Məhkəmə qərarları › İş №2(014)-1579/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1579/2020

20.11.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1579/2020 20.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» publik hüquqi şəxsin «Ağdaş Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin nümayəndəsi S.Hacıyevanın iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» publik hüquqi şəxsin «Ağdaş Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsə qarşı 1533K nömrəli xx xxxx 2020-ci il tarixli əmrin ləğv edilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» publik hüquqi şəxsin «Ağdaş Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsə qarşı 1533K nömrəli xx xxxx 2020-ci il tarixli əmrin ləğv edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» publik hüquqi şəxsin «Ağdaş Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin direktorunun ona qarşı məsuliyyət tədbirinin tətbiq edilməsi haqqında 1533K nömrəli xx xxxx 2020-ci il tarixli əmrinin ləğv edilməsi tələbi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə xx xxxxxxx 2004-cü ildə başlamışdır. xx xxxxxx 2010-cu ildə Ağdaş rayon Mərkəzi Xəstəxanasının baş həkiminin xx xxxxxx 2010-cu il tarixli 06 nömrəli əmri ilə Ağdaş Mərkəzi Rayon Xəstəxanasının təcili yardım şöbəsinə sürücü peşəsinə qəbul olunmuşdur və halhazıradək “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında sürücü işləyir. Cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktorunun 1533K nömrəli, xx xxxx 2020-ci il tarixli əmri ilə guya iş vaxtında əmək funksiyalarından kənar işlərlə məşğul olduğuna, daxili nizam-intizam qaydalarını və işin normal əhəngini pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Cavabdeh orqan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktorunun ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə həmin əmrini aşağıda göstərilən səbəblərə görə qanunsuz və əsassız, eləcə də ədalətsiz hesab edir, həmin əmr ləğv edilməlidir. Belə ki, işlədiyi müddətdə üzərinə düşən vəzifənin öhdəsindən ləyaqətlə gəlib, işinə vicdanla yanaşmışdı. Müdriyyət tərəfindən barəsində sonuncu sözügedən əmrə qədər heç bir inzibati tənbeh tədbiri görülməmiş, əksinə müxtəlif vaxtlarda rəhbərlik tərəfindən mükafatlandırılmışdır. Daima məsuliyyətini dərk edərək əmək funksiyalarını yerinə yetirmək üçün üzərində çalışmışdır. Ona görə də işlədiyi böyük bir müəssisədə çalışan əməkdaşların əksəriyyəti arasında müəyyən nüfuza malikdir. Bundan başqa əmrdə və əmrin verilməsi ilə əlaqədar toplanmış sənədlərdə onun konkret olaraq nə vaxt və hansı iş vaxtında əmək funksiyalarından kənar işlərlə məşğul olduğu, daxili nizam-intizam qaydalarını və işin normal ahəngini hansı formada pozduğunu aşkar etməmişdir. Dəfələrlə müraciət etdiyinə baxmayaraq qanunsuz verilmiş və heç bir hüquqi əsası olamayan əmrin verilməsinə əsas olmuş X2 məlumatı, X1 izahatı və aktlarla tanış olmağına şərait yaradılmamış, bununla əlaqədar Həmkarlar təşkilatının da iştirakı ilə kağız üzərində keçirilməsi ehtimal olunan iclasda iştirakı təmin edilməmiş və iştirak etməmişdir. Hətta əmrin surəti qanunvericiliyin tələbinə uyğun qanunla müəyyən olunmuş qaydada və müddətdə rəsmi qaydada tanış olmaqla ona təqdim edilməmiş və göndərilməmişdir. Əmrin surətini yalnız 2020-ci ilin avqust ayının sonlarında dolayısı ilə əldə etmişdir. Əmrin surətini əldə etdikdən sonra əmrin verilməsinə əsas və səbəb olmuş faktları təsdiq edən yuxarıda adlarını qeyd etdiyi sənədlərin ona verilməsinə dair xx.xx.2020-ci ildə rəsmi ərizə ilə cavabdehə müraciət etsə də qanunla müəyyən olunmuş müddətdə həmin sənədlərlə tanış olmağına, qeydlər apardığına və lazımı sənədlərin surətlərini əldə etməyinə cavabdeh orqan tərəfindən şərait yaradılmamış və ya ona göndərilməmişdir. Bütün bunların nəticəsində ona tam aydın olmuşdur ki, cavabdeh həmin qanunsuz və heç bir hüquqi əsası olmayan əmrini verməyə səbəb ümumdünya bəlası olan pandemiya dövründə çalışdığı sahə üzrə əməkdaşlara əmək haqqından əlavə dövlət tərəfindən əmək haqqında hesablanmalı əlavə əmək haqqı verilməsinə dair Prezidentin Fərman və Sərəncamlarının ona şamil olunmadığına görə etdiyi müraciətlər olmuşdur. Ona qarşı belə qərəzli mövqe tutmuş cavabdeh təşkilat ən azı onun işlədiyi müddətdə heç bir qanun pozuntusuna yol vermədiyinə, rəhbərlik tərəfindən barəsində heç bir məsuliyyət tədbirinin görülməməsini nəzərə almalı, işinə vicdanla yanaşmağına hörmətlə yanaşmalı idi. Hesab edir ki, cavabdehin əmri qanunsuz və əsassızdır, eləcə də ədalətsizdir. Ona görə də ləğv edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, cavabdehin qanunsuz və heç bir hüquqi əsası olmayan əmrini verməyə səbəb ümumdünya bəlası olan pandemiya dövründə çalışdığı sahə üzrə əməkdaşlara əmək haqqından əlavə dövlət tərəfindən əmək haqqında hesablanmalı əlavə əmək haqqı verilməsinə dair Prezidentin Fərman və Sərəncamlarının ona şamil olunmadığına görə yazılan ərizəyə imza etməyi olmuşdur.Hətta buna görə iclas etmiş və ondan bu barədə izahat tələb etmişlər. Həmçinin qeyd edir ki,aktı tərtib edənlər arasında yalnız Tahirə Musayeva hadisə baş verərəkən orada olmuşdur. Hesab edir ki, cavabdehin əmri qanunsuz və əsassızdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» publik hüquqi şəxsin «Ağdaş Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin nümayəndəsi S.Hacıyeva məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında sürücü işləyir. İddiaçı guya iş vaxtında əmək funksiyalarından kənar işlərlə məşğul olduğuna, daxili nizam-intizam qaydalarını və işin normal əhəngini pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İddiaçı daxili nizam-intizam qaydalarını pozmuş və qanunsuz hərəkətləri barəsində izahat verməkdən imtina etmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş üzrə şahid X6 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, birbaşa koronavirus ilə əlaqədar xəstəliklərlə məşğul olan həkim kimi dövlət tərəfindən ayrılan pul məbləği ona deyil,aidiyyəti olmayan həkimlərə verilirdi.Şikayət ərizələri onun tərəfindən yazılmışdır. İddiaçı tərəfindən iş vaxtı hər hansı nizam intizam qaydası pozulmamış və işin normal əhəngini pozan hərəkətlər edilməmişdir. İş üzrə şahid X4 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Ağdaş rayon Mərkəzi Xəstəxanasında baş tibb bacısı işləyir. “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında sürücü işləyən X13 Əzizov ilə birgə işçilər arasında qeyri qanuni olaraq imza toplayaraq işçilər arasında daxili nizamintizam qaydalarını puzmuş,iş vaxtı işçilərin işinə təsir göstərmişlər.Odur ki,onlar bu barədə akt tərtib etmişlər. İş üzrə şahid X7 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Ağdaş rayon Mərkəzi Xəstəxanasında baş tibb bacısı işləyir. “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında sürücü işləyən X13 Əzizov ilə birgə işçilər arasında qeyri qanuni olaraq imza toplayaraq işçilər arasında daxili nizamintizam qaydalarını puzmuş, iş vaxtı işçilərin işinə təsir göstərmişlər. İş üzrə şahid X5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Ağdaş rayon X3 rayon Mərkəzi Xəstəxanasında təcili tibbi yardım bölməsinin müdiri işləyir. “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında sürücü işləyən X13 Əzizov ilə birgə işçilər arasında qeyri qanuni olaraq imza toplayaraq işçilər arasında daxili nizam-intizam qaydalarını puzmuş,iş vaxtı işçilərin işinə təsir göstərmişlər.Odur ki,bu barədə akt tərtib etmişlər. Bu hadisə baş verərkən şəxsən orada iştirak etməsə də, Bəxtiyar həkim ona hadisəni danışmış. Odur ki,o, akta imza etmişdir. İş materiallarına əlavə edilmiş ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx xxxxxx 2010-cu il tarixdə 06 nömrəli əmrlə Ağdaş MRX-in sürücü vəzifəsinə qəbul olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx xxxx 2020-ci il tarixli 1533 K saylı əmrindən görünür ki, “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının sürücüsü İddiaçı iş vaxtında əmək funksiyalarından kənar işlərlə məşğul olduğuna, daxili nizam-intizam qaydalarını və işin normal əhəngini pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin insan resursları şöbəsinin müdiri C.Ə.Əhədovun, TTTY şöbəsinin müdiri B.P.Paşayevin və böyük tibb bacısı T.İ.Musayevanın tərtib etdikləri xx xxxx 2020-ci il tarixli aktdan görünür ki, “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının sürücüsü İddiaçı daxili nizam-intizam qaydalarını pozması və digər qanunsuz hərəkətləri barəsində izahat verməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin insan resursları şöbəsinin müdiri C.Ə.Əhədovun, İR üzrə müfəttişləri İ.Ə.İsgəndərovanın və S.C.Şahmuradovanın tərtib etdikləri xx xxxx 2020-ci il tarixli aktdan görünür ki, “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının sürücüsü İddiaçı ona verilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx xxxx 2020-ci il tarixli 1533 K saylı əmrinin nusxəsini aldığına dair qeyd yazmaqdan imtina etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Təcili Yardım bölməsinin müdiri Nüşabə Kazımovanın, TTTY şöbəsinin müdiri Bəxtiyar Paşayevin və böyük tibb bacısı Vəfa Məmmədovanın tərtib etdikləri xx xxxx 2020-ci il tarixli aktdan görünür ki, “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında sürücü işləyən X14 Mədətov ilə birgə işçilər arasında qeyri qanuni olaraq imza toplayaraq işçilər arasında daxili nizam-intizam qaydalarını puzmuş,iş vaxtı işçilərin işinə təsir göstərmişlər. İş materiallarına əlavə edilmiş “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin TTTY şöbəsinin müdiri Bəxtiyar Paşayevin “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Nuru Nuriyevə məlumat ərizəsindən görünür ki, “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında sürücü işləyən X14 Mədətov ilə birgə işçilər arasında qeyri qanuni olaraq imza toplayaraq işçilər arasında daxili nizam-intizam qaydalarını pozurlar, iş vaxtında əmək funksiyalarından kənar işlərlə məşğul olurlar.Bu tədbirləri görən zaman onlar işin normal ahəngini pozduqlarını bildirmiş,bu barədə həmin şəxslər barədə tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin TTTYS-in böyük tibb bacısı Tahirə Musayeva “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Nuru Nuriyevə ünvanladığı izahat ərizəsindən görünür ki, o,xx xxxx 2020-ci il tarixdə saat 09:00-da işdə olarkən çantalara dərman yığarkən həmin vaxt qarşıdakı otaqda olan sürücü Əzizov Fəxrinin işçilərə haqqlarını tələb etdikəri üçün ərizə yazdıqlarını və ona imza etmək lazım olduğunu demiş,işçilər isə imza etməyəcəklərini bildirmişlər. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Mərkəzi xəstəxanasının bir qrup işçiləri tərəfindən Azərbaycan Respublikası DTX-ya ünvanladığı İddiaçı tərəfindən imzalanmış ərizədən görünür ki, “karona virusun devrində ölkə başçısının sərəncamı ilə tibb işçilərinin aylıq əmək haqqının işə görə 3-4-5 misli qədər artırılması barədə xüsusi sərəncam verilmişdir. Amma görünür ki, bu sərəncam deyəsən Ağdaş rayon Səhiyyə işçilərinə aid edilməyib. Ya da xəstəxana rəhbərliyi cənab Prezidenti sərəncamından xəbəri yoxdur. Görəsən ölkədə son vaxtlar aparılan rüşvətxorluq və korupsiyaya qarşı tədbirlərdən Ağdaş rayon səhiyyəsində rərbərlik görmür ya da görmək istəmir. Səhiyyə işçilərinin şikayətini nəzərə alıb bu məsələnin araşdırılmasında onlara köməklik göstərilməsi xahiş edilmişdir. Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən 1-ci maddəsinin birinci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:a) töhmət vermək;b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Həmin Məcəllənin 186-cı maddəsinin 4-cü hissəsinə əsasən işəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Həmin Məcəllənin 187-cı maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin Məcəllənin 187-cı maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Həmin Məcəllənin 187-cı maddəsinin 3-cü hissəsinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Həmin Məcəllənin 187-cı maddəsinin 4-cü hissəsinə əsasən idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında araşdırılmış sübutlar,tərəflərin izahatları və şahid ifadələri əsasında məlum olmuşdur ki, iddiaçı iş vaxtı ərzində öz vəzifə öhdəliklərindən kənar hərəkətlərə yol vermiş,müvafiq şikayət ərizəsinin imzlanması üçün işçilərə təkid etmişdir.Məhz bu hal işçilərin narazılığına səbəb olmuşdur,belə ki,pandemiya vəziyyətində üzərinə böyük yük düşən tibb personalının iş ahənginin pozulmasına səbəb olmuşdur.İşçilərin narazılığı məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrindən,əmrə əlavə edilmiş akt və izahat ərizələrindən məlum olmuşdur. Məhz bu akt və ərizələr xəstəxana rəhbərinin iddiaçı barəsində iş vaxtında əmək funksiyalarından kənar işlərlə məşğul olduğuna, daxili nizam-intizam qaydalarını və işin normal əhəngini pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verməsinə səbəb olmuşdur.Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı xəstəxananın rəhbərliyindən şikayət etdiyi üçün barəsində intizam tənbehi tətbiq edildiyini bildirsə də,məhkəmə iclasında dindirilmiş şahid ifadələri,əmrə əlavə edilmiş akt və izahat ərizələrindən məlum olmuşdur ki, tibb personalı iş yoldaşları olan İddiaçı iş vaxtı ərzində onların rəhbərlikdən heç bir şikayətləri olmadığı halda təkidlə şikayət ərizəsinə imza etdirmək istəməsi onların işinə mane olmuş, odur ki, bu barədə narazılıqlarını xəstəxananın rəhbərliyinə bildirmələrinə və İddiaçı barəsində tədbir görülməsi barədə müvafiq xahişlə müraciət etməklərinə səbəb olmuşdur. Məhz bundan sonra xəstəxana rəhbərliyi qanunun tələblərinə əməl edərək iddiaçı barəsində iddiaçı barəsində iş vaxtında əmək funksiyalarından kənar işlərlə məşğul olduğuna, daxili nizam-intizam qaydalarını və işin normal əhəngini pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət vermişdir. Bununla da iddiaçı barəsində intizam tənbehini tətbiq edən xəstəxana rəhbərliyi intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 223-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» publik hüquqi şəxsin «Ağdaş Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsə qarşı 1533K nömrəli xx xxxx 2020-ci il tarixli əmrin ləğv edilməsi tələbi haqqında iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar