Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1516/2025 04.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Ələkbərova Fidan Vaqif qızı, Ərizəçi Maraqlı şəxsnə qarşı doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə baxaraq, Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, mərhum qardaşı X2 10 noyabr 1952-ci il tarixdə Ağdaş rayonunun Yuxarı Ləki kəndində anadan olmuş, ona doğum haqqında şəhadətnamə verilmiş, bunun əsasında şəxsiyyət vəsiqəsi almış, xx.xx.2025-ci il tarixdə vəfat etdikdən sonra onun adına olan doğum haqqında şəhadətnaməsi tapılmamış, Ağdaş rayonu Qeydiyyat Şöbəsinə müraciət etsə də xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-H-584/2025 saylı arayışla doğum haqqında akt qeydinin aşkar olunmaması bildirilmiş, odur ki, qardaşı X1 10 noyabr 1952-ci il tarixdə Ağdaş rayonunun Yuxarı Ləki kəndində doğumunun Ağdaş rayonu Qeydiyyat Şöbəsi tərəfindən qeyd edilməsi faktının müəyyən edilməsi, doğumun qeyd edilməsi haqqında doğum aktı qeydinin ata qrafasında atasının adının X3, ana qrafasında anasının adının X6, atasının milliyətinin azərbaycanlı, anasının milliyətinin azərbaycanlı yazılması ilə bərpa edilməsi və mərhum qardaşım X1 adına yeni doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçinin müraciəti ilə bağlı ona Maraqlı şəxs tərəfindən vətəndaşlıq vəziyyəti aktları üzrə aparılmış yoxlama nəticəsində mərhum qardaşı X1 doğum haqqında akt qeydinin aşkar olunmadığı barədə arayış verilmiş, arayışda bu qeydin bərpasının mümkün olub-olmaması barədə hər hansı məlumat göstərilməmiş, o cümlədən ərizəçi tərəfindən belə bərpa ilə bağlı həmin şöbəyə yenidən müraciət edilməsi və qeydin bərpasının mümkün olmaması barədə hər hansı arayışın əldə edilməsinə dair ərizəyə sübutlar əlavə edilməmişdir. Bununla da ərizəçi ərizəsində qaldırılmış məsələnin məhkəməyə qədər nizama salınması qaydasına əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 4-cü hissəsinə əsasən məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinin tələbinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra, yəni X1 doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət edilməklə həmin qurum tərəfindən akt qeydinin bərpasının mümkün olmadığı təqdirdə bu barədə müvafiq arayış əldə edildikdən sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah olunmalıdır. Ərizə və ona əlavə edilmiş sənədlər, o cümlədən Ərizəçi xx.xx.2025-ci il tarixli, № ********** nömrəli qəbzlə Ağdaş Rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu (büdcə təsnifat kodu 142213, xəzinə hesabı AZ75CTRE********************) ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Ərizəçi Maraqlı şəxsnə qarşı doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra, yəni X1 doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət edilməklə həmin qurum tərəfindən akt qeydinin bərpasının mümkün olmadığı təqdirdə bu barədə müvafiq arayış əldə edildikdən sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququna malikdir. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2025; mədaxil qəbzi nömrəsi: **********;) dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fidan Ələkbərova
Məhkəmə qərarları › İş №2(014)-1516/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1516/2025
04.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver