Məhkəmə qərarları › İş №2(014)-139/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-139/2023

03.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-139/2023 03.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən məcburi çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən məcburi çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçı ilə heç bir müqavilə bağlamadan ona məxsus 0,68 hektar torpaq sahəsinin bir hissəsini qanunsuz olaraq zəbt edərək əldə etmişdir. Hər il vergi və torpaq pulunu iddaçı ödəyir. O, cavabdehə şifahi müraciət edərək ona məxsus torpaq sahəsindən çıxmasını bildirsə də cavabdeh onun sözlərinə məhəl qoymayaraq ona məxsus Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 02 dekabr 1997-ci il tarixli 14 saylı qərarına əsasən onun adına verilmiş 0,68 hektar torpaq sahəsindən çıxmamışdır. Cavabdehə ona məxsus torpaq sahəsindən çıxarılmasını bildirdisə də cavabdeh onun sözlərinə məhəl qoymamış, o, da Ağdaş rayon Qolqəti İcra nümayəndəliyinə və Qolqəti Bələdiyyə sədrinə ona kömək etmələrini xahiş etmiş və onlar da cavabdehə həmin torpaq sahəsinin ona məxsus olmadığını bildirirək iddiaçıya geri qaytarmasını bildirmişlər. Ona 6 oktyabr 2022-ci il tarixli, **********68 saylı arayışa əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən ona məxsus torpaq sahəsini digər şəxslər tərəfindən istifadə olunmasının müəyyən edildiyi bildirilmişdir. Cavabdeh dəfələrlə edilmiş şifahi və rəsmi xəbərdarlığa baxmayaraq özbaşına tutduğu torpaq sahəsini könüllü geri qaytarmamışdır. Göstərilənlərə əsasən Aqrar İslahatı Komissiyasının 02 dekabr 1997-ci il tarixli 14 saylı qərarına əsasən 0,68 hektar iddiaçıya məxsus torpaq sahəsindən qanunsuz olaraq zəbt etmiş olan Cavabdeh məcburi çıxarılması barədə qətnamə çıxarılması xahiş edilir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək sözügedən torpaq sahəsinin özünə məxsus olduğunu, iddianın əsassız olduğunu bildirərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 12 oktyabr 2022-ci il tarixli, **********68 saylı məktubdan görünür ki, İddiaçı Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 0,68 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş, müraciət əsasında torpaq sahəsinə müayinə baxışı keçirilən zaman torpaq sahəsinin digər şəxslər tərəfindən istifadə olunması aşkarlanmışdır. İşin materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-277 KOD 90321018 saylı Dövlət Aktından görünür ki, İddiaçı mülkiyyətinə Aqrar İslahatı Komissiyasının 02 dekabr 1997-ci il tarixli 14 nömrəli qərarına əsasən Ağdaş rayonu, Qolqəti kəndi ərazisində 0,68 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AA № 617630 torpaq sahəsinin planı və ölçüsünün təsdiqlənmiş surətindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-97/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh xüsusi mülkiyyətinə Ağdaş rayonu, Qolqəti kəndindən 0,9972 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Ağdaş rayonu, Qolqəti kəndinə yerləşən 0,9972 hektar torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 138 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-97/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, Ağdaş rayonu, Qolqəti kəndi ərazisində Dövlət Aktının qeydiyyatı kitabında 25 iyun 1998-ci il tarixdə 664 sayı ilə qeydiyyata alınmış Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına (JN: 267, kod ********) əsasən cavabdehlər Cavabdeh, X8, X2 və X5 məxsus 3,76 hektar torpaq sahəsinin 2,76 hektarının iddiaçı X1 dair əqd bağlanmış hesab edilməsi, qətnamənin icrası ilə əlaqədar əməliyyat aparılması üçün surəti Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax rayon Ərazi İdarəsinə göndərilməsi qət edilmişdir. İşin materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-276 KOD 90321018 saylı Dövlət aktından görünür ki, Cavabdeh və ailə üzvləri X8, X9, X10, X7 və X3 mülkiyyətinə Aqrar İslahatı Komissiyasının 02 dekabr 1997-ci il tarixli 14 nömrəli qərarına əsasən Ağdaş rayonu, qolqəti kəndi ərazisində 3,76 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 24 mart 2023-cü il tarixli, 3- 21-3-35/2-1136/2023 saylı rəyindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(014)-139/2023 nömrəli Qərardadında mütəxəssis qarşınında qoyulmuş sualların cavabları: - JN-277 KOD 90321018 saylı saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,68 ha torpaq sahəsinin 0,2234 ha hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. - Torpaq sahələrinin sənəd və məkan göstəriciləri əsasında uyğunsuzluqlar mövcud olmuşdur. - Həmin uyğunsuzluqların aradan qaldırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar əsasında “Torpaqların elektron kadastr uçotu informasiya sistemi” yaradılmışdır. - Torpaq sahələrinin sərhədlərinin naturada tanıdılması zamanı digər torpaq sahiblərinin hüquqları pozulmur. - Digər torpaq sahiblərinin hüquqları pozulmadığından tədqiqat aparılmamışdır. - “Torpağa mülkiyyət hüququna dair” JN-277 KOD 90321018 saylı Dövlət Aktına əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,68 ha torpaq sahəsinin 0,2234 ha hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. - İstifadə edilən hissə 0,2234 ha-dır. - İddiaçının faktiki istifadəsində torpaq sahəsi mövcud deyil. Cavabdehin faktiki istifadəsində 0,8668 ha torpaq sahəsi vardır. - İddiaçı və cavabdehə ayrılmış torpaq sahələri sənəd üzrə üst-üstə düşmür. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9 iyun 2023-cü il tarixli, 10/3243 nömrəli ekpsert rəyinin surətindən görünür ki, - Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi Farid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, JN-277 KOD 90321018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,68 ha torpaq sahəsinin 0,2234 ha hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi Farid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, torpaq sahələrinin sənəd və məkan göstəriciləri əsasında uyğunsuzluqlar mövcud olmuşdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi Farid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, həmin uyğunsuzluqların aradan qaldırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar əsasında “Torpaqların elektron kadastr uçotu informasiya sistemi” yaradılmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi Farid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, torpaq sahələrinin sərhədlərinin naturada tanıdılması zamanı digər torpaq sahiblərinin hüquqları pozulmur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi Farid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, digər torpaq sahiblərinin hüquqları pozulmadığından tədqiqat aparılmadı. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi Farid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, “Torpağa mülkiyyət hüququna dair JN-277 KOD 90321018 saylı Dövlət Aktına əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,68 ha torpaq sahəsinin 0,2234 ha hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi Farid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, istifadə edilən hissə 0,2234 ha-dır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi Farid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, iddiaçının faktiki istifadəsində torpaq sahəsi mövcud deyil. Cavabdehin faktiki istifadəsində 0,8668 ha torpaq sahəsi vardır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi Farid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, iddiaçıya və cavabdehə ayrılmış torpaq sahələri sənəd üzrə üst-üstə düşmür. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi Farid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, torpaq sahələrinin faktiki istifadə vəziyyəti və koordinatlar tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 02 dekabr 1997-ci il tarixli 14 saylı qərarına əsasən İddiaçı mülkiyyətinə 0,68 hektar torpaq sahəsi verilmişdir. Bu barədə onun adına Torpağa mülkiyyət hüququna dair JN-277 KOD 90321018 saylı Dövlət Aktı verilmişdir. Hazırda iddiaçı həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia etsə də, mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,2234 hissəsi Cavabdeh tərəfindən naturada istifadə edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 02 dekabr 1997-ci il tarixli 14 saylı qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,68 hektar torpaq sahəsinin 0,2234 ha hissəsindən Cavabdeh məcburi qaydada çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 02 dekabr 1997-ci il tarixli 14 saylı qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,68 hektar torpaq sahəsinin 0,2234 ha hissəsindən Cavabdeh məcburi qaydada çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar