Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-142/2023 24.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinyət əşyalarının qaytarılması” tələbinə dair mülki işə 24 yanvar 2023-cü il tarixdə Ağdaş şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinyət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 1988-ci ildə Ağdaş rayonu Orta Ləki kəndində anadan olmuş Cavabdeh ona məxsus 1 ədəd 12 qram çəkili 583 əyarlı, 1020 manat dəyərində qol saatı, 1 ədəd 12 qram çəkili 583 əyar 1020 manat dəyərində qızıl sırğa üzük dəsti, 1 ədəd 583 əyar 6 qram çəkili 510 manat dəyərində brilyant qaşlı üzük və 1 ədəd 583 əyarlı 3 qram çəkili 255 manat dəyərində qızıl boyunbağının geri qaytarılması, mövcud olmadığı təqdirdə onların cəmi dəyəri olan 2805 manat pulun və 48 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun gəlin köçdüyü evdə 2018-ci ildə usta kimi işləmişdir. Bir müddət sonra Elgün ona yaxınlaşmış pula ehtiyacı olduğunu qızıllarını ona verməsini borcunu ödədikdən sonra qızılları yenidən ona qaytaracağını bildirmişdir. Qızılları yoldaşından gizlin ona vermişdir. 1 ədəd qol saatı 12 qram 583 əyar 1020 manat, 1 ədəd qızıl sırğa üzük dəsti 583 əyar 12 qram 1020 manat, 1 ədəd brilyant qaşlı üzük əyar 6 qram 510 manat və 1 ədəd qızıl boyunbağı 583 əyar 3 qram 255 manat qızılları cavabdehə vermişdir. Dəfələrlə cavabdehə qızılları qaytarmağını, qaytarmayacağı təqdirdə polisə və ya məhkəməyə müraciət edəcəyini bildirsədə, cavabdeh hər dəfə müxtəlif bəhanələr söyləyərək qızılları verməkdən boyun qaçırmışdır. Son dəfə yenidən qızılları qaytarmasını bildirsə də, cavabdeh qızılları satdığını və əldə olunan pulu ehtiyacını qarşılamaq üçün xərclədiyini hazırda geri qaytarmağa imkanının olmadığını bildirmişdir. Bunun əsasında o, Ağdaş Rayon Polis Şöbəsinə müraciət etmiş, müraciət əsasında cavabdeh Polis Şöbəsinə çağırılmış, izahatı alınmış və izahatında ona 1280 manat borcu olduğunu qeyd etmişdir. İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və məhkəməyə ərizə təqdim edərək iş üzrə cаvаbdеh Cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə qiyabi icraat qaydasında baxılmaqla qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Cаvаbdеh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını nəzərə alaraq, iş mаtеriаllаrını araşdıraraq hеsаb еdir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh Ağdaş Rayon Polis Şöbəsində vermiş olduğu izahatında göstərmişdir ki, o Ağdaş rayonu Orta Ləki kəndində ailəsi ilə birlikdə yaşayır. 2019-cu ildə ehtiyacı olduğu üçün qonşusu İddiaçı borca pul istəmiş, oda bildirmişdir ki, nəğd şəkildə pulu yoxdur. Lakin evdə qızılları olduğunu bildirmiş, və ümumi çəkisi 21 qram olan qızıl-zinyət əşyalarını ayrı-ayrı müddətdə ona vermiş, həmin qızılları 1280 manata satmış və ehtiyacını ödəmiş və həmin borcu ödəyəcəyinə söz vermişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən 1 ədəd 12 qram çəkili 583 əyarlı, 1020 manat dəyərində qol saatı, 1 ədəd 12 qram çəkili 583 əyar 1020 manat dəyərində qızıl sırğa üzük dəsti, 1 ədəd 583 əyar 6 qram çəkili 510 manat dəyərində brilyant qaşlı qızıl üzük və 1 ədəd 583 əyarlı 3 qram çəkili 255 manat dəyərində qızıl boyunbağının real bazar dəyəri 2805 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Cavabdeh Ağdaş Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 21/132-289927-3222 saylı məktubdan məlum olur ki, aparılmış araşdırma zamanı materialda cinayət və ya inzibati xəta tərkibi olmadığı müəyyən olunduğundan müraciətinizdə qeyd etdiyiniz mülki xüsusatlarla bağlı aidiyyatı üzrə rayon məhkəməsinə müraciət etməkləri tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci mаddəsinə əsаsən, fiziki və hüquqi şəхslər mülki hüquqlаrı öz mənаfеlərini gеrçəkləşdirmək üçün irаdələrinə uyğun оlаrаq əldə еdir və həyаtа kеçirirlər. Оnlаr müqаvilə əsаsındа öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qаnunvеriciliyə zidd оlmаyаn hər hаnsı müqаvilə şərtləri qоymаqdа sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələri: 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 736.1. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. 736.3. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yuxarıda sadalanan maddi hüquq normalarını işin faktiki hallarına tədbiq etməklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1 ədəd 12 qram çəkili 583 əyarlı, 1020 manat dəyərində qol saatı, 1 ədəd 12 qram çəkili 583 əyar 1020 manat dəyərində qızıl sırğa üzük dəsti, 1 ədəd 583 əyar 6 qram çəkili 510 manat dəyərində brilyant qaşlı üzük və 1 ədəd 583 əyarlı 3 qram çəkili 255 manat dəyərində qızıl boyunbağının geri qaytarılmalı və mövcud olmadığı təqdirdə onların cəmi dəyəri olan 2805 manat pul və ödənilmiş 48 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara yuxarıda sadalan hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 1 ədəd 12 qram çəkili 583 əyarlı, 1020 manat dəyərində qol saatı, 1 ədəd 12 qram çəkili 583 əyar 1020 manat dəyərində qızıl sırğa üzük dəsti, 1 ədəd 583 əyar 6 qram çəkili 510 manat dəyərində brilyant qaşlı üzük və 1 ədəd 583 əyarlı 3 qram çəkili 255 manat dəyərində qızıl boyunbağı naturada, naturada olmadıqda isə onların dəyəri olan 2805 manat pul və 48 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 240- 245-ci madələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1 ədəd 12 qram çəkili 583 əyarlı, 1020 manat dəyərində qol saatı, 1 ədəd 12 qram çəkili 583 əyar 1020 manat dəyərində qızıl sırğa üzük dəsti, 1 ədəd 583 əyar 6 qram çəkili 510 manat dəyərində brilyant qaşlı qızıl üzük və 1 ədəd 583 əyarlı 3 qram çəkili 255 manat dəyərində qızıl boyunbağı naturada, naturada olmadıqda isə onların dəyəri olan 2805 manat pul və 48 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamədən 10 (on) gün müddətində qətnamənin ləğvi üçün Ağdaş rayon Məhkəməsinə şikayət verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-142/2023
Ağdaş Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(014)-142/2023
24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver