Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1419/2024 18.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Mürsəlova Aygün Mayıl qızının sədrliyi Məhkəmə iclas katibi X2, İddiаçı 13 saylı X5 Mərkəzinin nümayəndəsi X4, Cavabdeh iştirаkları ilə, İddiаçı 13 saylı X5 Mərkəzinin Cavabdeh qarşı “özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi” tələbinə dair mülki işə Ağdaş Rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, Müəyyən еtdi: İddiаçı 13 saylı X5 Mərkəzinin Cavabdeh qarşı “özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayonu Ağzıbir kənd sakini Cavabdeh Ağzıbir meşəbəyliyinin 1-ci dolayının 1-ci kvartalında özbaşına tutduğu (zəbt etdiyi) meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq 13 saylı X5 Mərkəzinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 saylı X5 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarioxdə Ağzıbir meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən Ağdaş rayonu Ağzıbir kənd sakini Cavabdeh tərəfindən Ağzıbir meşəbəyliyinin 1-ci dolayının 1-ci kvartalının torpaq sahəsində qeyri-qanuni olaraq mişar daşından 7x4 m2 ölçüdə tikilinin tikilməsi faktı müəyyən edilmişdir. Həmin fakt əsasında Mərkəzin əməkdaşları və Ağdaş rayonu Ağzıbir kənd sakini Cavabdeh iştirakları xx.xx.2024-cü il tarixdə müvafiq akt tərtib edilmiş, ərazinin koordinatları, ərazidən çıxarış akta əlavə edilmişdir. 13 saylı RMTM-e tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adıçəkilən sahədə tikilən tikililərin sökülməsi və ərazinin könüllü boşaldılaraq təhvil verilməsi barədə ünvanına xx.xx.2024-cü il tarixli 3-14- 27-13/2-045/2024 nömrəli məktubun göndərilməsinə baxmayaraq, X10na aid torpaq sahəsi hazırki vaxta kimi boşaldılmamışdır. Ona görə cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiаçı 13 saylı X5 Mərkəzinin nümayəndəsi X7 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Ağzıbir kənd yolunun 13 saylı Meşə torpaq ərazisində 5 obyekt var. Hamısı da məhkəməyə verilib ki, torpaqlar boşaldılsın. İslahatlardan sonra həmin torpaqlar meşə torpalarına aid edilmişdir. Ona görə də, iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, onun yerinin meşə torpağına aid olmasını bilməmişdir. O həmin torpaq üçün vergi ödəyir, DSMF-yə pul ödəyir. O, 1993-cü ildən həmin mağazanı işlədir. Bu günə qədər də ona heç kim burada niyə mağaza işlətdiyini deməmişdir. Məhkəmə iddiaçı nümayəndəsi və cavabdehin izahatlarını dinləyib, iş mаtеriаllаrını araşdıraraq hеsаb еdir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələr İnkişafı Xidməti 13 saylı X5 Mərkəzi tərəfindən Cavabdeh verilmiş xx.xx.2024-cü il tarixli 3-14-27-13/2-045/2024 saylı bildirişin surətindən görünür ki, 13 saylı X5 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Ağzıbir meşəbəyliyində 1 saylı meşə dolayında qəfləti yoxlama aparılmışdır. Yoxlama zamanı məllum olmuşdur ki, Ağdaş rayonu Ağzıbir kəndi ilə həm sərhəd olan Ağzıbir meşəbəyliyinin ərazisində qanunsuz olaraq mişar daşından bina tikmisiniz və bu barədə xx.xx.2024-cü il tarixdə sizin iştirakınızla 007684 nömrəli akt tərtib olunmuşdur. Odur ki, zəbt etdiyiniz ərazidə qanunsuz tikililəri söküb əvvəlki vəziyyətinə gətirilməsi üçün sizə 30 gün vaxt verilir, əks halda hüquq mühafizə orqanlarına müraciət olunacağı bildirişmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 007684 saylı aktın surətindən görünür ki, Cavabdeh iştirakı ilə direktorun şifahi göstərişinə əsasən qəfləti yoxlama aparılmışdır. Yoxlama zamanı Ağzıbir kəndi ilə meşə ilə sahəsinin həmsərhəd hissəsində Ağdaş-Zərdab avtomobil yolunun sağ tərəfində koordinatları göstərilən yerdə 7x4 metr ölçüdə mişar daşından bina tikmiş və mağaza kimi istifadə etdiyini aşkar etmişdirlər. Cavabdeh şifahi deməsinə görə 1992-ci ildən həmin binanı tikib və mağaza kimi istifadə edir. Bu illər ərzində 2023-cü ilin fevral ayının 3-də meşə torpağından istifadəyə görə dövlətə 79 manat pul ödəmişdir. Cavabdeh izah olundur ki, qanuna müvafiq qaydada Meşələrin İnkişafı Xidməti ilə müqavilə bağlayın yada ki, meşə fondu torpağından tikilisinin sökülməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən edilən AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələr İnkişafı Xidməti 13 saylı X5 Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli 3-14-29-13/2/209/2024 saylı məktubdan görünür ki, Ağdaş rayon Ağzıbir kənd sakini İsmayılova X1 ilə həmsərhəd olan Mərkəzin Ağzıbir meşəbəyliyinin 1 saylı meşə dolayında heç bir icazəsi olmadan mişar daşından 7x4 ölçüdə binja tikmişdir. Hal-hazırda həmin tikili Cavabdeh istifadəsindədir və həmin ərazi X10 torpaqlarına aitdir və 13 saylı X3 balansındadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən edilən AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-i DƏDK və Reyestri Publik Hüquqi Şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən verilmiş 12 dekabr 2024-cü il tarixli 3-21-3-60/2- 2992/2024 saylı məlumatın verilməsi barədə məktubdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən meşə fondu torpaqlarının xəritələri hazırlanır. Ağdaş rayonunun ərazisinə dair sözügedən xəritələr hazırlanmış və aidiyyəti qurumlar tərəfindən təsdiq edilmişdir. Həmin xəritələrə əsasən koordinatları təqdim olunmuş sözügedən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Meşə Fondu torpaqlarına aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla) dövlət mülkiyyətindədir və dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 4-cü maddəsinə əsasən meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Həmin məcəllənin 9-cu maddəsinə əsasən Meşə münasibətləri obyektlərinin istifadəsi, mühafizəsi, qorunması və bərpası zamanı yaranan əmlak və inzibati münasibətlərində Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin iştirakı həmin münasibətlər bu Məcəllə ilə tənzimlənmədiyi hallarda Azərbaycan Respublikasının mülki və inzibati qanunvericilik aktları ilə müəyyən edilir. Həmin məcəllənin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Həmin məcəllənin 78-ci maddəsinə əsasən meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin məcəllənin 79-cu maddəsinə əsasən meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. Beləliklə, məhkəmədə müəyyən olundu ki, 13 saylı X5 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarioxdə Ağzıbir meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən Ağdaş rayonu Ağzıbir kənd sakini Cavabdeh tərəfindən Ağzıbir meşəbəyliyinin 1-ci dolayının 1-ci kvartalının torpaq sahəsində qeyri-qanuni olaraq mişar daşından 7x4 m2 ölçüdə tikilinin tikilməsi faktı müəyyən edilmişdir. Həmin fakt əsasında Mərkəzin əməkdaşları və Ağdaş rayonu Ağzıbir kənd sakini Cavabdeh iştirakları xx.xx.2024-cü il tarixdə müvafiq akt tərtib edilmiş, ərazinin koordinatları, ərazidən çıxarış akta əlavə edilmişdir. 13 saylı RMTM-e tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adıçəkilən sahədə tikilən tikililərin sökülməsi və ərazinin könüllü boşaldılaraq təhvil verilməsi barədə ünvanına xx.xx.2024-cü il tarixli 3-14- 27-13/2-045/2024 nömrəli məktubun göndərilməsinə baxmayaraq, X10na aid torpaq sahəsi hazırki vaxta kimi boşaldılmamışdır. Nəticədə cavabdeh iddiaçını öz mülkiyyətindən faktiki olaraq məhrum etmiş, yəni cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının hüquqları və qanuni maraqları pozulmuşdur. Ona görə də məhkəmə, tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlir ki, Ağdaş rayonu Ağzıbir kəndində Cavabdeh məxsus mağaza meşə fonduna məxsus torpaqda inşa edildiyindən və Cavabdeh həmin torpağa dair mülkiyyətini təsdiq edən sənəd olmadığından, iddia əsaslıdır və təmin edilərək Ağdaş rayonu Ağzıbir kənd sakini Cavabdeh Ağzıbir meşəbəyliyinin 1-ci dolayının 1-ci kvartalında özbaşına tutduğu (zəbt etdiyi) meşə fondu torpağının istifadəsinə qadağa qoyulmalı, tikililər sökülməli və ərazi boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq 13 saylı X5 Mərkəzinə təhvil verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.6-cı maddəsinə əsasən fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 100 (yüz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələb və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, Q ə t e t d i: İddia tələbi təmin edilsin. Ağdaş rayonu Ağzıbir kənd sakini Cavabdeh Ağzıbir meşəbəyliyinin 1-ci dolayının 1-ci kvartalında özbaşına tutduğu (zəbt etdiyi) meşə fondu torpağının istifadəsinə qadağa qoyulsun, ərazidəki tikililər sökülsün və ərazi boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq 13 saylı X5 Mərkəzinə təhvil verilsin. Qətnamə həmin ərazidə Meşə Təsərüfatı ilə bağlı işlərin aparıldığı vaxt icra edilsin. İddiaçının ödəməkdən azad edildiyi 100 (yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-1419/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1419/2024
18.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver