Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1500/2023 18.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İlkin iddia üzər İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı torpağa görə ödənilmiş pulun, çəkilmiş xərcin və vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən Ağdaş rayonu, Cüvə kəndində 2,99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Belə ki, əvvəllər ailəsinin dolanışığını təmin etmək üçün dövlətdən aldığı əməkhaqqı vasitəsi ilə təmin edirdi. Bundan başqa banklara kredit borcu olduğundan və hal-hazırda ailəsinin təlabatı artdığından kənd təsərrüfatı ilə məşğul olmaq istəyir. Lakin Cavabdeh həmin torpaq sahəsini qanunsuz olaraq zəbt edərək istifadə edir. Cavabdeh həmin ərazidə qanunsuz balıq gölü qazdıraraq torpağın keyfiyyətinə zərər vurur. O, Cavabdeh özünə məxsus olan torpaq sahəsini tərk etməsini bildirsə də cavabdeh, ona həmin torpaq sahəsinin özünün olduğunu bildirmişdir. Həmin sahəni ölçdürmüş və ona məlum olmuşdur ki, həqiqətəndə topaq sahəsi özünə məxsusdur. Lakin sonradan Cavabdeh həmin nişanları çıxararaq onu öz mülkiyyətində olan torpaq sahəsinə daxil olmağa imkan vermir. Onun qanunsuz hərəkətləri nəticəsində həm mülkiyyətindən olmuş, həm də ona külli miqdarda maddi ziyanlıq dəymişdir. Cavabdeh belə hərəkətləri nəticəsində onun qanunla qorunan torpaq üzərində olan mülkiyyət hüquqları pozulur. Cavabdehdən həmin zəbt olunmuş sahəni boşaltmasını tələb etsə də buna məhəl qoymayaraq istifadə etməkdə davam edir. Nəticədə cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Cavabdeh iddiaçı X5 ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən mülkiyyətinə verilmiş Ağdaş rayonu Cüvə kəndində yerləşən 2,99 torpaq sahəsindən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı X9 ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İlkin iddia üzrə İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin xahiş etdi hissəsində adının Şahrul olduğu halda səhvən Şamxal yazıldığını bildirərək iddiaçının İddiaçı olmasının nəzərə alnınmasını xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı məhkəməyə iddia tələbinin artırılmasına dair ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən mülkiyyətinə verilmiş Ağdaş rayonu, Cüvə kəndində yerləşən 2,99 torpaq sahəsindən çıxarılması və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən Ağdaş rayonu Cüvə kəndində 2,99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəmdən başqa həmin ərazidə 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Ağdaş rayonu, Cüvə kəndində 0,6022 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. İddia tələbi ilə məhkəməyə müraciət edən zaman 0,6022 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Çıxarış almadığı üçün iddia qaldırmamışdır. Odur ki, Cavabdeh İddiaçı ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən mülkiyyətinə verilmiş Ağdaş rayonu, Cüvə kəndində yerləşən 2,99 ha və ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən mülkiyyətinə verilmiş Ağdaş rayonu, Cüvə kəndində 0,6022 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı torpağa görə ödənilmiş pulun, çəkilmiş xərcin və vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona, yəni ilkin iddia üzrə Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun, yəni Cavabdeh ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən mülkiyyətinə verilmiş Ağdaş rayonu, Cüvə kəndi ərazisində yerləşən 2,99 hektar torpaq sahəsindən çıxarılması və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərdiyi əsaslara və işin faktiki hallarına görə hesab edir ki, iddia ərizəsi tam əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 2011-ci ilin aprel ayında qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mərhum atası kənd bələdiyyəsinin sədri işləyən X14 ona bildirmişdir ki, özünün və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 2,99 hektar torpaq sahəsini satmaq istəyir. Həmin vaxtlar o, Ağdaş rayonu, Cüvə kəndindən bir neçə nəfərdən özlərinə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələrini aldığından mərhuma və digər ailə üzvlərinə məxsus 2,99 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini almaq istədiyini ona bildirmişdir. Mərhumla həmin torpaq sahəsinin ona 3000 (üç min) ABŞ dollara satılmasına razılaşmışlar. Kənd sakinləri X10, X11, X1 və X6 şahidliyi və iştirakı ilə o, qeyd edilən 3000 ABŞ dollarını mərhum Zahir Paşayevə vermişdir. Bu barədə həmin şəxslərin iştirakı ilə öz aralarında akt tərtib edərək hamısı imzalamış və Zahir Paşayev 2,99 hektar torpaq sahəsinə dair Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının əslini və torpaq sahəsini koordinat nöqtərələrinə uyğun olaraq ona göstərməklə təhvil vermişdir. X22 razılaşmaları belə olmuşdur ki, o, həmin torpaq sahəsində “balıq gölü” yaradaraq balıqçılıqla məşğul olmaq istədiyini ona bildirmişdir. Mərhum həmin vaxt kənd üzrə bələdiyyə sədri işlədiyindən torpağın təyinatının dəyişdirilməsini və sənədləşdirmənin birbaşa onun adına aparacağını bildirmişdir və bunun üçün 4000 (dörd min) manat tələb olunduğunu və sənədləri uzağı 2015-ci ilə kimi hazırlayacağını vəd etmişdir. Həmin vaxt o, icazəsiz torpağın təyinatını dəyişərək ərazidə göl saldığına görə 600 manat cərimə olduğuna görə məcbur olub və mərhum Zahir Paşayevin bələdiyyə sədri işlədiyinə görə ona inanıb 4000 manatı ona vermişdir. Həmin dövrdə o, uzunluğu 20 metr, eni 19,5 metr, dərinliyi 1,20 metr olan 3 ədəd gölün qazılaraq hazırlanmasına cəmi 30130 (otuz min yüz otuz) manat, gölə gediş-gəliş üçün 1,4 km uzunluğunda avtomobil yolunun çəkilməsinə 10000 (10 min) manat, 1,6 km uzunluğunda elektrik xəttinin çəkilişinə və dirəklərin basdırılmasına 8284 (səkkiz min iki yüz səksən dörd) manat, 2 ədəd hovuzların tikilməsinə cəmi 19749 (on doqquz min yeddi yüz qırx doqquz) manat, gölün ətrafında yerləşən torpaq sahələrinə ziyan vurulmaması, qrunt sularının axıdılması və göl və hovuzların suyunun dəyişdirilməsi üçün eni 1,5 metr, dərinliyi iki metr olan 800 metr uzunluğunda kanalın (xəndəyin) qazılmasına 2400 (iki min dörd yüz) manat, 2 ədəd işçi otaqlarına, görə cəmi 8050 (səkkiz min əlli) manat və usta və fəhlələrə cəmi 8886 (səkkiz min səkkiz yüz səksən altı) manat, cəmi qeyd edilən işlər üçün 85899 (səksən beş min səkkiz yüz doxsan doqquz) manat xərc çəkilmişdir. Həmin dövrlərdə X14 öldüyündən mərhumun oğlu qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 2023-cü ilin aprel ayında torpaq sahəsinin alqısatqısını və bundan sonra 2 ay müddətində, yəni iyul ayının sonuna kimi torpaq sahəsinin təyinatının dəyişdirilməsini öz öhdəsinə götürdü və bunun müqabilində ondan 5000 manat pul istəmişdir. O da ona 2000 manat pul vermiş və qalan 3000 manat pulu isə sənəd gələndən sonra ona verəcəyini bildirmişdir. İddiaçı onunla razılaşaraq 2000 manat pulu və guya sənədləşdirmə üçün tələb olunduğundan torpağın alqı-satqısı zamanı şahidlərin iştirakı ilə bağlanaraq imzalanmış aktı və torpağa mülkiyyət hüququna dair Dövlət Aktının əslini ondan almışdır. O da cavabdeh İddiaçı Ağdaş RİHBA-nın Korarx kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin müavini vəzifəsində işlədiyindən və buna görə ona yalan danışmadığına inanaraq 2000 manat pulu və qeyd edilən sənədləri ona vermişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 2023-cü ilin may ayının axırlarında ona yaxınlaşaraq bildirmişdir ki, rayon İcra hakimiyyətində etibarlı tanışının əli ilə sənədləri tam hazırlayaraq Bakıya göndərib, sənədlər iki-üç günə hazır olacaq, sənədləri almaq üçün 3000 manat istəyirlər. O yenə də icra nümayəndəsinin müavini işlədiyinə görə ona inanaraq 3000 manat pulu cavabdehə vermişdir. 2023-cü ilin iyul ayının sonunda o, cavabdeh İddiaçı torpağın təyinatının dəyişdirilməsi barədə sənədləri və ya ümumilikdə ona və mərhum atasına verdiyi pulları, gölün salınması üçün çəkdiyi xərcləri ondan tələb edəndə Şahrul ona torpağa mülkiyyət hüququna dair Dövlət Aktının əslini ona qaytarmış və demişdir ki, alqı-satqı barədə akt sənədlər sənin adına işləndiyinə görə Bakıdadır. Sonradan ona məlum olmuşdur ki, qarşılıqlı iddia üzrə cavabdeh Paşayev X3 icra nümayəndəsinin müavini işlədiyinə görə Dövlət Aktının əslini onun aldatmamasına inamından sui-istifadə edərək mərhum atasına verdiyi 3000 ABŞ dolları və 4000 manatdan əlavə ondan aldığı 5000 manat pulun hesabına özünə atasının ölümündən sonra vərəsəlik işini açdıraraq qanun üzrə vərəsəlik haqqında şəhadətnamə alaraq faktiki olaraq ona satdıqları həmin 2,99 hektar torpaq sahəsini DƏDKR PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsində mülkiyyət hüququ əsasında öz adına qeydə aldıraraq adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almaq üçün mərhum atasından torpaq sahəsini alan zaman şahidlərin iştirakı ilə bağlanaraq imzalanmış torpaq sahəsinin alqısatqı aktını isə ondan “guya Bakı şəhərindən tələb edirlər” adı ilə aldadaraq həmin mötəbər sübutu yox etmək üçün ondan almışdır. Doğrudur, cavabdeh sonra ona Dövlət Aktının əslini qaytarmışdır, lakin alqı-satqı aktını isə qəsdən qaytarmamışdır. Ona görə də o, iş üzrə mötəbər sübut olan həmin torpağın alqı-satqısı barədə şahidlərin iştirakı ilə tərtib edilərək imzalanmış aktı qarşılıqlı iddia ərizəsinə əlavə edə bilməmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı dəfələrlə tərəfindən edilmiş xahiş və tələbinə baxmayaraq 2,99 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini ona satmalarını etiraf etsə də və bunun müqabilində ondan torpağın pulunu artıqlaması ilə almasına baxmayaraq Şahrul onu aldadaraq onun vəsaiti hesabına torpağa dair sənədləri tam öz adına rəsmiləşdirdikdən sonra ona qarşı məlum iddia tələbi ilə məhkəməyə müraciət edərək onun qarşılıqlı iddia üzrə cacabdehə məxsus 2,99 hektar torpaq sahəsindən torpaq sahəsini qanunsuz zəbt etdiyini göstərərək məcburi çıxarılmağını məhkəmədən xahiş etmişdir. Hazırda Ağdaş rayonunun Cüvə kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər hektarının real bazar qiyməti 3000 manat təşkil etdiyindən mübahisə predmeti olan 2,99 hektar torpaq sahəsinin qiyməti 8970 manat təşkil edir. Göründüyü kimi qarşılıqlı iddia üzrə cavabdeh 2,99 hektar torpaq sahəsini 2011-ci ildə qarşılıqlı razılaşma əsasında və şahidlərin iştirakı ilə ona 3000 ABŞ dollarına satdığını bildirməsi, lakin sonradan hazırda bundan imtina etməsi, yəni onun təqsiri üzündən ona əlavə olaraq hazırda həmin kənddə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bir hektarının hazırda bazar qiyməti 2500 manat olduğundan 2375 manat (2500 m x 2,99 = 7475 m, 3000 ABŞ dolları x 1,70 m = 5100 m, 7475- 5100 = 2375) ziyan vurmuşdur. Yuxarıda qeyd etdiyi pulu qarşılıqlı iddia üzrə cavabdehə və onun mərhum atasına və həmin 2,99 hektar torpaq sahəsinə çəkdiyi xərci ona görə vermişdir və çəkmişdir ki, cavabdehin mərhum atası və sonradan Şahrul həmin torpaq sahəsini ona faktiki satdıqlarına tam əmin etmişlər və torpaq sahəsinin təyinatının dəyişdirilməsini və sənədləşdirməsini öz öhdələrinə götürmüşlər. O, həmin torpaq sahəsini qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən 3000 ABŞ dolları məbləğində pulun, həmin torpaq sahəsində balıq gölünün salınması ilə əlaqədar həmin əraziyə çəkdiyi cəmi 85899 manat xərcin və torpağı ona satmaqdan imtina etməsi nəticəsində ona vurmuş olduğu 2375 manat ziyanın əvəzini, eləcə də əlavə olaraq ondan müxtəlif vaxtlarda aldığı 9000 manat pulu ona tam ödənildikdən sonra ona qaytara bilər. Qarşılıqlı iddia tələbi üzrə qeyd edilən pulun, çəkilmiş xərcin və vurulmuş ziyanın əvəzinin cavabdehdən tələb etməyini zəruri və ədalətli hesab edir və qarşılıqlı iddia üzrə cavabdehin ona qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair” iddia ərizəsinə qarşı hazırki qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Qeyd edilən 2,99 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qarşılıqlı iddia üzrə cavabdehi mərhum atası X14 tərəfindən faktiki olaraq ona satılmasının dəqiq müəyyən edilməsi üçün alqı-satqıya şahidlik edən və alqı-satqıda iştirak edən Ağdaş rayonu, Cüvə kənd sakinləri X10, X11, X1 və X6 şahid qismində məhkəməyə dəvət edilərək dindirilməsinə zərurət yaranmışdır. Göstərilənlərə əsasən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 3000 (üç min) ABŞ dolları məbləğində pulun və 85899 (səksən beş min səkkiz yüz doxsan doqquz) manat həmin 2,99 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çəkilmiş xərcin, 2375 (iki min üç yüz yetmiş beş) manat həmin torpağa görə vurduğu ziyanın, eləcə də həmin torpağa görə ondan əlavə olaraq müxtəlif vaxtlarda aldığı 9000 (doqquz min) manat, mütəxəssis rəylərinə görə ödədiyi 300 (üç yüz) manat və dövlət rüsumu hesabına ödəmiş olduğu 392,37 (üç yüz doxsan iki, otuz yeddi qəpik) manat, cəmi 3000 (üç min) ABŞ dolları və 97966,37 (doxsan yeddi min doqquz yüz altmış altı, otuz yeddi qəpik) manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı izahatında ilkin iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək qarşılıqlı iddianı qəbul etmədiyini, Cavabdeh 2011-ci il tarixdə mərhum atasının bələdiyyə sədri işlədiyi zaman sözügedən torpaq sahəsini ondan 3000 ABŞ dollarına aldığını, 2009-2010-cu illərdə atasının Korarx bələdiyyəsinin müavini işlədiyini, 2010-cu il tarixdə atasının bələdiyyə sədri olduğunu, lakin 2011-ci il tarixdə atasının işləmədiyini, torpaq sahəsinin atası tərəfindən Cavabdeh icrayə verildiyini, icarəyə verilərkən qarşılıqsız verilmədiyini, sadəcə öz aralarında razılaşdıqlarını, satmış olsa idi bu günədək öz adına rəsmiləşdirərək Çıxarış almalı olduğunu, həmin torpaq sahəsi atası tərəfindən Cavabdeh verilərkən aralarında heç bir müqavilə və ya sənəd imzalanmadığını, torpaq sahəsi icarəyə verilərkən aralarında müddətlə bağlı söhbətin olmadığını, torpaq sahəsi Cavabdeh verilərkən onların yanında olmadığını, oraya çəkilən xərclərlə razı olmadığını, oraya Elxanın öz mənfəəti üçün xərc çəkdiyini, çəkdiyi xərcin qarşılığını həmin balıq gölündən götürdüyünü, bələdiyyənin torpaqları 5 il müddətində icarəyə verdiyini, həmçinin həmin balıq gölünün salınmasında tək onun deyil, bir neçə kənd sakinin torpağının da olduğunu, buna görə də çəkilən xərcin ondan tələb olunmasının doğru olmadığını, şahidlərin də ifadələrinin heç bir əsası olmadığını bildirərək qarşılıqlı iddianın təmin edilməməsi, eyni zamanda ilkin iddianın təmin edilərək ona məxsus torpaq sahəsinin boşaldılması və əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək ilkin iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində Şahrulu və Elxanı tanıdığını, hər ikisi ilə münasibətinin yaxşı olduğunu, Elxanın Şahrulun atası Zahirdən torpaq sahəsini satın aldığını eşitdiyini, lakin icarəyə verməsi barədə heç bir məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində sözügedən balıq gölünün hazırlanmasında usta kimi işlədiyini, həmin ərazidə nəzarətçi otağı və 6 hovuz tikildiyini, tikinti işində 5-6 nəfər işlədiklərini, ümumilikdə 20000 manat pul aldıqlarını və həmin balıq gölündə balaca balıqlar saxlanılacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində sözügedən balıq gölünün hazırlanmasında usta kimi işlədiyini, 2012-2013-cü illərdə həmin tikinti işlərinin aparılmasının Cavabdeh tərəfindən tapşırıldığını, 3-4 nəfər işlədiklərini, tikinti işləri üçün ümumilikdə 18000-20000 manat aldıqlarını, 1 nəfərə 3000-4000 manat pul düşdüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində sözügedən balıq gölünün işıq xətlərinin çəkilməsinin ona həvalə edildiyini və həmin işlərin görülməsi üçün Cavabdeh 18000 manat məbləğində pul aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində sözügedən ərazidə yolun çəkilməsində iştirak etdiyini, həmin əraziyə 80 maşın qraben gətirdiyini və 10000 manat aldığını, eyni zamanda kanal qazıntısı üçün 2500 manat aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində Cavabdeh tanıdığını və onun sürücüsü işlədiyini, 2011-ci il tarixdə Elxanın mağazaya gəldiyini və Zahirə torpaq alması üçün 3000 manat pul verdiyini, akt tərtib olunduğunu və özlərinin də həmin akta imza etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X18 ifadəsində Şahrulla həmkənli olduqlarını və münasibətlərinin yaxşı olduğunu, 2011-ci il tarixdə Zahirdən torpaq sahəsini pul qarşılığında aldığını, orada akt tərtib olunduğunu, akta imza etdiklərini, eyni zamanda özünə məxsus torpaq sahəsini də 2200 ABŞ dollarına Elxana satdığını bildirmişdir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Cüvə kəndində yerləşən 2,99 ha kənd təsərrüfatı təyinatlı torpaqlar İddiaçı, X16 və X13 ümumi birgə mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, B № 038984 saylı torpaq sahəsinin planı və ölçüsünün təsdiqlənmiş surətindən görünür ki, Ağdaş rayonu, Cüvə kəndində yerləşən 2,99 ha kənd təsərrüfatı təyinatlı torpaqlar torpağa mülkiyyət hüququna dair JN-53, xx.xx.1998-ci il tarixli Dövlət Aktına əsasən İddiaçı adına rəsmiləşdirilmişdir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Cüvə kəndində yerləşən 0,6022 ha kənd təsərrüfatı təyinatlı torpaqlar İddiaçı mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, B № 039722 saylı torpaq sahəsinin planı və ölçüsünün təsdiqlənmiş surətindən görünür ki, Ağdaş rayonu, Cüvə kəndində yerləşən 0,6022 ha kənd təsərrüfatı təyinatlı torpaqlar Ağdaş rayon Notariat ofisinin 3M-216, xx.xx.2023-cü il tarixli miras payın bağışlanma müqaviləsi və 2V-814, 2V818, xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı adına rəsmiləşdirilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikasının Qida X2 X25 tərəfindən İddiaçı ünvanlanmış 06 noyabr 2023-cü il tarixli, 3-44-9/2-P-1908/2023 saylı məktubdan görünür ki, X20 regional bölməsinin əməkdaşları tərəfindən Ağdaş rayonu, Cüvə kəndində fiziki şəxs Cavabdeh VÖEN-i ilə fəaliyyət göstərən balıq yetişdirmə gölündə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 16.1.3-cü maddəsinə əsasən plandankənar (növbədənkənar) yoxlama keçirilmişdir. Yoxlama zamanı göstərilən balıq yetişdirilməsi gölünün qida obyekti (subyekti) kimi qida təhlükəsizliyinə dair normativhüquqi aktların və baytarlıq (baytarlıq-sanitariya) norma və qaydalarının tələblərinin pozulduğu məlum olmuşdur. Aşkar edilmiş qanun pozuntularına əsasən Cavabdeh müvafiq qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilmiş və qeyd olunan balıq yetişdirmə gölü ilə bağlı “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” qərar qəbul edilmişdir. İşin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli, 008793 saylı mütəxəssis rəyindən görünür ki, 7 metr hündürlüyü olan işıq dirəyi üçün 4544 manat, elektrik xətti (25-lik) üçün 3740 manat, 1 işçi otağı (5m/2.4m) üçün 3500 manat, 1 işçi otağı (6m/2.4m) üçün 4550 manat, bir arakəsməsi olan hovuz (20m/19.5m/1.20m) üçün ümumilikdə 10644 manat, ustanın əl haqqı üçün 5620 manat, üç arakəsməsi olan hovuz (20m/3.5/1.20m) üçün ümumilikdə 9105 manat, ustanın əl haqqı üçün ümumilikdə 3266 manat, 3 ədəd gölün hazır olunması üçün ümumilikdə 30130 manat, 2,99 hektara çəkilən 1400 metrlik yola 77 kamaz qumlu daş 1 kamaz 130 m – 10000 manat təşkil edir. İşin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli, 008793 saylı mütəxəssis rəyindən görünür ki, Ağdaş rayonu, Cüvə kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bir hektarı bazar satışı qiyməti 2500 manat olmaqla 2,99 hektar torpaq sahəsinin bazar satış qiyməti 7475 manat təşkil edir. İşin materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-0053 KOD 90321038 saylı Dövlət Aktından görünür ki, X4 və ailə üzvləri X16, İddiaçı, X7 mülkiyyətinə Aqrar İslahatı Komissiyasının 16 aprel 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən Ağdaş rayonu, Cüvə kəndi ərazisində 2,99 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş ray Korarx bələdiyyəsi tərəfindən sahibkar Cavabdeh istifadə üçün aldığı torpaqların adlı siyasında X8 məxsus 2,99 ha torpaq sahəsi də vardır. Beləliklə, ilkin iddia üzrə iddiaçı torpaq sahəsini mərhum atası tərəfindən ilkin iddia üzrə cavabdehə icarəyə verdiyini, ilkin iddia üzrə cavabdeh isə torpaq sahəsini faktiki olaraq alqı-satqı əsasında ilkin iddia üzrə iddiaçının mərhum atasından aldığını bildirsə də, tərəflər heç biri öz mülahizələri ilə bağlı dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, həqiqətən Ağdaş rayonu, Cüvə kəndində İddiaçı, X16 və X13 ümumi birgə mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır və hazırda ilkin iddia üzrə cavabdehin istifadəsindədir. Eyni zamanda, tərəflər arasında heç bir mülki qanunvericiliyin tələbinə uyğun əqd olmadığından, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehə əsassız olaraq pul vəsaiti vermiş, həmçinin özgə işlərini tapşırıqsız vicdanla aparmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə Cavabdeh Ağdaş rayonu, Cüvə kəndi ərazisində qanunsuz zəbt etdiyi ilkin iddia üzrə İddiaçı mülkiyyətində olan 2,99 hektar və 0,60 h torpaq sahələrindən çıxarılmalı və torpaq sahələri ilkin iddia üzrə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Hazırkı halda ilkin iddia üzrə cavabdeh ilkin iddia üzrə iddiaçıya məxsus torpağın yaxşılaşdırılması üçün xərclər çəkmişdir. Həmin xərclər "xxxx" MMC tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli rəylə təsdiqini tapır. Məhkəmə həmin xərclərdən 71 ədəd işıq dirəyinin basdırılması (4544 manat), 3400 metr elektrik xəttinin çəkilməsi (3740 manat), 2 işçi otaqlarının yaradılmasını (3500+4550 manat), 1400 metrlik yolun çəkilməsini (10000 manat) torpaq sahəsinin yaxşılaşdırılması və faydalılığının artırılması kimi qiymətləndirir. Qalan hissədə isə xərclərin çəkilməsi təsdiq olunsa da, həmin xərclər hazırkı torpağın təyinatı üzrə yaxşılaşdırılma kimi qiymətləndirilə bilməz. Qeyd olunanlarla yanaşı məhkəmə onu da qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyi qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən mübahisələndirilməmiş, bununla bağlı hər hansı vəsatət verilməmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh ümumiyyətlə çəkilmiş xərclərin onun tərəfindən ödənilməməli olduğunu bildirmişdir. Tərəflər arasında mübahisə predmeti olmayan məsələyə dair məhkəmə tərəfindən də ekspertiza təyin edilməsi üçün zərurət olmamışdır. Qarşılıqlı iddia üzrə iddiaçı öz tələbini sübut etmək üçün mütəxəssisə 300 manat vəsait ödəməli olmuşdur ki, bu hissədə də onun iddia tələbi əsaslı olduğundan qarşılıqlı iddia üzrə cavabdehdən tutulmalıdır. Tərəflər arasında daşınmaz əmlak üzərində hüquqların həyata keçirilməsi üçün heç bir müqavilə olmadığından, məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehin atasına ödənilmiş pul vəsaiti əsassız varlanma kimi qiymətləndirilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vərəsəsi olduğu atasına torpağa görə ödənilmiş 3000 ABŞ dolları, torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkilmiş xərclər üçün 26334 manat, mütəxəssis rəyinə görə ödənilmiş 300 manat, cəmi 3000 ABŞ dolları və 26664 manat pul işin halları ilə sübut olunduğundan qarşılıqlı iddia üzrə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1087-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı halda həm ilkin iddia tələbi mahiyyəti üzrə əsaslı olduğundan, həm qarşılıqlı iddia tələbləri mahiyyəti üzrə qismən əsaslı olduğundan, iddia tələbləri qismən təmin edilməli və məhkəmə xərcləri dövlət rüsumuna dair hissədə hər iki iddia üzrə tərəflərin özlərinə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışa əsasən ailə üzvləri ilə birlikdə ilkin iddia üzrə iddiaçıya məxsus 2,99 ha torpaq sahəsindən və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışa əsasən ilkin iddia üzrə iddiaçıya məxsus 0,60 ha torpaq sahəsindən məcburi qaydada çıxarılmalı, ilkin iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 3000 ABŞ dolları məbləğində torpağa görə ödənilmiş pul, 26334 manat torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkilmiş xərclər, mütəxəssis rəyinə görə ödənilmiş 300 manat pul, cəmi 3000 ABŞ dolları və 26664 manat pul tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməli, qarşılıqlı iddia tələbləri qalan hissədə təmin edilməməli, məhkəmə xərcləri dövlət rüsumuna dair hissədə hər iki iddia üzrə tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışa əsasən ailə üzvləri ilə birlikdə ilkin iddia üzrə iddiaçıya məxsus 2,99 ha torpaq sahəsindən və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışa əsasən ilkin iddia üzrə iddiaçıya məxsus 0,60 ha torpaq sahəsindən məcburi qaydada çıxarılsın. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbləri qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 3000 ABŞ dolları məbləğində torpağa görə ödənilmiş pul, 26334 manat torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkilmiş xərclər, mütəxəssis rəyinə görə ödənilmiş 300 manat pul, cəmi 3000 ABŞ dolları və 26664 manat pul tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Qarşılıqlı iddia tələbləri qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dövlət rüsumuna dair hissədə hər iki iddia üzrə tərəflərin özlərinə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki ApeHyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1500/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1500/2023
18.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver