Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-14/2022 12.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi ilə İddiaçı Cavabdeh ASC-ə qarşı zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması, vurulmuş ziyanın ödənilməsi və kompensasiya tələbi haqqında iddiasına dair mülki iş üzrə verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-ə qarşı zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması, vurulmuş ziyanın ödənilməsi və kompensasiya tələbi haqqında iddiasına dair mülki iş üzrə İddiaçı ərizə ilə müraciət edərək iddiasından imtina etdiyini bildirmiş, imtinanın qəbul edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsaslanaraq məhkəmə hesab edir ki, iddiadan imtina qəbul edilməli və işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə müvafiq olaraq məhkəmə tərəfindən imtina qəbul edilənə qədər iddiaçıya izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-ə qarşı zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması, vurulmuş ziyanın ödənilməsi və kompensasiya tələbi haqqında iddiasına dair mülki iş üzrə iddiadan imtina qəbul edilsin və işin icraatına xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-14/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-14/2022
12.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver