Məhkəmə qərarları › İş №2(014)-1511/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1511/2020

19.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1511/2020 19.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçılar İddiaçı1 və İddiaçı2, vəkilləri Vəkil Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Evə köçürülmə tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evə köçürülmə tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların, İddiaçı1 Cavabdeh ilə birgə nikahından xx xxxxxx 2007-ci ildə doğulmuş Elşən adlı uşağı ilə birlikdə Ağdaş rayonu Qolqəti kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 məhkəmə iclasında iddiasını müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə 1999-cu ilin noyabr ayında ailə qurmuş, nikahlarını xx.xx.2006-cı ildə rəsmi qeyd etdirmişlər. Cavabdeh ilə ailə qurduqdan sonra ona və valideynlərinə məxsus olub Ağdaş rayonunun Qolqəti kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçərək ailə üzvü kimi qeyd-şərtsiz onlarla birlikdə yaşamağa və təsərrüfatı idarə etməyə başlamışdır. O, cavabdehin razılığı ilə həmin təsərrüfata qeydiyyata alınmışdır. Cavabdeh ilə onun birgə nikahından xx xxxx 2000-ci ildə doğulmuş Mirzə adlı uşağı həmin fərdi yaşayış evində anadan olmuşdur. 2004-cü ildə Cavabdehla birlikdə Ağdaş rayonunun Qolqəti kəndi ərazisində Gözəl adlı şəxsin həyətyanı torpaq sahəsini və fərdi yaşayış evini satın alaraq orada olan 1 otaqlı köhnə tikili olan evdə yaşamış və həmin həyətdə 3 otaqdan ibarət bir mərtəbəli yaşayış evi tikdirmişlər. Həmin vaxtı yəni, xx xxxxxx 2007-ci ildə ikinci övladları Elşən dünyaya gəlmişdir. O,vaxt hər ikisi təsərrüfatla məşğul olurdu. Evin tikintisi üçün kredit götürmüş, krediti isə mer-meyvə sataraq ödəmişlər. Odur ki, 2013-cü ildə yeni evlərinə köçmüşlər. Cavabdeh ilə evləndikləri ilk vaxtlar ailə münasibətləri yaxşı olsa da, sonralar münasibətləri pozulmuşdur. Cavabdehin ona qarşı münasibətləri dəyişmiş və bu səbəbdən də, onlarla münasibətləri pisləşdiyindən, daima ailədə mübahisə yaranırdı. Bütün bunların nəticəsində 2020-ci ilin mart ayının ortalarından cavabdeh onu Elşən adlı uşağı ilə birlikdə mübahisəli fərdi yaşayış evindən çıxarmışdır. Həmin dövrdə oğlu olan digər İddiaçı2 həqiqi hərbi xidmətdə olmuşdur. Oğlu hərbi xidmətdən qayıdandan sonra onlar birgə qardaşı Müşviqin evində yaşamağa məcbur olmuşdur. O, dəfələrlə uşaqları ilə birlikdə mübahisəli yaşayış evinə qayıtmağa cəhd etsə də, cavabdeh onları həmin evə buraxmamışdır. Hazırda o, qardaşı Müşviqə aid olan evdə yaşamağa məcbur olmuşdur. Onların aralarında qeyd edilmiş nikahın pozulması tələbinə dair işləri Ağdaş rayon Məhkəməsinin icraatındadır. Hesab edir ki, iddiası əsaslıdır. Odur ki,iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə edəərk iddia ərizəsində yazılanlara uyğun izahat verdi və bildirdi ki,atası olan cavabdeh onların 2013-cü ildən bəri yaşadıqları evdən qovmuşdur,məhz bu səbəbdən o,anası və qardaşı dayıları olan Müşviqin evində qalmaq məcburiyyətindədirlər. Anası atası ilə birgə mübahisə predmeti olan evi tikmişdir. Hesab edir ki,iddiaları əsaslıdır. Odur ki,iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, iş üzrə iddiaçı ilə 1999-cu ilin noyabr ayında ailə qurmuş, nikahlarını xx.xx.2006-cı ildə rəsmi qeyd etdirmişlər. İddiaçı onun valideynlərinə məxsus yaşayış evinə gəlin köçmüş və orada bir neçə il birgə yaşamışlar. Daha sonra isə torpaq sahəsi satın alaraq həmin həyətdə 3 otaqlı hazırda mübahisə predmeti olan evi tikdirmişlər.O, evi qazandığı pul hesabına tikdirmişdir.İddiaçı Aygün ustaların yemək-içməyini hazırlamışdır. İddiaçı ilə birgə yaşayışları dövründə mal-qaraya da baxmışdır. Qeyd edir ki,ev faktik olaraq onun mülkiyyəti olsa da,rəsmi olaraq özəlləşdirilməmişdir. Uşaqların həmin evə köçürülməsinə etiraz etmir,lakin İddiaçı1 ilə münasibətləri pis olduğu üçün onun həmin evə köçürülməsinə etiraz edir. Buna görə də iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş üzrə şahid X4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, İddiaçı1 qardaşıdır. Mübahisəli ev tərəflərin birgə nikahı dövründə ikisinin də əməyi hesabına tikilmişdir. Cavabdeh bacısı və uşaqlarını 2020-ci ilin mart ayından etibarən evdən çıxartmışdır. Qeyd edir ki, həmin vaxtdan etibarən iddiaçılar və bacısı oğlu Elşən onun evində yaşayırlar. Nəzərə çatdırmaq istəyir ki,ev tam hazır deyildir. O,dəfələrlə Əfqanla bu barədə danışmaq və məsələni həll etmək istəsə də,cavabdeh məsələni könüllü həll etmək istəməmişdir. İş üzrə şahid X5 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, İddiaçı1 əmisi oğludur. Mübahisəli ev tərəflərin birgə nikahı dövründə ikisinin də əməyi hesabına tikilmişdir. Cavabdeh iddiaçıları 2020-ci ilin mart ayından etibarən evdən çıxartmışdır. Qeyd edir ki, həmin vaxtdan etibarən iddiaçılar və qardaşı Müşviqin evində yaşayırlar. Nəzərə çatdırmaq istəyir ki,ev tam hazır deyildir. Ev 5 otaqdan ibarətdir və 2013-cü ildə tərəflər həmin evi tikdirərək o evə köçmüşlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-in Qolqəti kənd İƏD üzrə nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Qolqəti kənd sakini 1975-ci ildə anadan olmuş Cavabdeh 4 saylı təsərrüfatbaşına uçot kitabının 319 saylı şəxsi hesabının 44-cü səhifəsində təsərrüfatı o cümlədən fərdi yaşayış evi qeydə alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-in Qolqəti kənd İƏD üzrə nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Qolqəti kənd sakini 1977-ci ildə anadan olmuş İddiaçı1 Ağdaş rayonu Qolqəti kəndində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamələrin surətindən məlum olur ki, xx xxxx 2000-ci ildə anadan olmuş İddiaçı2 və xx xxxxxx 2007-ci ildə anadan olmuş X7 valideynləri Cavabdeh və İddiaçı1dır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, Cavabdeh ilə X6 xx xxxxxx 2006-cı ildə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Evləndikdən sonra qadın ərinin soyadını qəbul etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinin cavab məktubundan görünür ki, Ağdaş rayon Qolqəti kəndində Cavabdeh adına qeydiyyata alınmış fərdi yaşayış evi aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AZE******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 Ağdaş rayonu, Qolqəti kəndində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AZE******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu, Qolqəti kəndində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AZE12738889 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 rayonu, Qolqəti kəndində yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından və tərəflərin izahatlarından məlum olur ki, tərəflər 1999-cu il tarixdə ailə qursa da, tərəflər mübahisəli fərdi yaşayış evinə 2013-cü ildə köçmüşdür. Mübahisə predmeti olan fərdi yaşayış evi özbaşına tikilidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsin əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 180.1 -ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan 'torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat» haqqında Azərbaycan Respublikası qanununun 2-ci maddəsinin tələbinə görə şəxsi yaşayış yeri–tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçisi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə görə yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində — xüsusi nümunəli vəsiqə, Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar; Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər faktik olaraq 1999-cu ildə ailə qurmasına baxmayaraq, 2006-cı ildə nikahlarını rəsmiləşdirmişlər. Lakin mübahisəli fərdi yaşayış evini tikdirməklə 2013-cü ildə həmin evə köçmüşlər. Özbaşına inşa edilmə nəticəsində tikilmiş olan mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində nə iddiaçların, nə də cavabdehin adına qeydə alınmadığından, cavabdeh mübahisəli evə dair sərəncam vermək hüququna malik deyildir. Cavabdehin iddiaçıları mübahisəli evə buraxılmaması nəticəsində iddiaçılar yaşadığı evdən qanunsuz olaraq məhrum olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli ev iddiaçıların yaşayış yeri sayıldığından və cavabdehin iddiaçıları həmin evə buraxmaması səbəbindən öz yaşayış yerini müəyyən müddətə tərk etməli olduqlarından, bununla da onlar, yaşadıqları evdən qanunsuz olaraq məhrum olunduğundan, iddiaçılar müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdırlar. Belə ki, iddiaçılar və xx xxxxxx 2007-ci il təvəllüdlü X3 rayonu, Qolqəti kəndində yerləşən mübahisəli evdə qeydiyyatdadırlar. Şəxsin qeydiyyat yeri onun yaşayış yeri sayılır. İddiaçılar mübahisəli evdən istifadə hüquqlarının tanınmasını deyil, qeydiyyatda olduqları yaşayış evindən çıxarıldıqları üçün evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etməkdə tam haqlıdırlar. Həmçinin məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər mübahisə predmeti olan evi birgə nikah dövründə tikdirdiklərindən hər ikisi mülkiyyət hüququ əldə etmək barədə əsaslı «gözləntiyə» malikdirlər. Bu isə «insan hüquqlarmın və əsas azadlıqların müdafiəsi haqqmda» Kovensiyanın 1 saylı 5 Prptokolunun 1 -ci maddəsinin mənasına görə «mülkiyyət» anlayışına daxildir və qeyd olunan xüsusat da mövcud mübahisəyə mülkiyyət hüququna dair normaların tətbiq olunmasına imkan verir. Mövcud münasibətlərin həlli zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı1 Cavabdeh ilə birgə nikah dövründə mübahisəli evi inşa etmişlər. Tərəflər arasında nikah münasibətlərinə rəsmi olaraq xitam verilməmişdir. Hətta tərəflər rəsmi boşansalar belə, yaşayış sahəsinin “əsaslı gözləntiyə malik olan mülkiyyətçisinin" yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə tam əsası vardır. Belə ki, mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikahı dövründə hər ikisinin əməyi hesabına tikilmişdir. Bu hal tərəflərin izahatları və şahid ifadələri ilə müəyyən edilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Bütün bu göstərilən hallara görə məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Tərəflərin əmlak və əsaslı mənafeləri nəzərə alınaraq ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin İddiaçı2 və İddiaçı1 övladı xx xxxxxx 2007-ci il təvəllüdlü X11 ilə birgə Ağdaş rayonu Qolqəti kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evinə köçürülsünlər. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar