı akt qeydinə əsasən Tovuz rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli 2(062)-819/2023 nömrəli qətnaməsinə əsasən Maraqlı şəxs2 ilə Ərizəçi nikahının pozulması qeydə alınmışdır. Qanunvericiliyin tələbinə əsasən nikahın pozulması ilə uşağın doğulduğu günədək 10 ay müddət keçmədiyi üçün uşağın ata haqqında məlumat qrafasına hazırda nikahda olduqları Maraqlı şəxs1 adının yazılması mümkün deyildir. Məhkəmə ərizəçinin izahatını, mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq rayon qeydiyyat şöbələrinə birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideyinlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 47.1-ci maddəsinə görə bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, həmin faktın təsdiq edilməsi ərizəçilərə ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Maraqlı şəxs1 14 mart 2024-cü ildə anadan olmuş oğlu X2 atası olması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Ağdaş rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. Maraqlı şəxs1 14 mart 2024-cü il təvəllüdlü X3 atası olması müəyyən edilsin. Ata qrafasında Maraqlı şəxs1, ana qrafasında Ərizəçi yazılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar