Məhkəmə qərarları › İş №2(014)-1416/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1416/2025

19.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1416/2025 19.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Ələkbərova Fidan Vaqif qızı, ərizəçi İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ağdaş rayon Notariat Ofisinə qarşı “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin rəsmiləşdirilməsi üçün notariat hərəkətinin aparılmasının cavabdeh orqana həvalə edilməsi” tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ağdaş rayon Notariat Ofisinə qarşı “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin rəsmiləşdirilməsi üçün notariat hərəkətinin aparılmasının cavabdeh orqana həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 38,5 kv.m fərdi yaşayış evində 1/7 və 0,0688 ha həyətyanı torpaq sahəsində 1/56 hissədə xüsusi mülkiyyət hüququ əsasında ərizəçiyə məxsus olan əmlakın doğma oğlu olan X1 bağışlanması barədə müqavilənin rəsmiləşdirilməsi üçün notariat ofisinə müraciət etsə də bağışlama müqavilənin rəsmiləşdirilməsindən imtina edilmiş, odur ki, bağışlama müqaviləsinin rəsmiləşdirilməsi ilə bağlı yaranmış mübahisənin həll edilməsi və notariat əməliyyatının aparılmasının Ağdaş rayon Notariat Ofisinə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, ərizəçi ”Daşınmaz əmlakın bağışlanması müqaviləsinin rəsmiləşdirilməsi üçün notariat hərəkətinin aparılmasının cavabdeh orqana həvalə edilməsini tələb etsə də, ərizədə göstərilən daşınmaz əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənədlərin əslini və ya təsdiq edilmiş surəti iddia ərizəsinə əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər, eyni zamanda ərizəçi İddiaçı xx.xx.2025-ci il tarixli, № ********** nömrəli mədaxil qəbzi, “X3” vasitəsi ilə (əməliyyat kodu xxxxxxx) Ağdaş Rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödədiyi 100 (yüz) manat dövlət rüsumu (büdcə təsnifat kodu 14221301, Xəzinə hesabi: AZ75CTRE**********00********) ona geri geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ağdaş rayon Notariat Ofisinə qarşı “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin rəsmiləşdirilməsi üçün notariat hərəkətinin aparılmasının cavabdeh orqana həvalə edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra, YƏNİ ərizədə göstərilən daşınmaz əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənədlərin əsli və ya təsdiq edilmiş surəti iddia ərizəsinə əlavə olunduqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Ərizəçi İddiaçı xx.xx.2025-ci il tarixli, № ********** nömrəli mədaxil qəbzi, “X3” vasitəsi ilə (əməliyyat kodu xxxxxxx) Ağdaş Rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödədiyi 100 (yüz) manat dövlət rüsumu (büdcə təsnifat kodu 14221301, Xəzinə hesabi: AZ75CTRE**********00********) ona geri geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Ağdaş rayon Məhkəməsinin vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar