Məhkəmə qərarları › İş №2(014)-153/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-153/2024

22.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-153/2024 22.08.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun, yəni İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0,1186 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 120,7 kv.m olan fərdi yaşayış evindən Cavabdeh, onun himayəsində olan azyaşlı uşaqları xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X5, həmçinin onlara məxsus əmlakın çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsdə xx.xx.2023-cü il tarixdə qeydə alınmış ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,1186 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 120,7 kv.m olan fərdi yaşayış evi var. Həmin evin mülkiyyət hüququ tam formada iddiaçıya məxsusdur. Cavabdeh ilə oğlu X9 xx.xx.2007-ci il tarixdə evlənmişlər və həmin tarixdə də Ağdaş rayon VVADQ şöbəsində nikahlarını 178 saylı akt ilə rəsmi qeydə aldırmışlar. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X5 doğulmuşdur. Birgə yaşadıqları dövrdə birlikdə mehriban yaşamışlar və münasibətləri normal olmuş, aralarında heç bir problem olmamışdır. Ancaq mehribançılıqları uzun sürməmiş, bir müddətdən sonra problemləri başlamışdır. Xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən aralarında narazılıqlar başlamışdır. Bu səbəbdən də ayrı yaşayırlar. Ağdaş rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)- 1165/2023 saylı qətnaməsi ilə X9 ilə Cavabdeh arasında xx.xx.2007- ci il tarixdə Ağdaş rayon VVADQ şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 178 nömrə ilə qeydə alınmış nikah pozulmuş və tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X5 anaları Cavabdeh yanında saxlanılmış, X3 10 iyul 2023-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Bundan sonra iddiaçı Cavabdehlər X9, İddiaçı və X4 qarşı qeydiyyatda olduğu yaşayış evinə köçürülmə, həmin yaşayış evi və yaşayış sahəsindən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Ağdaş rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-1411/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh iddiası təmin edilməmişdir. Belə ki, keçmiş gəlini Cavabdeh ilə onların aralarında dəfələrlə söz-söhbət olur. Hətta ona məxsus və mülkiyyətində olan evdən çıxmq istəmir. Belə ki, cavabdeh və onun azyaşlı övladları onun ailə üzvləri sırasına daxil deyil və onların həmin evdə yaşaması üçün mülkiyyətçi, yəni onunla yazılı bağlanan və ya notariat qaydasında təsdiqlənən razılaşma mövcud deyildir. Hesab edir ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 0,1186 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 120,7 kv.m olan fərdi yaşayış evindən Cavabdeh, onun himayəsində olan azyaşlı uşaqları xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X5, həmçinin onlara məxsus əmlak çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Cavabdeh onun keçmiş gəlinidir. Bir il iki ay əvvəl özü əri Pərvinlə aralarında qeyd edilmiş nikahın pozulması üçün məhkəməyə ərizə vermiş və məhkəmə qətnaməsi ilə oğlu ilə aralarında qeyd edilmiş nikah pozulmuşdur. Nikah pozulduqdan bugünə kimi Cavabdeh onlarla bir evdə yaşamaqla onların qazından, suyundan və işığından istifadə edir. Həmin ev onun atasına məxsus olmuş, sonradan o, mirası qəbul etmişdir. Həmin ev ona məxsusdur. Həmçinin, bir evdə yaşamaqlarına baxmayaraq uşaqların saxlanılması üçün alimentdə ödəyirlər. Dəfələrlə Cavabdeh evdən çıxmasını tələb etsələr də evdən çıxmamışdır. Odur ki, qeyd olunanların nəzərə alınaraq Cavabdeh və övladlarının evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının oğlu Pərvin ilə 16 il evil olmuşlar və birgə nikahlarından iki oğlan övladları doğulmuşdur. Pərvinlə aralarında qeyd edilmiş nikah Pərvinin borclarının çox olması səbədindən pozulmuşdur və iki uşaqla gedəcək başqa yeri olmadığından hazırda da həmin evdə yaşayırlar. Onun gecədək başqa bir yeri olmadığından iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********74-10301 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Ağdaş şəhəri, Nəriman Nərimanov küçəsi 21 ünvanında yerləşən 0,1186 hektar yaşayış məntəqələrinin torpaqlarının 0,0826 ha İddiaçı, 0,0120 ha X9, 0,0120 ha X10 və 0,0120 ha X2 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-1411/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər X9, İddiaçı və X4 qarşı qeydiyyatda olduğu yaşayış evinə köçürülmə, həmin yaşayış evi və yaşayış sahəsindən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-1165/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X6 qarşı nikahın pozulması və aliment tələbinə dair iddiasə təmin edilərək, X9 ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə Ağdaş rayon VVADQ şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 178 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X5 anaları Cavabdeh yanında saxlanılması, cavabdeh X3 10 iyul 2023-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İşin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-363/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-1411/2023 nömrəli qətnaməsi iddiaçı Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı oğlu X9 ilə xx.xx.2007-ci ildə nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmişlər və birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. Cavabdeh iddiaçının mənzilindən 2007-ci ildən istifadə etməyə başlamış və o, həmin mənzilə 19 noyabr 2010-cu ildə qeydiyyata alınmışdır. Cavabdeh ilə İddiaçı ailə münasibətləri pisləşdiyindən Şəhla X8rşı nikahın pozulması və aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Ağdaş Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə onların arasında bağlanmış nikah pozulmuşdur və Cavabdeh iddiaçının qanunvericilikdə dairəsi konkret olaraq müəyyən edilmiş ailə üzvləri sırasına daxil olan şəxs deyil. Lakin Cavabdeh hələdə iddiaçıya məxsus mənzildə yaşamaqda davam edir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-1411/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh qeydiyyatda olduğu yaşayış evinə köçürülməsi, həmin yaşayış evi və yaşayış sahəsindən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-363/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Ağdaş Rayon Məhkəməsinin 2(014)-1411/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qüvvədə qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Beləliklə, məhkəmə Ağdaş Rayon Məhkəməsinin 2(014)-1411/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsini və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-363/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsini, tərəflərin izahatlarını və iş materiallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0,1186 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 120,7 kv.m olan fərdi yaşayış evindən Cavabdeh, onun himayəsində olan azyaşlı uşaqları xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X5, həmçinin onlara məxsus əmlak çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0,1186 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 120,7 kv.m olan fərdi yaşayış evindən Cavabdeh, onun himayəsində olan azyaşlı uşaqları xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X5, həmçinin onlara məxsus əmlak çıxarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar