Məhkəmə qərarları › İş №2(014)-14/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-14/2023

25.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-14/2023 25.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı1, onun vəkili Vəkil, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 qarşı torpaq sahəsindən məcburi çıxarılma, süni maneələrin aradan qaldırılmasına və qanunsuz hərəkətlərə birdəfəlik son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsindən məcburi çıxarılma, süni maneələrin aradan qaldırılmasına və qanunsuz hərəkətlərə birdəfəlik son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 22 fevral 1999-cu il tarixli, 04 nömrəli qərarı ilə onların mülkiyyətinə Ağdaş rayonu, Korarx kəndi ərazisində 0,51 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə adlarına 10 dekabr 1999-cu il tarixdə Dövlət Aktı qeydiyyat kitabında 11518 nömrə ilə qeydiyyata alınmış JN-129 kod 90321028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Torpaq sahəsinə Dövlət Aktı verildikdən sonra və Aqrar İslahat Komissiyasının üzvlərinin iştirakı ilə DT və XK-nin Ağdaş rayon şöbəsinin mütəxəssisləri tərəfindən həmin torpaq sahəsinin koordinat nöqtələri müəyyən edilərək onlara tanıdılmışdır. Son zamanlara kimi həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmişdirlər. Lakin bir müddət əvvəl torpaq sahəsinə gedən zaman cavabdeh onlara bildirmişdir ki, həmin torpaq sahəsini notariat qaydada rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinə əsasən başqa şəxsdən almışdır və torpaq sahəsini xüsusi mülkiyyət hüququ əsasənda adına qeydə aldırıb. Mübahisənin həlli məqsədi ilə o, DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş və 29 mart 2022-ci il tarixdə Ağdaş rayonu Qolqəti bələdiyyəsinin sədrinin iştirakı ilə 17 saylı Yevlax Ərazi İdarəsinin texnikləri həmin əraziyə baxış keçirmiş və ümumi birgə mülkiyyətlərində olan 0,51 hektar torpaq sahəsinin koordinat nöqtələri müəyyən edilmiş, bir daha ona tanıdılmışdır. Ölçmə zamanı müəyyən olunmuşdur ki, həmin 0,51 hektar torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Həmin torpaq sahəsindən könüllü çıxmasını cavabdehə dəfələrlə etdikdə o, həmin torpaq sahəsini alan zaman həmin ərazinin ona göstərilməsinə əsaslanaraq həmin torpaq sahəsindən çıxmayacağını bildirmişdir. Cavabdeh mülkiyyətində olan həmin torpaq sahəsini özbaşına tutuaraq istifadə etməklə mülkiyyətçi kimi onların qanunla qorunan hüquqlarının pozulmasına səbəb olur. Belə ki, o, mülkiyyətçi kimi həminm torpaq üzərində hüquqlarını istəyinə uyğun sərbəst həyata keçirə bilmir. Cavabdeh qeyd edilən özbaşına və qanunsuz hərəkətlərini bügun də davam etdirir. Ona görə də onlara qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənlərə əsasən Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 22 fevral 1999-cu il tarixli, 04 nömrəli qərarına və JN-129 kod 90321028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Ağdaş rayonu, Korarx kəndi ərazisində onların ümumi birgə mülkiyyətinə verilmiş 0,51 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılmasına, həmin torpaq sahəsində yaradılan süni maneələrin aradan qaldırılmasına və həmin torpaq sahəsi ilə əlaqədar qanunsuz (özbaşına) hərəkətlərinə birdəfəlik son qoyulmasına dsair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı1 iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək sözügedən torpaq sahəsini Azər Qasımovdan aldığını və həmin vaxt Azər Qasımovun torpaq sahəsini ona göstərək həmin torpaq sahəsinin artıq onun olduğunu bildirdiyini, həmin torpaq sahəsində ağaclar əkdiyini bildirmişdir. İddiaçıların iddiasının əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 izahatında 2021-ci il tarixdə özünə məxsus 3,0572 ha torpaq səhəsini Cavabdeh satdığını, həmin torpaq sahəsini X5 aldığını, İddiaçı1lə torpaq sahələrinin qonşu olduğunu, mütəxəssislər tərəfindən torpaq sahəsinə baxış keçirildiyini və koordinatlarının müəyyən edildiyini, 21 sot sürüşmə olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 22 fevral 1999-cüu il tarixli 04 saylı qərarı ilə torpağa mülkiyyət hüquna dair JN-129 KOD 90321028 saylı Dövlət Aktının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı1 və ailə üzvü İddiaçı2 mülkiyyətinə Ağdaş rayonu, Korarx kəndində 0,51 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 22 fevral 1999-cüu il tarixli 04 saylı qərarı ilə torpağa mülkiyyət hüquna dair JN-128 KOD 90321028 saylı Dövlət Aktının surətindən görünür ki, X4 və ailə üzvü X6, X2 və X1 mülkiyyətinə Ağdaş rayonu, Korarx kəndində 2,09 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Korarx kəndinə yerləşən 0,9060 hektar torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Korarx kəndinə yerləşən 3,0572 hektar torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AA № 618806 torpaq sahəsinin planı və ölçüsünün təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, 4Ə-1136 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh xüsusi mülkiyyətinə Ağdaş rayonu, Korarx kəndindən 0,906 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AA № 618840 torpaq sahəsinin planı və ölçüsünün təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, 4Ə-1134 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh xüsusi mülkiyyətinə Ağdaş rayonu, Korarx kəndindən 3,0572 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 02 noyabr 2022-ci il tarixli, **********15 saylı rəyindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(014)- 14/2023 nömrəli Qərardadında mütəxəssis qarşınında qoyulmuş sualların cavabları: - Ağdaş rayonu, Koraxr kəndi ərazisində İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilmiş JN-129 kod 90321028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0,51 ha torpaq sahəsi, həmçinin Cavabdeh mülkiyyətinə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən verilmiş 0,9060 ha və ********** qeydiyyat nörməli dövlət reyestrindən çıxarışa əsasən verilmiş 3,0572 ha torpaq sahələr naturada müəyyən edildi. - Qeyd edilən hər üç torpaq sahəsinin sərhədləri sənəd üzrə üst-üstə düşmür. - İddiaçının mülkiyyətinə JN-129 kod 90321028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilmiş 0,51 ha torpaq sahəsinin 0,40 ha hissəsi naturada cavabdeh tərəfindən istifadə edilir. - İddiaçı və cavabdehə məxsus olan torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar (tərəflərin naturada göstərdiyi torpaq sahəsi hüquqi və texniki sənədlərdəki torpaq sahələri ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya fərqi vardır) mövcuddur. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 12 dekabr 2022-ci il tarixli, 10/7694 nömrəli ekpsert rəyinin surətindən görünür ki, - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilmiş JN-129 kod 90321028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0,51 ha torpaq sahəsi, həmçinin Cavabdeh mülkiyyətinə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən verilmiş 0,9060 ha və ********** qeydiyyat nörməli dövlət reyestrindən çıxarışa əsasən verilmiş 3,0572 ha torpaq sahələr naturada müəyyən edildi. - Qeyd edilən hər üç torpaq sahəsinin sərhədləri sənəd üzrə üst-üstə düşmür. - İddiaçının mülkiyyətinə JN-129 kod 90321028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilmiş 0,51 ha torpaq sahəsinin 0,40 ha hissəsi naturada cavabdeh tərəfindən istifadə edilir. - İddiaçı və cavabdehə məxsus olan torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar (tərəflərin naturada göstərdiyi torpaq sahəsi hüquqi və texniki sənədlərdəki torpaq sahələri ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya fərqi vardır) mövcuddur. İşin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 30 may 2023-cü il tarixli, 3-21-3-35/2- 2016/2023 saylı rəyindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(014)-14/2023 nömrəli Qərardadında mütəxəssis qarşınında qoyulmuş sualların cavabları: - Ağdaş rayonu, Koraxr kəndi ərazisində İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilmiş JN-129 kod 90321028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0,51 ha torpaq sahəsi, həmçinin Cavabdeh mülkiyyətinə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 0,9060 ha və ********** qeydiyyat nörməli dövlət reyestrindən çıxarışa əsasən 3,0572 ha torpaq sahələri DWG xəritəsinə, dövlət aktına və çıxarışlara əsasən koordinatları, döngə nöqtələri, ölçüləri, konfiqurasiyası sənəd və məkan göstəriciləri müəyyən edilmişdir. - Torpaq sahələrinin sərhədləri, koordinatları, döngə nöqtələri, ölçüləri, konfiqurasiyası DWG xəritəsinə və torpaqların elektron kadastr uçotu xəritəsinə əsasən müəyyən edilmiş və tərtib edilmiş yerquruluşu planlarında göstərilmişdir. - Torpaq sahələrinin faktiki istifasdə vəziyyətini əks etdirən yerquruluşu planı tərtib edilmişdir. Torpaqların elektron kadastr uçotu xəritələrinə və DVJ xəritələrinə əsasən iddiaçının və cavabdehin istifadə etdiyi torpaq sahələri hər bir xəritə üzrə ayrıayrılıqda müəyyən edilmişdir. İddiaçıya məxsus olan və cavabdeh tərəfindən naturada istifadə edilən torpaq sahəsinin döngə nöqtələri, koordinatları, ahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 15 avqust 2023-cü il tarixli, 10/4562 nömrəli ekpsert rəyinin surətindən görünür ki, - Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən Ağdaş rayonu, Korarx kəndi ərazisində İddiaçı1 və İddiaçı2 mülkiyyətinə JN-0129 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” ilə verilmiş 0,51 ha torpaq sahəsi, həmçinin Cavabdeh mülkiyyətinə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 0.9060 ha ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 3.0572 ha torpaq sahələri DWG xəritəsinə, dövlət aktına və çıxarışlara əsasən koordinatları, döngə nöqtələri, ölçüləri, konfiqurasiyası sənəd və məkan göstəriciləri müəyyən edilmişdir. - Torpaq sahələrinin sərhədləri koordinatları, döngə nöqtələri, ölçüsü, konfiqurasiyası DVJ xəritəsinə və torpaqların elektron kadastr uçotu xəritələrinə əsasən müəyyən edilmiş və mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. - Torpaq sahələrinin faktiki istifadə vəziyyətini əks etdirən yerquruluşu planı tərtib edilmişdir. Torpaqların elektron kadastr uçotu xəritələrinə və DVJ xəritələrinə əsasən iddiaçının və cavabdehin istifadə etdiyi torpaq sahələri hər biri xəritə üzrə ayrıayrılıqda müəyyən edilmişdir. İddiaçıya məxsus olan və cavabdeh tərəfindən naturada istifadə edilən 0,40 ha torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 22 fevral 1999-cüu il tarixli 04 saylı qərarına əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətinə 0,51 hektar torpaq sahəsi verilmişdir. Bu barədə onun adına Torpağa mülkiyyət hüququna dair JN-129 KOD 90321028 saylı Dövlət Aktı verilmişdir. Hazırda iddiaçı həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia etsə də, mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,40 ha hissəsi Cavabdeh tərəfindən naturada istifadə edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilmiş 0,51 hektar torpaq sahəsinin 0,40 ha hissəsindən Cavabdeh məcburi qaydada çıxarılsın, həmin torpaq sahəsindən istifadəsinə yaradılan süni maneələr aradan qaldırılmalı və həmin torpaq sahəsi ilə əlaqədar qanunsuz (özbaşına) hərəkətlərinə birdəfəlik son qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 (yüz əlli) manat Cavabdeh müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilmiş 0,51 hektar torpaq sahəsinin 0,40 ha hissəsindən Cavabdeh məcburi qaydada çıxarılsın, həmin torpaq sahəsindən istifadəsinə yaradılan süni maneələr aradan qaldırılsın və həmin torpaq sahəsi ilə əlaqədar qanunsuz (özbaşına) hərəkətlərinə birdəfəlik son qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 (yüz əlli) manat Cavabdeh müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar