Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-144/2023 06.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə köçürülmə və mənzildən istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə köçürülmə və mənzildən istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 30 noyabr 2017-ci ildə Cavabdeh1 ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Toy şənliyindən sonra el adəti üzrə Cavabdeh1 yaşadığı, Yevlax rayonunun Havarlı kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin vaxt ona məxsus cehiz əmlakları da qeyd olunan fərdi yaşayış evinə yerləşdirilmişdir. Lakin, həmin ev özəlləşməmişdir. Birgə nikahdan onların 30 oktyabr 2018-ci ildə Abbasəli adlı övladları dünyaya gəlmişdir. Cavabdeh1la bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş və aralarında olan nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulandan sonra Abbasəli adlı uşağının onun yanında qalması müəyyən olunmuş və onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment təyin olunmuşdur. O, Cavabdeh1la 2022-ci ilin sentyabr ayına kimi Yevlax rayonun Havarlı kəndində yerləşən fərdi yaşayış evində övladı ilə birlikdə yaşamış və onunla birgə mənzil təsərrüfatını idarə etmişdir. Cavabdeh1la münasibətləri pozulandan sonra uşaqları ilə birlikdə atasına məxsus evdə yaşayırlar. Lakin, atasına məxsus mənzil darısqal olduğuna görə orada yaşamaq mümkün deyildir. Cavabdehlərə məxsus fərdi yaşayış evindən onun və övladının istifadə hüququ vardır. Eyni zamanda da Cavabdeh1la birgə nikah dövründə qeyd olunan fərdi yaşayış evinin təmir olunmasında iştirak etmişdir. Göstərilənlərə əsasən onun, yəni İddiaçı və azyaşlı övladı 30 oktyabr 2018-ci il təvəllüdlü X3 ilə birlikdə Yevlax rayonun Havarlı kəndində yerləşən torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evinə köçürülmələri və həmin torpaq sahəsi və fərdi yaşayış evindən istifadə hüquqlarının müəyyən edilməsi haqqında qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı sözügedən evdə iki ay yaşamışdır. Hazırda iddiçının əşyaları onun evindədir. Ev onundur. İddiaçının həmin evə heç bir hüququ yoxdur. Bu səbəbdən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsini n səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin olunmalıdır. Belə ki, işin materiallarında olan Cavabdeh2 tərəfindən Şəki İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli iddia ərizəsindən görünür ki, Yevlax rayonunun Havarlı kəndində yerləşən, torpaq sahəsinin yer quruluşu planında əks edilən 0,06 ha torpaq sahəsinin və onun üzərində olan tikilinin dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulmasına dair məhkəmə qərarı çıxarılması xahiş edilmişdir. İşin materiallarında olan Yevlax rayon Havarlı Bələdiyyəsinin 21 noyabr 2007-ci il tarixli, 394 saylı qərarından görünür ki, Yevlax rayonu Havarlı Bələdiyyə mülkiyyətinin alqısatqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında Ağdaş rayon sakini Cavabdeh2 həyətyanı məqsədi ilə 0,06 ha torpaq sahəsi satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən hazırlanmış sənədlərin nəzərə alınması; Yevlax rayon Havarlı Bələdiyyə mülkiyyətinin alqı-satqı predmeti olan çevrədə yerləşən 0,06 ha torpaq sahəsi Ağdaş rayon sakini Cavabdeh2 satılması; Cavabdeh2 normativ qiymətdən az olmamaq şərti ilə torpağın nəzərdə tutulmuş satış qiymətinə görə dəyərini Havarlı Bələdiyyəsinin bankdakı müvafiq hesabına ödəməsi, ödəmə barədə qəbzi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsinə təqdim etməsinin tapşırılması; Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsindən satılan torpağın dəyəri ödənildikdən sonra nümunəsi “Torpaq alqı-satqı qaydalarına” əlavədə göstərilən nümunəsi arasında “Torpaqların alqı-satqısına dair” üç nüsxədən ibarət aktın tərtib etməsi və onu qeydiyyata almasının xahiş edilməsi; ilkin torpaq sənədlərinin surəti DTXK-nın Yevlax rayon şöbəsinə və digər aidiyyəti orqanlara göndərilməsi qərara alınmışdır. İşin materiallarında olan torpaqların alqı-satqısına dair aktan görünür ki, Cavabdeh2 Yevlax rayonu Havarlı Bələdiyyəsinə xx.xx.2007-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmiş, Bələdiyyə ərazisindən ona 0,06 ha torpaq sahəsinin satılması barədə xx.xx.2007-ci il tarixli 394 saylı qərar qəbul edilmiş, bunun müqabilində Cavabdeh2 Havarlı Bələdiyyəsinin hesabına 140 (yüz qırx) manat ödəmişdir. İşin materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli rəyindən görünür ki, Cavabdeh2 satılması nəzərdə tutulan torpaq sahəsi 0,06 ha olmaqla kənd təsərrüfatına yararlıdır. Havarlı Bələdiyyə mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. İşin materiallarında olan Yevlax rayonu Havarlı Bələdiyyəsinin 27 dekabr 2022-ci il tarixli, № 125 saylı arayışından görünür ki, Cavabdeh2 Havarlı Bələdiyyəsi tərəfindən xx.xx.2007-ci ildə 394 №-li qərarla 0,06 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində özünə məxsus kürsülü 2 otaq, 1 mətbəxdən ibarət yaşayış evi inşa etdirmişdir. İşığı, suyu, təbii qazı olmaqla bütün kommunal xidmətdən istifadə edilir. Hal-hazırda Cavabdeh2 həyat yoldaşı Cavabdeh3 ilə həmin evdə yaşayırlar. İşin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(051)-2112/2021 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında 30 noyabr 2017-ci ildə Ağdaş rayon Qeydiyyat şöbəsində bağlanmış 384 №-li nikah qeydinin pozulması, nikah pozulduqdan sonra 30 oktyabr 2018ci il təvəllüdllü X2 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, 30 oktyabr 2018-ci il təvəllüdllü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin hər ay Cavabdeh1 tutularaq, İddiaçı verilməsi, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, 14 oktyabr 2021-ci il tarixdən tutulması və qətnamənin alimentə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. İşin materiallarında olan Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 yanvar 2022-ci il tarixli, AZ-İ № 381529 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı nikahı Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında pozulmuşdur. Nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 7 №-ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra arvada Vəliyeva soyadı verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, № **********3 saylı məktubundan görünür ki, 0,06 ha torpaq sahəsinin ayrılmasına dair Yevlax rayonu, Havarlı Bələdiyyəsi tərəfindən qəbul edilmiş 21 noyabr 2007-ci il tarixli, 394 nömrəli qərarı və həmin qərar əsasında bələdiyyə ilə onların arasında bağlanmış 1065 qeydiyyat nömrəsi ilə ləğv edilmiş DTXK-nın Yevlax rayon şöbəsində xx.xx.2007-ci il tarixində qeydə alınmış “torpaq sahəsinin alqı-satqısına dair akt”ın olması barədə məlumat X11 filialında mühafizə olunan və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş arxiv materiallarında aşkarlanmamışdır. Həmçinin, Cavabdeh2 mülkiyyətinə verilmiş olan torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” ərizəyə əlavə edilmədiyinə görə yerquruluşu planına əsasən sözügedən ərazinin sərhədini, yerləşmə vəziyyətini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək qeyri-mümkündür. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, № 3-21-3- 35/2-141/2023 saylı məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Yevlax rayonunun Havarlı kəndində yerləşən daşınmaz əmlaklar aşkar edilməmişdir. İşin materiallarında olan Mingəçevir şəhər ZAQS şöbəsi tərəfindən verilmiş 15 oktyabr 1984-cü il tarixli, İX-JQ № 482573 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 11 oktyabr 1984-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, atası X5, anası isə X6r. İşin materiallarında olan Mingəçevir ŞPŞ-si tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1998ci il tarixdə Mingəçevir şəhərində anadan olmaqla, ünvan 3 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Mingəçevir ASAN tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AA0458251 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyası Moskva şəhərində anadan olmaqla, ünvan 3 ünvanında qeydiyyatdadır. Beləliklə, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 2007ci ildə nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra onlar Cavabdeh1 atası Cavabdeh2 adına xx.xx.2007-ci il tarixli bələdiyyə qərarı əsasında verilmiş torpaq sahəsində yerləşən evə köçmüşlər. Həmin torpaq sahəsinin mülkiyyətdə olmasına dair sənədi yoxdur və hazırkı iddia məhkəməyə verildikdən sonra Cavabdeh2 mülkiyyət sənədinin verilməsi üçün Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı ilə Cavabdeh1 xx.xx.2017-ci ildə nikaha daxil olduqdan sonra xx.xx.2021-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi qəbul edilənədək nikahda olmuşlar. İddiaçının məhkəmə iclasında bildirməsinə, həmçinin, Cavabdeh2 da qəbul etməsinə görə iddiaçı 2022-ci ilin sentyabr ayınadək övladı ilə birlikdə həmin ünvanda yaşamış və indiyədək iddiaçının cehiz əmlakları həmin ünvanda yerləşir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.3-cü maddəsinə əsasən əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etməklə haqlı olmuş və onun iddiası bu hissədə təmin olunmaqla, İddiaçı və övladı Abbasəli Yevlax rayonun Havarlı kəndində yerləşən torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evinə köçürülməlidir. Bundan başqa, mübahisəli ev tərəflərin heç birinin mülkiyyətində deyildir. Tərəflər həmin evin kimin mülkiyyətində olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Cavabdeh evə dair bələdiyyə tərəfindən tərtib edilmiş sənədlərin surətlərini məhkəməyə təqdim etsə də, həmin sənədlər mülkiyyət hüququnu təsdiq etmir. Həmçinin, Cavabdeh2 mülkiyyət hüququnun qeydə alınması üçün hazırkı iddia məhkəməyə verildikdən sonra inzibati məhkəməyə müraciət etmiş və həmin işə mahiyyəti üzrə baxılmasını təsdiq edən heç bir sübut yoxdur. Qeyd olunan mənzildə cavabdeh hansı statusdadırsa, iddiaçı da həmin statusdadır. Ona görə də iddiaçının həmin evdə yaşamaq hüququnun məhdudlaşdırılması qanunvericiliyin tələblərinə ziddir. İddiaçı mübahisəli mənzilə 2017-ci ildə qeyd-şərtsiz köçərək orada cavabdehlərlə ailə üzvü kimi birgə yaşadığından və onlarla ümumi təsərrüfat apardığından, o, uşağı ilə birlikdə mübahisəli evə köçürülməlidir. Cavabdehlər həmin tikili üzərində sərəncam vermək hüququna malik olmadıqlarına görə onların iddiaçını tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının uşağı ilə köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehlərin həmin tikili üzərində hər hansı hüquqlarının mövcud olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuz olduğundan iddiaçının yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə cavabdehlərin sahibliyində olan evə köçürülməsi ədalətli olmaqla yanaşı, yaşayış yerindən məhrum edilmiş iddiaçının və yetkinlik yaşına çatmayan uşağın mənafeyinə uyğundur. Həmçinin, işin materiallarında mübahisəli evin kimə məxsus olması, kim tərəfindən və nə vaxt tikilməsi barədə heç bir sənəd mövcud deyil. Qeyd olunanlarla yanaşı məhkəmə qeyd edir ki, iddiaçının digər tələbi olan istifadə hüququnun tanınması isə əsassızdır. Belə ki, mübahisəli torpaq sahəsinin və onun üzərində inşa edilmiş evin mülkiyyət hüququna dair sənəd olmadığından, həmin sahə və onun üzərindəki evə dair istifadə hüququ müəyyən edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı və azyaşlı övladı 30 oktyabr 2018-ci il təvəllüdlü X1 rayonun Havarlı kəndində yerləşən torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evinə köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə köçürülmə və mənzildən istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. İddiaçı və azyaşlı övladı 30 oktyabr 2018-ci il təvəllüdlü X1 rayonunun Havarlı kəndində yerləşən torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evinə köçürülsünlər. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-144/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-144/2023
06.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver