Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-151/2021 27.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаs kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı və vəkili Vəkil Cаvаbdеh Cavabdeh2 iştirakları ilə, İddiaçı cаvаbdеhlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə, Cavabdeh2 və 3-cü şəxslər Mingəçevir “ASAN Xidmət” Mərkəzinə qarşı «10.05.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və onun nəticələrinin ləğv edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеhlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin və 3-cü şəxslər Mingəçevir “ASAN Xidmət” Mərkəzi və Cavabdeh2 qarşı «10.05.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və onun nəticələrinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş 10.05.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və onun nəticələrinin-Mingəçevir “ASAN Xidmət” mərkəzinin 16.08.2019-cu il tarixli. 4Ə-1476 reyestr nömrəli alqı-satqı müqaviləsinin və Cavabdeh2 adına verilmiş 29.08.2019-cu il qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına iddia tələbinin dəqiqləşdirilməsi ilə əlaqədar ərizə verərək bildirdi ki, üçünçü şəxs qismində işə cəlb etdiyi Cavabdeh2 əslində cavabdehdir. Ona görə də Cavabdeh2 cavabdeh kimi prosesə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə AR MPM-nin 51.3-cü maddəsinə əsasən Cavabdeh2 cavabdeh kimi mülki işə cəlb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinə əsasən Başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum qayınatası X7 özünə məxsus olub ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 62.4 kv.metr olan yaşayış evini 21 sentyabr 1990-cı ildə notariat konturunda reyestr kitabında 53 nömrə ilə qeydiyyata alınmış Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mərhum əri X2. Mərhum X10 həmin 10 yanvar 2009-cu il tarixdə Ağdaş rayon notariat ofisində reyestrdə 2V-01-01 nömrə ilə qeydiyyata alınmış vəsiyyətnamə ilə özünə məxsus olub Ağdaş şəhər, H.Əliyev pr, 1/7 ünvanında (keçmiş ünvan 3/7) yerləşən fərdi yaşayış evini, evin yerləşdiyi həyətyanı torpaq sahəsini və bütün əmlakını ona, yəni arvadı İddiaçı vəsiyyət etmişdir. X10 2009-cu ildə Ağdaş şəhərində vəfat etmişdir. Müəyyən səbəblərdən ərinin ölümündən sonra miras qalmış həmin əmlakla əlaqədar vərəsəlik işi açdırmamışdır. 2020-ci ildə ərinin vərəsəliyini açdırmaq istəyən zaman ona məlum olmuşdur ki, ərinin mülkü qanunsuz əsaslarla qardaşı Cavabdeh1 adına sənədləşdirilmiş və Cavabdeh2 satılmışdır. Bundan istifadə edən qaynı Cavabdeh1 həmin yaşayış evini və onun yerləşdiyi 0.08 hektar torpaq sahəsini saxta sənədlər, yəni Ağdaş rayon XDS İK-nin 03.09.1990-cı il tarixli, 12 saylı iclas protokolundan çıxarış, Ağdaş rayon Dövlət Arxivinin 25.04.2018-ci il tarixli 99 nömrəli arxiv arayışına və Ağdaş RİHBA-nın Memarlıq və tikinti şöbəsinin eskiz layihəsinə əsasən tam mülkiyyət hüququ əsasında 10.05.2018-ci il tarixdə cavabdeh DƏDRX-nin 17 saylı Ərazi İdarəsində qeydiyyata aldırmış və bu barədə cavabdeh tərəfindən onun adına həmin qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Dövlət X25nın 14 sentyabr 2020ci il tarixli arayaışına görə, Ağdaş rayon XDS İK-nin sənədləri filialda saxlamır, Ağdaş rayon Dövlət Arxivində saxlanılır. Ağdaş rayon Dövlət Arxivinin 23.09.2020-ci il tarixli arayışına görə, Ağdaş rayon XDS İK-nin 03 sentyabr 1990-cı il tarixli 12 saylı protokol kitabını tapa bilmədikləri üçün mılumat vermək mümkün olmamışdır. Cavabdeh1 həmin çıxarışa əsasən həmin həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən yaşayış evini üçüncü şəxs Mingəçevir “ASAN Xidmət” mərkəzində notariat kontorunun 16.08.2019-cu il tarixli, 4Ə-1476 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs Cavabdeh2 satmışdır. Həmin müqavilə əsasında həyətyanı torpaq sahəsi və yaşayış evi 29.08.2019cu il tarixdə cavabdeh DƏDRX-nin 17 saylıl Yevlax ərazi İdarəsində Cavabdeh1 adına qeydə alınmış və bu barədə onun adına həmin tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bildirir ki, mərhum əri tərəfindən adına verilmiş vəsiyyətnamə ləğv edilməmiş və dəyişdirilməmişdir. O, həmin evin və həyətyanı torpaq sahəsinin Cavabdeh1 adına qeydə alınmasından xəbəri olmamışdır və bu mülkün onun adına sənədləşməsi tam saxta olmuşdur. S. Əhmədov onun ərinin vərəsəsi sayılmır. Belə ki, qanunvericiliyin tələblərinə görə şəxs xüsusi mülkiyyətində olan əmlakını başqasının xeyrinə özgəninkiləşdirilməsi bağışlama, alqı-satqı, dəyişdirmə və s., rəsmi qaydada rəsmiləşdirilmiş müqavilələr əsasında həyata keçirilir. Ona görə də hesab edir ki, cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş 10.05.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və onun nəticələri ləğv edilməlidir. İddiaçı və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Cаvаbdеh Cavabdeh2 məhkəmə iclasında iddia tələbini rədd edərək bildirdi ki, Cavabdeh1 nümayəndəsi vasitəsi ilə çıxarışa əsasən həmin həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən yaşayış evini Mingəçevir “ASAN Xidmət” mərkəzində notariat kontorunda təsdiqlənmiş 16.08.2019-cu il tarixli, 4Ə-1476 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən ona satmışdır.O, satılan əmlakın İddiaçı Əhmədiyyə qızına məxsus olmasını bilməmişdir və bilə də bilməzdir. Daşınmaz əmlakı notariusun iştirakı ilə bağlanmış müqavilə əsasında almışdır. Ona görə də, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Cаvаbdеhlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin və 3-cü şəxs Mingəçevir “ASAN Xidmət” Mərkəzinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada cavabdehə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanmaqla işə cavabdehlərin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadə verərək bildirdi ki, Cavabdeh1 onun atasıdır. Həmin evdə onlar yaşamışlar, ev onlara babasından qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, Cavabdeh1 ilə qonşu olmuşdur. Həmin evdə Cavabdeh1 və onun ailəsi yaşamışdır. İddiaçı həmin evdə yas mərasimində görmüşdür.Həmin evin İddiaçı Əhmədiyyə qızına məxsus olmasını bilməmişlərdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, Cavabdeh1 ilə qonşu olmuşdur. Həmin evdə Cavabdeh1 və onun ailəsi yaşamışdır. İddiaçı həmin evdə yas mərasimində görmüşdür. Həmin evin İddiaçı Əhmədiyyə qızına məxsus olmasını bilməmişlərdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadə verərək bildirdi ki, Cavabdeh1 onun yoldaşıdır. O, həmin evə gəlin gəlmişdir. Yoldaşı evin kiçik oğlu olduğu üçün, evi atası ona vermişdir. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin, cavabdehin və şahidin ifadələrini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş 09 dekabr 1994-cü il tarixli Vİ-ЖГ saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən məlum olur ki, X21 ilə X3 aralarında nikahın bağlanması haqqında 09 dekabr 1994-cü il tarixdə 166 saylı qeyd aparılmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 oktyabr 2009-cu il tarixli AZ-İ № 371073 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X20 31 iyul 2009-cu il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 14 oktyabr 2009-cu il tarixli qeyd edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 02 sentyabr 2020-ci il tarixli **********24 saylı məktubdan məlum olur ki, Ağdaş şəhəri, H.Əliyev prospekti 1/7 nömrəli ünvanda 0.087 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi Ağdaş rayon XDS İK-nin 03.09.1990-cı il tarixli, 12 saylı iclas protokolundan çıxarış Ağdaş rayon Dövlət Arxivinin 25.04.2018-ci il tarixli 99 nömrəli arxiv arayışına və Ağdaş rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memarın eskiz layihəsinə əsasən Cavabdeh1 tam mülkiyyət hüququ 10.05.2018-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmışdır. Sonradan həmin fərdi yaşayış evi Mingəçevir “Asan xidmət” mərkəzində notariat kontorunun 16.08.2019-cu il tarixli, 4Ə-1476 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 tam mülkiyyət hüququ 29.08.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X25 tərəfindən verilmiş 14 sentyabr 2020-ci il tarixli 78 saylı məktubdan məlum olur ki, Ağdaş rayon Xalq deputatları Soveti icraiyyə Komitəsinin sənədləri filialda saxlanılmır, Ağdaş rayon Dövlət Arxivində saxlanılır. Odur ki, Komitənin 03 sentyabr 1990-cı il tarixli 12 saylı protokolundan çıxarışı sizə vermək mümkün olmadı. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş 23.09.2020-ci il tarixli 39 saylı məktubdan məlum olur ki, Ağdaş rayon Xalq deputatları Soveti İcraiyyə Komitəsinin 03 sentyabr 1990-cı il tarixli 12 saylı protokol kitabını tapa bilmədiyimiz üçün sizə heç bir məlumat verə bilmirik. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 18 may 2021-ci il tarixli № 05/01-1881/11 saylı Dövlət Notariat Arxivi tərəfindən verilmiş məktubdan məlum olur ki, Ağdaş dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 1990-cı ilə dair daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələrin qeydə alındığı reyestr kitablarında qeyd olunan şəxslər barəsində rəsmiləşdirilmiş müqavilə, həmçinin 2009-cu ilə dair vərəsəlik işlərində X11 miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir. Eyni zamanda bildirilir ki, “Elektron notariat” İnformasiya sistemindəX20 tərəfindən Ağdaş rayon dövlət notariat ofisində 10 yanvar 2009-cu il tarixdə 2V-01-01 reyestr nömrəsi ilə vəsiyyətnamənin qoyulduğu müəyyən edilmiş və sözügedən vəsiyyətnamənin 16.05.2021ci ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Ağdaş rayon notariat ofisində 2010-2021-ci illərdə rəsmiləşdirilmiş notariat sənədləri arxivə təhvil verilməmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 13 aprel 2021-ci il tarixli № 05/01-1172/11 saylı Dövlət Notariat Arxivi tərəfindən verilmiş məktubdan məlum olur ki, Ağdaş rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 1990-cı ilə dair daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələrə baxış keçirilərkən, qeyd olunan şəxslər arasında rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 16 oktyabr 2020-ci il tarixli № 05/01-Ə-112/13 saylı Dövlət Notariat Arxivi tərəfindən verilmiş məktubdan məlum olur ki, Ağdaş rayon dövlət notariat ofisində 10 yanvar 2009-cu il tarixdə 2V-01-01 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsinin yoxlanılması və surətinin istənilməsi barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətə baxılaraq bildirilir ki, həmin vəsiyyətnamənin 16.10.2020-ci ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon dövlət notariat konturu tərəfindən verilmiş 10 yanvar 2009-cu il tarixli vəsiyyatnamənin surətindən məlum olur ki, Ağdaş şəhəri Azadlıq küçəsi 1/7-də yaşayan X22 həmin vəsiyyətnamə ilə aşağıdakılar barədə sərəncam vermişdir. 1.Ölən günədək ona məxsus olan Ağdaş şəhəri H.Əliyev pr 1/7-də yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və bütün əmlakını Ağdaş şəhəri, H.Əliyev pr 31-də yaşayan arvadı İddiaçı Əhmədiyyə qızına vəsiyyət etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən “Elektron notariat” X1 vasitəsilə “X6” AQİS-dən çıxarışdan məlum olur ki, X12 30.08.2010-cu il tarixdə vəfat etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən “Elektron notariat” X1 vasitəsilə “X6” AQİS-dən çıxarışdan məlum olur ki, X20 31.07.2009-cu il tarixdə vəfat etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə dövlət agentliyi “Tibbi ərazi Bölmələrini idarəetmə birliyi” Publik hüquqi şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 04 aprel 2020-ci il tarixli 347 saylı arayışdan məlum olur ki, X13 həqiqətən hal-hazırda “Ağdaş RMX” publik hüquqi şəxsin Laboratoriya şöbəsində laborant vəzifəsində çalışır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 29.08.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən məlum olur ki, Ağdaş şəhər, Heydər Əliyev pr, 1-ci dalan, 7 ünvanında yerləşən 0.087 hektar fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 16 avqust 2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsindən məlum olur ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında müqavilə bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 10.05.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən məlum olur ki, Ağdaş şəhər, Heydər Əliyev pr, 1-ci dalan, 7 ünvanında yerləşən 0.087 hektar fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Milli Arxivi idarəsi Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş rayon dövlət arxivi tərəfindən 25.04.2018-ci il tarixli 99 saylı arxiv arayışından məlum olur ki, Ağdaş rayon XDS İK-nin 03.09.1990-cı il tarixli 12 saylı iclas protokoluna əsasən Ağdaş şəhər sakini Cavabdeh1 0.09 ha torpaq sahəsi verilmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyinin aşağıda göstərilən normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 83.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində hüquqlarını, əgər qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uygun həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçiləırinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 354.1 və 354.2-ci maddələrinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, X7 özünə məxsus olub ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 62.4 kv.metr olan yaşayış evini 21 sentyabr 1990-cı ildə notariat konturunda reyestr kitabında 53 nömrə ilə qeydiyyata alınmış Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən əri X2. Fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ ilə bağlı hər hansı qeydiyyat iddiaçı və onun mərhum ərinin adına aparılmamışdır. Mərhum X10 həmin 10 yanvar 2009-cu il tarixdə Ağdaş rayon notariat ofisində reyestrdə 2V-01-01 nömrə ilə qeydiyyata alınmış vəsiyyətnamə ilə özünə məxsus olub Ağdaş şəhər, H.Əliyev pr, 1/7 ünvanında (keçmiş ünvan 3/7) yerləşən fərdi yaşayış evini, evin yerləşdiyi həyətyanı torpaq sahəsini və bütün əmlakını arvadı İddiaçı vəsiyyət etmişdir. X20 2009-cu ildə Ağdaş şəhərində vəfat etmişdir. Müəyyən səbəblərdən iddiaçı ərinin ölümündən sonra miras qalmış həmin əmlakla əlaqədar vərəsəlik işi açdırmamış, miras əmlakı nə formal, nə də faktiki olaraq qəbul etməmişdir. Mübahisəli ev və torpaq sahəsi Cavabdeh1 adına sənədləşdirilmiş və Cavabdeh2 satılmışdır. Cavabdeh1 həmin yaşayış evini və onun yerləşdiyi 0.08 hektar torpaq sahəsini Ağdaş rayon XDS İK-nin 03.09.1990-cı il tarixli, 12 saylı iclas protokolundan çıxarış, Ağdaş rayon Dövlət Arxivinin 25.04.2018-ci il tarixli 99 nömrəli arxiv arayışına və Ağdaş RİHBA-nın Memarlıq və tikinti şöbəsinin eskiz layihəsinə əsasən tam mülkiyyət hüququ əsasında 10.05.2018-ci il tarixdə cavabdeh DƏDRX-nin 17 saylı Ərazi İdarəsində qeydiyyata aldırmış və bu barədə cavabdeh tərəfindən onun adına həmin qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Dövlət X25nın 14 sentyabr 2020ci il tarixli arayışına görə, Ağdaş rayon XDS İK-nin sənədləri filialda saxlamır, Ağdaş rayon Dövlət Arxivində saxlanılır. Ağdaş rayon Dövlət Arxivinin 23.09.2020-ci il tarixli arayışına görə, Ağdaş rayon XDS İK-nin 03 sentyabr 1990-cı il tarixli 12 saylı protokol kitabını tapa bilmədikləri üçün məlumat vermək mümkün olmamışdır. Cavabdeh1 həmin çıxarışa əsasən həmin həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən yaşayış evini üçüncü şəxs Mingəçevir “ASAN Xidmət” mərkəzində notariat kontorunun 16.08.2019-cu il tarixli, 4Ə-1476 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmışdır. Həmin müqavilə əsasında həyətyanı torpaq sahəsi və yaşayış evi 29.08.2019-cu il tarixdə cavabdeh DƏDRX-nin 17 saylıl Yevlax ərazi İdarəsində Cavabdeh1 adına qeydə alınmış və bu barədə onun adına həmin tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2. maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş halların mövcud olmasını sübut etməlidir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş 10.05.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və onun nəticələrinin-Mingəçevir “ASAN Xidmət” mərkəzinin 16.08.2019-cu il tarixli. 4Ə-1476 reyestr nömrəli alqı-satqı müqaviləsinin və Cavabdeh2 adına verilmiş 29.08.2019-cu il qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələblərindən ibarət iddia ərizəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXnin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş 10.05.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbi hissəsində iş üzrə icraata Ağdaş Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qərardadı ilə xitam verilmişdir. İddia qeyd olunan hissədə münasibət bildirilməsi mümkün olmadığından (inzibati məhkəmələrinin səlahiyyətinə aid olduğundan) mübahisəli əmlakın Cavabdeh2 satılması və onun adına verilmiş çıxarışın ləğv edilməsi barədə hissələrdə də təmin oluna bilməz. Bununla yanaşı məhkəmə nəzərə alır ki, iddia tələbi Cavabdeh2 aid hissədə sonunca vicdanlı əldə edən olduğuna və iddiaçı subyektiv hüquqa malik olmadığına görə də təmin oluna bilməz. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. ( AR MM maddə 421 ) İddiaçı mübahisə predmeti olan alqı-satqı müqaviləsi üzrə tərəf deyildir. Bundan əlavə məhkəmə bildirir ki, İddiaçı Əhmədiyyə qızının mərhum X10nun birinci növbə vərəsəsi olması və mübahisəli əmlakın vəsiyyatnamə əsasında iddiaçıya vəsiyyət edilməsi qeyd edilən əmlakla dair aparılmış özgəninkiləşdirmə əqdlərinin etibarsız hesab edilməsi üçün kifayət etmir. Belə ki, miras əmlakla bağlı mübahisə açmaq və həmin əmlakla bağlı aparılmış əməliyyatları mübahisələndirmək hüququna yalnız miras əmlakı qəbul etmiş vərəsələr malikdir. Hazırkı işdə də iddiaçı iddia tələbində qeyd edilən halları mühabisələndirmək üçün əvvəla mirası əmlakı qəbul etməsini sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinin tələblərinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248-ci maddəsinin mənasına görə, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər (maddə 1248.1.). Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir (maddə 1248.2.). Yuxarıda qeyd edildiyi kimi, miras qoyan X20 31.07.2009-cu il tarixdə ölmüş, iddiaçı isə öz ərizəsində qeyd etdiyinə əsasən bununla bağlı vərəsəlik işi açdırmamışdır. Göründüyü kimi, iddiaçı tərəfindən mülki qanunvericilikdə nəzərdə tutulmuş 3 aylıq müddət ötürülmüşdür. Qeyd olunanlara əsasən müəyyən edilir ki, iddiaçı Mülki Məcəllənin 1246-cı maddəsində göstərilən müddətdə mirasın qəbul edilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etməmiş, həmçinin mirası faktiki surətdə qəbul edilməsi ilə bağlı hər hansı hərəkətlər etməmişdir. Mülki Məcəllənin 1246-cı maddəsində göstərilən 3 aylıq müddəti ötürmüş iddiaçı “mirasın qəbul edilməsi vaxtının uzadılması barədə” iddia tələbi irəli sürməmişdir. Halbuki, MPM-nin 218-ci maddəsinin tələbinə görə, məhkəmə verilmiş tələblər üzrə qətnamə çıxarır. Bu baxımdan Məhkəmə hesab edir ki, 31.07.2009-cu il tarixdə vəfat etmiş X9 miras qalmış əmlakın iddiaçı tərəfindən qəbul edilməsi müəyyən olunmadığına görə, o, həmin miras əmlakla bağlı mübahisə açmaq və onunla bağlı aparılan əməliyyatları mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Bununla bağlı Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.06.2008-ci tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, çıxarışın ləğv edilməsi barədə iddia tələbi buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığına görə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, digər iddia tələbləri də rədd olunmalıdır. Belə ki, ləğv edilməmiş (etibarsız hesab edilməmiş) çıxarış görə aparılmış “alqısatqı müqaviləsi” və onun əsasında verilən çıxarışın ləğv edilməsi və ya etibarsız hesab edilə bilməsi üçün də qanuni əsas mövcud deyildir. Yuxarıda göstərildiyi kimi iddiaçının çıxarışın saxta sənədlər əsasında verildiyini qeyd etməklə çıxarışın ləğv edilməsini tələb etməsi ümumi məhkəmələrin səlahiyyətinə aid olmadığından həmin tələb üzrə iş üzrə icraata xitam verilməsi, habelə iddiaçının qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etməməsi, eləcə də iddiaçının mübahisələndirilən müqavilə üzrə tərəf olmaması iddia tələblərinin rədd edilməsini zəruri edir. Məhkəmə bildirir ki, müqavilənin ləğv edilməsi tələbi ilə, müqavilənin etibarsız hesab edilməsi tələbləri hüquqi təbiətinə və yaratdığı nəticələrə görə fərqli anlayışlardır. İddiaçı iddia ərizəsində müqavilənin ləğv edilməsini tələb etsə də, iddia ərizəsindən və işin faktiki hallarından da bəlli olur ki, iddiaçının niyyəti müqavilənin etibarsızlığına yönəlmişdir. Məhkəmə prosessual qənaət baxımından da müqavilənin etibarsızlığı ilə bağlı hüquqi məsələlərə də qiymət verməyi zəruri hesab edir. Müqavilənin ləğvi ilə bağlı məhkəmə öz mövqeyini yuxarıda əsaslandırmışdır. Mübahisəli mənzilə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 16.08.2019-cu il tarixli “Alğı-satqı müqaviləsinin ləğvi” tələbini “etibarsız hesab edilmə” kimi qəbul etsək belə həmin tələb, həm də vicdanlılıq prinsipi nöqteyi nəzərindən əsassızdır. Belə ki, qeyd edilən fərdi yaşayış evini və torpaq sahəsini 16.08.2019-cu il tarixdə təsdiq edilmiş AN-İ ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə” əsasən 25.000 manata satmışdır və hazırda həmin əmlak sonuncunun mülkiyyətindədir. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, Cavabdeh1 oğlunun adına qeydiyyata alınmış çıxarış nə qədər ki, etibarsız hesab edilməyib, alqı-satqı müqaviləsi bağlanarkən mülki qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməməsi mübahisələndirilən əqdin etibarsızlığını mümkün etmir. Hətta çıxarış və ya daşınmaz əmlak bağlı reyestrdə aparılmış qeyd etibarsız hesab olunsa belə, Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi barədə tələb həm də vicdanlılıq prinsipi nöqteyi nəzərindən təmin edilə bilməz. Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28.06.2005-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28.06.2005--ci il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Sözügedən qərarda daha sonra göstərilmişdir ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən, vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Qeyd edilən qərara əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən, əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsalarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da aiddir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 16.08.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08.05.2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Həmin qərarda həmçinin göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06.02.2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15.09.2014-cü il qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Baxılan iş üzrə Cavabdeh2 mübahisəli əmlakı əldə edərkən həmin əmlak dövlət reyestrində Cavabdeh1 adına qeydə alınmışdır. Sonuncular arasında16.08.2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanılarkən reyestrdə əmlak üzərində yüklülük olmamış, reyestrə dair qeydə etiraz daxil edilməmişdir. İş materiallarında olan Cavabdeh2 vicdanlı əldə edən olduğunu şübhə altına alan hər hansı sübutlar mövcud deyildir. Qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, hazırki iş üzrə X18 vicdanlı alıcıdır. Bunun əksini təsdiq edən mötəbər sübutları iddiaçı məhkəmələrə təqdim etməmişdir. Bu səbəbdən sözügedən alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, habelə bu tələbdən irəli gələn digər tələblər əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neqanti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından gələ bilər. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. АzərbаycаnRеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. АzərbаycаnRеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 77.1-ci mаddəsinəəsаsən hər bir tərəf öz tələb və еtirаzlаrınınəsаsı kimi istinаdеtdiyihаllаrı sübut еtməlidir. АzərbаycаnRеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; (“Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X31rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə iş üzrə sübutlara АzərbаycаnRеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə АzərbаycаnRеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və АzərbаycаnRеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cаvаbdеhlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi, Cavabdeh2 və 3-cü şəxs Mingəçevir “ASAN Xidmət” Mərkəzinə qarşı 16.08.2019-cu il tarixli 4Ə-1476 reyestr nömrəli alqı-satqı müqaviləsinin və Cavabdeh2 adına verilmiş 29.08.2019-cu il qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiаçıyа аid еdilsin. Qətnаmədən rəsmi qаydаdаvеrildiyi gündən bir аy müddətində Ağdaş Rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-151/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-151/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver