Məhkəmə qərarları › İş №2(014)-1496/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1496/2025

02.10.2025 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1496/2025 02.10.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehna qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin rəsmiləşdirilməsi üçün notariat hərəkətinin aparılmasının cavabdeh orqana həvalə olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehna qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin rəsmiləşdirilməsi üçün notariat hərəkətinin aparılmasının cavabdeh orqana həvalə olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş şəhəri İlqar Millətoğlu küçəsi 61 ünvanında yerləşən ümumi sahəsi 38.5 kv.m fərdi yaşayış evində 1/7 və 0,0688 ha həyətyanı torpaq sahəsində 1/56 hissədə xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan əmlakın doğma bacısı olan Nümayəndə bağışlanması barədə müqavilənin rəsmiləşdirilməsi barədə notariat əməliyyatının aparılması Ağdaş rayon notariat ofisinə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 1959-cu ildə Ağdaş rayonunda X5 və X11 ailəsində anadan olmuşdur. Onun valideynləri ölüm anınadək ünvan 1 ünvanında yaşamışlar. X3 27 noyabr 1996-cı ildə, anası X21 isə 14 iyul 1997-ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra yuxarıda qeyd olunan ünvanda ona məxsus 0.0688 ha (faktiki 0854) həyətyanı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 38.5 kv.m yaşayış sahəsi 32.7 kv.m. yardımcı (köməkçi) sahəsi 5.9 kv.m olan fərdi yaşayış evi anası X15, qardaşı X6, qardaşı X16, qardaşı X7, bacısı X19, bacısı Nümayəndə, bacısı X8 və ona miras qalmışdır. Miras qalmış evin və həmin evin yerləşdiyi, miras qoyanla birgə mülkiyyətdə olan 0.0688 hektar (faktiki 0854 ha) həyətyanı torpaq sahəsinin bölüşdürülməsi barədə vərəsələr və mülkiyyətçilər arasında mübahisə olduğundan Ağdaş rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli e-2(014)-75/2025 nömrəli Qətnaməsi ilə 1996-cı ildə Ağdaş şəhərində vəfat etmiş X4 X15, ondan isə irsi transmissiya əsasında cavabdehlər X13 atası olan 2024-cü ildə vəfat etmiş X6, X16, X7, X19,İddiaçı, X8 və Nümayəndə miras qalmış Ağdaş şəhəri İlqar Millətoğlu küçəsi 61 ünvanında 0,0688 ha həyətyanı torpaq sahəsində yerləşən X5 adına daşınmaz əmlakın dövlət reyestrində rəsmi qeydiyyata alınmış, ümumi sahəsi 38.5 kv.m fərdi yaşayış evində 1/7 və miras qoyanla ümumi birgə mülkiyyətdə olan 0.0688 hektar həyətyanı torpaq sahəsində vərəsələrin hər birinin 1/56 hissədə payları müəyyən edilmişdir. Ağdaş rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli e-2(014)-75/2025 nömrəli Qətnaməsi qanuni qüvvəyə mindikdən sonra o miras əmlak olan fərdi yaşayış evində və həyətyanı torpaq sahəsindəki 1/56 hissədə payını bacısı Nümayəndə bağışlamaq qərarına gələrək daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi Ağdaş rayon Notariat ofisinə təqdim edərək bu barədə müvafiq müqavilə təsdiq edilməsini xahiş etmişdir. Müraciətə cavab olaraq ona 25 may 2025-ci il tarixdə çatdırılan 20 may 2025-ci il tarixli 347 saylı məktubunda Ağdaş rayon notariat ofisinin notarisu A.Salehov “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 49-cu hissəsinə istinad edərək bağışlanması nəzərdə tutulan fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin razılığı olmamasına görə bağışlama müqaviləsinin rəsmiləşdirilməsi mümkün olmaması bildirilmişdir. Hesab edir ki, Ağdaş şəhəri İlqar Millətoğlu küçəsi 61 ünvanında yerləşən ümumi sahəsi 38.5 kv.m fərdi yaşayış evində 1/7 və 0,0688 ha həyətyanı torpaq sahəsində 1/56 hissədə xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan əmlakın bağışlanması barədə müqavilə təsdiqləməkdən imtina etməklə Ağdaş rayon notariat ofisinin notariusu A. Salehov Azərbaycan Respublikasının Konistitusiyası, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Azərbaycan Respublikasında mülkiyyət haqqında” Azərbaycan Respublikası qanunun və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Mülkiyyət hüququnun müdafiəsi haqqında” beynəlxalq konvensiyaların və bir sıra digər normativ aktların tələblərini pozmuşdur. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbinin təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdeh Ağdaş rayon Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdeh Ağdaş rayon Notariat ofisinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş Rayon Notariat Ofisi tərəfindən verilmiş 20 may 2025-ci il tarixli, 347 saylı məktubdan görünür ki, Ağdaş şəhəri, İ.Millətoğlu küçəsi 5-ci dalan, ev 5 (yeni qaydalarla: AZ 0300, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 38.5 kv/m fərdi yaşayış evinin paylı mülkiyyət üzrə sizə məxsus 1/7 hissəsini həmin evdə qeydiyyatda olan X9 razılığı olmadan bacınız Nümayəndə bağışlanması barədə müqavilənin rəsmiləşdirilməsinə dair ərizənizə baxılmış, ərizənizə əlavə edilmiş Ağdaş rayon Polis Şöbəsinin 14 may 2025-ci il tarixli 8/132-18 nömrəli arayışından görünür ki, X2 Yeganə Zabit qızı, X24, X1 fərdi yaşayış evində qeydiyyatda olması məlum olmuş və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 49-cu hissəsinə əsasən yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınması qeyd edilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsi tərəfindən verilmiş 16 yanvar 2025-ci il tarixli e-2(014)-75/2025 nömrəli qətnamənin surətindən görünür ki, iddia tələbi təmin edilməsi, 1996-cı ildə Ağdaş şəhərində vəfat etmiş X4 X15, ondan isə irsi transmissiya əsasında cavabdehlər X17 atası olan 2024-cü ildə vəfat etmiş X6, X16, X7, X19, İddiaçı, X10 və Nümayəndə miras qalmış ünvan 3 ünvanında 0,0688 ha həyətyanı torpaq sahəsində yerləşən X5 adına daşınmaz əmlakın dövlət reyestrində rəsmi qeydiyyata alınmış, ümumi sahəsi 38,5 kv.m. fərdi yaşayış evində 1/7 və miras qoyanla ümumi birgə mülkiyyətdə olan 0,0688 ha həyətyanı torpaq sahəsində vərəsələrin hər birinin 1/56 hissədə payları müəyyən edilməsi qət edilmişdir. İşin materiallarında olan Ağdaş rayon polis şöbəsi tərəfindən verilmiş 18 sentyabr 2025-ci il tarixli 3-13-62/2-Ə-207xx/xx/2025 saylı ünvan 4 ünvanında qeydiyyatda olan Nümayəndə ünvanlanan məktubdan görünür ki, X24, X26, X25 və X18 ona məxsus olan Ağdaş şəhəri, İ.Millətoğlu küçəsi 5-ci dalan ev (Yeni qaydalarla ünvan 5 ünvanında yerləşən evinizdən qeydiyyatdan çıxarılmaları üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. İşin materiallarında olan Ağdaş rayon polis şöbəsi tərəfindən verilmiş 23 sentyabr 2025-ci il tarixli 3-13-62/2-Ə-212xx/xx/2025 saylı ünvan 4 ünvanında qeydiyyatda olan Nümayəndə ünvanlanan məktubdan görünür ki, sizin mülkiyyətinizdə qeydiyyatda olan X14 qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. Beləliklə, iş üzrə müəyyən olunmuş işin faktiki hallarından məlum olur ki, Ağdaş şəhəri İlqar Millətoğlu küçəsi, 61 ünvanında yerləşən 0.0688 ha (faktiki 0854) həyətyanı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 38.5 kv.m yaşayış sahəsi 32.7 kv.m. yardımcı (köməkçi) sahəsi 5.9 kv.m olan fərdi yaşayış evi X15, X6, X16, X7, X19, Nümayəndə, X8 və İddiaçı miras qalmışdır. Miras qalmış evin və həmin evin yerləşdiyi, miras qoyanla birgə mülkiyyətdə olan 0.0688 hektar (faktiki 0854 ha) həyətyanı torpaq sahəsinin bölüşdürülməsi barədə vərəsələr və mülkiyyətçilər arasında mübahisə olduğundan Ağdaş rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli e-2(014)-75/2025 nömrəli Qətnaməsi ilə 1996-cı ildə Ağdaş şəhərində vəfat etmiş X4 X15, ondan isə irsi transmissiya əsasında cavabdehlər X13 atası olan 2024-cü ildə vəfat etmiş X6, X16, X7, X19,İddiaçı, X8 və Nümayəndə miras qalmış Ağdaş şəhəri İlqar Millətoğlu küçəsi 61 ünvanında 0,0688 ha həyətyanı torpaq sahəsində yerləşən X5 adına daşınmaz əmlakın dövlət reyestrində rəsmi qeydiyyata alınmış, ümumi sahəsi 38.5 kv.m fərdi yaşayış evində 1/7 və miras qoyanla ümumi birgə mülkiyyətdə olan 0.0688 hektar həyətyanı torpaq sahəsində vərəsələrin hər birinin 1/56 hissədə payları müəyyən edilmişdir. İddiaçı sözügedən miras əmlak olan fərdi yaşayış evində və həyətyanı torpaq sahəsindəki 1/56 hissədə payını bacısı Nümayəndə bağışlamaq istəmiş və bununla bağlı Ağdaş rayon Notariat ofisinə müraciət etməsinə baxmayaraq, ona həmin evdə qeydiyyatda olan digər şəxslərin də razılıq verməli olduqları bildirilmişdir. Mülki Məcəllənin 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Ağdaş rayon Notariat ofisinə qarşı notariat hərəkətlərinin aparılmasından imtinaya dair şikayət bağışlama müqaviləsinin təsdiq olunmasının Ağdaş rayon Notariat ofisinə həvalə olunması tələbinə dair iddia ərizəsi təmin edilməli, Ağdaş şəhəri İlqar Millətoğlu küçəsi 61 ünvanında yerləşən ümumi sahəsi 38.5 kv.m fərdi yaşayış evində 1/7 və 0,0688 ha həyətyanı torpaq sahəsində 1/56 hissədə xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan əmlakın doğma bacısı olan Nümayəndə bağışlanması barədə müqavilənin rəsmiləşdirilməsi barədə notariat əməliyyatının aparılması Ağdaş rayon notariat ofisinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdehna qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin rəsmiləşdirilməsi üçün notariat hərəkətinin aparılmasının cavabdeh orqana həvalə olunması” tələbinə dair iddia ərizəsi təmin edilsin. Ağdaş şəhəri İlqar Millətoğlu küçəsi 61 ünvanında yerləşən ümumi sahəsi 38.5 kv.m fərdi yaşayış evində 1/7 və 0,0688 ha həyətyanı torpaq sahəsində 1/56 hissədə xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan əmlakın doğma bacısı olan Nümayəndə bağışlanması barədə müqavilənin rəsmiləşdirilməsi barədə notariat əməliyyatının aparılması Ağdaş rayon notariat ofisinə həvalə edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsi ilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar