Məhkəmə qərarları › İş №2(014)-1351/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1351/2021

21.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1351/2021 21.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsindən məcburi çıxarılma tələbinə dair iddiasına mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsindən məcburi çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 21 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə Ağdaş rayonunun Aral Bir kəndi ərazisində 1.93 hektar torpaq sahəsi verilmişdir və bu barədə adlarına CN-0247 kod 90317038 torpağa mülkiyyət hüququna dair Dövlət aktı işlənmişdir. Cavabdeh onun qardaşıdır. Onun özünə və ailə üzvlərinə pay torpaq sahəsi verilmişdir. Lakin cavabdeh onun da torpağından istifadə edir. Cavabdehə dəfələrlə xüsusi mülkiyyətində olan 1.93 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş torpaq sahəsindən könüllü çıxmasını xahiş və tələb etsə də, Cavabdeh könüllü olaraq həmin ərazidən çıxmaq istəmir. Cavabdeh onun mülkiyyətinə verilmiş həmin torpaq sahəsini özbaşına tutaraq (zəbt edərək) istifadə etməklə mülkiyyətçi kimi qanunla qorunan hüquqlarının pozulmasına səbəb olur. Belə ki, mülkiyyətçi kimi, həmin torpaq üzərində hüquqlarını istədiyi kimi sərbəst həyata keçirə bilmir. Ona görə də cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Ağdaş rayonu, Aral Bir kəndində yaşayan Cavabdeh Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 21 saylı qərarı ilə CN-0247 kod 90317038 torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə Ağdaş rayonunun Aral Bir kəndi ərazisində onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.93 hektar torpaq sahəsini özbaşına tutduğu kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məcburi qaydada çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş edilir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək, iddia edilən torpaq sahəsinin 4 nəfərin adına olduğunu, iddiaçı Tehranə Əliyevanın valideynləri və mərhum bacısına məxsus torpaq hasəsinin hamısını istədiyini, bacısı X5 vəfat etdiyini, mərhum bacısının bir övladı olduğunu və həmin övladın vərəsə olduğunu, lakin vərəsəlik işinin açılmadığını, Tehranə Əliyevaya ona aid hissənin götürməyi təklif etsə də onunla razılığa gəlmədəyini, torpaq sahəsinin hamısını istədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 21 saylı qərarına əsasən 1.93 hektar torpaq sahəsi X3, X4, X5 və X1 mülkiyyətinə verilmişdir və bu barədə adlarına CN-0247 kod 90317038 torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, CN-0247 kod 90317038 torpağa mülkiyyət hüququna dair Dövlət aktında adları qeyd olunan mülkiyyət hüququ verilmiş şəxslər X6, X7 və X8 vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 20 sentyabr 2021-cı il tarixli mütəxəssis rəyindən görünür ki, CN-0247 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X6, X7, Əliyeva Radə Əli qızı və X2 ümumi birgə mülkiyyətinə verilmiş (iki hissədə olan) CN- 0247/1.93 ha torpaq sahəsinin CN-0247/1.54 ha hissəsi, iddiaçıların iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyətdə ola bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərinin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki,sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «N.Məmmədovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün 31 yanvar 2006-cı il tarixli qərarında belə qənaətə gəlmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə hesab edir ki, iddia edilən 1.93 hektar torpaq sahəsi Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 21 saylı qərarı ilə X3, X4, X5 və İddiaçı mülkiyyətinə verilməsinə dair CN-0247 kod 90317038 torpağa mülkiyyət hüququna dair Dövlət aktı işlənmiş, dövlət aktında qeyd olunan şəxlər X6, X7 və Əliyeva Radə Əli qızı vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 20 sentyabr 2021-cı il tarixli mütəxəssis rəyindən görünür ki, CN-0247 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X6, X7, Əliyeva Radə Əli qızı və X2 ümumi birgə mülkiyyətinə verilmiş (iki hissədə olan) CN-0247/1.93 ha torpaq sahəsinin CN-0247/1.54 ha hissəsi, iddiaçıların iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Odur ki, iddia qismən təmin edilməli, Cavabdeh Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 21 saylı qərarı qərarı ilə verilmiş, torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında İddiaçı və ailə üzvlərinin, mərhum valideynləri X6, X7 və mərhum bacısı Əliyeva Radə (İradə) Əli qızının mülkiyyətində olan, Ağdaş rayonu Aral-1 kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 1.93 ha torpaq sahəsinin 1/4 hissəsindən, yəni 48.25 sot hissəsindən çıxarılmalı, iddia qalan hissədə rədd edilməli, ödənilmiş 10 manat dövlət rüsumu, mütəxəssis rəyi üçün ödənilmiş 330 manat xərcin yarı hissəsi olan 115 manat, cəmi 125 manat Cavabdeh İddiaçı xeyrinə tutulmalı, mütəxəssis rəyi üçün ödənilmiş xərcin qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 21 saylı qərarı qərarı ilə verilmiş, torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında İddiaçı qızının və ailə üzvlərinin, mərhum valideynləri X6, X7 və mərhum bacısı Əliyeva Radə (İradə) Əli qızının mülkiyyətində olan, Ağdaş rayonu Aral-1 kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 1.93 ha torpaq sahəsinin 1/4 hissəsindən, yəni 48.25 sot hissəsindən çıxarılsın. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu, mütəxəssis rəyi üçün ödənilmiş 330 manat xərcin yarı hissəsi olan 115 manat, cəmi 125 (yüz iyirimi beş) manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Mütəxəssis rəyi üçün ödənilmiş xərcin qalan hissəsi iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar