Məhkəmə qərarları › İş №2(014)-1452/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1452/2022

03.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1452/2022 03.10.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı uşaqların ananın himayəsinə verilməsi və aliment məbləğinin artırılması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı İddiaçı Cavabdeh qarşı uşaqların ananın himayəsinə verilməsi və aliment məbləğinin artırılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2005-ci il təvəllüdlü X2 üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 193 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi və övladlarının onun himayəsində və yanında qalmaları barədə qətnamə çıxarılması xahiş etmiş, sonradan iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2005-ci il təvəllüdlü X2 üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 193 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi və övladlarının onun himayəsində və yanında qalmaları, Cavabdeh üzərinə tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2004-cü il təvəllüdlü X3 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə ödənişli əsaslarla təhsil aldığı müddətdə təhsil haqqının tam şəkildə cavabdehin ödəməsi vəzifəsi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, xx.xx.2016-cı il tarixdə isə məhkəmə qərarı ilə nikahları pozulmuşdur. Birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2005-ci il təvəllüdlü X6 adlı iki uşaqları var. Nikahları pozulduğu vaxtdan bugünə kimi övladları onunla qalır. Nikahın pozulması, cavabdehdən alimentin tutulması və müxtəlif illərdə alimentin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etsə də, həmin məhkəmə qərarlarının heç birində övladlarının valideynlərinin hansı valideynin yanında qalması məsələsinə münasibət bildirilməmişdir. Hal-hazırda bu qeyri-müəyyənlik onu və övladlarını çətin vəziyyətə salmışdır. Bu illər ərzində uşaqlar hər zaman onun yanında qalmışdır. Bu səbəbdən məhkəmədə övladlarınnı uzun müddətdir ki, onun himayəsində qalmalarını müəyyən edən qətnamə çıxarılmasını xahiş edir. Eyni zamanda sonuncu dəfə aliment miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(014)-195/2020 nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Lakin bu məbləğ hal-hazırda uşaqlarının saxlanılması üçün kifayət etmir, ailə vəziyyətlərini çətin vəziyyətə salır. Bundan əlavə övladlarının hər ikisi hal-hazırda təhsil alır və tutulan aliment miqdarı onların zəruri xərclərini belə ödəməyə kifayət etmir. Buna görə də iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2005-ci il təvəllüdlü X1 üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 193 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi və övladlarının onun himayəsində və yanında alması barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2005-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 18 fevral 2016-cı il tarixli, 2(014)- 23/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddiası təmin edilərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(014)- 195/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının dəyişdirilməsi (artırılması)» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia qismən təmin edilərək Ağdaş rayon Məhkəməsinin 19 oktyabr 2015-ci il tarixli 2(014)- 1774/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılması, Cavabdeh xx.xx.2004-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2005-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 16 avqust 2022-ci il tarixli, GM-00018 nömrəli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kolleci tərəfindən verilmiş 21 sentyabr 2022-ci il tarixli, 404 nömrəli arayışdan görünür ki, X5 2019/2020-ci tədris ilində ümumi orta təhsil (9 illik) bazasından Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin İncəsənət şöbəsinin Xalq çalğı alətləri ixtisasının əyani təhsilalma formasına ödənişli əsaslarla qəbul olmuş və İV təhsil ili XÇA 381 qrup tələbisidir. C.Hüseynov hər il 600 manat təhsil haqı ödəyir. Təhsil müəssisəsinin 2023-cü ildə bitməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən uşaqların saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamdıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla alimenti ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2022-ci ildən uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaq hüquqları haqqında Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli plenum qərarından görünür ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, iş üzrə tərəflərin maddi və ailə vəziyyəti, hər iki valideynin uşaqlarını saxlamağa borclu olması, uşaqların mənafeyi və 01 yanvar 2022-ci il üçün uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu nəzərə alınaraq cavabdehdən iddiaçının xeyrinə xx.xx.2005-ci il təvəllüdlü X4 18 yaşına çatana qədər uşaqların saxlanılması üçün hər ay 150 manat aliment tutulmalı, xx.xx.2005-ci il təvəllüdlü X6 iddiaçının yanında olması müəyyən edilməli, xx.xx.2004-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatdığı üçün məhkəmə tərəfindən onun hansı valideynin yanında olmasının müəyyən edilməsi zərurəti yoxdur, iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət mədaxilinə keçirilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli Plenum Qərarı nəzərə alınaraq aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X4 18 yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə hər ay 150 (yüz əlli) manat aliment tutulsun. xx.xx.2005-ci il təvəllüdlü X4 anası İddiaçı yanında olması müəyyən edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar