Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1380/2020 13.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rаyоn Məhkəməsinin hаkimi Əliyev Nizam Mubariz oğlu, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı orqan Ağdaş rayon Qeydiyyat şöbəsinə qarşı doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsini və оnа əlаvə еdilmiş sənədləri nəzərdən kеçirərək, МÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı orqan Ağdaş rayon Qeydiyyat şöbəsinə qarşı doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərində uyğun, forma və məzmuna riayət edilmədən tərtib edilmişdir. Belə ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı orqan Ağdaş rayon Qeydiyyat şöbəsinə qarşı doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etsələr də, yaşayış yeri barədə sənədləri ərizəyə əlavə etməmişdir. Bundan əlavə ərizəçilər doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməli olduqları halda, doğumun qeyd edilmə faktına dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizəçilərə izah edilir ki, doğumun qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə o halda müraciət edə bilərlər ki, doğum qeydiyyat orqanında müvafiq qaydada əvvəllər qeydiyyata alınmış olsun, həmin qeyd hər hansı səbəbə görə silinmiş və ya itirilmiş olsun. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30- 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.1-ci maddələrinin tələblərinə görə, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-ci maddələrinin tələblərinə uyğun tərtib edilmədikdə, hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiаçıya izah edilməlidir ki, göstərilən nöqsanları aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.1, 152. 152.3, 152.4, 268-269-cu maddələrinin rəhbər tutaraq , məhkəmə QƏRARA ALDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı orqan Ağdaş rayon Qeydiyyat şöbəsinə qarşı doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçilərə izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Ağdaş rayon məhkəməsinə şikayət verilə bilər. HАKİM: NİZAM ƏLİYEV
Məhkəmə qərarları › İş №2(014)-1380/2020
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1380/2020
13.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver