Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1455/2021 01.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı orqan Ağdaş rayon notariat ofisinə qarşı qohumluq faktının müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı orqan Ağdaş rayon notariat ofisinə qarşı qohumluq faktının müəyyən edilməsi tələbi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mərhum X7 22.12.1942-ci ildə babası X17 ilə X3 birgə nikahından doğulmuşdur. Həmçinin mərhum X2 12.05.1951-ci ildə nənəsi X8 ilə X5 ilə birgə nikahından doğulmuşdur. Mərhum X7 ilə mərhum X2 hər ikisi nənəsi X3 X17 və X5 birgə nikahlarından doğulmaqla ana bir ata ayrı olmaqla bacı qardaş olmuşlar. X7 17.03.2016-cı ildə vəfat etmişdir. X2 20.09.2016-cı ildə xroniki ürək çatışmamazlığından qəflətən vəfat etmişdir. Mərhum X2 ailə həyatı qurmamışdır. Ölən günə kimi ünvan 1 ünvanında yerləşən şəxsi mülkiyyətində onunla yaşamışdır. Mərhumun ölümündən sonra müəyyən səbəblərdən vərəsəliklə bağlı heç bir orqana müraciət edilməmişdir. Hazırda mərhum X2nun mülkiyyətinə dair vərəsəlik işinin açılması ilə bağlı notariat ofisinə müraciət etmişlər. X1 yeganə vərəsəsi o, olduğu müəyyən edilmişdir. Lakin X7 ilə X2 ana bir ata ayrı olmaqla bacı qardaş olduqları üçün qohumluq münasibətlərini təsdiq edən sənədləri Qeydiyyat şöbəsindən tam olaraq əldə etmək mümkün olmamışdır. Mərhum X2 ilə qohumluq münasibətlərini təsdiq edən sənədi başqa formada əldə etmək mümkün olmadığından X28 ilə onun qohumluq münasibətlərinin müəyyən edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Odur ki, ərizəçinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə maraqlı şəxs Ağdaş rayon notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş üzrə şahid X12 məhkəmə iclasında verdiyi ifadəsində X6 Ərizəçi Abduhəli qızının X7 ilə ana bir ata ayrı bacı qardaş olduqlarını, X6 heç vaxt ailəli olmadığını bildirdi. İş üzrə şahid X9 məhkəmə iclasında şahid X4 ifadəsinə oxşar ifadə verdi. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən İİİ-CQ 381024 seriyalı ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X14 29 may 1987-ci il tarixdə vəfat etmişdir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən AZ-İ 799691 seriyalı Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X22 17 mart 2016-cı il tarixdə vəfat etmişdir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən AZ-İ 827866 seriyalı Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X13 20 sentyabr 2016-cı il tarixdə vəfat etmişdir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən arayışdan görünür ki, X15 valideynləri X17 və X10r. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti fərdi yaşayış evinə dair texniki pasportdan görünür ki, Ağdaş şəhərində yerləşən fərdi yaşayış evi X6 adınadır. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, X6 ailə üzvləri barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə uyğun olaraq şəxslərin qohumluq münasibətləri məhkəmə qaydasında müəyyən oluna bilər Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin bacıları və qardaşları ikinci növbədə vərəsələr hesab olunurlar.Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi ola biləcək valideynləri sağ olmasın. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, Ərizəçi X7 22.12.1942-ci ildə babası X17 ilə X3 birgə nikahından doğulmuşdur. Mərhum X2 12.05.1951-ci ildə nənəsi X8 ilə X5 ilə birgə nikahından doğulmuşdur. Mərhum X7 ilə mərhum X2 ana bir ata ayrı bacı qardaş olmuşlar. X2 ailə qurmamaış və 20.09.2016cı ildə xroniki ürək çatışmamazlığından qəflətən vəfat etmişdir. Ölən günə kimi ünvan 1 ünvanında yerləşən şəxsi mülkiyyətində Ərizəçi ilə yaşamışdır. Mərhumun ölümündən sonra müəyyən səbəblərdən vərəsəliklə bağlı heç bir orqana müraciət edilməmişdir. Hazırda mərhum X2nun mülkiyyətinə dair vərəsəlik işinin açılması ilə bağlı notariat ofisinə müraciət etmiş, mərhum X2nun yeganə vərəsəsi olduğu müəyyən edilmişdir. Lakin X7 ilə X2 ana bir ata ayrı olmaqla bacı qardaş olduqları üçün qohumluq münasibətlərini təsdiq edən sənədləri Qeydiyyat şöbəsindən tam olaraq əldə etmək mümkün olmamışdır. Mərhum X2 ilə qohumluq münasibətlərini təsdiq edən sənədi başqa formada əldə etmək mümkün olmadığından məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə tərəfindən müəyyən edildi ki, miras əmlak olan fərdi yaşayış evi ərizəçi tərəfindən faktik olaraq qəbul edilmiş, ərizəçi tərəfindən sahiblik və istifadə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki,ərizə əsaslıdır və təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. X6 Ərizəçi dayısı olma faktı müəyyən edilsin. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının 05 yanvar 2006-cı il tarixli 01 nömrəli sərəncamı ilə X11 verilmiş 401.29 kv.m ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1455/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1455/2021
01.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver