Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1521/2020 19.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçılar İddiaçı2,İddiaçı3,İddiaçı1 və İddiaçı4 Cavabdeh Ə.Yusifovun iştirakı ilə İddiaçılar İddiaçı2,İddiaçı3,İddiaçı1 və İddiaçı4 cavabdeh X14 qarşı xüsusi mülkiyyətdə olan pay torpaq sahəsinə gediş-gəliş üçün zəruri yolun cavabdeh tərəfindən bərpa edilməsi və qanunsuz hərəkətlərə birdəfəlik son qoyulması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında, Müəyyən etdi: İddiaçılar İddiaçı2,İddiaçı3,İddiaçı1 və İddiaçı4 cavabdeh X14 qarşı xüsusi mülkiyyətdə olan pay torpaq sahəsinə gediş-gəliş üçün zəruri yolun cavabdeh tərəfindən bərpa edilməsi və qanunsuz hərəkətlərə birdəfəlik son qoyulması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş rayon X7 xx xxxxxx 1998-ci il tarixli,20 saylı qərarına əsasən və JF183,KOD90318048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Ağdaş rayonunun Tofiqi kənd ərazisində iddiaçıların mülkiyyətinə verilmiş 2,7766 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə cavabdeh tərəfindən zəbt edilmiş və giriş hissədən bağlanmış torpaq sahələrinə gediş-gəliş üçün zəruri olan yolun onun tərəfindən bərpa edilməsi,həmin gediş-gəliş yolundan sərbəst istifadə etməyinə qanunsuz hərəkətlərinin qarşısının alınması və bu cür özbaşına hərəkətlərə birdəfəlik son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı2,İddiaçı3,İddiaçı1 və İddiaçı4 iddialarını onunla əsaslandırmışlar ki, Ağdaş rayon X7 xx xxxxxx 1998-ci il tarixli, 20 saylı qərarı ilə Ağdaş rayonunun Tofiqi kəndi ərazisində onun və digər ailə üzvlərin Abdullayeva (Həsrətova) Hicran Osman qızı, Mahmudlu (Həsrətova) Gülcan Arif qızı, Mehtiyeva (Həsrətova) Mərcan Arif qızı və mərhum X4 mülkiyyətinə müxtəlif yerlərdən müvafiq olaraq 2.77 hektar və 0.62 hektar olmaqla, cəmi 3.39 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir və bu barədə adlarına JN-183, kod 90318038 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı işlənmişdir. İlk dəfə şəxsiyyət vəsiqələri verilən zaman bütün ailə üzvləri “Həsrətli” soyadını qəbul etmişdilər. Mülkiyyətçilərdən X9 xx xxxxxx 2003-cü ildə Rusiya Federasiyasında vəfat etmişdir. Həsrətli (Həsrətova) Mərcan Arif qızı xx xxxxxx 2014-cü ildə Ağdaş rayonunun Tofiqi kənd sakini X16 ilə ailə qurmuşdur və “Mehdiyeva” soyadını, Həsrətli (Həsrətova) Gülcan Arif qızı isə xx xxxx 2019-cu ildə Ağdaş rayonunun Tofiqi kənd sakini ilə ailə quraraq “Mahmudlu” soyadını qəbul etmişdir. Dövlət aktında iddiaçı X3 adı texniki səhv olaraq Həsrətov Hicran Osman oğlu kimi qeyd edilmişdir. Mülkiyyətinə verilmiş 2.77 hektar torpaq sahəsi bir tərəfdən X1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi, digər tərəfdən isə cavabdeh X10 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahələri ilə sərhəddə yerləşir.Onlarla bir sırada olan mülkiyyətçilərin hər birinə öz torpaq sahələrinə sərbəst gediş gəliş üçün torpaq sahələrinin baş tərəfindən yol ayrılmışdır. Həmin yol adlarına verilmiş dövlət aktının mülkiyyətinə verilmiş torpaq sahəsinin planında (cizgidə) və kəndin baş planında da aydın qeyd edilmişdir. Bir müddət əvvəl cavabdeh X21 torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş həmin yolu onlarla sərhəd hissəsindən tutaraq həmin ərazini öz torpaq sahəsinə birləşdirmişdir. Həmin vaxtdan onlar öz torpaq sahəsinə sərbəst gedib gələ bilmirdilər və texnika apara bilmirdilər. Dəfələrlə cavabdehə həmin ərazidə plana uyğun yolun mövcud olduğunu, ona görə də həmin yol ərazisini bərpa etməsini onlar eləcə də kənd icra nümayəndəliyi və bələdiyyənin nümayəndələri bildirsələr də, cavabdeh onların mülkiyyətinə gediş-gəliş üçün başqa ərazidən də yolun olmasını əsas göstərməklə yolu açmamaqla onlara, eləcə də digər mülkiyyətçilərə qarşı qanunsuz hərəkətlərini bu gün də davam etdirir. Cavabdeh belə qanunsuz hərəkətləri ilə mülkiyyətçi kimi onların pay torpağında sərbəst gedib-gəlmək, lazim olanda avtomobil və ya digər texnikanın sərbəst hərəkətinə manə törədir. Kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə gediş-gəliş yolunun açılması ilə əlaqədar dəfələrlə onlar, kənd bələdiyyəsi və kənd icra nümayəndəsinin cavabdehlə aparılan söhbətlər heç bir müsbət nəticə verməmiş, bununla da mübahisəni məhkəmədən kənar həll etmək mümkün olmamışdır. Mülkiyyətlərində olan torpaq sahəsinə gediş-gəliş üçün zəruri olan yol cavabdeh tərəfindən özbaşına zəbt edildiyindən və onları həmin yoldan istifadə etməyə qoymadığından onlara qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdılar. İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onların birtərəfli yolu vardır,lakin ikitərəfli yol istəyirlər. Onlara torpaq verilərkən əvvəldən ikitərəfli yol göstərilmişdir.Onlar öz torpaq sahəsinə getmək üçün qonşu kənddən getmək məcburiyyətindədirlər. Odur ki,iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçılar İddiaçı3,İddiaçı1 və İddiaçı4 məhkəmə iclasında iddialarını müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdilər və iddialarının təmin edilməsini xahiş etdilər. Cavabdeh X21 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, iddiaçıların mübahisələndirdikləri yol əvvəldən birtərəfli olmuşdur.İddiaçı tərəf onun tərəfdən işləmək istədiklərini bildirirlər.O,bələdiyyəyə bu barədə müraciət etmişdir.Əgər həmin yerdə yol mövcud olmuşsa o,iddiaya etiraz etmir. İddiaçıların tələb irəli sürdükləri yol ona verilmiş torpaq sahəsinə aiddir.O,yolu bağlamışdır.Lakin qeyd edir ki,iddiaçılar tələb irəli sürdükləri torpaq sahəsindən mal-qara aparanda onun əkininə ziyan vura bilərlər. Odur ki,iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını və mütəxəssis rəyini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş üzrə mütəxəssis X17 məhkəmə iclasında bildirdi ki, yerquruluşu xəritəsindən görünür ki,hər iki tərəfdən yol yeri vardır.İddiaçıların torpaq sahəsi 183,cavabdehin isə 186-dır.İddiaçıların açılmasını tələb etdikləri yolun eni 5 metrdir və həmin yol həqiqətən də cavabdeh tərəfindən bağlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X19 xx xxxxxx 2014-cü il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişdir. Evləndikdən sonra qadın ərinin Mehdiyeva soyadını qəbul edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X20 xx xxxx 2019-cu il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişdir. Evləndikdən sonra qadın ərinin Mahmudlu soyadını qəbul edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 X2 xx xxxxx 2018-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişdir. Evləndikdən sonra qadın ərinin Həsrətli soyadını qəbul edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx xxxxxx 2003-cü ildə Rusiyada vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-in Tofiqi kənd İƏD üzrə nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki,Ağdaş rayon Tofiqi kənd sakini İddiaçı2 təsərrüfatbaşına uçot kitabına əsasən ayrı təsərrüfat olmasına baxmayaraq ailəsi ilə birgə anasının yanında yaşayır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Torpağa mülkiyyət hüququna dair JN183,KOD90318048 saylı dövlət aktından görünür ki, X9,Həsrətov Hicran Osman oğlu,X22,X15 və X5 mülkiyyətinə Ağdaş Rayon X7 xx xxxxxx 1998-ci il tarixli qərarı ilə 3,39 hektar torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə hesab edir ki, iddiaçıların tələb irəli sürdükləri yol sahəsinin cavabdeh tərəfindən tutulması mütəxəssis rəyi və tərəflərin izahatları ilə müəyyən edilmişdir, belə olan halda iddiaçılara öz torpaq sahəsindən istifadə etməkdə maneçilik törədilir. Odur ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Tərəflərin əmlak və əsaslı mənafeləri nəzərə alınaraq ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Ağdaş rayon X7 xx xxxxxx 1998-ci il tarixli,20 saylı qərarına əsasən JN183, KOD90318048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Ağdaş rayonu Tofiqi kənd ərazisində iddiaçıların mülkiyyətinə verilmiş 2,7766 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə cavabdeh tərəfindən zəbt edilmiş və giriş hissədən bağlanmış torpaq sahələrinə gediş-gəliş üçün zəruri olan yol X21 tərəfindən bərpa edilsin,həmin gediş-gəliş yolundan sərbəst istifadə olunması ilə əlaqədar X21 tərəfindən törədilən qanunsuz hərəkətlərə son qoyulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1521/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1521/2020
19.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver