Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1523/2020 08.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi F.Kərimovanın katibliyi Ərizəçi iştirakları ilə Ərizəçi maraqlı şəxs Ağdaş rayon notariat ofisinə qarşı Qohumluq faktının müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi qohumluq faktının müəyyən edilməsi haqqındaərizəiləməhkəməyəmüraciətedərək, X10 onun bacısı olması barədə qohumluq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasınıxahişetmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, Ərizəçi xx xxxx 1953-cü il tarixdə Ağdaş rayonu, Qarağan Sədi kəndində anadan olmuşdur. X1 və X16 olmuşdur. X4 adlı bacısı vardır. Lakin o, 1937-ci ildə anadan olduğu üçün onun doğum akt qeydini tapmaq mümkün deyildir. Bacısı X2 Məmmədşah Muxdər oğlu ilə xx xxxxxx 1958-ci ildə rəsmi nikah qeydindən keçməklə evlənib ailə qurmuşlar,evləndikdən sonra qadın kişinin Tahirova soyadını qəbul etmişdir. Lakin o, X5 bacısı olmasını təsdiq edə bilmir. Ərizənin təmin edilməsi ona torpaq sahəsinə dair bağışlama müqaviləsinin tərtibi ilə əlaqədar lazımdır. Lakin yaxın qohumluq münasibətləri yuxarıda göstərdiyi hala görə sübut oluna bilmir. Odur ki,qohumluq faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Odur ki, ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq iş üzrə maraqlı şəxs Ağdaş rayon Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş üzrə şahid İlham Səlimov məhkəmə iclasında ifadə verərək X10 Ərizəçi bacısı olmasını təsdiq etdi. İş üzrə şahid Güləhməd Osmanov məhkəmə iclasında ifadə verərək X10 Ərizəçi bacısı olmasını təsdiq etdi. İş materialları ilə müəyyən edilir ki, Ərizəçi xx xxxx 1953-cü il tarixdə Ağdaş rayonu, Qarağan Sədi kəndində anadan olmuşdur. X1 və X16 olmuşdur. Ərizəçi X7 adlı bacısı vardır. X7 1937-ci ildə anadan olduğu üçün onun doğum akt qeydini tapmaq mümkün olmamışdır. X2 Məmmədşah Muxdər oğlu ilə xx xxxxxx 1958-ci ildə rəsmi nikah qeydindən keçməklə evlənib ailə qurmuşlar,evləndikdən sonra qadın kişinin Tahirova soyadını qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə uyğun olaraq şəxslərin qohumluq münasibətləri məhkəmə qaydasında müəyyən oluna bilər Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1937-ci ildə Ağdaş rayonu, Qarağan Sədi kəndində anadan olmuş X10 Ərizəçi bacısı olması barədə qohumluq faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1523/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1523/2020
08.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver